Məhkəmə qərarları › İş №2(105)-1930/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1930/2023

27.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1930/2023 27.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 qarşı mirasın qəbulunun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış məhkəmə aktının Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması müəyyən edilməsinə və Maraqlı şəxs qətnamə maraqlarına toxunan şəxs kimi məhkəmə icraatın cəlb edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-992/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-992/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, mərhum X2 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyinin müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(105)-1063/2023 nömrəli qərardadı ilə qəbul olunmuş məhkəmə aktının Maraqlı şəxs hansı hüquq və vəzifələrinə toxunmasının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmədiyi, onun prosessual statusunu müəyyən edən məhkəmə aktı qəbul edilmədiyi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsinə də münasibət bildirilmədiyi qeyd edilməklə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Xaçmaz rayon məhkəməsinə qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(067)-992/2021 nömrəli qərardadına əsasən Maraqlı şəxs tərəfindən Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-992/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti onun özünə qaytarılmışdır. Maraqlı şəxs tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(067)-992/2021 nömrəli qərardadından verilmiş şikayət baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin 10 iyul 2023cü il tarixli, 2(105)-1460/2023 nömrəli qərardadına əsasən Maraqlı şəxs şikayəti qismən təmin edilməklə, Xaçmaz rayon məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(067)-992/2021 nömrəli qərardadı ləğv edilmiş və işin istinad olunan hallarının iş materiallarında olan sənədlərlə birgə tədqiq olunması və işdə iştirak edən şəxslər, şikayətçi məhkəmə iclasına çağırılmaqla, çəkişmə prinsipinə riayət edilməklə hərtərəfli araşdırılması, Maraqlı şəxs qətnamə maraqlarına toxunan şəxs kimi məhkəmə icraatına cəlb edilməsi məsələsinin bir daha müzakirə olunması tövsiyyə olunmaqla iş baxılması üçün yenidən Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin (067)-922/2021 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 qarşı “mirasın qəbulunun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış məhkəmə aktının Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması müəyyən edilmiş və Maraqlı şəxs qətnamə ilə maraqlarına toxunan şəxs kimi məhkəmə icraatına cəlb edilmiş, Maraqlı şəxs tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-992/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilməklə mülki iş şikayətlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərarı alınmışdır.(hakim Xıdır Quliyev) İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-992/2021 nömrəli qərardadının ləğv edilməsi və Maraqlı şəxs apellyasiya şikayətinin geri qaytarılması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, anasının vəfatı ilə əmlakına vərəsəlik açılarkən anasının birinci növbəli vərəsə ola biləcək oğlu X1 şəhəri, Yavər Şahbazov küçəsi, 12 saylı ünvanda yaşamaqla mirası faktiki qəbul etməmiş, habelə mirasla əlaqədar notariat orqanına müraciət etməmişdir. Guya mərhum analarından miras qalmış məişət əşyalarının Maraqlı şəxs mərhum əri Yaqub Ağayev tərəfindən faktiki qəbul edilməsi ilə bağlı göstərilənlər boş söz yığınından başqa bir şey deyildir. Mirasın açılmasından 15 ildən artıq vaxt keçir və qarşı tərəfdə mərhumdan miras qalan məişət avadanlıqlarının siyahıya alınaraq saxlanılması barədə notariat orqanının hər hansı bir sənədi mövcud deyildir. Güya Nümayəndə1 izahatından belə anlaşılır ki, güya qeyd olunan torpaq sahəsində mərhum atası X7 yaşayış evi tikmiş, güya Yaqub Ağayevə məxsus hansısa əmlaklar oradadır. Əvvəla Maraqlı şəxs və onun nümayəndəsi iddia edirlər ki, guya Maraqlı şəxs həmin evə gəlin gəlib. İkincisi Maraqlı şəxs oğlu Nümayəndə1 isə bildirir ki, evi atası Yaqub Ağayev tikib. Hətta Nümayəndə2 da bildirib ki, güya hazırda onun yaşadığı evi Yaqub tikmişdir. Göründüyü kimi ziddiyətlər göz qabağındadır. Qeyd edir ki, anasından miras qalmış 0.16 ha həyət yanı torpaq sahəsində mövcud olan yaşayış evi anasına məxsus olmuş, onun vəfatından sonra həmin əmlak ona keçmişdir. Özü də anasının arzusu ilə ona keçmişdir. Çünki digər vərəsələrin hamının öz evləri vardır və evlərin alınması və ya tikilməsində anasınında vəsaiti xərclənmişdir. Yaşayış evinin və həyətyanı torpaq sahəsinin açıq olmasından istifadə edən Maraqlı şəxs oğlu Nümayəndə1 müəyyən predmetləri onun və ailə üzvlərinin evdə olmadıqları vaxt gətirib yığmasından sonra həmin əmlakların çıxarılması barədə Xaçmaz rayon Polis Şöbəsinə və Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlərindən sonra onu məhkəmədə müvafiq iddia qaldırmaq hüququm izah edilmiş və məhkəmədə müvafiq iddia qaldırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-2123/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətim təmin olunaraq iş üzrə cavabdehlər Nümayəndə1 və Cavabdeh2 məxsus olan əmlaklar- 10 ədəd plastik işlənmiş qapının, 1 ədəd qara rəngli “Niva” markalı avtomaşın kuzasının, 1 ədəd işlənmiş dəmir qapının, 1 ədəd yararsız yaşıl rəngli şkaf dəstinin, 1 ədəd yararsız tumbanın, 1 ədəd yararsız şüşəli bir ayağı olmayan jurnal stolunun, 2 ədəd xalçaının, 1 ədəd köhnə divanın, 1 ədəd boz rəngli yararsız qab yığmaq üçün şkafın, 1 ədəd yaşıl rəngli kompyuter masasının, 2 ədəd stenka mebelin, 2 ədəd stulun, 1 ədəd pərdənin, stenkanın içində olan qabların, 1 ədəd karobkanın içində 6 dənəli armudu stəkanın, çay servizlərinin, mürəbbə qablarının, aş servizinin ona məxsus Xaçmaz rayonu X12 kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qətnamədən də göründüyü kimi həmin əmlaklar anasından miras qalmış əmlaklar deyildir, həmin əmlaklar Nümayəndə1 və Cavabdeh2 məxsus olan əmlaklardır. Məlumat üçün bildirir ki, anasından ona miras qalmış 0.16 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evindən başqa 0.10 ha həyətyanı torpaq sahəsində mövcud olmuş və hazırda yaşayış üçün tam yararsız olan evə Maraqlı şəxs gəlin gəlmiş, orada yaşamış və 1994-cü ildə ailəvi qaydada ünvan 2 ünvanda yaşamaqdadırlar. Nə mərhum qardaşı X4, nədəki onun həyat yoldaşı Maraqlı şəxs ona anasından miras qalmış evlə heç bir əlaqəsi yoxdur, onlar həmin evdə yaşamamışlar və anasının ölümündən sonra X7 mirası nə faktiki, nədəki notariat orqanına müraciət etməklə qəbul etməmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(067)-992/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)- 992/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair 24 iyul 2020-ci il tarixli qərarında ifadə olunmuş mövqeyə görə, “Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır. İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.” Verilmiş apellyasiya şikayəti üzrə çəkişmə prinsipinə riayət edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-992/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsini mübahisələndirmiş, həmin qətnamədən ümumiyyətlə məlumatlı olmamış, Maraqlı şəxs oğlu Nümayəndə1 16 fevral 2023-cü il tarixdə Xaçmaz rayon məhkəməsinə təqdim etdiyi ərizə əsasında 2(067)- 992/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamə ona təqdim olunmuş, Maraqlı şəxs qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayətini məhkəməyə vermişdir. Maraqlı şəxs şikayətinin dəlillərindən məlum olmuşdur ki, mərhum əri Yaqub Ağayev anası vəfat edənə və vəfat edikdən sonra da hal-hazırda mübahisə predmeti olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış və mirası faktiki qəbul etmişdir. Mirasın faktiki qəbulunun da sübutu ona və mərhum əri Yaqub Ağayevə məxsus əmlakların hal-hazırda da qeyd edilən evdə olması, o cümlədən apellyasiya şikayətinə əlavə edilmiş Xaçmaz rayon İHB-nin Niyazoba kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş aktla təsdiq olunur. Beləliklə də Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-992/2021 saylı qətnaməsinin mövcudluğunun Maraqlı şəxs hüquqlarına və qanuni maraqlarına toxunması məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi çıxarılmış məhkəmə aktının Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını müəyyən edərək Maraqlı şəxs qətnamə maraqlarına toxunan şəxs kimi məhkəmə icraatına cəlb etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-992/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-992/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar