Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-187/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, cavabdehlər Nümayəndə2 və Cavabdeh2, qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 qarşı “mirasın qəbulunun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(067)-992/2021 nömrəli qətnaməsindən qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən mərhum anası X1 miras qalmış, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(067)-992/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, mərhum X1 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyinin müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Xıdır Quliyev). Qətnamədən narazı qalan qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(067)-992/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Xaçmaz rayonu, Qarabağlı kəndində anadan olmuşdur. 10 noyabr 1986-cı il tarixdə X6 ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Miras qoyan X4 onun qayınanası olmuşdur. Anaxamın Ağayeva 28 mart 2008ci il tarixdə vəfat etmişdir. Qayınanası vəfat etdikdən sonra əri Yaqub Ağayev anasından miras qalmış əmlakları faktiki qəbul edərək idarə etmişdir. Bunun ən bariz sübutu Yaqub Ağayevə və ona məxsus olan əmlakların hələ də Anaxanım Ağayevadan miras qalmış torpaq sahəsində yerləşən fərdi yaşayış evində qalmasıdır. Məhz iş üzrə cavabdeh olan Anaxanım Ağayevanın digər oğlu İddiaçı onun oğlu Nümayəndə1 qarşı məhkəmədə iddia qaldıraraq guya ona miras qalmış əmlakdan onlara məxsus əmlakın çıxarılmasını tələb etmişdir. Bununla bağlı Xaçmaz Rayon Məhkəməsinin 2(067)-626/2022 saylı, xx.xx.2022ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2123/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri vardır. X3 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra ondan miras qalmış əmlakı o qəbul etmişdir və adına 13 avqust 2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Hal-hazırda onlara məlum olmuşdur ki, X2 vərəsələrindən olan cavabdeh İddiaçı onun mərhum əri Yaqub Ağayevin də miras əmlakı faktiki qəbul etdiyini gizlədərək Anaxanım Ağayevadan miras qalmış əmlaklarla bağlı 01 noyabr 2018-ci il tarixdə və 29 iyul 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə tam hissədə pay almışdır. Həmin şəhadətnamələrin mübahisələndirilməsi zamanı ona məlum olmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 qarşı mirasın qəbulunun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, İlxıçı kəndində yerləşən mərhum anası X1 miras qalmış JN-049 B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-992/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, mərhum anası X1 miras qalmış Xaçmaz rayonu, İlxıçı kəndi ərazisində JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. O, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-992/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə razılaşmır. Xaçmaz Rayon Məhkəməsinin hal-hazırki qətnaməsi onun hüquqlarına toxunur. Belə ki, iddiaçı mərhum anasından miras qalmış əmlakın özü tərəfindən qəbul edildiyi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən anası Anaxanım Ağayevanın vərəsələrindən Yaqub Ağayevin də mirası faktiki qəbul etdiyini gizlətmişdir. Belə ki, onun mərhum X3 da Anaxanım Ağayevanın vərəsəsi olmuşdur. Eyni zamanda mərhum əri Yaqub Ağayev anası vəfat edənə və vəfat etdikdən sonra da halhazırda mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış və mirası faktiki qəbul etmişdir. Mirasın faktiki qəbulunun da sübutu ona və mərhum əri Yaqub Ağayeva məxsus əmlakların hal-hazırda da qeyd edilən evdə olmasıdır. Lakin Xaçmaz Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Yaqub Ağayevin vərəsəsi kimi onun məhkəmədə iştirakı təmin olunmamış və hüquqları pozulmaqla qətnamə qəbul edilmişdir. Hətta iddiaçı özü də iddia ərizəsində Anaxanım Ağayevanın vərəsələrindən birinin Yaqub Ağayev olmasını, onun xx.xx.2014-cü il tarixdə vəfat etməsini bildirsə də, məhkəmə bu məsələyə diqqət ayırmamış və məhkəmədə iştirakını təmin etməmişdir. Hətta məhkəmə qətnaməsində cavabdeh Nümayəndə2 da izahatında qeyd edilən torpaq sahəsində mərhum qardaşı Yaqubun anaları sağ ikən ev tikdiyini bildirmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsi tərəfindən Yaqub Ağayevin vərəsələrinin ən azından müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi məhkəməyə cəlb edilməsi təmin edilməmişdir. Belə ki, miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Belə ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini qəbul etməsinə dəlalət edir. Xaçmaz Rayon Məhkəməsi tərəfindən isə qeyd etdiyi hallar araşdırılmadan və onun iştirakı təmin olunmadan iddia tələbi təmin edilmişdir. Qeyd etdiyi hallar isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eyni zamanda birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsidir ki, bu hal da məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti mümkün hesab edilməklə baxılması üçün təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Nümayəndə2 və Cavabdeh2, qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Xaçmaz Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(067)-992/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinn qətnaməsi ləğv olunmalı və iddia tələbi üzrə işin icraatına işə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. İş materiallarında olan 23 oktyabr 2013-cü il tarixli, AZ-İ seriyalı, 646671 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı 01 fevral 2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 23 sentyabr 2020-ci il tarixli, AZ-İİ seriyalı, 116080 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23 mart 2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli, 549 nömrəli arayışdan görünür ki, X6 04 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 184 nömrəli arayışdan müəyyən olunur ki, X4 28 mart 2008-ci il tarixədək Xaçmaz rayonunun İlxıçı kəndində yaşamış və orada 28 mart 2008-ci il tarixdə vəfat etmişdir. Anaxanım Ağayevanın vərəsələri- övladları X6, Nümayəndə2, İddiaçı, Cavabdeh2, Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı və Cavabdeh3 olmuşlar. Birinci instansiya məhkəməsi iddianı təmin edərək bunu qətnaməsində onunla əsaslandırmışdır ki, miras qoyan X2 28 mart 2008-ci il tarixdə vəfatından sonra ondan miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlakı birinci növbəli vərəsələrindən İddiaçı miras əmlaka sahiblik etməklə və mirası faktiki surətdə idarə etməklə qəbul etmişdir. Digər birinci növbəli vərəsələr olan cavabdehlər Nümayəndə2, Cavabdeh2 və Cavabdeh3 isə mirası hər hansı əsasla qəbul etməmişlər. Məhkəmə onu da hesab etmişdir ki, cavabdehlər Nümayəndə2, Cavabdeh2 və Cavabdeh3 mirası qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməməsi qanunun tələbinə müvafiq olaraq mirası qəbul etməkdən imtina kimi qiymətləndirilməli, onların payı qanun üzrə mirası qəbul etmiş vərəsə olaraq İddiaçı payına əlavə edilməlidir. Məhkəmə hesab etmişdir ki, miras qoyan X2 28 mart 2008-ci il tarixdə vəfatından sonra ondan miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlakı birinci növbəli vərəsələrindən İddiaçı miras əmlaka sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə mirası qəbul etməsi öz təsdiqini tapdığından qəbul edilmiş həmin miras əmlak onun açıldığı gündən qanun üzrə vərəsəlik qaydasında mirası qəbul etmiş vərəsə olaraq iddiaçının mülkiyyəti hesab edilməlidir. İşin 1-ci cildinin 113-cü vərəqi ilə müəyyən olunur ki, Xaçmaz rayonu 1 saylı notariat ofisi tərəfindən İddiaçı Xaçmaz rayonu X9 kəndi ərazisində yerləşən ümumi sahəsi 0.16 ha torpaq sahəsi və onun üzərində yerləşən 138.9 kv.m. fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibərlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. İşin araşdırılmış hallarına əsasən müəyyən edilir ki, vərəsələr miras əmlakından qanunla müəyyən edilmiş müddətdə imtina barədə notarial qaydada ərizə vermədiklərindən hər birinin pay hüququ tanınmalıdır və buna görə iddiaçı tərəfindən Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən mərhum anası X1 miras qalmış, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə iddia ərizəsi məhkəmə baxılmalı olmadığından icraata xitam verilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Bu cür tələb isə mirasın qəbul edilməsi müddəti ilə əlaqədar mübahisə yaradırdı. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir.Bununla əlaqədar hazırki mübahisə üzrə işə məhkəmə qaydasında baxılmalı olması aradan qalxmışdır. Buna görə hər bir qanun üzrə birinci növbə vərəsə miras əmlakda payının vərəsələrin sayına münasibətdə müəyyən edilməsi üçün müvafiq notariat orqanına müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(067)- 992/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 qarşı Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən mərhum anası X1 miras qalmış, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbi üzrə işin icraatına işə məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-187/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-187/2024
08.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver