Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1902/2020 06.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X10 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçıların nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X11rşı “torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız sayılıb hüquqların bərpa olunması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-82/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X18 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Qusar rayonu Əcəxur kənd sakinləri İddiaçı1 və X4 Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 15 saylı və məhkəmənin 11.05.06-cı il tarixli, 2-175 saylı Qətnaməsi ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Qusar rayonu Əcəxur kəndi ərazisindən 1.05 hektar torpaq sahəsi verilməsi barədə tərtib olunmuş, tarixi göstərilməyən JN:3xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsinə və Qusar rayonu Əcəxur kənd sakinləri İddiaçı1 və X4 Qusar rayonu X8 xx xxxxx 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsinin 3.34 hektar torpaq sahəsi verilməsinə dair xx.xx.1999-cu il tarixli JN:1xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 3.34 hektar torpaq sahəsi üzərində Qusar rayonu Əcəxur kənd sakinləri İddiaçı1 və X3 mülkiyyət hüquqlarının bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-82/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən iddiaçılar İddiaçı1 və X4 Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 15 saylı və məhkəmənin xx xxx 2006cı il tarixli 2-175 saylı Qətnaməsi ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Qusar rayonu Əcəxur kəndi ərazisindən 1.05 hektar torpaq sahəsi verilməsi barədə tərtib olunmuş, tarixi göstərilməyən JN:3xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1 və X4 Qusar rayonu X8 xx xxxxx 1998-ci il tarixli 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsinin 3.34 hektar torpaq sahəsi verilməsinə dair xx.xx.1999-cu il tarixli JN:1xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 3.34 hektar torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və X3 mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. (hakim Rafiq Kazımov) Qətnamədən cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X18 apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)-82/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X18 apelyasiyaşikayətinionunlaəsaslandırmışdırki, məhkəmə qətnaməsini əsasız və qanunsuz hesab edirlər. Belə ki, İddiaçı1 və İddiaçı2 Qusar rayonu X8 xx xxxxx 1998-ci il tarixli 15 nömrəli qərarı ilə Qusar rayonu, Əcəxur kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3.34 ha torpaq sahəsinə dair DTXK-nin Qusar rayon şöbəsi tərəfindən JN:1xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Bundan sonra həmin dövlət aktında göstərilən 3.34 hektar torpaq sahəsinin 1.05 ha hissəsinə Qusar AİK-nın xx.xx.1998-ci il tarixli 15 saylı və Qusar rayon məhkəməsinin xx xxx 2006-cı il tarixli 2-175 saylı Qətnaməsi əsasında İddiaçı1 və İddiaçı2 adlarına DTXK-nin Qusar rayon şöbəsi tərəfindən JN:3xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. JN:1xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2.29 ha hissəsinə isə X6 adına DTXK-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:4xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının tərkibinə daxil edilmişdir. X6 adına JN:4xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında həmin 2.29 ha torpaq sahələrinə xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 -ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “qanuni qüvvəyə minmiş məhkəmə qərarları”“bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlardaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, iddia predmeti olan 2.29 ha torpaq sahəsi digər şəxsin mülkiyyətindədir və ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış yuxarıda qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır və hal-hazırda güvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsirfqeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Odur ki, Qusar Rayon Məhkəməsinin 2(029)-82/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili X7 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-82/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi gəlməmişdir,məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan JN-1xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu X8 1998-ci il 10 aprel tarixli, 15 saylı qərarı ilə İddiaçı1 və X3 mülkiyyətlərinə Qusar rayonu Əcəxur kəndi ərazisindən 3.34 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Əcəxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 57 saylı Arayışından görünür ki, İddiaçı1 və İddiaçı2 Qusar rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 15 saylıi qərarına əsasən 3.34 ha pay torpaq sahəsi verilmişdir. İşdə olan JN-3xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Qusar rayonu X8 xx xxxxx 1998-ci il tarixli, 15 saylı qərarına və Məhkəmənin xx xxx 2006-cı il tarixli, 2-175 saylı qətnaməsinə əsasən İddiaçı1 və X3 mülkiyyətlərinə 1.05 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli **********31 saylı məktubdan görünür ki, JN-1xx xxx 30121018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı alqı-satqı olunmuş, İddiaçı1 və X3 adına 1.05 ha torpaq sahəsinə verilmiş JN- 3xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. JN-3xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X15 təhvil verilmiş Dövlət Aktlarının verilməsi kitabında qeydiyyatdan keçmiş DBF və DVJ məlumatları vardır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon Polis Şöbəsi Həzrə Polis Bölməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli 135 saylı Arayışdan görünür ki, Qusar rayonu Əcəxur kəndində yaşayan İddiaçı1 xx xxxxxx 2018-ci il tarixdə Qusar rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinə müraciət edərək onun və ailə üzvlərinin adına verilmiş JN-1xx xxx 30104018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının naməlum şəraitdə itirildiyini bildirmişdir. Keçirilmiş axtarış tədbirləri nəticəsində naməlum şəraitdə itmiş həmin JN-1xx xxx 30104018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının tapılması mümkün olmamışdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli G(029)-90/2019 saylı Qusar rayon Məhkəməsi tərəfindən verilmiş məktubdan görünür ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında İddiaçı1 tərəf olduğu 2-175 saylı mülki iş, həmçinin xx.xx.2006-cı il tarixli qətnamə mövcud deyildir. Qeyd olunan 2- 175/2006 saylı mülki iş X5 Yuxarı Zeyxur bələdiyyəsinə qarşı torpaq sahəsinin tələb edilməsi ilə bağlıdır. Bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri mümkündür. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli **********98 saylı məktubdan görünür ki, İddiaçı1 və ailə üzvlərinin adına 3.34 ha torpaq sahəsinə JN- 1xx xxx 30104018 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Məhkəmə qətnaməsi əsasında sonradan vətəndaşa, 1.05 ha torpaq sahəsinə JN-3xx xxx 30114018 sayı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Yerdə qalan 2.29 ha torpaq sahəsinin kimin mülkiyyətinə keçməsi barədə heç bir məlumat yoxdur. Birinci instansiya məhkəməsi iddiaçıların həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına əsassız müdaxilə baş verməsini,həmin hüquqların pozulmasını müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı tələb Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Qusar rayonu Əcəxur kənd sakinləri İddiaçı1 və X4 Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 15 saylı və məhkəmənin 11.05.06-cı il tarixli 2-175 saylı Qətnaməsi ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Qusar rayonu Əcəxur kəndi ərazisindən 1.05 hektar torpaq sahəsi verilməsi barədə tərtib olunmuş JN:3xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İş materiallarından görünür ki, iddiaçılar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Qusar rayonu Əcəxur kənd sakinləri İddiaçı1 və X4 Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 15 saylı və məhkəmənin 11.05.06-cı il tarixli 2-175 saylı Qətnaməsi ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Qusar rayonu Əcəxur kəndi ərazisindən 1.05 hektar torpaq sahəsi verilməsi barədə tərtib olunmuş, tarixi göstərilməyən JN:3xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsini xahiş etmişlər. . İddiaçıların etibarsız hesab edilməsi tələb edilən JN:3xx xxx 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əsasını Qusar rayon AİK-nın xx.xx.1998ci il tarixli 15 saylı qərarı və məhkəmənin 11.05.06-cı il tarixli 2-175 saylı Qətnaməsi təşkil edir. Əslində tələb həmin qərarın və onun əsasında verilmiş dövlət aktının ləğv edilməsidir. Göründüyü kimi, hazırki tələb mahiyyəti üzrə həmin aktı vermiş inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində, düzgün mərzçəkmə işlərinin və düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyənedilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Mübahisələndirilən Dövlət Aktı ilə qeydə alınmış torpaq sahəsinə hüququn hər hansı mülki hüquqi əqd (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında deyil, X8 müvafiq qərarı əsasında aparıldığı nəzərə alınarsa, Dövlət Aktının qanuniliyinin mübahisələndirilməsi hüquqi təbiətinə görə inzibati mübahisədir və inzibati orqanın faktiki xarakterli fəaliyyətindən irəli gələn mübahisədir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyrimüəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli qərarları). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Aktının etibarsız hesab edilməsi tələbi barədə qətnamə məhkəmə aidiyyəti qaydalarının pozulmasına görə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinəverilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsindəbaxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsininicraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-82/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-82/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X11rşı “torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız sayılıb hüquqların bərpa olunması” tələbinə dair mülki iş üzrə işin icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Şəmsəddin Abasov
Məhkəmə qərarları › İş №2(105)-1902/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1902/2020
06.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver