Məhkəmə qərarları › İş №2(105)-198/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-198/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-198/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-987/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-987/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 İddiaçıASC-nin xeyrinə 28 noyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 4749,52 AZN əsas, 5763,99 AZN faiz, 10 AZN cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 838,9 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11362,41 AZN və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən barət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi hissədə rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı ASC (əvvəlki adı- "xxxx" İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçıASC-nin xeyrinə 28 noyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 4749,52 AZN əsas, 5763,99 AZN faiz, 696,76 AZN cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 838,9 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 12049,17 AZN və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinin və 0,0104 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən barət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 həmin fərdi aşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə iclasında iştirak edərkən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, məhkəmə qətnaməsi ilə razı deyil. Qətnaməsini qanusuz və əsassız hesab edir. İlk növbədə qeyd edir ki, məhkəmə cavabdeh tərəfə məhkəmə iclasının vaxtı barədə rəsmi qaydada məlumat verməmişdir. Məlumatlı olsaydı iddia ərizəsinə etirazını bildirərdi. Qətnamə ilə tutulan əsas borcla qismən razıdır. Faiz, cərimə və əldən çıxmış fayda ilə əlaqədar tələb edilən puldan narazıdır. Borc reallığı əks etdirmir və şişirdilmiş rəqəmlərdən ibarətdir. Belə ki, cərimə və əldən çıxmış fayda da faiz borcunun bir hissəsidir. Bundan əlavə ipoteka predmetinin ilkin satışı qiymətini mübahisələndirir. Əmlakın dəyəri qətnamə ilə qət edilmiş məbləğdən iki dəfə artıqdır. Bu səbəbdən də əmlak yenidən qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə qanunvericiliyin tələbini pozaraq əmlakın likvid dəyərini də müəyyən etməmişdir. Odur ki, qeyd edilənlərin araşdırılması üçün iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi, ekspert rəyləri əsasında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, borc məbləği şişirdilməmişdir. Cavadbeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, banka borcu yaranmışdır, əsas borca görə faiz, cərimə, əldən çıxmış faydaya görə pul tələb etmək də bankın qanunvericiliklə nəzərdə tutulmuş hüququdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-987/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə təkrar mühasibatlıq və qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ondan faiz, cərimə və əldən çıxmış faydaya görə tutulan pul məbləği hissəsini və ipoteka predmetinin ilkin satışını mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilən hissələrdə müzakirə edir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-987/2021 saylı qətnaməsi ilə Cavabdeh2 İddiaçıASC-nin xeyrinə 28 noyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə 5763,99 AZN faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən faiz borcuna görə 2798, 92 manat pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsi üzərində fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 27-G-1-0-429-14 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən "xxxx" İKB ASC Cavabdeh2 illik 26 % dərəcəsi ilə 36 ay müddətinə 8000 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 27-G-1-0-429-14 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, 27G-1-0-429-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsinin və ümumi sahəsi 52,3 kv.metr, yaşayış sahəsi 15,4 kv.metr, yardımçı sahəsi 15,4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 60000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2014cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin hesabına 8000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə 4749,52 AZN əsas, 5763,99 AZN faiz, 696,76 AZN cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 838,9 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11210,27 AZN borcu vardır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən cavabdehin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsini, nəticədə kreditora borcu yaranmasını, kredit müqaviləsinin təminatı olaraq buna görə də kreditorun borcun əsas hissəsinin və ona hesablanmış faiz borclarının cavabdehdən tələb edilməsinin tam əsaslı olmasını müəyyən etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1,443.1, 445.1,445.2.1, 448.1, 739.1, 462, 319.1, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini faiz, cərimə, əldən çıxmış faydaya dair hissəsində təmin etməklə gəldiyi nəticədə qismən haqlı olmuşdur. Belə ki, iddiaçı təşkilat ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur. İş materiallarından da göründüyü kimi cavabdeh bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Borclunun bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək faiz borcuna dair iddianı yuxarıda göstərilən qaydada təmin etmişdir. Tələb olunan faiz məbləği mübahisələndirildiyindən məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş ekspertizanın nəticəsinə dair xx.xx.2022-ci il tarixli, 9/2463 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə faiz borcu üzrə 2798,92 manat müəyyən edilir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 kredit müqaviləsi üzrə 5763,99 AZN faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən faiz borcuna görə 2798, 92 manat pul tutulmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə də haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa dəbbə pulunun ödənilməsini tərəflər müqavilə ilə müəyyən ediblər. İş materiallarından görünür ki, iddiaçı təşkilat 696,76 manat dəbbə pulu tələb etmiş, birinci instansiya məhkəməsi də düzgün olaraq tələb edilən cərimə məbləğinin yüksək olması qənaətinə gələrək cərimə borcunu 10 manat məbləğində müəyyən etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 838,9 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması barədə məhkəmə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cıı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qətnamə qeyd edilən hissədə də dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini qətnaməsi mübahisələndirilən digər hissədə, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, İpoteka predmetinin ilkin satış qiyməti 60 000 (altmış min) manat olması müəyyən olunmuşdur. «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddənin dispozisiyasından da göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi orada qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas hesab olunmur. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüuqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli. **********48 nömrəli məktuba əlavə edilmiş 01/60028 saylı arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixinə likvid dəyəri 35000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi əsas sübut kimi qəbul edilməməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 60000 manat müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixində əmlakın dəyərinin 60000 manat olduğu halda, xx.xx.2022-ci il tarixindən əmlakın likvid dəyərinin 35000 manat müəyyən edilməsi ağlabatan hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə qətnaməsi qeyd edilən hissədə də dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, iddia tələbinin faiz, cərimə, həmçinin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda hissəsində rədd edilməsinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kreditə illik 26% məbləğində pul hesablanmalıdır. Göründüyü kimi götürülmüş kreditə görə faiz, cərimə ödənilməli olması müqavilə ilə şərtləşdirilib. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətcilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarə edilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsipləri, qaydaları və normaları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilir. Həmin Qanunun 36.6-cı maddəsinin tələblərinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Həmçinin kreditə görə faizlərin alınması bank fəaliyyətinin mahiyyətini təşkil etməklə onların əsas gəlir mənbəyidir. Buna görə də kreditə hesablanmış faizlərin silinməsi barədə dəlil əsassızdır. Həmçinin gecikdirilmiş borca görə əldən çıxmış faydanın hesablanması da qanunvericiliyə uyğundur və yuxarıda sadalanan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cıı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına görə əsaslıdır. Həmçinin cərimə borcunun silinməsi barədə dəlilə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cərimə borcunun hesablanması da tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir, eyni zamanda qanunvericilikdə cərimə borcunun azaldılması nəzərdə tutulsa da,silinməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən faiz borcunun tutulması hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-987/2021 saylı qətnaməsi ilə Cavabdeh2 İddiaçıASC-nin xeyrinə 28 noyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə 5763,99 AZN faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən faiz borcuna görə 2798, 92 manat pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-987/2021 saylı qətnaməsi Cavabdeh2 İddiaçıASC-nin xeyrinə 28 noyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə 5763,99 AZN faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehdən faiz borcuna görə 2798, 92 manat pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 150 manatın 100 (yüz) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 50 (əlli) manatı İddiaçı ASC-dən alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar