Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1946/2023 05.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC «Xalq» Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(029)-27/2019 nömrəli qərardadından Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC «Xalq» Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 iyul 2014-cü il tarixli **********87914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Qusar şəhəri, M.Lezgintsev küçəsində yerləşən 0.04 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, 234.6 kv.metr ümumi, 64.50 kv.metr yaşayış, 170.1 kv.metr yardımçı sahəsi olan 43 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin hərracda satılması və 08 iyul 2014-cü il tarixli **********87914 nömrəli Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Saziş üzrə Cavabdeh2 iddiaçı ASC «Xalq» Bankı qarşısında 18523.21 (on səkkiz min beş yüz iyirmi üç dollar iyirmi bir sent) ABŞ dolları məbləğində əsas borcun, 842.08 (səkkiz yüz qırx iki dollar səkkiz sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 12 may 2017-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 70.18 (yetmiş dollar on səkkiz sent) ABŞ dolları məbləğində penyanın, cəmi 19435.47 (on doqquz min dörd yüz otuz beş dollar qırx yeddi sent) ABŞ dollarının və 12 may 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 faiz dərəcəsi ilə hesablanmış penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulmasına, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2 və X3 onların ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları və ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin 28200 (iyirmi səkkiz min iki yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(029)-27/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 08 iyul 2014-cü il tarixli **********87914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Qusar şəhəri, M.Lezgintsev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, 234.6 kv.metr ümumi, 64.50 kv.metr yaşayış, 170.1 kv.metr yardımçı sahəsi olan 43 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmeti hərracda satılması və 08 iyul 2014-cü il tarixli **********87914 nömrəli Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Saziş üzrə Cavabdeh2 iddiaçı ASC «Xalq» Bankı qarşısında 15460,21 (on beş min dörd yüz altmış dollar iyirmi bir sent) ABŞ dolları məbləğində əsas borcu, 5923,17 (beş min doqquz yüz iyirmi üç dollar on yeddi sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 26 sentyabr 2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 300.00 (üç yüz) ABŞ dolları məbləğində penya, cəmi 21.683,38 (iyirmi bir min altı yüz səksən üç dollar otuz səkkiz sent) ABŞ dolları və 26 sentyabr 2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanmış penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, ipoteka predmeti olan cavabdeh Cavabdeh1 Qusar şəhəri, M.Lezgintsev küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, 234.6 kv.metr ümumi, 64.50 kv.metr yaşayış, 170.1 kv.metr yardımçı sahəsi olan 43 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 64000.00 (altmış dörd min) manat müəyyən edilməsi, iş üzrə 145 ( bir yüz qırx beş) manat təşkil edən ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 birgə qaydada tutulub Məhkəmə Eekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına ödənilməsi qət edilmişdir (hakim Rafiq Kazımov). Qətnamədən narazı qalan Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə 15 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətin bərpa edilməsini və mülki işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(029)-27/2019 nömrəli qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(029)-27/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina edilmişdir (hakim Əli Cəlilov). Həmin qərardaddan narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək Qusar Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(029)-27/2019 nömrəli qərardadının ləğv edilərək buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qətnaməni əsassız hesab etdiyinə görə apellyasiya şikayəti vermək istəyir. Lakin, qətnamədən apellyasiya şikayətini vermə müddətini ötürmüşdür. Apellyasiya şikayətini vermə müddətini ötürməyinin səbəbi o olmuşdur ki, bankla onun arasında şifahi razılaşma olmuşdur ki, onun tərəfindən mütəmadi olaraq ödənişlər olacaq və bank qətnamənin icra olunmasını tələb etməyəcəkdir. O, 2019-cu ilin sentyabr ayından başlayaraq 2023-cü ilin iyul ayınadək müətmadi olaraq bankın hesabına pul ödəmiş, bank isə indiyədək qətnamənin icrasını tələb etməmişdir. Lakin, bu yaxınlarda Qusar rayon İcra və Probasiya şöbəsi ona bildiriş göndərmiş və məlum olmuşdur ki, məhkəmənin qətnaməsi üzrə həmin şöbə tərəfindən 03 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hal-hazırda ondan 21.683,38 (iyirmi bir min altı yüz səksən üç dollar otuz səkkiz sent) ABŞ dolları və 26 sentyabr 2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanmış penya tələb olunur. Bu, isə ədalətsiz olmaqla onun və ailə üzvlərinin məhrumiyyətlərə düçar olmasına səbəb olacaqdır. Dəlilləri onunla təsdiq olunur ki, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan icraya yönəldilməmiş, bank özü də bunu tələb etməmiş, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan sonra qətnamə icraya yönəldilməsə də, o həmin vaxtdan sonra hər ay bankın hesabına ödəniş etmişdir. Bu barədə qəbzləri ərizəsinə əlavə etmişdir. Lakin, Qusar rayon məhkəməsi haqsız və qanunsuz olaraq onun dəlillərini qəbul etməmişdir. Əgər qətnamədən apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməsə, o, haqsız maliyyə sanksiyasına məruz qalacaq, bu isə onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına, onun və ailə üzvlərinin məhrumiyyətlərə düçar olmağına səbəb olacaqdır. Qusar Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(029)-27/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Əli Cəlilov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(029)- 27/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(029)-27/2019 nömrəli qətnaməsi 30 sentyabr 2019-cu il tarixdə məktubla poçt vasitəsi ilə Cavabdeh2 yaşadığı ünvanına göndərilmiş, sözü gedən qətnamə SS604627605AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən həmin ünvanda “Cavabdeh2” qeydi aparılmaqla 10 oktyabr 2019-cu il tarixdə qəbul edilmiş, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə 15 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(029)-27/2019 nömrəli qətnaməsi Cavabdeh2 tərəfindən nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən rəsmi qaydada 10 oktyabr 2019-cu il tarixdə qəbul edilsə də, onun tərəfindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə 4 ilə yaxın müddət keçdikdən sonra, yəni 15 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh şikayətini «onun tərəfindən mütəmadi olaraq ödənişlər olacağı təqdirdə bankın qətnamənin icra olunmasını tələb etməyəcəyi barədə aralarında razılaşma olduğu, onun tərəfindən 2019-cu ilin sentyabr ayından başlayaraq 2023-cü ilin iyul ayınadək mütəmadi olaraq bankın hesabına ödənişlər edildiyi» ilə əsaslandırsa da, həmin dəlillər məhkəmə qətnaməsindən buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas hesab bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, cavabdeh tərəf qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən və bununla bağlı sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinin rədd edilməsi barədə qərardadı əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(029)-27/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1946/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1946/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver