Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2022/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3060/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.1979-cu il təvəllüdlü Maraqlı şəxs2 Ermənistan, Amasya rayonunda doğulmuşdur.
2. Ərizəçi ilə Maraqlı şəxs2 birgə nikahından xx.xx.2007-ci il, xx.xx.2009-cu il və xx.xx.2016-cı il təvəllüdlü Əbuzər, Mustafa və Abdullah adlı övladları doğulmuşdur.
3. Maraqlı şəxs2 ilə Ərizəçi arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1269 nömrəsi ilə qeydiyyat aparılmışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3381/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi oğlu - X2 xx.xx.2016-cı il tarixdə Suriya Respublikasında doğulması faktı müəyyən edilmişdir.
5. Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi yoldaşı Maraqlı şəxs2 ölümünün qeydiyyata alınması barədə ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildə Ermənistan, Amasya rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan əri - Maraqlı şəxs2 xx.xx.2019-cu ildə Suriya Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs2 ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il, xx.xx.2009-cu il və xx.xx.2016-cı il təvəllüdlü Əbuzər, Mustafa və Abdullah adlı övladları doğulmuşdur. O, 2014-cü ildə həyat yoldaşı Maraqlı şəxs2 və övladları ilə birlikdə Suriya Respublikasına getmişdir. xx.xx.2016-cı il təvəllüdlü X1 Respublikasında olduqları vaxt doğulmuşdur. 2021-ci ildə o, uşaqları ilə birlikdə səfirliyin vasitəsilə Azərbaycan Respublikasına qayıtmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, oğlu - X2 xx.xx.2016-cı ildə Suriya Respublikasında doğulması faktı müəyyən edilmişdir. Həyat yoldaşı - Maraqlı şəxs2 xx.xx.2019-cu ildə Suriya Respublikasında vəfat etmişdir. Sonuncunun ölmüş elan edilməsi ona uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq üçün lazımdır. Onun bu tələblə məhkəməyə müraciət etməsində məqsəd uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün müavinət almaqdır.
8. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2047/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs2 (doğulduğu tarix xx.xx.1979-cu il, doğulduğu yer Ermənistan Respublikası, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi AZE ********) Azərbaycan Respublikasının vətəndaşlığının itirilmiş hesab edilməsi qət edilmişdir
9. Həmin qətnamədən görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikasında doğulmuş Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 ölkə hüdudlarından kənarda dini ekstremist fəaliyyətlə məşğul olması məlum olmuş və bu barədə tərtib edilmiş material şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat aparılması üçün xx.xx.2018-ci il tarixli, 23/5-7362 nömrəli məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Maraqlı şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə “İŞİD (hazırki adı “İD”) adlı cinayətkar birliyinin tərkibinə daxil olmaqla 2014-2018-ci illər ərzində Suriya Ərəb Respublikasının ərazisinə keçdiyi qanunsuz silahlı qrupa qoşularaq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmək niyyətilə terror təşkilatının digər üzvləri ilə əlaqəyə girməklə müxtəlif silahlı təlimlərdə iştirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa hazırlıq hərəkətləri etdiyi müəyyən edilmişdir.
10. Məhkəmə sorğusu əsasında məhkəməyə daxil olmuş Sumqayıt şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, ünvan 1-də qeydiyyatda olan Maraqlı şəxs2 təqsirləndirilən şəxs və yaxud itkin düşməsi barədə axtarış işi qeydiyyata alınmamış, həmçinin ölüm faktı ilə bağlı araşdırma aparılmamışdır.
11. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Maraqlı şəxs2 sonuncu dəfə xx.xx.2014-cü il tarixdə çıxışı qeydə alınmışdır.
12. İş materiallarına əlavə edilmiş dörd nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 2014-cü ildən bu mənzildə yaşamır.
13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3060/2023 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) ərizə təmin olunmamışdır.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsidir. Bu halda həmin şəxsin haqqında cəmi altı ay ərzində xəbər çıxmaması onun ölmüş elan edilməsinə əsas verir.
15. Bu halda şəxsin haqqında müəyyən müddət ərzində məlumat olmaması ilə yanaşı onun həlak olması üçün real ölüm təhlükəsi yaradan şəraitin də mövcudluğu tələb olunur.
16. Bu iki halla əlaqədar məhkəmə qeyd edir ki, şəxs xəbərsiz itkin düşmüş elan olunmamış, onun dini ekstremist fəaliyyətlə məşğul olduğu məkanda silahlı münaqişələr başa çatmamışdır.
17. Şəxsin ölmüş elan edilməsinin qanunvericiliyin normasına əsasən digər əsası hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsin haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumat alınmamasıdır. Bu halda da, şəxsin həlak olduğunu güman etməyə əsas vardır.
18. Şəxsin ölmüş elan edilməsinin digər əsası isə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Lakin, bu o demək deyil ki, şəxsin sağ olub-olmaması şübhəli olduqda o, ölmüş elan edilə bilər.
19. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 təqsirləndirilən şəxs və yaxud itkin düşməsi barədə axtarış işi qeydiyyata alınmamış, həmçinin ölüm faktı ilə bağlı araşdırma aparılmamışdır.
20. Mülki qanunvericiliyin müvafiq müddəasının tələblərindən göründüyü kimi, həmin norma imperativ olmamaqla bu halın müəyyən edilməsi üçün kifayət qədər məlumatların olması halında edilə bilməsininin mümkünlüyünü nəzərdə tutmuşdur. Belə məlumatların olmaması halında şəxsin ölmüş elan edilməsi barədə qənaətə gəlinməsi mümkün deyildir.
21. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər.
22. Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün iş materiallarında həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələrin tükənməsi, eləcə də ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi barədə məlumatlar yoxdur.
23. Bundan əlavə, qanunvericiliyin imperativ - şəxsin beş il ərzində harada olması barədə məlumatın olmaması şərti, işin faktiki halları ilə təkzib olunur.
24. Belə ki, Maraqlı şəxs2 harada olması barədə ərizəçinin, eləcə də anasının məlumatları olmuş, hətta üç il bundan əvvələ qədər onunla vaxtaşırı əlaqə saxlanılmışdır.
25. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 305.1.2, 313, 315.2, Mülki Məcəllənin 41.1, 41.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
26. Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirmişdir. Bu barədə şahidlər də məhkəmədə ifadə vermişlər. Lakin məhkəmə ərizəni təmin etməmişdir. Maraqlı şəxs2 2014-cü ildə ölkəni tərk etməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Maraqlı şəxs2 sonuncu dəfə xx.xx.2014-cü il tarixdə çıxışı qeydə alınmışdır. Həmçinin məhkəmə gedişatında da müəyyən olunmuşdur ki, Maraqlı şəxs2 ölkəni tərk edərək hərbi münaqişələrin mövcud olduğu bölgəyə getmişdir və onun barəsində yaşayış yeri üzrə son məlumatların əldə edilməsindən 9 ildən artıq vaxt keçmişdir. Həmçinin onun hərbi əməliyyatlar zonasında, həmin əməliyyatlar nəticəsində həlak olmasına kifayət qədər əsaslı şübhələr vardır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2047/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs2 (doğulduğu tarix xx.xx.1979-cu il, doğulduğu yer Ermənistan Respublikası, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi AZE ********) Azərbaycan Respublikasının vətəndaşlığının itirilmiş hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikasında doğulmuş Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 ölkə hüdudlarından kənarda dini ekstremist fəaliyyətlə məşğul olması məlum olmuş və bu barədə tərtib edilmiş material şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat aparılması üçün xx.xx.2018-ci il tarixli, 23/5-7362 nömrəli məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Maraqlı şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə “İŞİD” (hazırki adı “İD”) adlı cinayətkar birliyinin tərkibinə daxil olmaqla 2014-2018-ci illər ərzində Suriya Ərəb Respublikasının ərazisinə keçdiyi qanunsuz silahlı qrupa qoşularaq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmək niyyətilə terror təşkilatının digər üzvləri ilə əlaqəyə girməklə müxtəlif silahlı təlimlərdə iştirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa hazırlıq hərəkətləri etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də hesab edir ki, ərizə təmin edilməli Maraqlı şəxs2 ölmüş elan edilməlidir. Çünki Maraqlı şəxs2 yaşayış yerində onun harada olması barədə 9 ildən çoxdur ki, məlumat yoxdur, habelə onun ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olmasına güman etməyə əsas var. Ona görə də o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Lakin işə baxan məhkəmə qanunsuz və əsassız olaraq ərizəni təmin etməmişdir. Hesab edir ki, işə apellyasiya məhkəməsində baxılarkən bütün bunlar nəzərə alınmalı ərizəsi təmin olunmalıdır. Həmçinin qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsində analoji iş üzrə bir neçə məhkəmə qətnaməsi var və iddia tələbləri həmin işlər üzrə təmin olunub.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə Maraqlı şəxs1nə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. (...)
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: (...) 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; (...)
Maddə 313. Ərizənin məzmunu Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
36. Göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün müvafiq norma iki müstəqil əsas nəzərdə tutmuşdur. O cümlədən, “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa” və “o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa”. Hər iki əsasla məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır.
37. Şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması halında qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını istisna edir. Bu zaman şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması qərarın qəbul edilməsini istisna etmir.
38. Sumqayıt şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1979cu il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, ünvan 1-də qeydiyyatda olan Maraqlı şəxs2 təqsirləndirilən şəxs və yaxud itkin düşməsi barədə axtarış işi qeydiyyata alınmamış, həmçinin ölüm faktı ilə bağlı araşdırma aparılmamışdır.
39. Şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər. Hazırkı işdən isə görünür ki, Maraqlı şəxs2 barəsində axtarış elan edilməmişdir.
40. Şəxsin ölmüş elan edilməsinin digər halı - ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan altı ay ərzində xəbər çıxmaması ilə bağlı kollegiya qeyd edir ki, işdən müəyyən olunur ki, ərizəçinin əri Maraqlı şəxs2 xx.xx.2014-cü il tarixdə ölkə sərhəddindən keçərək ölkəni tərk etmiş və bundan sonra geri qayıtmamışdır. Onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir.
41. Həmin qətnamənin surətindən görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikasında doğulmuş Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 ölkə hüdudlarından kənarda dini ekstremist fəaliyyətlə məşğul olması məlum olmuş və bu barədə tərtib edilmiş material şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat aparılması üçün xx.xx.2018-ci il tarixli, 23/5-7362 nömrəli məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Maraqlı şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə “İŞİD (hazırki adı “İD”) adlı cinayətkar birliyinin tərkibinə daxil olmaqla 2014-2018-ci illər ərzində Suriya Ərəb Respublikasının ərazisinə keçdiyi qanunsuz silahlı qrupa qoşularaq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmək niyyətilə terror təşkilatının digər üzvləri ilə əlaqəyə girməklə müxtəlif silahlı təlimlərdə iştirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa hazırlıq hərəkətləri etdiyi müəyyən edilmişdir. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) alınan çıxarışdan Maraqlı şəxs2 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etdiyi və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumatın qeydə alınmadığı aydın olmuşdur. Ona görə də, onun ölkə ərazisindən kənarda dini ekstremist fəaliyyətlə məşğul olmasını müəyyən edən halların mövcudluğu iş materiallarına əsasən təsdiq olunduğuna görə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsini məqsədəuyğun hesab etməklə, məhkəməyə müraciət etmişdir.
42. İş araşdırılmış hallarından göründüyü kimi ölmüş elan edilməsi tələb olunan şəxs xəbərsiz itkin düşmüş elan edilməmiş, onun sonuncu olduğu məkanda silahlı münaqişələr başa çatmamışdır.
43. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
45. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3060/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.