Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1946/2020 10.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-434/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-434/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda qeyri-qanuni tikilinin sökülməsi barədə ilk iddiası təmin edilmiş, Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən İddiaçı Məhərrər qızının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsində tikdiyi qeyriqanuni tikilinin onun hesabına sökülməsi və həmin torpaq sahəsindən çıxarılması, Cavabdeh İddiaçı qarşı bələdiyyə qərarının və daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışın etibarsız hesab edilməsi, onun adına yeni qərarın və çıxarışın verilməsinin 3-cü şəxslərə həvalə edilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılmağı və həmin torpaq sahəsində tikdiyi qeyri-qanuni tikilinin onun hesabına sökülərək həmin ərazidən uzaqlaşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, AR ƏMDK yanında DƏDRX-nin vermiş olduğu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsi onun mülkiyyətindədir. Onun Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə toyu olmuş və həmin tarixdən də qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışlar. Onların bu münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Daha sonra cavabdehin təqsiri üzündən münasiblətləri pozulmuş və azyaşlı övladları ilə valideynlərinin himayəsində yaşamağa başlamışdır. Onlar ayrıldıqdan sonra cavabdeh öz doğma övladlarına baxmadığı üçün aliment tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda 2(012)-4230/2019 saylı mülki iş məhkəmənin icraatındadır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin vermiş olduğu Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsini ona valideynləri almışdır. Onlar ayrıldıqdan sonra ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən qərəzli şəkildə zəbt edilmiş və üzərində qeyriqanuni tikili inşa edilmişdir. Ayrıldıqdan sonra cavabdeh ona torpaq sahəsinə girməyə icazə vermir, onu ölümlə hədələyir. Artıq cavabdehin bu haqsızlıqlarından və qanunsuz hərəkətlərindən bezmişdir. Cavabdehə ona məxsus torpaq sahəsindən çıxmasını tələb etdikdə, həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirir. Dəfələrlə cavabdehdən ona məxsus ərazidən çıxmağı və qeyri-qanuni inşa etdiyi tikilini sökməyi tələb etmişdir. O, özünə məxsus olan həmin torpaq sahəsindən istifadə edə bilmir. Bu isə onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin rədd edilməsi, Abşeron rayonu Masazır bələdiyyəsinin müvafiq qərarının və həmin qərar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X12 tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinə dair onun adına yeni qərarın verilməsininAbşeron rayonu Masazır bələdiyyəsinə və onun əsasında yeni çıxarışın verilməsinin isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X12 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ilə xx.xx.2009-cu ildə el adəti ilə toyu olmuş, onun valideynlərinə məxsus Gədəbəy rayonu, Çiçəkli kəndində yerləşən evə gəlin gəlmiş və həmin vaxtdan ər-arvad kimi yaşamağa başlamışlar. Faktiki nikah münasibətlərində olsalar da, nikahlarını rəsmiləşdirməmişlər. İddiaçı ilə faktiki ər-arvad münasibətlərindən xx.xx.2010-cu il tarixdə X4 və xx.xx.2012-ci il tarixdə X5 anadan olmuşdur. Birgə yaşadıqları müddətdə cavabdeh İddiaçı heç bir yerdə işləməmiş, heç bir qazanc əldə etməmişdir. Onun qazancı və vəsaiti hesabına ailənin bütün tələbatları ödənilmişdir. Onun qazancı və vəsaiti hesabına 2012-ci ildə Abşeron rayonu Masazır bələdiyyəsindən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəli gölü adlanan ərazidə 0,2 ha torpaq sahəsi alınmışdır. Abşeron rayonu Masazır bələdiyyəsindən torpaq sahəsi alınarkən bütün ödənişlər onun tərəfindən edilmişdir. Lakin həyat yoldaşına etibar etdiyi və inandığı üçün Bələdiyyə qərarı İddiaçı adına rəsmiləşdirilmişdir. Daha sonra həmin torpaq sahəsində o, ev inşa edirmişdir. Cavabdehlə faktiki ayrıldıqları vaxtadək həmin evdə yaşamışlar. Ailə qurduğu ilk vaxtlarda ərarvad münasibətləri normal olsa da, sonradan cavabdeh ailəsinə xəyanət etmiş, bununla da ailəsinin nüfuzuna və mənəviyyatına xələl gətirmişdir. Cavabdeh bu hərəkətləri etdiyi üçün münasibətləri pozulmuş, cavabdeh uşaqları da götürüb valideynlərinin evinə qayıtmışdır. Birgə yaşadıqları müddətdə ailəsinə və uşaqlarına hər cür qayğı göstərmiş, bütün yaşayış tələbatlarını ödəmişdir. Bir ata kimi övladlarına hər qayğı və dəstək göstərmiş, ata kimi öz vəzifələrini yerinə yetirmişdir. Hazırda İddiaçı ona olan etibarından və inamından istifadə edərək, məhkəmədə ona qarşı əsassız iddia qaldırmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılmağı və həmin torpaq sahəsində onun tərəfindən inşa edilmiş evin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün hazırki qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,qətnamə əsassız və qanunsuzdur, bu səbəbdən qətnamə ləğv edilməli, ilk iddia tam rədd edilməsi, qarşılıqlı iddia isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, İddiaçı ilə xx.xx.2009cu ildə el adəti ilə toyu olmuş, onun valideynlərinə məxsus Gədəbəy rayonu, Çiçəkli kəndində yerləşən evə gəlin gəlmiş və həmin vaxtdan ər-arvad kimi yaşamağa başlamışlar. Faktiki nikah münasibətlərində olsalar da, nikahlarını rəsmiləşdirməmişlər. İddiaçı ilə faktiki ər-arvad münasibətlərindən xx.xx.2010-cu il tarixdə X4 və xx.xx.2012-ci il tarixdə X5 anadan olmuşdur. Birgə yaşadıqları müddətdə cavabdeh İddiaçı heç bir yerdə işləməmiş, heç bir qazanc əldə etməmişdir. Onun qazancı və vəsaiti hesabına ailənin bütün tələbatları ödənilmişdir. Onun qazancı və vəsaiti hesabına 2012-ci ildə Abşeron rayonu Masazır bələdiyyəsindən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəli gölü adlanan ərazidə 0,2 ha torpaq sahəsi alınmışdır. Abşeron rayonu Masazır bələdiyyəsindən torpaq sahəsi alınarkən bütün ödənişlər onun tərəfindən edilmişdir. Lakin həyat yoldaşına etibar etdiyi və inandığı üçün Bələdiyyə qərarı İddiaçı adına rəsmiləşdirilmişdir. Daha sonra həmin torpaq sahəsində o, ev inşa edirmişdir. Cavabdehlə faktiki ayrıldıqları vaxtadək həmin evdə yaşamışlar. Hazırda İddiaçı ona olan etibarından və inamından istifadə edərək, məhkəmədə ona qarşı əsassız iddia qaldırmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılmağı və həmin torpaq sahəsində onun tərəfindən inşa edilmiş evin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün hazırki qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 4 saylı X14 v əAbşeron rayonu Masazır bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X12 tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki,Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Eldar Nəbizadə xx.xx.2010-cu ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Emil Nəbizadə xx.xx.2012-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8 xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsinin plan ölçü üzrə koordinatları yerində naturada üst-üstə düşür. İddiaçı məxsus torpaq sahəsində inşa edilən tikililər (fərdi yaşayış evi) torpaq sahəsinin koordinatları daxilində yerləşir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X6 tələb edilərək işə əlavə edilmiş İddiaçı adına RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olan sənədlərin surətlərindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X12 tərəfindən mülkiyyət hüququ əsasında Abşeron rayonu Masazır bələdiyyəsinin adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınaraq MA seriyalı, ******* saylı çıxarış verilmiş, həmin çıxarış əsasında Abşeron rayonu Masazır bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, torpaq sahəsi 640 manata İddiaçı satılmış, akt xx xxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində qeydə alınmışdır. Həmin aktda Abşeron rayonu Masazır bələdiyyəsinin İddiaçı bələdiyyə ərazisindən 0,02 ha torpaq sahəsi satması barədə 2012-ci il tarixli, 05/03 nömrəli qərar qəbul etməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 8-ci bəndinə görə torpaq sahəsi almaq üçün müraciət etmiş fiziki şəxsin ərizəsinə bələdiyyə orqanı 5 gün müddətində baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativhüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsi Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən 640 manata İddiaçı satılmış, Abşeron rayonu Masazır bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx xxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində qeydə alınmışdır. Torpaqların alqı-satqısına dair akt əsasında Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X12 tərəfindən RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8 xx xxxxxx 2020-ci il tarixli məktubu ilə müyyən edilir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsinin plan ölçü üzrə koordinatları yerində naturada üst-üstə düşür. İddiaçı məxsus torpaq sahəsində inşa edilən tikililər (fərdi yaşayış evi) torpaq sahəsinin koordinatları daxilində yerləşir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin ilk iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-434/2020 saylı qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Elman Əhmədov
Məhkəmə qərarları › İş №2(105)-1946/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1946/2020
10.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver