Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1863/2022 15.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Abasov və Telman Qədir oğlu Məmmədovdan ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı cavabdeh Xıdırova (Məsimova) Gülxanım Həsən qızına qarşı birgə əmlakın bölünməsi tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim S.A.Səmədzadə) İddiaçı cavabdeh Xıdırova (Məsimova) Gülxanım Həsən qızına qarşı birgə əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu vətəndaş İddiaçı geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə olunmuş əmlakın Xaçmaz rayon Krasnı Xutor (Xaçmaz rayon Uzunoba İƏV) Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1988-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 0,34 ha və Xaçmaz rayon Krasnı Xutor (Xaçmaz rayon Uzunoba İƏV) Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1988-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 2,27 ha torpaq sahələrinin cavabdehlə arasında bölünməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 77/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən xəbəri yoxdur. Bunu məhkəmə nəzərə almamışdır. Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(067)- 2102/2022 saylı qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-77/2019 saylı iş üzrə qəbul etdiyi 10 may 2019-cu il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı eyni tələblə məhkəməyə müraciət etmiş və iddia ərizəsi əmin olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təstiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, predmet və əsaslar üzrə məhkəmə qətnaməsi oldugundan hazırki işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən müəyyən olunur ki, İddiaçı cavabdeh G.H.Məsimovaya qarşı birgə əmlakın bölünməsi tələbinə dair eyni tərəflər arasında eyni predmet və əsaslarla məhkəmənin qərarı oldugundan hazırki iddianın icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası İddiaçı həmin qətnamədən xəbəri olmaması barədə gətirdiyi dəlil əsassızdır. Belə ki, həmin qətnamədən müəyyən olunur ki, həmin iş üzrə İddiaçı məhz özü iddia qaldırmışdır. Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 22 iyun 2022-ci il tarixli 2(067)-2102/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2(105)-1863/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1863/2022
15.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver