Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-191/2021 26.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının rəhbəri İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alğı-satqı müqavilələrinin, onların əsasında verilmiş dövlət aktlarının etibarsız hesab edilməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-197/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-197/2020 saylı qətnaməsilə (hakim R.Həsənov) iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-197/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının rəhbəri İddiaçı Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən Cavabdeh2 adına 1,20 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə verilmiş JN-6xx xxx 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında 0,40 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş 4-ə-168 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2003-cü il tarixli, JN-06xx xxx 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında 0,81 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən Cavabdeh4 adına verilmiş xx.xx.2003-cü il tarixli, JN 06xx xxx 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən müvafiq olaraq 0,40 ha və 0,81 ha torpaq sahəsinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun və digər şəxslərin müraciəti əsasında keçmiş Quba rayon N.Nərimanov adına sovxozun AİK-nın xx xxxx 1996-cı il tarixli qərarı ilə “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatı yaradılıb. Yaradılmış KFT-nın fəaliyyəti üçün Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 835 saylı sərəncamı ilə “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının mülkiyyətinə cəmi 101,76 ha torpaq sahəsi, o cümlədən kənd təsərrüfatına yararlı 65,70 ha torpaq sahəsi verilib. xx.xx.1998-ci il tarixdə “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının adına onun da adı göstərilməklə kənd təsərrüfatı məhsulları istehsalı üçün 65,18 ha torpaq sahəsinə Quba rayon Torpaq Şöbəsi və Dövlət X4 tərəfindən torpaqdan daimi istifadə hüququna dair JN-161 seriyalı, KOD 30317018 saylı dövlət aktı verilib. Beləliklə, rəhbəri olduğu “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının qanuni istifadəsinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 65,18 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi tərəflərindən təyinatı üzrə istifadə edilib. 2018-ci ilin sonlarında ona məlum olub ki, qanuni istifadəsində olan 65,18 ha torpaq sahəsinin 1,21 ha torpaq sahəsi digər şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunub hasara alınıb. Məsələ ilə bağlı o, rəsmi ərizə ilə Quba RPŞ-nə müraciət edib və ərizəsi əsasında araşdırma aparılaraq müəyyən edilib ki, qanuni istifadəsində olan 1,21 ha torpaq sahəsini ilk əvvəl Cavabdeh2 Qəçrəş bələdiyyəsi ilə aralarında bağlanmış müqavilə əsasında alıb və öz adına dövlət aktı əldə edib, sonradan həmin torpaq sahəsinin 0,40 ha hissəsini cavabdeh Xalidə Baxşəliyevaya, yerdə qalan 0,81 ha torpaq sahəsini isə digər Cavabdeh4 alğı-satqı yolu ilə özgəninkiləşdirmiş, sonuncular alğı-satqı müqavilələri əsasında öz adlarına dövlət aktları əldə etmişlər. Əldə olunmuş sənədlərdən müəyyən olunur ki, rəhbəri olduğu “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının qanuni istifadəsində olan 65,18 ha torpaq sahəsinin 1,20 ha torpaq sahəsi Qəçrəş bələdiyyəsi tərəfindən həmin bələdiyyə ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 02 saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, sonuncu həmin alğı-satqı müqaviləsinə əsasən 1,20 ha torpaq sahəsinə xx.xx.2003-cü il tarixdə DT və XK-nın Quba rayon şöbəsindən JN-0638 seriyalı, KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə etmişdir. Cavabdeh2 həmin 1,20 ha torpaq sahəsinin 0,40 ha hissəsini Quba şəhər Notariat Kontorunda xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş 4-ə-168 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən digər Cavabdeh3 satmış, sonuncu həmin alğı-satqı müqaviləsinə əsasən 0,40 ha torpaq sahəsinə xx.xx.2003-cü il tarixdə DT və XK-nın Quba rayon şöbəsindən JN-0639 seriyalı, KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə etmişdir. Cavabdeh2 1,20 ha torpaq sahəsinin 0,81 ha torpaq sahəsini alğısatqı müqaviləsinə əsasən Cavabdeh4 satmış, sonuncu da həmin alğı-satqı müqaviləsinə əsasən 0,81 ha torpaq sahəsinə xx.xx.2003-cü il tarixdə DT və XK-nın Quba rayon şöbəsindən JN-0640 seriyalı, KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə etmişdir. “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının qanuni istifadəsində olan torpaq sahəsinin 1,20 ha hissəsinin Quba rayonu Qəçrəş bələdiyyəsi tərəfindən Cavabdeh2 satılması tamamilə qanunsuzdur, ona görə də, həmin müqavilə əsasında 1,20 ha torpaq sahəsinin 0,40 ha və 0,81 ha hissələrinə aid Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış alğı-satqı müqavilələri, həmin müqavilələr əsasında sonuncuların adına verilmiş dövlət aktları etibarsız hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə iddiaçı “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının rəhbəri İddiaçı iddia ərizəsilə eyni məzmunlu apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə mübahisəni hər tərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bunlar da qətnamənin ləğvi üçün əsaslardır. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında iddiaçı “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının rəhbəri İddiaçı iddia tələbini və apelyasiya şikayətini müdafiə etdiyini bildirdi. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh4 Şhsuvar qızının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 vəkili və nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. İş üzrə digər tərəflərə apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə məlumat verilsə də heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş, Xalidə Baxşəliyeva (Mirzəliyeva) isə məhkəməyə teleqram ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə həmin şəxslərin və onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunmuş torpaqdan daimi istifadəyə dair JN-161 seriyalı, 30317018 kodlu dövlət aktının surətindən görünür ki, Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 835 saylı qərarına əsasən “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının (başçısı İddiaçı) daimi istifadəsinə Quba rayonu, Qəçrəş kəndi ərazisindən 65,18 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Yenə iş materiallarına əlavə olunmuş Quba rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 835 saylı sərəncamından görünür ki, “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının mülkiyyətinə cəmi 101,76 ha torpaq sahəsi, o cümlədən kənd təsərrüfatına yararlı 65,76 ha torpaq sahəsi verilmişdir. Yenə də iş materiallarına əlavə olunmuş Quba RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı torpaq sahəsinin zəbt edilməsilə bağlı ərizəsi əsasında toplanmış materiallarda Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əlamətləri olmadığından material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0638 seriyalı, 30317018 kodlu dövlət aktının surətindən görünür ki, Cavabdeh2 Quba rayonu Qəçrəş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 02 saylı müqaviləsi ilə 1,20 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi satılmışdır. Yenə işdə olan xx.xx.2003-cü il tarixli torpaq alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,40 ha torpaq sahəsini Cavabdeh3 satmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2003-cü il tarixli torpaq alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,80 ha torpaq sahəsini Cavabdeh4 satmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0639 seriyalı, 30317018 kodlu nömrəli dövlət aktının surətindən görünür ki, Cavabdeh3 Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il tarixli, 4-ə-168 saylı müqaviləyə əsasən 0,40 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi satılmışdır. Yenə də iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-640 seriyalı, 30317018 kodlu dövlət aktının surətindən görünür ki, Cavabdeh4 Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il tarixli, 4-169 saylı müqaviləyə əsasən 0,81 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi satılmışdır İş materiallarına əlavə olunmuş DƏDRX-nin 5 saylı X9 xx.xx.2019-cu il tarixli, **********14 nömrəli məktubundan görünür ki, Ərazi İdarəsində “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının adına olan JN-161 seriyalı, 30317018 kodlu “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı barədə heç bir məlumat aşkar edilməmişdir. İşdə olan dövlət qeydiyyatı haqqında 44 saylı şəhadətnamədən görünür ki, “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatı xx xxx 1998-ci il tarixdə hüquqi şəxs kimi ******* kodu ilə qeydə alınmışdır. Yenə işdə olan uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı şəhadətnamənin surətindən görünür ki, dənli bitkilərin becərilməsi sahəsi üzrə “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatı xx xxx 1998-ci il tarixdə Dövlət Statistika Komitəsində qeydə alınmışdır. Yenə də işdə olan xx xxx 1998-ci il tarixdə qeydə alınmış nizamnamədən görünür ki, “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının nizamnaməsi tərtib edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli arxiv çıxarışından görünür ki, Quba rayon AİK-nin xx xxxx 1996-cı il tarixli, 47 saylı protokolu qərarı ilə “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının yaradılması haqqında N.Nərimanov adına sovxoz AİK-nin xx xxxx 1996-cı il tarixli, 05 saylı qərarı təsdiq edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(105)-191/2021 saylı qərardadından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)- 197/2020 saylı qətnaməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən Cavabdeh2 adına 1,20 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə verilmiş JN-6xx xxx 30317018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi barədə İddiaçı iddiasının rədd olunması hissəsində ləğv olunmuş, həmin hissədə işin icraatına xitam verilmiş, iddiaçı tərəfə eyni əsasla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. “X10 və Ekspertiza Mərkəzi” MMC-nin işdə olan 01 saylı, xx xxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-161 seriyalı, 30317018 kodlu torpaqdan daimi istifadə hüququna dair dövlət aktına əsasən “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının daimi istifadəsinə verilmiş torpaq sahəsi (mübahisələndirilən ərazidə yerləşən 0,85 ha torpaq sahəsi) naturada öz yerində deyil, lakin həmin fermer təsərrüfatına torpaq sahəsi ayrılması barədə ilkin torpaq ayrıma sxemində qeyd edilmiş hissə mübahisələndirilən ərazinin 0,8 hektarlıq hissəsinə uyğundur. Quba rayonu Qəçrəş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 02 saylı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, torpağa mülkiyyət hüququna dair JN-638 seriyalı, 30317018 kodlu dövlət aktı üzrə 1,20 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi öz yerinə (mübahisələndirilən əraziyə) uyğun yerləşmir. Ayrılmış torpaq sahəsi yaxınlıqdan keçən asfalt yolun üzərinə və yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus yaşayış evlərinin üzərinə düşür. Torpağa mülkiyyət hüququna dair JN-0639 seriyalı, 30317018 kodlu nömrəli dövlət aktına əsasən Cavabdeh3 məxsus 0,40 ha torpaq sahəsi, torpağa mülkiyyət hüququna dair JN-640 seriyalı, 30317018 kodlu dövlət aktına əsasən Cavabdeh4 məxsus 0,81 ha torpaq sahəsi naturada öz yerinə(mübahisələndirilən əraziyə) uyğun yerləşmir. Ayrılmış torpaq sahəsi yaxınlıqdan keçən asfalt yolun üzərinə və yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus yaşayış evlərinin üzərinə düşür. JN-161 seriyal, 30317018 kodlu dövlət aktına işlənməsinə əsas olmuş ilkin torpaq ayrıma sxeminə əsasən “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatına ayrılmış 65,18 ha torpaq sahəsinin 0,85 hektarlıq hissəsinin 0,80 hektarı ilə, torpağa mülkiyyət hüququna dair JN-0638 seriyalı, 30317018 kodlu dövlət aktı üzrə Cavabdeh2 məxsus 1,20 ha torpaq sahəsi, o cümlədən sonradan onun tərəfindən satılmış, torpağa mülkiyyət hüququna dair JN-0639 seriyalı, 30317018 kodlu dövlət aktına əsasən X2 məxsus 0,40 ha torpaq sahəsi, torpağa mülkiyyət hüququna dair JN-640 seriyalı, 30317018 kodlu dövlət aktına əsasən Cavabdeh4 məxsus 0,81 ha torpaq sahəsinin 0,77 hektarı Mirzəyeva Xalidə və Cavabdeh4 tərəfindən daş və metal hasarla əhatə olunmuş torpaq sahəsi ilə, 0,03 hektarı isə Cavabdeh2 tərəfindən hasarla əhatə olunmuş torpaq sahəsi ilə naturada üst-üstə düşür. Həmin dövlət aktlarında qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi naturaya uyğun deyil. JN-161 seriyalı, 30317018 kodlu dövlət aktının işlənməsinə əsas olmuş ilkin torpaq ayrıma sxeminə əsasən “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatına ayrılmış 65,18 ha torpaq sahəsinin 0,85 hektarlıq hissəsinin naturaya uyğun gələn 0,80 hektarılıq hissəsinin 0,77 hektarı cavabdehlər Mirzəyeva Xalidə və Cavabdeh4 tərəfindən (asfalt yol tərəfdən) daş və metal hasar inşa edilərək istifadə edilir, 0,03 hektarı isə Cavabdeh2 tərəfindən daş və metal hasar inşa edilərək istifadə edilir. Məhkəmə Ekspertiza Mərkəzinin iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 10/2706 saylı rəyindən görünür ki, “X10 və Ekspertiza Mərkəzi” MMC-nin 01 saylı, xx xxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsi təkrarlanmışdır. Bununla belə qeyd edilmişdir ki, mülki iş materiallarında mübahisəli torpaq sahəsinə dair ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) olmadığından ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır və göstərilən mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Mübahisənin tədqiq olunan faktiki hallarından göründüyü kimi, xx.xx.2003-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilə bağlanmış və həmin müqavilə əsasında Cavabdeh2 adına DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən 1,20 ha torpaq sahəsinə dair JN-6xx xxx 30317018 saylı, xx.xx.2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bundan sonra, Cavabdeh2 Quba şəhər Dövlət Notariat Kontorunda xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş 4-ə-168 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsinin 0,40 ha hissəsini Cavabdeh3 satmışdır. Bu müqavilə əsasında isə Cavabdeh3 adına xx.xx.2003-cü il tarixli, JN-06xx xxx 30317018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Qalan 0,81 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh4 satılmış, bu barədə onlar arasındakı alqı-satqı müqaviləsi də xx.xx.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmişdir. Müqavilədən sonra, 0,81 ha torpaq sahəsinə dair DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən Cavabdeh4 adına xx.xx.2003-cü il tarixli, JN 06xx xxx 30317018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Hazırda “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının rəhbəri İddiaçı Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən Cavabdeh2 adına 1,20 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə verilmiş JN-6xx xxx 30317018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında 0,40 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş 4-ə-168 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2003-cü il tarixli, JN-06xx xxx 30317018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında 0,81 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən Cavabdeh4 adına verilmiş xx.xx.2003-cü il tarixli, JN 06xx xxx 30317018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən müvafiq olaraq 0,40 ha və 0,81 ha torpaq sahəsinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh4 arasındakı alqı-satqı müqavilələrinin bağlanmasına, eləcə də həmin şəxslərin adlarına müvafiq dövlət aktlarının verilməsinə, xx.xx.2003-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair bağlanmış 02 saylı müqavilə və Cavabdeh2 adına DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən verilmiş JN-6xx xxx 30317018 saylı, xx.xx.2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsas olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(105)-191/2021 saylı qərardadı ilə, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-197/2020 saylı qətnaməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən Cavabdeh2 adına 1,20 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə verilmiş JN-6xx xxx 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi barədə İddiaçı iddiasının rədd olunması hissəsində ləğv olunmuş, həmin hissədə işin icraatına xitam verilmiş, iddiaçı tərəfə eyni əsasla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Başqa sözlə, qeyd edilən hüquqmüəyyənedici sənədlər hazırda qüvvədədir və belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə həmin sənədlər əsasında aparılmış alqısatqı müqavilələrinin və verilmiş dövlət aktlarının mübahisələndirilməsindən, həmçinin hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 sahibliyindən müvafiq olaraq 0,40 ha və 0,81 ha torpaq sahəsinin qaytarılmasından söhbət gedə bilməz. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə görə torpaq mübahisələrindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan presedent yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bundan başqa, iş üzrə verilmiş ekspert rəyindən görünür ki, mübahisə tərəflərinin faktiki istifadə etdikləri torpaq sahələri ilə onların hüquq müəyyənedici sənədlərində göstərilmiş koordinatlar arasında uyğunsuzluq vardır. Ekspert rəyi tam deyil, əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin rəylə razılaşmır. Bununla belə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən səbəblərdən hazırda yeni ekspertiza keçirilməsinə zərurət görmür. AR MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, iddianı rədd etsə də, mübahisəyə tətbiq edilməli normanı düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını səhv tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 30,40 manat və 15,40 manat dövlət rüsumları onun özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan məbləğ isə ondan tutularaq müvafiq qurumun hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)- 197/2020 saylı qətnaməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında 0,40 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş 4-ə-168 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2003-cü il tarixli, JN-06xx xxx 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında 0,81 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət X4 tərəfindən Cavabdeh4 adına verilmiş xx.xx.2003-cü il tarixli, JN 06xx xxx 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən müvafiq olaraq 0,40 ha və 0,81 ha torpaq sahəsinin alınaraq ona qaytarılması barədə “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının rəhbəri İddiaçı iddiasının rədd olunması hissəsində ləğv olunsun. Həmin hissədə yeni qətnamə qəbul olunub iddia rədd edilsin. İddiaçı iddia ərizəsinin verilməsi üçün ödədiyi 30,40 manat və apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul “Müqəddəs Torpaq” Kəndli Fermer təsərrüfatının rəhbəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına (Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-191/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-191/2021
26.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver