Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-197/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, iddiaçı xxxxn nümayəndəsi X3 və X2, Cavabdeh1 iştirakı ilə Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsindən iddiaçı ASC “Xalq” Bankın verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC “Xalq” Bank iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edib, xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 iddiaçı ASC “Xalq” bankının xeyrinə 18529,49 ABŞ dolları məbləğində əsas borcun, xx.xx.2018-ci il tarixinədək hesablanmış 9094,38 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3563,55 ABŞ dolları məbləğində penyanın, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 514,71 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 31702,13 ABŞ dollarının və xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manatın və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməsi üzrə çəkilmiş xərclərin tutulması, tələbin 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə xxxx qarşısında 31702,13 ABŞ dolları məbləğində borcunun, xx.xx.2018ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən tutularaq xxxxna ödənilməsi, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh2, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ipoteka predmetinin likvid dəyərinin 28800 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC “Xalq” bankı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsinə müvafiq olaraq bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 19% ödəmək şərti ilə 25450 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bank ilə Cavabdeh2 arasında sonuncuya məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin ipotekaya qoyulması barədə 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” bankına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 11 iyul 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Kredit müqaviləsinin əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla, əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və kredit müqaviləsinin bitdiyi tarixə, yəni 09 iyul 2018-ci il tarixə əsas borcun bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə borc alan Cavabdeh1 gecikdirilmiş 18529,49 ABŞ dolları əsas borcu, 9094,38 ABŞ dolları faiz borcu qalmışdır. Bundan əlavə Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan faizlərlə yanaşı, illik 15% dərəcəsi ilə penya da ödəməlidir. xx.xx.2018-ci il tarixə bu məbləğ 3563,55 ABŞ dolları təşkil edir. Həmçinin Cavabdeh1 xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 514,71 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzini də banka ödəməlidir.
3. ASC “Xalq” bankı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin 1-ci bəndində dəyişiklik edilərək xx.xx.2014cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 iddiaçı ASC “Xalq” bankı xeyrinə 18529,49 ABŞ dolları məbləğində əsas borcun, xx.xx.2018-ci il tarixinədək hesablanmış 9094,38 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 7979,75 ABŞ dolları məbləğində penyanın, xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 7422,09 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin, cəmi 43025,71 ABŞ dollarının və xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manatın və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməsi üzrə çəkilmiş xərclərin tutulmasını xahiş etmişdir.
4. Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsi ilə (hakim R.V.Kazımov) iddiaçı ASC “Xalq” Bankın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi, ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia qismən təmin edilib, 09 iyul 2014-cü il tarixli, **********43914 №-li kredit müqaviləsi üzrə 18529.49 (on səkkiz min beş yüz iyirmi doqquz dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 09 iyul 2018-ci il tarixədək hesablanmış 9094.38 (doqquz min doxsan dörd dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 01 aprel 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 700 (yeddi yüz) ABŞ dolları məbləğində penya, cəmi 28323.87 (iyirmi səkkiz min üç yüz iyirmi üç dollar səksən yeddi sent) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına parılmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi min) manat və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı ASC «Xalq» Bankın xeyrinə tutulması, tələbin 09 iyul 2014-cü il tarixli, **********43914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsindən yerləşən 0.08 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh1 09 iyul 2014-cü il tarixli **********43914 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Banknın qarşısında 28323.87 (iyirmi səkkiz min üç yüz iyirmi üç dollar səksən yeddi sent) ABŞ dolları məbləğində borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına parılmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi min) manat ipoteka predmetinin dəyərindən tutularaq iddiaçı ASC «Xalq» Banka yönəldilməsi, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh2, onun ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsindən yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 198000,0 (bir yüz doxsan səkkiz min) manat müəyyən edilməsi, iş üzrə 445 ( dörd yüz qırx beş) manat təşkil edən ekspertiza xərcindən 295 (iki yüz doxsan beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulmaqla həmin ekspertiza xərcindən 150 (bir yüz əlli) manat "xxxx" MMC-nin hesabına (VÖEN **********, Hesab N AZ30GUNA********************, Bank GÜNAY BANK, VÖEN **********, Müxbir hesab-AZ25NABZ********************, kod: 505594; SWİFT: GUNAAZ22) və 145 (bir yüz qırx beş) manat isə Məhkəmə Eekspertizası Mərkəzinin VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabınavə 150 (bir yüz əlli) manat isə iddiaçı ASC «Xalq» Bankdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdehlər öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 297, 298.1, 298.1.1 – 298.1.4, 317.1, 319.1, 385.1, 442, 445.2.1- 445.2.2, 465.2, 449, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1, 39.3.3, 41.1-41.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
7. İddiaçı ASC “Xalq” Bank apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsinin qismən, iddianın rədd olunmuş hissəsində ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(105)-327/2021 saylı qətnaməsi ilə iddiaçı xxxxn apellyasiya şikayəti qismən təmin edilib, Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilmiş, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 190000 (bir yüz doxsan min) manat müəyyən edilməsi, qətnamənin borc məbləğlərinin Cavabdeh2 da tutulmasına dair olan hissədə ləğv edilməsi, iddianın təmin edilməmiş qalan hissələrində qətnamənin iddiaçı xxxxnın apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. İddiaçı ASC “Xalq” Bank kassasiya şikayəti verib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(105)-327/2021 saylı qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021ci il tarixli, 2(102)-3891/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(105)-327/2021 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı ASC “Xalq” Bank apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsinin qismən, iddianın rədd olunmuş hissəsində ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şikayətin dəlilləri:
13. Birinci instansiya məhkəməsi "xxxx" Qiymətləndirmə Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AR 22-005/20 nömrəli rəyə əsaslanaraq ipoteka predmetinin ilkin satış qiymətini 198.000 manat məbləğində müəyyən etmişdir. Halbuki, bank tərəfindən digər müstəqil qiymətləndirici şirkətlər olan "xxxx" Konsaltinq Şirkəti və "xxxx" MMC-dən əldə edilərək birinci instansiya məhkəməsinə təqdim edilmiş rəylərdə isə müvafiq olaraq evin bazar qiyməti 60.000 və 65.000 manat, likvid qiyməti isə 55.000 və 60.000 manat məbləğində müəyyən edilmişdir. Bu isə evin qiymətinin 198.000 manat məbləğində, yəni ipoteka müqaviləsində göstərilən qiymətdən təxminən 6,6 dəfə, qeyd edilən müstəqil qiymətləndiricilərin rəyində əks olunmuş qiymətdən isə təxminən 3,3 dəfə artıq olmasını istisna edir. Qeyd edilən uyğunsuzluqlarla bağlı iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı təkrar ekspertiza barədə vəsatət birinci instansiya məhkəməsinə təqdim edilsə də, həmin vəsatət təmin edilməmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021ci il tarixli, 2(102)-3891/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(105)-327/2021 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
15. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə araşdırılır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
17. İddiaçı xxxxn nümayəndəsi X3 və X2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər.
18. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.
20. Məhkəmə kollegiyası qeyd olunan cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
22. Maddə 319.1. Əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanun
27. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
28. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
29. Maddələr 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
30. Maddə 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir.
Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 384.0.3. Məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
39. Belə ki, iş materiallarında olan xxxxn Qusar filialı ilə bağlanmış 09 iyul 2014cü il tarixli, **********43914 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla, 25450 ABŞ dolları məbləğində kredit verilmişdir.
40. xxxxn Qusar filialı və Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 09 iyul 2014-cü il tarixli, **********43914/ip saylı ipoteka müqaviləsinin surətindən görünür ki, xxxxn Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2014-cü il tarixli, **********43914 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, evin bazar dəyəri 30000 manat, likvid dəyəri 28800 manat qiymətləndirilmişdir.
41. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 11 aprel 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır.
42. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi 11 iyul 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır.
43. xxxxn maliyyə arayışından görünür ki, 09 iyul 2014-cü il tarixli, **********43914 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 vaxtı keçmiş əsas borcu 18529,49 ABŞ dolları, 09 iyul 2018-ci il tarixə adi faiz borcu 9094,38 ABŞ dolları, 29 avqust 2018-ci il tarixə cərimə borcu 3563,55 ABŞ dolları, kreditini müddətinin bitməsi xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 20% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 514,71 ABŞ dolları təşkil edir.
44. xxxxn xx.xx.2016-cı il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişlər.
45. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır.
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2019-cu il tarixli, 34202 saylı rəyindən görünür ki, iş materiallarında olan ödəniş qəbzləri və tərəflər arasında bağlanmış **********43914 saylı, 09 iyul 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı xxxxna 29 avqust 2019-cu il tarixə əsas borcu 18298,10 ABŞ dolları, faiz borcu 9377,27 ABŞ dolları müəyyən edilir.
47. Qusar Rayon İcra Hakimiyyəti başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 2752 saylı arayışından görünür ki, Cavabdeh2 məxsus ünvan 1 saylı fərdi yaşayış evinin yerləşdiyi yeni yaşayış massivi adlanan ərazidə yerləşən 1 sot həyətyanı torpaq sahəsinin hazırda açıq bazar qiyməti 4000-6000 manat civarındadır.
48. "xxxx" MMC-nin 15 may 2019-cu il tarixli, ƏEM/M 34-574/19 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin 15 may 2019-cu il tarixə bazar dəyəri 196300,00 manat təşkil edir.
49. "xxxx" MMC-nin 22 may 2020-ci il tarixli, AR 22-005/20 saylı rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin 22 may 2020-ci il tarixə bazar dəyəri 198000,00 manat təşkil edir.
50. "xxxx" MMC-nin 22 iyul 2019-cu il tarixli daşınmaz əmlakın (fərdi yaşayış evinin) qiymətləndirilməsi barədə hesabatından görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 60000 manat, likvid dəyəri 55000 manat təşkil edir.
51. "xxxx" MMC-nin 07 iyul 2020-ci il tarixli, MB 13/708 saylı rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 65000 manat, likvid dəyəri 60000 manat təşkil edir.
52. "xxxx" MMC-nin 20 oktyabr 2020-ci il tarixli, AVH/10007/20 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 199700 manat, likvid dəyəri 190000 manat təşkil edir.
53. "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli, MRM 10-067/2020 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 201000 manat, likvid dəyəri 192000 manat təşkil edir.
54. “Azərbaycan qiymətləndiricilər cəmiyyəti” İB Ekspertiza Şurasının 14 fevral 2021-ci il tarixli, AQC 21/007 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 91000 manat təşkil edir.
55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 202000 manat, likvid dəyəri 185000 -190000 manat təşkil edir.
56. Azərbaycan Respublikası Ali Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(105)-327/2021 saylı qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilməsi nəticəsinə gəldikdə hesab etmişdir ki, tərəflər arasında mübahisə yaradan məsələlərdən biri ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması ilə əlaqədar olmuşdur.
57. İşdən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində əmlakın bazar dəyəri 30.000 manat, likvid dəyəri isə 28.800 manat müəyyən olunmuşdur. İşə məhkəmə instansiyalarında baxılan ərəfədə müxtəlif qiymətləndirmə şirkətləri tərəfindən 7 dəfə əmlakın qiymətləndirilməsi aparılmış və əmlakın biri-birindən fərqli qiymətləri müəyyən olunmuşdur.
58. "xxxx" MMC tərəfindən əmlakın bazar dəyəri 196.300 manat, "xxxx" qiymətləndirmə mərkəzi MMC tərəfindən əmlakın bazar dəyəri 198.000 manat, "xxxx" MMC tərəfindən əmlakın bazar dəyəri 60000 manat, likvid dəyəri 55.000 manat, "xxxx" MMC tərəfindən əmlakın bazar dəyəri 65.000 manat, likvid dəyəri 60.000 manat, "xxxx" MMC tərəfindən əmlakın bazar dəyəri 197.000 manat, likvid dəyəri 190.000 manat, "xxxx" MMC tərəfindən əmlakın bazar dəyəri 201.000 manat, likvid dəyəri 192.000 manat, “Azərbaycan qiymətləndiricilər cəmiyyəti” İB Ekspertiza Şurası tərəfindən əmlakın bazar dəyəri 91.000 manat, Məhkəmə Tikinti Texniki Ekspertizasının 06 yanvar 2021-ci il tarixli rəyi ilə əmlakın bazar dəyəri 202.000 manat, likvid dəyəri 185.000-190.000 manat müəyyən olunmuşdur.
59. Qiymətləndirmə rəyləri arasında belə bir kəskin fərqin olması səbəbindən Ali Məhkəmənin göstərişləri əsasında iş üzrə təkrar məhkəmə qiymətləndirmə ekspertizaları təyin edilmişdir.
60. Ali məhkəmənin göstərişləri əsasında iş üzrə təkrar məhkəmə qiymətləndirmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin rəhbərliyinə həvalə edilmişdir.
61. "xxxx" MMC-nin 25 yanvar 2022-ci il tarixli, PL/G-092/2022 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 190.000 manat, likvid dəyəri 180.000 manat təşkil edir.
62. "xxxx" MMC-nin 24 yanvar 2022-ci il tarixli, Uni/D 194-0194/2022 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 208.000 manat, likvid dəyəri 187.200 manat təşkil edir.
63. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2022-ci il tarixli rəyi ilə Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 155.965,0 manat, likvid dəyəri 140.370,0 manat təşkil edir.
64. Tərəflər həmin rəylər ilə razılaşmamış, iş üzrə təkrar məhkəmə qiymətləndirmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC, "xxxx" MMC və "xxxx"-nun mütəxəsislərinin bir araya gəlməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin digər ekspertinə həvalə edilərək vahid ekspertizanın təşkilinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, "xxxx" MMC, "xxxx" MMC və "xxxx"-nun rəhbərliyinə həvalə edilmişdir.
65. "xxxx" MMC-nin 12 sentyabr 2022-ci il tarixli, FY-1661/FM nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 157.000 manat, likvid dəyəri 130.000 manat təşkil edir.
66. "xxxx" MMC-nin 15 sentyabr 2022-ci il tarixli, 01/22-452 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 180.000 manat, likvid dəyəri 153.000 manat təşkil edir.
67. "xxxx" MMC-nin 16 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 155.000 manat, likvid dəyəri 130.000 manat təşkil edir.
68. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli rəyi ilə Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 155.965,0 manat, likvid dəyəri 140.370,0 manat təşkil edir.
69. Göründüyü kimi sözügedən ipoteka predmetinin ilkin satış qiymətinə dair işdə biri-birindən kəskin şəkildə fərqlənən müxtəlif qiymətləndirici rəyləri vardır.
70. Sözügedən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında hər hansı razılaşma yoxdur və onlar arasında faktiki olaraq ipoteka predmetinin ilkin satış qiymətinə dair mübahisə vardır.
71. Ona görə də tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ipoteka predmeti olan əmlakın orta bazar qiyməti və satış (likvid) qiyməti müəyyən edilmişdir.
72. Məhkəmə kollegiyası hesab edir ki, son alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli rəyi ilə Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 155.965,0 manat, likvid dəyəri 140.370,0 manat təşkil etməsi əsaslı olub, işin faktiki hallarına uyğun olduğuna görə sübut növü kimi qəbul edilməli və həmin rəy tərəflər arasında yaranmış mübahisə üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab edilməlidir.
73. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı bank birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlakın real dəyərinin 55000 və 60000 manat məbləğində müəyyən edilməsi ilə bağlı halları sübuta yetirə bilməmişdir.
74. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ASC “Xalq” Bankın verdiyi apellyasiya şikayəti qismən təmin edilib, Qusar Rayon Məhkəməsinin 10 iyul 2020ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsi – «Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 190,000 (bir yüz doxsan min) manat müəyyən edilsin» hissəsində dəyişdirilərək Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti likvid dəyəri 140.370,0 (yüz qırx min üç yüz yetmiş min) manat məbləğində müəyyən edilməlidir.
75. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
76. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2022-ci il tarixli rəyinin verilməsi üçün 200 manat və 31 oktyabr 2022-ci il tarixli rəyinin verilməsi üçün 100 manat, "xxxx" MMC-nin 25 yanvar 2022-ci il tarixli, PL/G- 092/2022 nömrəli mütəxəssis rəyinin verilməsi üçün 500 manat, "xxxx" MMC-nin 24 yanvar 2022-ci il tarixli, Uni/D 194-0194/2022 nömrəli mütəxəssis rəyinin verilməsi üçün 200 manat, "xxxx" MMC-nin 15 sentyabr 2022-ci il tarixli, 01/22-452 nömrəli mütəxəssis rəyinin verilməsi üçün 400 manat vəsait xərclənmişdir.
77. Ona görə də ekspertiza tədqiqatının dəyəri 300 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına, 500 (beş yüz) manat tutulub “PATRON-L MMC”-nin «Paşa Bank» ASC-nin VÖEN **********, KOD 505141 müxbir hesab AZ 82 NABZ********************4 SWİFT BİK PAHAAZ22 hesabına və 200 manat tutulub "xxxx" MMC-nin qiymətləndirmə hesabatının «Kapital Bank» ASC-nin VÖEN **********, KOD 201296 müxbir hesab AZ 37 NABZ0135001**********1944 SWİFT AİİBAZ2XXXX hesabına və 400 manat tutulub "xxxx" MMC-nin hesabına keçrilməlidir.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC “Xalq” Bankın verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsi – «Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 190,000 (bir yüz doxsan min) manat müəyyən edilsin» hissəsində dəyişdirilsin. Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti likvid dəyəri 140.370,0 (yüz qırx min üç yüz yetmiş min) manat məbləğində müəyyən edilsin. İddia qismən təmin olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına, 500 (beş yüz) manat tutulub “PATRON-L MMC”-nin «Paşa Bank» ASC-nin VÖEN **********, KOD 505141 müxbir hesab AZ 82 NABZ********************4 SWİFT BİK PAHAAZ22 hesabına və 200 manat tutulub "xxxx" MMC-nin qiymətləndirmə hesabatının «Kapital Bank» ASC-nin VÖEN **********, KOD 201296 müxbir hesab AZ 37 NABZ0135001**********1944 SWİFT AİİBAZ2XXXX hesabına və 400 manat tutulub "xxxx" MMC-nin hesabına keçrilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.