Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-203/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-192/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-192/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, RX seriyalı ******* saylı qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən 0,32 ha torpaq sahəsinin 0,11 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq iddiaçı X2 qaytarılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 3 manatının iddiaçıya aid edilməsi, 27 manatı isə cavabdehdən alınaraq iddiaçıya verilməsi, iş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 300 manat məbləğində pulun 30 manatının iddiaçıya aid edilməsi, 270 manat isə cavabdehdən alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri 10 manat məbləğində pulun İddiaçı, 90 manatı isə Cavabdeh alınaraq X5, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir (hakim A.B.Sadıqov). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-192/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh qanunsuz sahibliyindən 0,12 ha torpaq sahəsinin alınaraq istifadəsinə qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini torpaq sahəsinin iddiaçının mülkiyyətində RX seriyalı ******* saylı qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli DƏDRX-nin çıxarışının olması ilə əsaslandırmışdır. Bildirmişdir ki, sözü gedən torpaq sahəsi Azərbaycan Respubliksamın DƏDRXİ-si tərəfindən xx.xx.2008-ci il tarixi ******* saylı, **********44 saylı reyestr və ********** qeydiyyat nömrəli çıxarışına əsasən 0,68 ha (Daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır) və Azərbaycan Respubliksaınm DƏDRXİ tərəfindən xx.xx.2009-cu il tarixli ******* saylı, **********59 saylı reyestr və ********** qeydiyyat nömrəli çıxarışına əsasən 0,60 ha (Daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reystr kitabının 127 nömrəli vərəqində qeydiyyata alınmışdır) onun mülkiyyətindədir. İş materiallarında olan sözü gedən torpaq sahəsinin onun mülkiyyətində olması əks etdirilməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, guya o, 0,12 ha torpaq sahəsini zəbt etməyini müəyyən edib, ancaq, məhkəmə sözügedən torpaq sahəsinin Azərbaycan Respubliksanın DƏDRXİ-si tərəfindən xx.xx.2008-ci il tarixli ******* saylı, **********44 saylı reyestr və ********** qeydiyyat nömrəli çıxarışına əsasən 0,68 ha (Daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reystr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır) və Azərbaycan Respubliksanın DƏDRXİ-si tərəfindən xx.xx.2009-cu il tarixli ******* saylı, **********59 saylı reyestr və ********** qeydiyyat nömrəli çıxarışına əsasən 0,60 ha (Daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reystr kitabının 127 nömrəli vərəqində qeydiyyata alınmışdır) onun mülkiyyətində olması və sözügedən torpaq sahəsini iddiaçıdan 10 il öncə mülkiyyətində olması faktını qiymətləndirməmişdir. Bu da məhkəmə qətnaməsinin işin faktiki hallarına uyğun gəlməməsi deməkdir. Bundan başqa mübahisəli torpaq sahəsi ilə bağlı təyin olunmuş məhkəmə ekspetizasının keçirilməsi yeri və vaxtı barəsində heç bir rəsmi qaydada məlumatlandırılmamışdır və təyin olunmuş ekspertiza onun iştirakı olmadan gizli çəkildə keçirilmişdir ki, bu da bir daha məhkəmənin işin faktiki hallarını nəzərə almadan qəbul etdiyi qətnamənin əsassız və qanunsuz olduğu qənaətinə gəlməsinə əsas verir. Qeyd etmişdir ki, ekspertiza tədqiqatı zamanı mübahisəli torpağa onun mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa isdinad olunmamışdır, həmin çıxarışla onun mülkiyyət hüququnun hara düşməsi tədqiq olunmamışdır, iddiaçının və onun adına tərtib olunmuş çıxarışlarda göstərilən torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi aydınlaşdırılmamışdır. Bu da məhkəmə tərəfindən mübahisəyə natamam qiymət verilməsinə dəlalət edir. Odur ki, apelyasiya baxışı zamanı yenidən ekspertizakeçirilməlidir, onun adıma tərtib olunmuş çıxarış da iddiaçının çıxarışı ilə birgə tədqiq edilməlidir, onun adına olan çıxarışda göstərilən torpaq sahəsi ilə iddiaçının adına tərtib olunmuş çıxarışda göstərilən torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, əgər düşürsə hansı hissədə üst-üstə düşməsi, əgər düşmürsə onun və iddiaçının adına olan çıxarışlarda göstərilən mülkiyyətdə olan torpaq sahəslərinin sərhədlərinin harada bitməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin olunmasını, Xaçmaz Rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini müdafiə edərək və eləcə də yazılı vəsatət təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi üzrə mülki iş zamanı keçirilmiş ekspertiza tədqiqatı natamamdır, heç bir sübuta əsaslanmadan cavabdehin iddiaçıya aid torpaq sahəsinin 0,11 ha hissəsini istifadə etdiyi nəticəsinə gəlinmişdir. X6 Mərkəzinin rəyinə görə cavabdeh iddiaçıya aid torpaq sahəsini istifadə etmir. Hər iki rəy arasında ziddiyyət var. Odur ki, təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin vəkilinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində 0,32 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, DƏDRX-nin RX seriyalı ******* nömrəli, **********49 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,32 ha torpaq sahəsinin 0,11 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinin qəbzindən müəyyən olunur ki, İddiaçı texniki ekspertizanın aparılması üçün «xxxx» MMC-nin hesabına 300 manat məbləğində pul ödəmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən sənədlərə istinad edərək iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.2, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir. Belə ki, mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində olması məsələsinin araşdırılması üçün məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 10/2878 saylı rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli, **********1 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonunun, Köhnə Xaçmaz kəndində İddiaçı mülkiyyətinə verilmiş 0.32 ha torpaq sahəsinin və Hüquqların dövlət qeydiyyatı haqqında MH seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonunun, Köhnə Xaçmaz kəndində Cavabdeh mülkiyyətinə verilmiş 0.60 ha torpaq sahəsinin hər birinin ayrı-ayrılıqda sərhədləri mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı və cavabdehin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları ilə onlara DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatları arasıdna kəskin uyğunsuzluq vardır. DƏDRX tərəfindən X1 verilmiş **********1 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarla DƏDRX tərəfindən Cavabdeh verilmiş **********59 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar üst-üstə düşmür, (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). İddiaçı və cavabdehin faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə onlara DƏDRX tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədlərindəki koordinatlar arasında kəskin uyğunsuzluq vardır (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). DƏDRX tərəfindən X1 verilmiş ********** 1 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarla onun naturada faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasındakı kəskin uyğunsuzluq olduğundan həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməsini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi olması ekspert rəyi ilə təkzib edilir. Hazırki işdən cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt edərək istifadə etməsi iş materialları ilə sübut olunmur. Eyni zamanda iddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinin məhz ona ayrılmış torpaq sahəsi olmasına dair sübut təqdim etmir. Əksinə qeyd edilən hal ekspert rəyi ilə təkzib edilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsassız olduğundan və sübuta yetirilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu və texniki ekspertizanın aparılması üçün «xxxx» MMC-nin hesabına köçürülmüş 300 manat məbləğində pul iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iddia tələbi təmin edilmədiyi üçün iş üzrə keçirilmiş ekspertizaların dəyəri iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-192/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri üçün İddiaçı 150 (100+50) manat pul tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba, 73,20 manat “xxxx” ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** köçürülsün. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-203/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-203/2021
16.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver