Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-189/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı, onun nümayəndəsi X1, nümayəndəsi və vəkili X6, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili X4 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(067)-61/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdikləri apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(067)-61/2020 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbi təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 45 kv.metr hissəsindən çıxarılması, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməsi, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(067)-61/2020 saylı qətnaməsinin ləğv edilərək iddia əriəsiinin rədd edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, 14.04.2011-ci il tarixdə notariat kontorunda təsdiq edilmiş AN-İ nömrəli ******* saylı alqı-satqı müqaviləsinə əsasən vətəndaş X3, ona məxsus olmuş Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin 0,04 ha torpaq sahəsini satın almışdır. Torpaq sahəsi satın alarkən satıcı M.M.Vəliyev ilə ona satılan 0,04 ha torpaq sahəsi ölçülərək nişanlanmışdır. Həmin 0,09 ha torpaq sahəsi hasarın içində olmuş, ona satılmış 0,04 ha torpaq sahəsi üç tərəfdən mişar daşından hasarlanmış vəziyyətdə olmuşdur. Satın aldığı 0,04 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən adına MA seriyalı, 14.07.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan, ******* saylı Çıxarış verilmişdir. M.M.Vəliyevdən 0,09 ha torpaq sahəsinin 0,04 ha hissəsini satın aldıqdan sonra yerdə qalan 0,05 ha hissəsi sonradan Cavabdeh1 tərəfindən satın alınmış,o da, öz növbəsində həmin torpaq sahəsini digər Cavabdeh2 satmışdır. Halhazırda 0,05 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilir. Mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin bir hissəsi Cavabdeh2 tərəfindən zəbt olunaraq öz torpağ sahəsinə qatılmışdır. O, zəbt olunmuş torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməsi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin mütəxəssisləri yerində ölçmə işlərini apararaq müəyyən etmişlər ki, 0,04 ha torpaq sahəsinin 0,003 ha hissəsi qonşular tərəfindən istifadə olunur. Cavabdehlər tərəfindən torpaq sahəsinin 0,003 ha hissəsinin zəbt edilməsi rəsmi qaydada öz təsdiqini tapmışdır. Lakin cavabdehlər zəbt etdikləri torpaq sahəsinin könüllü olaraq boşaltmaq istəmir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona məxsus Xaçmaz rayonu, Qobu-qıraq kəndində yerləşən 0,04 ha torpaq sahəsinin zəbt etdikləri 0,003 ha torpaq sahəsinin alınaraq istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdikləri apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Xaçmaz Rayon Məhkəməsi 27 fevral 2020-ci il tarixli qətnaməsini qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranan mübahisə üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, ekspetizasının həmin rəyi obyektiv olmadığı üçün maddi sübut növü kimi qəbul edilə bilməz və iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi zərurəti yaranmışdır. Onlar tərəfindən qonşu torpaq ahəsində yerləşən iddiaçıya məxsus torpq sahəsi zəb edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili X8 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi X1, nümayəndəsi və vəkili X6 apelyasiya şikayətinə etiraz edib, rədd edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan və 09.03.2016-cı il tarixli Texniki Pasportdan müəyyən olunur ki, Xaçmaz rayonu Qobuqıraq kəndi ərazisində yerləşən ümumi sahəsi 59.9 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. 15.07.2016-cı il tarixli, AN-İ № ******* alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 59.9 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 satmışdır. 14.04.2011-ci il tarixli, AN-İ nömrəli ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı vətəndaş X3 ona məxsus olmuş Xaçmaz rayonu Qobuqıraqı kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinin 0,04 ha hissəsini satın almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışdan və 25.05.2011-ci il tarixli Texniki Pasportdan müəyyən olunur ki, ünvan 1i ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.12.2019-cu il tarixli, **********09 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 45 kv.metr hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.12.2019-cu il tarixli, 27802 saylı ekspert rəyi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 45 kv.metr hissəsi Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli, 10/1919 saylı təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan RX seriyalı ******* saylı Çıxarışa əsasən 0,043 ha torpaq sahələrinin koordinatları kəsişdiyindən araşdırılması mütəxəssis tərəfindən mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan RX seriyalı ******* saylı Çıxarışa əsasən 0,043 ha torpaq sahələrinin koordinatları kəsişdiyindən araşdırılması mütəxəssis tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən isə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Ona görə də məhkəmə iddiaçının mübahisəli əmlak üzərində əmlak hüququnu müdafiə etmək üçün mülkiyyət hüququ haqqında qanunvericilik normalarına istinad etməyi zəruri sayır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 45 kv.metr hissəsinin Cavabdeh1 tərəfindən istifadə edilməsi halı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.12.2019-cu il tarixli, **********09 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.12.2019-cu il tarixli, 27802 saylı ekspert rəyi ilə müəyyən edilsə də, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan RX seriyalı ******* saylı Çıxarışa əsasən 0,043 ha torpaq sahələrinin koordinatları kəsişdiyindən araşdırılması mütəxəssis tərəfindən mümkün olmamışdır. Göründüyü kimi məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının tələbi işdə olan sübutlarla öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, tərəflərin münasibətlərini yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən düzgün qiymətləndirməmiş və iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etdikdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin olunmamalıdır. İş materialları ilə müəyyən olur ki, iddia ərizəsinin verilməsi üçün 20 (iyirmi) manat dövlət rüsumu, ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat və mütəxəssis tədqiqatının aparılması üçün 311 (üç yüz on bir) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia ərizəsi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba və mütəxəssis tədqiqatının dəyəri olan 311 (üç yüz on bir) manat pul "xxxx" ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdikləri apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(067)-61/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcin dəyəri olan 311 (üç yüz on bir) manat pul "xxxx" ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-189/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-189/2021
15.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver