Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1974/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt “Asan Xidmət” Mərkəzinə və Cavabdeh3 Rəhim qızına qarşı (üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik şöbəsi) bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-2046/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-2046/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair Sumqayıt “Asan Xidmət" Mərkəzində iddiaçı XXX İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 4Ə/ 1748 reyestr nömrəli, 21 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı XXX İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Rəşad Qoşqarlı) Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il qətnaməsini ləğv edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair Sumqayıt “Asan Xidmət" Mərkəzində İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 4Ə/ 1748 reyestr nömrəli, 21 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına olan mənzilə dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə tədqim edərək iddia ərizəsi üzrə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il tarixdə iddiaçının bacısının qızı Cavabdeh1 iddiaçının yaşadığı evə gələrək iddiaçıya bildirmişdir ki, küçələrdə qalmışdır, ona kömək etsin. İddiaçıdan onu iddiaçıya məxsus evə qeydiyyata saldırmağı istəmişdir. Əvəzində isə iddiaçını pal-paltarla və yeməklə təmin edəcəyini demişdir. İddiaçı da cavabdehi evinə pasport qeydiyyatına saldırmağa razılaşmışdır. Bundan sonra Cavabdeh1 Bakıda Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev 11, mən 24-də yaşayan Azərbaycan Karlar İdman Konfedarasiyasının tərçüməçisi digər Cavabdeh3 gətirib iddiaçını Sumqayıt “ASAN XİDMƏT” Mərkəzinə aparmışlar. İddiaçı özü İİİ qrup əlilldir, “Paralic, Koronovirus, əsəb” xəstəsi olduğu üçün tez özündən çıxır. Bir sözlə həddən çox əsəbidir. Sumqayıt “ASAN XİDMƏT” Mərkəzində Azərbaycan Karlar İdman Konfedarasiyasının tərçüməçisi ilə necə etdilərsə iddiaçı heç nə demədən və yaxud tərcüməçi iddiaçını aldatmaqla ona məxsus evi aldadıcı formada, bağışlanma müqaviləsi əsasında Sumqayıt “ASAN XİDMƏT” Mərkəzində bacısı qızı evi öz adına keçirmişdir. Səndləşmədən sonra küçəyə çıxanda tərcüməçi digər Cavabdeh3 iddiaçıya “sən artıq küçələrdə qalmısan” demişdir. Bu günə qədər də iddiaçı dəli vəziyyətindədir. Hansı ki, iddiaçı əvvəllər notariusa gedəndə Sumqayıt şəhəri üzrə Azərbaycan Respublikası Karlar Cəmiyyətini İdarə Heyətinin sədri tərcüməçi X4 dindirmiş və iddiaçının adından əqdi təsdiq etmişdir. Lakin bu dəfə isə Cavabdeh1 özü tapdığı Azərbaycan Karlar İdman Konfedarasiyasının tərçüməçisi Cavabdeh3 dəvət etmiş cavabdeh isə iddiaçıya düzgün tərcümə etməmişdir. Digər cavabdeh Sumqayıt “ASAN XİDMƏT” Mərkəzi isə iddiaçının hüquqlarının müdafiəsi üçün tədbirlər görməmiş iddiaçıya hüquqlarının qorunması üçün hərtərəfli şərait yaratmamışdır. Cavabdeh Sumqayıt “ASAN Xidmət” Mərkəzi iddiaçı xəstə olduğu üçün Sumqayıt şəhər İcra Hakimiyyəti qəyyumluq və himayəçilik şöbəsini iddiaçının hüquqlarının müdafiəsi üçün dəvət edib bu qanunsuzluğun qarşısını ala bilərdi. Sumqayıt “ASAN XİDMƏT” Mərkəzi də iddiaçının hüquqlarının müdafiəsinin lazımi şəkildə təmin edə bilsəydi bu şəxslər yəqin ki, iddiaçını bu cür aldada bilməzdilər. Bacısı qızı iddiaçıya qarşı dələduzluq etdiyinə görə, səhətti də halhazırda çox pisləşmişdir. İddiaçıya təzyiq edib aldadıb evini öz adına keçirdib. İddiaçıya qonşular dəyəndə ki, onun evi keçib Cavabdeh1 adına, onlar gedəndən sonra iddiaçı da təkbaşına dəfələrlə Sumqayıt “ASAN XİDMƏT” Mərkəzinə gədərək hay-şivən qopartmışdır. Ancaq heç bir şey əldə edə bilməmiş, xəstəlikləri ard-arda gəldiyindən bu günə qədər tam şəkildə bu biabırçılığı aradan :qaldırmaq imkanı olmurdu. Bu başına gələnlərdən xəbəri olsa da hüquqi savadsızlığından və ağır maddi və mənəvi çətin vəziyyətindən və xəstələkilkləri ilə bağlı məhkəməyə indi müraciət edə bilir. İddiaçı kar-lal olmaqla İİİ qrup əlilldir, hadisədən əvvəl “Paralic”, hadisədən sonra “Koronovirus” xəstəliyi və başqa xəstəliklər keçirmiş, əsəb xəstəsidir. Bir neçə-dəfə “Asan Xidmət” də olmuş və bağışlanma müqaviləsinin ləğv edilməsi üçün ərizə yazmışdır. Bundan sonra cavabdeh dəfələrlə evinə gəlib qapını döyüb onunla danışmaq istəmişdir. İddiaçı isə cavabdehi qovmuşdur. Qonşuları da şahiddirlər ki, bacısı qızı iddiaçını aldadıb. Bunu qonşusu X5 və hadisə başına gələndən sonra yaxınlarda yanına çağrılmış və iddiaçını dindirən Azərbaycan Karlar Cəmiyyətini üzvü Vüsal adlı tərcüməçi təsdiq edə bilər. Bu hadisə zamanı iddiaçı özündə olmamış, cavabdehlər onu aldatmış, bir tək mənzilini öz adına keçirtmişlər. Hazırda da cavabdeh iddiaçıda olan məlumatlara görə tez-tez gizlindən iddiaçının sağ-salamat olub-olmamağını yoxlayır ki, başına bir gəlsə mənzilə sahib çıxsın. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən daşınmaz əmlak faktiki olaraq onun rəhmətlik anasına məxsus olmuşdur. Belə ki, İddiaçı 2018-ci ildə yaşlandığı və gələcəkdə bu məsələ ilə bağlı sənədləşmədə hər hansı bir problemin yaranmaması üçün həmin daşınmaz əmlakı Cavabdeh1 adına keçirilməsini istəmişdir, daha sonra İddiaçı bu evi bağışlamaq niyyətini bildirdikdən sonra sənədləşmə üçün internet vasitəsilə tərcüməçi axtarılmış və Cavabdeh3 tərcüməçi qismində cəlb edilmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh3 7 nömrəli, 30 iyul 1990-cı il tarixində təsdiq edilmiş şəhadətnaməsindən göründüyü kimi o, eşitmə əngəlli şəxslər üçün tərcüməçi fəaliyyətilə məşğul olmaq hüququna malikdir və eyni zamanda, Cavabdeh3 bağışlama müqaviləsi bağlanarkən notariusa təqdim etdiyi Azərbaycan Karlar İdman Federasiyasının 010 nömrəli vəsiqəsində onun tərçüməçi olması birbaşa göstərilmişdir. Buna uyğun olaraq tərcüməçinin iştirakı ilə 21 may 2018-ci ildə tərəflər arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi Sumqayıt "Asan Xidmət" Mərkəzində bağlanaraq notariusda təsdiq edilmişdir. Daha Sonra İddiaçı ikinci dərəcəli vərəsələri bağışlama müqaviləsindən xəbərdar olan kimi evi öz adlarına keçirtmək üçün bu məsələni yenidən qaldırmağa çalışmışlar, çünki onun kifayət qədər yaşı vardır. Hal-hazırda mübahisəli evdə yaşayır. İddiaçı hər hansı bir narahatçılığı olmamışdır, eyni zamanda o, evdən çıxarılmamışdır ki, onun hüquqi cəhətdən evin onun adına keçməsinə hər hansı bir marağı olsun. Göründüyü kimi digər şəxslər bu məsələni şəxsi maraqları üçün sonradan qaldırmağa çalışmışlar. Birinci instansiya məhkəməsində də bildirilmişlər ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsi ziddiyyətlərlə dolu olmuşdur. Belə ki, iddia tələbində qeyd edilmişdir ki, İddiaçı bağışlama müqaviləsi bağlandığı zaman notariusdan çıxan kimi tərcüməçi ona evin satıldığını demiş, lakin sonra məhkəmədə bu məlumatın 2022-ci ildə qonşular tərəfindən ona deyildiyini bildirmişdir. İddiaçı eşitmə və danışma qüsurludur, lakin o, görür, yazır və oxuya bilir. İş materiallarından göründüyü kimi bağışlama müqaviləsi imzalanarkən İddiaçı xanımın özü müstəqil şəkildə imza çəkmiş və soyadını yazmışdır, məhz bu fakt İddiaçı xanımın müstəqil yazı yazma və oxuma qabiliyyətinin olmasını sübut edir. Buna görə də, 4Ə/ 1748 reyestr nömrəli, 21 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin İddiaçı xanımın xəbəri olmadan, yaxud onun aldadılaraq bağlanması faktı tamamilə əsassızdır. Eyni zamanda iddia müddəti ötürülmüşdür, belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi 21 may 2018-ci ildə tarixdə bağlanmışdır. Elə həmin gündə İddiaçı bağışlama müqaviləsinin ləğv olunması üçün Sumqayıt "Asan Xidmət" Mərkəzinə müraciət etmiş və onun müraciətinə cavab olaraq birtərəfli qaydada müqaviləni ləğv etmək mümkün olmadığından bunun ləğvi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Buna uyğun olaraq, qeyd edilməlidir ki, 2019-cu ilin sentyabrında iddia müddəti bitmişdir. Lakin qarşı tərəf isə məhkəməyə 2022-ci ildə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673-cü maddəsinin 3-cü bəndinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Həmçinin iddiaçının iddia müddətinin üzrlü səbəbdən ötürülməsi haqqında vəsatəti də əsassız olmuşdur, baxmayaraq ki, İddiaçı xəstə olduğunu bildirmişdir, lakin onun xəstəlik barəsində sənədlərinə baxış keçirdikdə görünür ki, xəstəlik barəsində bu sənədlər 2020- 2021-ci illəri əhatə edir. Göründüyü kimi, o xəstə olmazdan əvvəl, yəni, artıq 2019-cu ilin sentyabrında iddia müddətini ötürmüşdür. Buna görə də, məhkəmənin iddiaçı tərəfindən buraxılmış iddia müddətini üzrlü hal kimi qiymətləndirməsi tamamilə əsassız olmuşdur. Eyni zamanda bildirilən bu faktlara qətnamədə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş, qeyd olunan faktlar nə əsaslı olaraq təsdiq edilmiş, nə də təkzib olunmuşdur. Lakin yekunda qarşı tərəfin iddiası əsassız olaraq təmin edilmişdir. Yuxarıda ggöstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsi prosessual hüquq normalarının tələblərini pozduğu üçün qeyd olunan qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə prosesində kobud prosessual pozuntulara yol verilmiş və bununla da cavabdehin hüquq və qanunla qorunan mənafeləri əsaslı şəkildə pozulmuşdur. Belə ki, ilk növbədə məhkəmə qətnamə qəbul edərkən tərəfindən verilən iddia ərizəsinə etirazda göstərilən faktları nəzərə almamış, proses gedişatında təqdim etdiyi faktlara münasibət bildirməmiş və onların hüquqi təhlilini aparmadan qarşı tərəfin təqdim etdiyi sübutlara əsaslanmışdır. Eyni zamanda qarşı tərəf eşitmə və danışma qüsurlu olduğu halda prosesdə tərcüməçisiz iştirak etmiş və bununla da çəkişmə prinsipi pozulmuş, qarşı tərəfə suallar vermək imkanından məhrum olmuş və nəticə etibarilə məhkəmə çəkişmə prinsipinin tələblərini kobud şəkildə pozmuşdur. Eyni zamanda məhkəmə baxış iclasında Mülki Prosessual qanunvericiliyin tələbləri pozulmaqla sübutlar qəbul olunmuş və şahidlər dindirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin iştirakı olmadan Cavabdeh1 adına olan mənzilə dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış ləğv olunmuşdur, halbuki daşınmaz əmlaka aid göstərilən çıxarış ləğv olunursa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Sumqayıt Ərazi İdarəsi də tərəf qismində prosesə cəlb edilməli idi. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh1 əlavə olaraq bildirdi ki, iddiaçının bağışlama müqaviləsinin bağlanmasına məcbur edildiyi bildirilsə də, müqavilə razılıq yolu ilə bağlanmışdır. İddiaçı, yəni xalası elə insandır ki, onu nəyəsə məcbur etmək mümkün deyil. Belə ki, iddiaçı özü təklif etmişdir ki, “evi sənə verəcəm, sən də mənə baxarsan”. O da iddiaçıya baxmış, iddiaçı paralic olanda onu müalicə etdirmişdir. Bundan başqa bütün hərəkətlər notariat ofisində həyata keçirilib, məlumdur ki, notariusda məcburi nəsə etmək isə qeyri-mümkündür. İddiaçının qonşuları onun beynini dolduraraq onu istiqamətləndirirlər. İndiyə kimi ona yaxın durmayan qonşular nədənsə indi ona kömək etməyə çalışırlar. Mübahisəli evdə anasının əziyyəti var, ona görə həmin ev qonşulara qalmamalıdır. Notariusdakı tərcüməçini əri tapmış, həmin tərcüməçi ilə hər hansı münasibətləri olmamışdır. Xalası özü notariusa gedərək evi ona bağışlamağı təklif etmişdir. Xalasının xasiyyətinə bələd oluğundan evi istəməmiş, lakin bacısı və ərinin təkidi ilə evin ona bağışlanmasına razı olmuşdur ki, ev başqalarına qalmasın. Bakı şəhərində yaşayır, notariusa Sumqayıt şəhərinə gəlmişlər, tərcüməçini də yolüstü götürmüşlər. Bundan əvvəl bir dəfə notariusa müraciət etdiklərində onlara tərcüməçinin lazım olduğu bildirilmişdir. Ondan sonra növbəti dəfə notariusa tərcüməçi ilə getmişlər. Onlardan tərcüməçi tələb edən notarius müqaviləni təsdiq etmişdir. İddiaçı yenidən müqaviləni ləğv etdirməklə bağlı notariusa getməyindən xəbəri olmamışdır. Evi bağışlayandan sonra xalası, bütün bacısı uşaqlarının evinə gedib-gəldiyi kimi onlara gəlib-getmiş, onlarda qalmışdır. Son 2 ildə ona qarşı münasibəti korlanmışdır. Münasibətlərinin korlanması xalasının evinə gələn cavan qızın evin sənədlərinə baxaraq evi nəyə görə kiməsə verməsi, evini bağışladığı şəxsin onu evdən qovacağı barədə dediklərindən sonra olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən, surdo tərcüməçi X1 ilə dindirilən İddiaçı, habelə onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, 2018-ci ilin may ayından cavabdehlə münasibətləri korlanmışdır. Onu hər dəfə aldatdığına görə onlar dalaşmışlar. Hər dəfə gəlib yalvararaq evi ona verməyini istəmişdir, ona görə notariusa gedərək sənədlərə qol çəkmişdir. Amma nəyə qol çəkdiyini bilməmişdir. Cavabdeh1 yalvararaq çöldə qaldığını, onu evinə qeydiyyata saldırmağını istəmiş, evdə qeydiyyata düşəndən sonra ona baxacağını bildimişdir. O da münasibətlərinin pis olmasına baxmayaraq qol çəkmişdir. Lakin buna baxmayaraq cavabdeh ona baxmaq üçün yanına gəlib-getməmişdir. Tərcüməçini də cavabdeh özü gətirmişdi. Sənədə imza etdikdən sonra evinin Cavabdeh1 adına keçdiyini bilmişdir. Notariusda baş verən proseslər zamanı ona heç nə tərcümə edilməmiş, notariusdan çıxanda həmin gün tərcüməçi Sevgiyə ona çöldə qaldığını blildirmiş, bundan sonra evə gedərək ağlamışdır. Paralic olanda avqust ayında (ili unutmuşdur) qonşular İradəni çağıraq ona baxmasını təklif etsələr də, o gəlməmişdir. Məhkəməyə 2 il sonra müraciət etməyinə səbəb odur ki, ona kimi bir neçə dəfə ASAN xidmət mərkəzinə bununla bağlı müraciət etmiş, lakin müraciətləri nəticəsiz qalmış, daha sonra məhkəməyə müraciət etmişdir. İli xatırlamasa da, mart-aprel aylarında, bayram ərəfələrində müqaviləni ləğv etməklə bağlı notariusa müraciət etmişdir. Apellyasiya baxışı zamanı işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Sumqayıt “Asan Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu X8 izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsini o təsdiqləmişdir. Cavabdeh1 birinci dəfə notariat ofisinə gələndə tərcüməçinin iştirakının zəruri olduğunu bildirmiş, növbəti dəfə ofisə tərcüməçi ilə yaxınlaşmışlar. Tərcüməçinin iştirakı ilə bağışlama müqaviləsi bağlanmış və İddiaçı izah olunmuşdur ki, ev Cavabdeh1 bağışlanılır. Bununla bağlı İddiaçı 6-7 yerdə sənədlərə imza etmişdir, nəyə imza atmasını bilməməsi mümkünsüzdür. Tərcüməçinin baş verənləri İddiaçı tərcümə etməsini görmüş, imzaları İddiaçı şəxsən özü çəkmiş, tərcüməçinin sənədləri tərəfindən yoxlanılmışdır. Tərcüməçinin istər Karlar İdman Federasiyasının, istərsə də Karlar Cəmiyyətinin üzvü olmasından asılı olmayaraq o, mütəxəssisdir, müvafiq sahə üzrə diplomu vardır. İddiaçı aldadan olmamışdır, öz istəyi ilə gələrək evi bacısı qızına bağışlamışdır. İddiaçı sonradan müqaviləni ləğv etdirmək istəyi ilə bağlı ona müraciət etmişdir, lakin müqaviləni ləğv etdirməklə bağlı iddiaçının müraciətinin müqavilə bağlanılan gün olub-olmaması yadında deyildir. İddiaçı Cavabdeh1 də gəldiyi təqdirdə hər ikisinin iştirakı ilə müqavilənin ləğv edilməsinin mümkün olduğunu, Cavabdeh1 olmadığı təqdirdə isə məhkəməyə müraciət etməli olduğunu izah etmişdir. İş üzrə Cavabdeh3 Rəhim qızı və üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh3 Rəhim qızının və üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik şöbəsinin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə işdə olan xx.xx.2018-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 2- ci mikrorayon, ev 40/45, mənzil 14-ü hədiyyə olaraq Cavabdeh1 bağışlamışdır. İşə əlavə edilmiş Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2018-ci il tarixli notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Azərbaycan Karlar İdman Federasiyasının №10 nömrəli vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 Azərbaycan Karlar İdman Federasiyasında Surdo, Tərcüməçi vəzifəsində çalışır. Mülki işdə olan Sumqayıt “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X3 İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Sumqayıt “Asan Xidmət” mərkəzinin notariat kontorunda 21 may 2018-ci il tarixli, 4Ə/1748 reyestr nömrəli bağışlama müqaviləsi bir tərəfli qaydada ləğv etmək mümkün olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, XXX İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-də qeydiyyatdadır İşə əlavə edilmiş 214299 №-li vəsiqədən məlum olur ki, İddiaçı 3-cü qr. əlildir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-2046/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən edildi ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 40/45 nömrəli evin 14 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olmuşdur. Sonuncu həmin əmlakı xx.xx.2018-ci il tarixdə hazırda iş üzrə cavabdeh olan bacısı qızı Cavabdeh1 bağışlamış, həmin bağışlama müqaviləsi əsasında Cavabdeh1 mənzilə mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin əmlaka mülkiyyət hüququna dair adına reyestrdən çıxarış almışdır. Hazırda İddiaçı mənzilin Cavabdeh1 bağışlanmasını əqd bağlanarkən onun aldadılması səbəbilə mübahisələndirir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki hüquqla tənzimlənən münasibətlər sahəsində tətbiq olunan müqavilələr mülki hüquqi müqavilələr anlayışı ilə əhatə olunur və hüquqi fakt, müqavilə öhdəliyi, sənəd mənasında işlədilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. AR Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Yuxarıdakı normaların tələblərindən görünür ki, mülkiyyətçi özgəninkiləşdirilməsi məhdudlaşdırılmayan daşınmaz əmlakını notariat qaydasında təsdiqlənən müqavilə bağlamaqla digər şəxsə bağışlaya bilər və onun tərəfindən əmlakın qəbul edilməsi ilə bağışlama müqaviləsi bağlanmış sayılır. Eyni zamanda bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (339.1). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (339.3). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (339.4). Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Mülki Məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. AR Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Bu baxımdan kollegiya hesab edir ki, mövcud əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş tələblərə riayət edilməmiş və mülki qanunvericilikdə nəzərdə tutulan şərtlər pozulmuşdur. Belə ki, anadangəlmə kar və lal olan iddiaçı mübahisələndirilən əqdi bağlayarkən onun mənasını başa düşməmiş və son nəticədə köməksiz bir insan mülkiyyətində olan yeganə mənzilindən mərhum olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi buraxılmış müddətin ötürülməsini üzürlü hesab etmişdir. Bundan başqa iş materiallarında iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, daha öncə şərh olunan səbəblərdən, iddia müddəti və ya kəsici müddət olmasından asılı olmayaraq, hər bir halda iddiaçı tərəfindən hazırki əqdi və onun doğurduğu nəticələri mübahisələndirmək üçün ötürülən müddət üzürlü hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Bu baxımdan məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun hüquqi dəyərləndirmə aparmaqla apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi əsasən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)- 2046/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1974/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1974/2022
07.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver