Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2002/2022 07.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Zaur İkram oğlu Məmmədov və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə mülki iş üzrə məhkəmə ərazi aidiyyatının müəyyən edilməsi məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi (Maraqlı şəxs qismində cəlb etməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edib, 1928-ci ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuş atası Həsrətov Hacıqulu (Hacqulu) Abdulla oğlunun 22 fevral 1987-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi şifahi vəsatət verərək işin mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(001)-412/2022 nömrəli qərardadı ilə iş üzrə şahidlərin Xaçmaz rayonunda olmasına, onların yaşlı olmasına, ifadə vermələri üçün Bakı şəhərinə gəlmələrində çətinliklər yaranacağına, maraqlı şəxsin Xaçmaz rayonunda yerləşməsinə görə mülki iş baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz Rayon Məhkəməsinin hakimi 19 avqust 2022-ci il tarixli, 2(067)-2611/2022 nömrəli qərardadı ilə digər məhkəmənin gəldiyi nəticə ilə razılaşmamışdır. Hər iki məhkəmənin gəldiyi nəticələrdən müəyyən edilir ki, işə ərazi aidiyyatı üzrə hansı məhkəmə tərəfindən baxılması barədə fikir ayrılığı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Mülki Prosessual Məcəllə Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 37. Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İddia ərizəsindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə məlumatdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ərizə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə olduğuna görə mülki işə Ərizəçi qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Ərizəçi (Maraqlı şəxs qismində cəlb etməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2002/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2002/2022
07.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver