Məhkəmə qərarları › İş №2(105)-1972/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1972/2023

10.10.2023 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1972/2023 10.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1590/2023 saylı qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Səfər oğludan 60000 (altmış min) manat və ödənilmiş dövlət rüsumu olaraq 270 (iki yüz yetmiş) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1590/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 60000 (altmış min) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 270 (iki yüz yetmiş) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamə ilə razı olmayan tərəf Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023cü il tarixdə apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)1590/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti ilə yanaşı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1590/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək mülki işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1590/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1590/2023 saylı qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd edilmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixli şikayətləməhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(060)-1590/2023 saylı qərardadının ləğv edilib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1590/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək, müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1590/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1590/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixli şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(060)-1590/2023 saylı qərardadının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(0600-1590/2023 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizənin təmin edilməməsi haqqında qərardaddan verilmiş şikayətə baxılması üçün işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1590/2023 saylı qərardadı ilə ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hesab edib ki, qeyd edilən qərardaddan şikayət vermə müddətinin axımı 18 avqust 2023-cü il tarixdən başlayaraq 10 gün müddətinə, yəni 28 avqust 2023-cü il il tarixədək davam edir. İş materiallarından göründüyü kimi şikayət xx.xx.2023-cü il tarixdə verildiyindən müddət ötürüldüyü üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1590/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılmışdır. Bildirmək istəyir ki, qərardaddan şikayəti verilmək üçün qanunvericilikdə 10 gün müddət nəzərdə tutulmuşdur. Həmçinin şikayət elektron məhkəmə protalı vasitəsi ilə verilməlidir. Elektron Məhkəmə portlalında xx.xx.2023- xx-xx.2023 tarixi günə kimi texniki qüsurllar mövcud olmuşdur. Ərizəni asan pin 2 ilə imzalamaq mümkün olmamışdır, mövcud hal aradan qalxmadığından məcbur qalıb apellyasiya şikayətini “əlavə sənəd” formasında sisteme yüklənilmişdir. Daha sonra problem aradan qalxdıqdan sonra apellyasiya şikayəti nəzərdə tutulan qaydada sistemə yüklənmişdir . Həmin problemlərə görə mövcud qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulan müddətdə mümkün olmamışdır. Nəticə etibarı ilə şikayət verilmə müddəti oturulmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1590/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(060)-1590/2023 saylı qərardadı Vəkil2 elektron məhkəmə informasiya sistemində yerləşən elektron kabinetinə xx.xx.2023cü il tarixdə yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, hazırki halda qeyd edilən qərardaddan şikayət vermə müddətinin axımı məhz 18 avqust 2023-cü il tarixdən başlayaraq 10 gün müddətinə, yəni 28 avqust 2023-cü il il tarixədək davam edir. İş materiallarından göründüyü kimi şikayət xx.xx.2023-cü il tarixdə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək qeyd edir ki, mübahisləndirilən məhkəmənin xx.xx.2023-cü il tarixli, e2(060)-1590/2023 saylı qərardadı Vəkil2 elektron məhkəmə informasiya sistemində yerləşən elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda qeyd edilən qərardaddan şikayət vermə müddətinin axımı məhz 18 avqust 2023-cü il tarixdən başlayaraq 10 gün müddətinə, yəni 28 avqust 2023-cü il il tarixədək davam edir. İş materiallarından görünür ki, qərardaddan şikayət xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan müddət ötürülməklə şikayət vermişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq şikayəti geri qaytarmışdır. Eyni zamanda şikayətdən görünür ki, apellyant Elektron Məhkəmə portlalında xx.xx.2023- xx-xx.2023 tarixi günə kimi texniki qüsurllar mövcud olmasını, qərardaddan şikayət verilməsi nəzərdə tutulan müddətdə mümkün olmamasını,nəticə etibarı ilə şikayət müddətin ötürülməsini qeyd etməklə qərardaddan şikayət vermə müddətini ötürdüyünü təsdiq etmişdir. Həmçinin elektron portalda 28-xx.xx.2023-cü il tarixlərdə texniki qüsurlar olması qeyd edilsə də, şikayətin xx.xx.2023-cü il tarixinin sonrakı günü deyil, xx.xx.2023-cü il tarixdə göndərilməsi də müddətin ötürülməsini bir daha təsdiq edir. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Sadalananlardan yekun nəticəyə gələn, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)- 1590/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1590/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar