Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1935/2023 06.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilədən irəli gələn öhdəliklər, öhdəliyin icrası-mənzillərin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X24 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı prosessual hüquq varisi (əvvəllər qanuni nümayəndəsi olmuş) Qanuni nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh MMC-yə, (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X13 və X6) qarşı mənzilin təhvil verilməsi, mənzilə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin və maliyyə arayışının onlara təhvil verilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(012)-201/2023 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. 21 yanvar 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayon İH başçısının xx.xx.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
2. "xxxx" MMC tərəfindən verilmiş 21 yanvar 2016-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzilə görə 78449 manat məbləğində pul ödənilmişdir.
3. 13 mart 2020-ci il tarixli, 109 №-li mənzil tikintisi haqqında müqavilənin kserosurətindən görünür ki, icraçı Cavabdeh MMC Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı X14 verməyi, payçı X19 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
4. Cavabdeh MMC tərəfindən verilmiş 13 mart 2020-ci il tarixli maliyyə arayışının kserosurətindən görünür ki, X19 tərəfindən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzilə görə 50000 manat məbləğində pul ödənilmişdir.
5. 12 fevral 2021-ci il tarixli, 109 №-li mənzil tikintisi haqqında müqavilənin kserosurətindən görünür ki, icraçı Cavabdeh MMC Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı X10 verməyi, payçı X13 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
6. Cavabdeh MMC tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli maliyyə arayışının kserosurətindən görünür ki, X13 tərəfindən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzilə görə 50000 manat məbləğində pul ödənilmişdir.
7. 19 dekabr 2021-ci il tarixli, 319 №-li mənzil tikintisi haqqında müqavilənin təsdiq olunmuş surətindən görünür ki, icraçı Cavabdeh MMC Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı X5 verməyi, payçı X6 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
8. Cavabdeh MMC tərəfindən verilmiş 19 dekabr 2021-ci il tarixli maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, X6 tərəfindən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzilə görə 63500 manat məbləğində pul ödənilmişdir.
9. Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, Qanuni nümayəndə, İddiaçı və X12 cavabdeh "xxxx" MMC-yə, X8 və X9 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" MMC ilə X15 arasında bağlanan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1.5-ci blok, 10-cu mərtəbə, 319 saylı, 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli, 156 saylı mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, "xxxx" MMC-dən 20 manat məbləğində pulun tutulub Qanuni nümayəndə verilməsi qət edilmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-61/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh MMC-nə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1802/21 saylı, 14 aprel 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 61/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilin onlara təhvil verilməsi, həmçinin həmin mənzilə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin və maliyyə arayışının onlara təhvil verilməsi ilə bağlı Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulması, ödənilmiş dövlət rüsumunun cavadehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2002-ci ildən “Şizofreniya paranoid forma” diqanozlu xəstəlikdən əziyyət çəkir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyətsiz elan edilmiş və Qanuni nümayəndə, həyat yoldaşı olaraq Ayturanın qəyyumu təyin edilmişdir. Onun həyat yoldaşı İddiaçı 21 yanvar 2016-cı il tarixdə rəsmi müqavilə ilə "xxxx" MMC (CavabdehMMC)-nin Xırdalan şəhərində inşa etdiyi binadan 319 saylı, 3 otaqlı mənzili satın almışdır. 2017-ci il 30 may tarixli müqaviləyə əsasən şirkət sözügedən mənzili onların xəbərləri olmadan X2. Şirkətin rəhbəri Ələkbər Hüseynov şikayət edəcəklərini bildiyi təqdirdə həyat yoldaşı İddiaçı ruhi xəstə olmağından istifadə edərək aldatmış və həmin mənzilin Ayturanın qardaşı Hürü Əliyev tərəfindən satıldığını və Ayturanın şikayət edəcəyi təqdirdə qardaşı Hürü Əliyevin məsuliyyətə cəlb olunacağını bildirmişdir. Daha sonra X3 Əliyevin psixi durumunun yerində olmamağından istifadə etmiş, təhdid edərək mənzilin İddiaçı razılığı ilə satıldığını bildirən saxta sənədə imzasını çəkdirmişdir. Belə ki mübahisəli mənzilin satılması barədə danışıqlar İddiaçı özü ilə yox, İddiaçı qardaşı və atası ilə aparılmış, mənzil İddiaçı qardaşı Hürü Əliyevin borcunun müqabilində Ələkbər Hüseynova təklif olunmuşdur. Göründüyü kimi İddiaçı 30 may 2017-ci il tarixli qardaşı Hürü Əliyevin iştirakı ilə yazmış olduğu mübahisəli mənzilin satılmasına dair etiraz etməməsi barədə ərizə özünün sərbəst iradəsi ilə yazılmamışdır. Çünki İddiaçı özünə məxsus mənzili satmaq niyyətində olmamışdır. Sadəcə olaraq cavabdehlər İddiaçı öz hərəkətlərinin mənasını dərk etməməyindən və özünü şüurlu şəkildə idarə etmək iqtidarında olmamasından istifadə edərək öz xeyirlərinə hazırlanmış sənədə qol çəkdirmişlər. Daha sonra o və həyat yoldaşı İddiaçı yuxarıda qeyd elədiyi faktlara əsaslanaraq iddia ərizəsi ilə məhkəmə müraciət etmişlər və 30 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına 21 yanvar 2016-cı il tarixli müqavilənin bərpa edilməsi və onlara dəymiş zərərə görə 78449 manat məbləğində maddi zərərin ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi təmin edilmiş və qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Belə ki, "xxxx" MMC ilə X15 arasında bağlanan ünvan 1, 5ci blok, 10-cu mərtəbə 319 saylı, 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və mənzilin İddiaçı mülkiyyətinə qaytarılması qət edilmişdir. Sözügedən məhkəmə qətnamələri güvvəyə minəndən bəri onlar Cavabdeh MMC-yə müraciət edərək mülkiyyətlərində olan mənzilin təhvil verilməsi, həmçinin həmin mənzilin ödənişinin və borcunun olub-olmaması haqqında maliyyə arayışını və ev alqısatqısı ilə bağlı notariat qaydadada təsdiq olunmuş müqaviləni tələb etsələr də sözügedən MTK həmin zəruri sənədləri onlara verməkdən qərəzli şəkildə boyun qaçırmış, hazırda məlum olmuşdur ki, cavabdeh təşkilat hətta məhkəmə mübahisələri dövründə mübahisəli mənzili qanunsuz olaraq satmışdır. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən, iddia tələbi təmin edilməlidir.
14. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 07 iyun 2023-cü il tarixli, 2(012)-201/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi, ödənimiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sübutların tədqiqatı zamanı müəyyən edildi ki, İddiaçı ilə "xxxx" MMC (Cavabdeh MMC) arasında bağlanmış 21 yanvar 2016-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən, icraçı "xxxx" MMC Abşeron rayon İH başçısının xx.xx.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil İddiaçı təhvil verilməmişdir. Həmçinin Abşeron Rayon Məhkəməsinin 2(012)- 3157/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə Qanuni nümayəndə, İddiaçı və X12 cavabdeh "xxxx" MMC-yə, X8 və X9 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" MMC ilə X15 arasında bağlanan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1.5-ci blok, 10cu mərtəbə, 319 saylı, 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli, 156 saylı mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, qət edilmiş,həmin qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, həmin qətnamə ilə "xxxx" MMC ilə X15 arasında bağlanan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1.5-ci blok, 10-cu mərtəbə, 319 saylı, 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli, 156 saylı mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edildiyindən və İddiaçı sözügedən mənzilə dair hüquqları tanındığından, həmçinin 21 yanvar 2016-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı sifarişçi olaraq öhdəliyini tam icra etdiyi halda, cavabdeh təşkilat olaraq Cavabdeh MMC podratçı kimi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzili təhvil vermək öhdəliyi daşıdığı halda bunu etmədiyindən mübahisəli mənzili İddiaçı təhvil verməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbinin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilə dair notarial qaydada təsdiq olunmuş alqısatqı müqaviləsinin və maliyyə arayışının iddiaçıya təhvil verilməsi ilə bağlı Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulması hissəsi ilə bağlı hüquqi əsaslar müəyyən edilmədiyindən iddia bu hissədə rədd edilməlidir. Cavabdeh MMC tərəfindən sözügedən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzil 13 mart 2020-ci il tarixli, 109 №-li mənzil tikintisi haqqında müqaviləyə əsasən, X14, 12 fevral 2021-ci il tarixli, 109 №-li mənzil tikintisi haqqında müqaviləyə əsasən, X10, 19 dekabr 2021-ci il tarixli, 319 №-li mənzil tikintisi haqqında müqaviləyə əsasən isə X1, lakin hazırkı mübahisəyə baxılarkən tələb olmadığından həmin xüsusatlara məhkəmə tərəfindən qiymət verilməsi mümkün olmadığından, məhkəmə hesab etmişdir ki, işdə iştirak edən şəxslərə gələcəkdə qeyd olunan xüsusatlarla bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 385.1, 425.1, 431.1, 442, 752.1, 755-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
17. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(012)-201/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə lazımi qədər araşdırma aparmamış, işin faktiki hallarına uyğun olmyan qətnamə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, müqavilə öhdəliyinin olmasına baxmayaraq, bir mənzilin inşa edilib eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür. Belə bir vəziyyət yarandığı halda, yəni hazırki vəziyyətdə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bu zaman əşyaya sahiblənmə dedikdə, mahiyyət etibarilə hüquqi sənədləşmə deyil (belə ki, tərəflərin hər birinin sənədi mövcuddur), faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Belə ki, sahiblik, faktiki vəziyyət olduğuna görə, onun varlığı nəticəsinə gəlmək üçün hüquqi sənədləşmə ilə yanaşı, şəxsin əşyanı real şəkildə öz təsirində saxlamasını göstərən hərəkətlər mövcud olmalıdır ki, bu hərəkətlər artıq X6 tərəfindən həyata keçirilmişdir. İşə baxan məhkəmə mübahisəli mənzilin iddiaçıya təhvil verilməsini qət etməklə onun mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, sözügedən mənzilin vicdanlı sahibi və alıcısı Səbinə Hüseynovadır. Hazırkı qətnamənin icrası mənzilin ondan alınması ilə nəticələnəcəkdir ki, bu hal yolverilməzdir. İşi araşdıran məhkəmə mübahisəli mənzilin 2021-ci ildə X6 tərəfindən tam qanuni əsaslarla əldə edilməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrıayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin həqiqi iradə ifadələri araşdırılmamış, tərəflər arasında yaranmış mübahisənin nəticəsinə bir başa təsir edəcək bütün faktiki hallar araşdırılmamış sadəcə olaraq iddiaçının formal tələbi əsasında iddia təmin edilmişdir. Məhkəmə öz mövqeyini Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsinə istinadən əsaslandırmışdır ki, həmin qətnaməyə əsasən "xxxx" MMC ilə X15 arasında bağlanan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi,1.5-ci blok, 10-cu mərtəbə, 319 saylı, 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli, 156 saylı mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Müqavilənin etibarsız sayılması özü-özlüyündən mənzilin təhvil verilməsinə dəlalət edə bilməz. Bundan başqa məhkəmə mübahisəli mənzilin X6 tərəfindən 2021-ci ildə əldə edildiyini və sonuncunun Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsində adı keçən şəxslərlə faktiki və hüquqi münasibətinin mövcud olmamasına nəzər yetirməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli mənzili 2021-ci ildə Cahan İbrahimovadan almışdır. Mənzili alarkən Cavabdeh MMC-nin rəhbərliyindən ona mənzilə dair başqa heç kəsin hər hansı iddiasının olmadığını bildirmişlər. Mənzili alarkən onun mülkiyyətçisi kimi Cahan İbrahimova və onun həyat yoldaşı Cəfər İbrahimovu tanımışlar. Həmin şəxslər isə 2017-ci ildən mənzilin onların mülkiyyətində olmasını bildirmişlər. 2021-ci ildən isə mənzil onun həyat yoldaşı Səbinə Hüseynovanın mülkiyyətindədir. Həmin vaxtdan mənzilə onlar sahiblik edirlər. Bu müddət ərzində o mənzilin təmir işlərini həyata keçirmiş, mənzilə kommunal xəttlər çəkdirmişdir. Yalnız 2023-cü ilin may ayında hazırkı məhkəmə mübahisəsindən məlumatları olmuşdur. Qeyd olunan mənzillə bağlı əvvəllər hər hansı formada mübahisənin olması barədə onların heç bir məlumatı olmamışdır. Səbinə Hüseynova mənzili tam qanuni əsaslarla əldə etmiş şəxsdir. İşə baxan məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə iş üzrə kifayət qədər və obyektiv araşdırma aparmamış, işin qanuni və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları müəyyənləşdirməmişdir. Mübahisələndirilən qətnamə vicdanlı alıcı olan Səbinə Hüseynovanın mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İddianı təmin edən məhkəmə sübut qismində Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsinə istinad etmişdir. Bildirdi ki, həmin qətnamənin aid olduğu məhkəmə mübahisəsi üzrə Səbinə Hüseynova tərəf olmamışdır. Belə olan halda həmin qətnamə onun üçün hər hansı nəticə yarada bilməz. Həmçinin sözügedən qətnamə 2018-ci ildə qəbul edilmiş, Səbinə Hüseynova isə mübahisəli mənzili 2021-ci ildə tam qanuni əsaslarla əldə etmişdir. İşin faktiki halı ondan ibarətdir ki, mübahisəli mənzili X25 İbrahimovadan almışdır. Yəni hazırkı iş üzrə iddiaçı tərəfi, eləcə də Cahan İbrahimovaya qədər mənzili əldə etmiş şəxsləri o tanımır. Səbinə Hüseynova tam qanuni əsaslarla, yəni dəyəri ödənilməklə mənzili əldə etmişdir. Mənzilin dəyərinin ödənilməsi barədə iş materiallarında maliyyə arayışı mövcuddur. Həmçinin mənzilin əvvəlki mülkiyyətçiləri Cahan İbrahimova və Cəfər İbrahimov notarial qaydada təstiq edilmiş ərizələrində mənzilə dair gələcəkdə hər hansı iddialarının olmayacağı barədə öhdəlik götürmüşlər. Yəni bütün hallarda Səbinə Hüseynova hazırkı mübahisə üzrə mənzilə münasibətdə vicdanlı əldə edən statusuna malik şəxsdir. İşə baxan məhkəmə isə bu hallara lazımi diqqət yetirməmiş və nəticədə Səbinə Hüseynovanın mənzilindən mərhum olması kimi ağır hal ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olumasını kollegiyadan xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı prosessual hüquq varisi (əvvəllər qanuni nümayəndəsi olmuş) Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət tam əsassızdır. Mübahisəli mənzili mərhum həyat yoldaşı müqavilə bağlamaqla rəsmi qaydada əldə etmiş, lakin şirkətin rəhbəri sonuncunun ruhi xəstə olmasından istifadə edərək, xəbərləri olmadan mənzili başqa şəxsə satmışdır. Bundan sonra onlar qanunsuz bağlanmış müqaviləni mübahisələndirmişlər və iddia tələbləri təmin edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, mübahisəli mənzil hələ də iddiaçıya təhvil verilməmişdir. Mübahisəli mənzillə bağlı onlara hər hansı məbləğ ödənilməmişdir. Həmin mənzil heç kimə satılmamışdır. İşə baxan məhkəmə lazımi qaydada araşdırma aparmış və əsaslı, qanuni qətnamə qəbul etmişdir. Göstərilənə əsasən apellyasiya şikayətinin rədd, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X13 məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyası;
13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 442. Öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
26. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113-cü maddəsinin ümumi məzmununa əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Şikayət qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İddia tələblərinin mahiyyətindən və ifadə tərzindən müəyyən edilir ki, tələb öhdəliyin qarşılıqlı icrasından irəli gələn tələbdir.
31. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdeh çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul olan hüquqi şəxsdir.
32. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı ilə "xxxx" MMC (Cavabdeh MMC) arasında bağlanmış 21 yanvar 2016-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən, icraçı MMC Abşeron rayon İH başçısının xx.xx.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
33. İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil sonuncuya təhvil verilməmişdir.
34. Digər tərəfdən Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, Qanuni nümayəndə, İddiaçı və X12 cavabdeh "xxxx" MMC-yə, X8 və X9 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası qismən təmin edilərək, "xxxx" MMC ilə X15 arasında bağlanan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1.5-ci blok, 10-cu mərtəbə, 319 saylı, 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli, 156 saylı mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə bütün instansiyalar üzrə dəyişdirilmədən saxlanılmış, son halda qətnamə qanuni qüvvəsini almışdır.
35. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş qətnaməyə istinad edərək bildirir ki, sözügedən qətnamə ilə "xxxx" MMC ilə X15 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1.5-ci blok, 10-cu mərtəbə, 319 saylı, 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli, 156 saylı mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməklə, iddiaçının həmin mənzilə dair müqaviləsi etibarlı hesab edilmiş və sonuncunun sözügedən mənzillə bağlı hüquqları yaranmışdır.
36. Bundan əlavə araşdırılan işdən müəyyən edilmişdir ki, İddiaçı 21 yanvar 2016-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən sifarişçi olaraq öhdəliyini tam icra etdiyi halda, yəni şərtləşdirilmiş pul məbləğini (78449 manatı) ödədiyi halda, cavabdeh təşkilat Cavabdeh MMC podratçı kimi sözügedən mənzili sonuncuya təhvil verməmişdir.
37. Əksinə cavabdeh bu öhdəliyin daşıyıcısı olduğu, hətta mənzillə bağlı məhkəmə mübahisəsinin getdiyini bildiyi halda, bilə-bilə həmin mənzili digər şəxslərə satmış, mübahisə barədə sonuncu “alıcılara” məlumat verməməklə, yaranmış vəziyyətdə bəhərlənməyə çalışmışdır.
38. Göründüyü kimi cavabdeh tərəf mübahisələndirələn müqavilən şərtlərini birtərəfli qaydada pozmaqla, üzərinə götürmüş öhdəlikləri icra etməmiş və əlavə olaraq tikinti bazarında öz üstün mövqeyindən çıxış etməklə və yaranmış vəziyyətdən yararlanmaqla mənzili digər şəxslərə, sonda isə hazırki iş üzrə apellyatora satmaqla hazırki mübahisənin yaranmasına şərait yaratmışdır.
39. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
40. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
41. Nəzərə alınmamlıdır ki, Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
42. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu müəyyən etdiyinə görə həmin müqavilə üzrə cavabdeh razılaşdıqları şərtlər əsasında müqaviləni icra etməli idi.
43. Apellyasiya şikayətinin dəlillərini qəbul etməyən kollegiya qeyd edir ki, apellyantın mübahisəli mənzili qanuni əsaslarla, vicdanlı alıcı qismində əldə etməsi ilə bağlı dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər
46. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir Maddə 112. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113. Mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
47. Beləliklə, yuxarıda adıçəkilən maddələrin təhlilindən göründüyü kimi bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi mənzilin ona təhvil verilməsi öhdəliyini yaradır.
48. Kollegiya əlavə olaraq bildirir ki, apellyatorun adına bağlanmış müqavilə və maliyə arayışındakı tarix iddiaçıya münasibətdə daha sonraya təsadüf etməklə yanaşı, həm də sözügedən mənzil apellyatorun (o cümlədən ondan əvvələ satılmış 3-cü şəxslərin) sahibliyinə və istifadəsinə verilməmişdir. Belə ki, apellyator özü də məhkəmə iclasında mənzildə yaşamadığını, yalnız təmirə başlamaq istədikdə bu mübahisədən məlumatlı olduğunu bilmişdir.
49. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfındən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir.
50. Belə olan halda iddiaçının həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsaslı və qanuni hesab edilməlidir. bilməz. Çünki yuxarıda sadalanan maddi hüquq normalarının konkret işə tətbiqi baxımından hazırkı halda iddia tələbinin təmin edilməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər.
51. Məhkəmə kollegiyası sonda yuxarıda istinad olunan maddi hüquq normalarını rəhbər tutaraq iş üzrə apellyator X5 izah edir ki, hazırkı iş üzrə onun şikayətinin təmin olunmaması, onun pulu ödədiyi MTK-ya (o cümlədən MMC-yə) qarşı mübahisəli mənzilə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
52. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.
53. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(012)-201/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
.