Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-187/2021 25.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-632/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Saloğlu-Zafırin Eco yataq dəsti, şifoner - 900 manat, 2 ədəd kiçik tumba-150 manat, güzgülü kamot-250 manat, Yataq divanı-1200 manat, Saloğlu İnci qonaq dəsti, Televizor altlığı-300 manat, 1 ədəd stol-1000 manat, 6 ədəd stol-600 manat, 1 ədəd güzgülü kamot- 800 manat, divan-1300 manat, Soni televizor-1300 manat, Alman markalı paltaryuyan-800 manat, Duxovka-200 manat, Meqa markalı ətçəkən maşın-180 manat, qablı mikser-120 manat, Fakir markalı ütü-120 manat, balıqqulağı gecə lampası-150 manat, ikili elektirik çaydanı-180 manat, Fakir markalı tozsoran- 200 manat, İpone 5s markalı telefon- 600 manat, 2 ədəd böyük xalça- 800 manat, 1 ədəd balaca xalça-200 manat, kiçik xalça- 30 manat, 2 ədəd bambuk yastıq-140 manat, 2 ədəd sintifon yastıq- 70 manat, taxt yorğanı- 150 manat, taxt döşəyi- 120 manat, 4 ədəd iki nəfərlik pastel dəsti-600 manat, 3 ədəd tək adamlıq yataq dəsti- 210 manat, 1 ədəd krem rəngli pakrıval 2 yastığı ilə birlikdə-300 manat, 1 ədəd yay pakrıvalı 2 ədəd yastığı ilə birlikdə-150 manat, 3 dəst pərdə-1050 manat, 6 ədəd hamam dəsmalı böyük-300 manat, 12-ədəd əl-üz dəsmalı- 240 manat, 24 ədəd mətbəx dəsmalı-240 manat, 1 ədəd buxar qazanı 100-manat, 4 ədəd korkmaz boz rəngli qazan- 360 manat, 1-ədəd içi ağ tava qazan-80 manat, 1ədəd kiçik qəndqabı, 1 ədəd pesok qabı, 6 ədəd fincan nəlbəkisi ilə, 6 ədəd tort boşqabı dəsti 200 manat, 2-ədəd armudu formalı şüşə qapaqlı qrafin-140 manat, 1 ədəd kapron qapaqlı qrafın-40 manat, 6-ədəd bəzəkli böyük luminat kruşka-18 manat, 2 ədəd kruşka- 20 manat, 12-ədəd xrustal stəkan-70 manat, 12-ədəd nəlbəki-30 manat, 12 ədəd rozetka- 20 manat, 3 ədəd solfetka qabı-15 manat, 4 ədəd duz qabı-12 manat, 2 ədəd şüşə qənd qabı-20 manat, 2 ədəd şüşə qapaqlı mürəbbə qabı – 20 manat, 2 ədəd ayaqsız şüşə konfet qabı-70 manat, 2 ədəd şüşə ayaqlı konfet qabı- 50 manat, 1 ədəd balıqqulağı konfet qabı 25 manat, 1 ədəd uzun meyvə qabı- 80 manat, 2 ədəd meyvə qabı şüşə-60 manat, 6 ədəd salat qabı- 30 manat, 1 ədəd altıqulplu şüşə çaynik- 100 manat, 1 ədəd içi qara tava-60 manat, 2 qapılı balıq tavası-40 manat, 1 ədəd qapaqsız tava- 60 manat, 1 ədəd qorkmaz çaydan- 70 manat, 1 ədəd bıçaq dəsti taxta postavkalı-150 manat, fırlanan ədviyyat dəsti 2 mərtəbəli- 30 manat, diplomat qaşıq dəsti alman markalı- 300 manat, 24 ədəd gümüş qaşıq- 70 manat, 2ədəd bıçaq 10 manat, 20 ədəd boşqab dəsti liminat 130 manat, 36 boşqab dəsti- 180 manat, 12 kiçik kasa- 60 manat, 2 böyük kasa-40 manat, 2 ədəd böyük bulud- 40 manat, 2 ədəd kiçik bulud- 40 manat, 12 ədəd böyük bakal 50 manat, 12 ədəd kiçik bakal- 60 manat, 6 ədəd yaşıl bagema bakal- 70 manat, 1 ədəd alman markalı çay servisi çayniklə- 200 manat, 1 ədəd dəm çayniki- 10 manat, 6 ədəd mətbəx qabı taxta qapaqlı- 60 manat, 6 ədəd şüşə qab- 60 manat, 6 ədəd kiçik şüşə qab- 40 manat, qaşıqlı nəlbəkli kuruşka- 20 manat, 2 ədəd ləbləbi qabı- 20 manat, 3 ədəd saxlama qabı- 35 manat, 2 ədəd duxovka qabı- 30 manat, 1 ədəd nicerdicer 25 manat, 1 ədəd qoz çəkən 20 manat, paltar səbəti-20 manat, 3 ədəd balaca qazan-25 manat, 3 ədəd güllü platya- 300 manat, narıncı platya- 100 manat, qara platya- 300 manat, yun platya- 150 manat, mavi platya- 100 manat, tünd göy platya-80 manat, qara tüklü kofta- 50 manat, çəhrayı xallı kofta- 60 manat, qırmızı qollu kofta-70 manat, 1 ədəd balota rəngli şalvar kofta dəsti- 150 manat, qara düz yubka 50 manat, 3 ədəd ev geyimi dəsti-330 manat, mirvari qaşlı boz şalvar-kofta dəsti- 150 manat, yaşıl koftalı dəst-80 manat, qara idman dəsti- 100 manat, qəhvəyi rəngli uzun palto- 150 manat, Versace ətir-150 manat, kosmetika dəsti (kamotun içindəki əşyaların hamısı)- 300 manat, 1 ədəd hamam xalatı- 100 manat, böyük dəsmal-20 manat, kiçik dəsmal-10 manat, iddiçıya hədiyyə olunmuş qızıl-zinət əşyaları tək qaşlı üzük, brilliant qaşlı, 13-qram, prob 750, qiyməti-1100 manat, brilliant komplekt dəsti, 1 cüt sırğa brilliant qaşlı, 14-qram, prob 750, qiyməti 1300 manat, 1 ədəd üzük, 3 ədəd brilliant qaşlı, prob 750, 11 qram, qiyməti 1400 manat, 1 ədəd qolbağ brilliant qaşlı, prob 750, 12 qram, qiyməti 1300 manat, 1 ədəd boyunbağı, brilliant qaşlı, prob 750, 35 qram, 2700 manat dəyərində olan cehiz və qızıl-zinət əşyaları, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ilə rəsmi nikaha girərək ailə həyatı qurarkən onun cavabdehin evinə apardığı cehiz əmlaklarının və cavabdeh tərəfindən ona hədiyyə edilmiş 7800 manat dəyərində olan qızıl-zinət əşyalarının, dövlət rüsumu kimi ödədiyi 30 manatın və vəkil xərci kimi ödədiyi 191 manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından tərəflərin xx.xx.2018-ci ildə X2 anadan olmuşdur. Tərəflər arasındakı rəsmi nikah xx.xx.2019-cu ildə Sumqayıt şəhər məhkəməsinin qətnaməsi ilə pozulmuş və övladı X2 onun himayəsində saxlanılmışdır. Hazırda azyaşlı övladı ilə birlikdə anasının yanında yaşayır. Cavabdehlə ailə həyatı qurduqdan sonra cavabdehin qeydiyyatda olduğu və yaşadığı Sumqayıt şəhəri, 26-cı məhəllə ev 72\42, mənzil 13-ə gəlin köçmüş və verilən bütün cehiz əşyalarını həmin evə gətirmiş və hazırda da həmin evdədir. Eləcə də, cavabdeh tərəfindən toy olarkən ona hədiyyə olunmuş qızıl-zinyət əşyaları da cavabdehdə qalmışdır. Cehiz kimi cavabdehin evinə apardığı əşyalar Saloğlu-Zafirin Eco yataq dəsti, Şifoner-900 manat, 2 ədəd kiçik tumba-150-manat, güzgülü kamot-250 manat, yataq divanı-1200 manat, Saloğlu İnci qonaq dəsti, Televizor altlığı-300 manat, 1 ədəd stol 1000 manat, 6 ədəd stol- 600 manat, 1-ədəd güzgülü kamot-800 manat, divan- 1300 manat, Soni televizor-1300 manat, alman markalı paltaryuyan-800 manat, duxovka-200 manat, Meqa markalı ətçəkən maşın-180 manat, Qablı mikser-120 manat, Fakir markalı ütü-120 manat, balıqqulağı gecə lampası-150 manat, ikili elektirik çaydanı- 180 manat, tozsoran- 200 manat, İpone 5s markalı telefon-600 manat, 2-ədəd böyük xalça- 800 manat, 1-ədəd balaca xalça- 200 manat, Kiçik xalça- 30 manat, 2 ədəd bambuk yastıq- 140 manat, 2 ədəd sintifon yastıq- 70 manat, Taxt yorğanı- 150 manat, Taxt döşəyi- 120 manat, 4 ədəd iki nəfərlik pastel dəsti- 600 manat, 3 ədəd tək adamlıq yataq dəsti- 210 manat, 1 ədəd krem rəngli pakrıval 2 yastığı ilə birlikdə- 300 manat, 1 ədəd yay pakrıvalı 2 ədəd yastığı ilə birlikdə- 150-manat, 3 dəst pərdə- 1050manat, 6 ədəd hamam dəsmalı böyük- 300 manat, 12 ədəd əl-üz dəsmalı- 240 manat, 24 ədəd mətbəx dəsmalı 240 manat, 1 ədəd buxar qazanı 100 manat, 4 ədəd korkmaz boz rəngli qazan- 360 manat, 1 ədəd içi ağ tava qazan- 80 manat, 1 ədəd kiçik qəndqabı, 1 ədəd pesok qabı, 6 ədəd fincan nəlbəkisi ilə, 6 ədəd tort boşqabı dəsti 200 manat, 2 ədəd armudu formalı şüşə qapaqlı qrafın 140 manat, 1 ədəd kapron qapaqlı qrafın 40 manat, 6 ədəd bəzəkli böyük luminat kruşka 18 manat, 2 ədəd kruşka- 20 manat, 12 ədəd xrustal stəkan 70 manat, 12 ədəd nəlbəki 30 manat, 12 ədəd rozetka- 20 manat, 3 ədəd solfetka qabı 15 manat, 4 ədəd duz qabı 12 manat, 2 ədəd şüşə qənd qabı- 20 manat, 2 ədəd şüşə qapaqlı mürəbbə qabı- 20 manat, 2 ədəd ayaqsız şüşə konfet qabı- 70 manat, 2 ədəd şüşə ayaqlı konfet qabı- 50 manat, 1 ədəd balıqqulağı konfet qabı 25 manat, 1 ədəd uzun meyvə qabı- 80 manat, 2 ədəd meyvə qabı şüşə 60 manat, 6 ədəd salat qabı- 30 manat, 1 ədəd altıqulplu şüşə çaynik- 100 manat, 1 ədəd içi qara tava 60 manat, 2 qapılı balıq tavası- 40 manat, 1 ədəd qapaqsız tava- 60 manat, 1 ədəd korkmaz çaydan- 70 manat, 1 ədəd bıçaq dəsti taxta postavkalı- 150 manat, fırlanan ədviyyat dəsti 2 mərtəbəli- 30 manat, diplomat qaşıq dəsti alman markalı- 300 manat, 24 ədəd gümüş qaşıq- 70 manat, 2 ədəd bıçaq 10 manat, 20 ədəd boşqab dəsti liminat 130 manat, 36 boşqab dəsti- 180 manat, 12 kiçik kasa- 60 manat, 2 böyük kasa 40 manat, 2 ədəd böyük bulud- 40 manat, 2 ədəd kiçik bulud- 40 manat, 12 ədəd böyük bakal 50 manat, 12 ədəd kiçik bakal- 60 manat, 6 ədəd yaşıl bagema bakal- 70 manat, 1 ədəd alman markalı çay servisi çayniklə- 200 manat, 1 ədəd dəm çayniki- 10 manat, 6 ədəd mətbəx qabı taxta qapaqlı- 60 manat, 6 ədəd şüşə qab- 60 manat, 6 ədəd kiçik şüşə qab- 40 manat, qaşıqlı nəlbəkli kuruşka- 20 manat, 2 ədəd ləbləbi qabı- 20 manat, 3 ədəd saxlama qabı- 35 manat, 2 ədəd duxovka qabı- 30 manat, 1-ədəd nicerdicer 25 manat, 1 ədəd qoz çəkən 20 manat, paltar səbəti 20-manat, 3 ədəd balaca qazan 25 manat, 3- ədəd güllü platya- 300 manat, Narıncı platya- 100 manat, qara platya- 300 manat, yun platya- 150 manat, mavi platya- 100 manat, tünd göy platya- 80 manat, qara tüklü kofta- 50 manat, çəhrayi xallı kofta- 60 manat, qırmızı qollu kofta- 70 manat, 1-ədəd balota rəngli şalvar kofta dəsti- 150 manat, qara düz yubka 50 manat, 3 ədəd ev geyimi dəsti 330 manat, mirvari qaşlı boz şalvar-kofta dəsti- 150 manat, yaşıl koftalı dəst- 80 manat, qara idman dəsti- 100 manat, qəhvəyi rəngli uzun palto- 150 manat, Versace ətir 150 manat, kosmetka dəsti (kamotun içindəki əşyaların hamısı)- 300 manat, 1 ədəd hamam xalatı- 100 manat, böyük dəsmal 20 manat, kiçik dəsmal- 10 manat, ailə həyatı qurarkən ona hədiyyə olunmuş qızıl-zinət əşyaları tək qaşlı üzük, brilliant qaşlı, 13 qram, prob 750, qiyməti-1100 manat, brilliant komplekt dəsti, 1 cüt sırğa brilliant qaşlı, 14 qram, prob 750, qiyməti 1300 manat, 1 ədəd üzük, 3 ədəd brilliant qaşlı, prob 750, 11 qram, qiyməti 1400-manat, 1 ədəd qolbağ brilliant qaşlı, prob 750, 12 qram, qiyməti 1300 manat, 1 ədəd boyunbağı, brilliant qaşlı, prob 750, 35 qram, 2700 manat olan əmlakları cavabdehdə qalmış və bu günə kimi ona qaytarılmamışdır. Dəfələrlə cavabdehdən qızıl-zinət əşyalarını tələb etsə də, qaytarmaqdan imtina etmiş, ona məxsus qızılları sataraq borcuna verdiyini bildirmişdir. Eləcə də cavabdehin anası bir neçə dəfə onun yanına gələrək, evə qayıtmağını istəmiş, söz arası ona hədiyyə kimi alınmış və cavabdehdə qalan qızıllarının qaytarılmasını istəsə də, cavabdehin anası bildirmişdir ki, həmin qızıl əşyaları cavabdeh tərəfindən satılmışdır, ancaq ondan da yaxşı qızıllar almaqlarını söz vermişdir. Bundan bir qədər sonra cavabdehin anası onunla da telefonla yazışarkən, ona səsli «SMS» göndərərək, qızılları cavabdehin 2800 manata satdığını, həmin puldan da 200 manat vasitəçiyə verdiyini bildirmişdir. Həmin səs yazıları sübut kimi diskə yazılmış və bu səs yazıları da tam təsdiq edir ki, qızıl-zinət əşyaları cavabdeh tərəfindən əlindən alınmışdır. Onun tələb etdiyi qızıl əşyaları ona hədiyyə olunduğundan onun mülkiyyəti sayılır. Onun ailəsi cavabdehin günahı ucbatından dağılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Nəbiyev X3 şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qızıl-zinət əşyalarının təmin olunması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız olduğu üçün iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı evdən gedərkən qızıl-zinət əşyaları onun üzərində olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən qızıl-zinət əşyalarının dəyəri hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi cavabdeh tərəfin etirazlarının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində gəlinən nəticənin qızıl-zinət əşyalarının təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq cavabdehin qətnamənin yalnız qızıl-zinət əşyalarının qaytarılması hissəsini mübahisələndirdiyini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” x xxxxxx 2011-ci il tarixli Qərarı). İşdən görünür ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş və onların bu nikahından xx.xx.2018-ci il təvəllüdlü X2 anadan olmuş, sonradan məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı ona məxsus cehiz əmlaklarının və qızıl-zinət əşyalarının cavabdehdə qaldığını əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun bu tələbi məhkəmə tərəfindən qismən təmin edilmiş, cavabdeh isə bu nəticəni qızıl-zinət əşyaların qaytarılması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı iddia tələbində göstərdiyi qızılzinət əşyalarının təqdim etdiyi foto şəkillərlə ona hədiyyə şəklində verildiyini və bu qızılların cavabdehdə qaldığını, cavabdeh isə həmin əşyaların mövcudluğunu inkar etməsə də, qeyd olunan qızıl-zinət əşyalarının onlarda qalmasına dair iddiaçı tərəfindən məhkəməyə sübut təqdim etməməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2. maddələri). Kollegiya qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Göründüyü kimi iddiaçı tələb olunan qızıl-zinət əşyalarının həqiqətən mövcud olduğunu və ona toy mərasimində hədiyyə şəklində verildiyini təsdiq edən foto şəkil təqdim etsə də, cavabdeh həmin qızılların toy mərasimində iddiaçıya verildiyini inkar etməyərək, həmin qızılların iddiaçıda olduğunu bildirmiş, lakin bunu təsdiq edən hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü daşıyan iddiaçı qeyd olunan hissədə bu yükdən azad olunur və bunun əksini sübut etmək yükü MPM-nin 77.1. maddəsinin tələbinə əsasən cavabdehin üzərinə düşdüyündən, cavabdeh isə bunu təkzib edən hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etmədiyindən, iddiaçı həmin qızılları cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur ( Ailə Məcəlləsinin 34.1. 34.2. maddələri). Mülki Məcəllənin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının iddiaçıda olmasını iddia etsə də, bunu təsdiq edən, digər sübutlarla inkar edilməyən hər hansı bir sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə gəldiyi ilə nəticə razılaşsa da, həmin qızıl-zinət əşyalarının dəyəri ilə bağlı gəldiyi nəticəni isə əsaslı hesab etmir. Belə ki, iddia tələbində göstərilən qızıl-zinət əşyalarının dəyərinin mütəxəssis rəyi olmadan yalnız iddiaçının tələbində göstərdiyi məbləğ həcmində müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir.” Mülki Prosessual Məcəllənin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ekspertizası rəyində iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7130 manat müəyyən edilir (dəyəri 1100 manat 750 əyarlı, 13 qram çəkisi olan tək brilliant qaşlı üzük, dəyəri 1260 manat 14 qram çəkisi olan brilliant qaşlı 1 cüt sırğa; dəyəri 990 manat 750 əyarlı, 11 qram çəkisi olan 3 ədəd brilliant qaşlı 1 ədəd üzük, dəyəri 1080 manat 750 əyarlı, 12 qram çəkisi olan brilliant qaşlı 1 ədəd qolbağ, dəyəri 2700 manat 750 əyarlı 35 qram çəkisi olan brilliant qaşlı 1 ədəd boyunbağı). Göründüyü kimi tələb olunan qızıl-zinət əşyalarının dəyəri ilə ekspertiza rəyində göstərilən qızıl-zinət əşyalarının dəyəri arasında fərq vardır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə verilən tələb həcmində baxılmalı olduğundan, iddiaçının tələb etdiyi 750 əyarlı, 13 qram çəkisi olan tək brilliant qaşlı üzüyün və 750 əyarlı 35 qram çəkisi olan brilliant qaşlı 1 ədəd boyunbağının dəyəri ekspertiza rəyinin müəyyən etdiyi məbləğdə deyil, iddiaçının tələb etdiyi məbləğdə müəyyən edilməsi daha məqsədəuyğundur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi 14 qram çəkisi olan brilliant qaşlı 1 cüt sırğa; 750 əyarlı, 11 qram çəkisi olan 3 ədəd brilliant qaşlı 1 ədəd üzük, 750 əyarlı, 12 qram çəkisi olan brilliant qaşlı 1 ədəd qolbağın dəyəri ekspertiza rəyində göstərilən məbləğdən çox hesablandığından, ekspert rəyi bu qızıl-zinət əşyalarının dəyərinə münasibətdə əsas götürülməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, qızıl-zinət əşyalarının dəyəri hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti üzrə qismən əsaslı olduğundan keçirilmiş ekspertiza tədqiqatının dəyəri ilə bağlı hesab edir ki, Cavabdeh ekspertiza tədqiqatının dəyəri 100 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən qızılzinət əşyalarının dəyəri hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh dəyəri 1100 manat 750 əyarlı, 13 qram çəkisi olan tək brilliant qaşlı üzük, dəyəri 1260 manat 14 qram çəkisi olan brilliant qaşlı 1 cüt sırğa; 750 əyarlı, dəyəri 990 manat 11 qram çəkisi olan 3 ədəd brilliant qaşlı 1 ədəd üzük, dəyəri 1080 manat 750 əyarlı, 12 qram çəkisi olan brilliant qaşlı 1 ədəd qolbağ, dəyəri 2700 manat 750 əyarlı 35 qram çəkisi olan brilliant qaşlı 1 ədəd boyunbağı və ya onların ümumi dəyəri 7130 (yeddi min yüz otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh keçirilmiş ekspertizanın dəyəri 100 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-187/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-187/2021
25.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver