Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2030/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-4218/2022 nömrəli qətnaməsindən Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 99 nömrəli əmrin ləğv edilməsi, onun Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-4218/2022 qətnaməsi ilə Sumqayıt şəhər 26 nömrəli tam orta məktəb üzrə xx.xx.2022-ci il tarixli, 99 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunması qət edilmişdir. (hakim E.Abdullayev). Qətnamədən cavabdeh Sumqayıt Şəhər 26 nömrəli tam orta məktəbin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2030/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Məhkəmə baxışı zamanı apellyasiya şikayətinin hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyi aşkar edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin geri qaytarılması məsələsinin müzakirə edilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin geri qaytarılması məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Sumqayıt Şəhər 26 nömrəli tam orta məktəbin nümayəndəsi səbəblərini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasınımümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. AR MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Həmin məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Eyni məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. AR MPM-in 384.0 və 384.0.6-cı maddələrinə əsasən apelyasiya məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-4218/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş formada verilməmiş, bununla da, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozulmuşdur. Belə ki, işdən görünür ki, iddia tələbi cavabdeh qismində Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə qarşı qaldırılmışdır. Lakin apellyasiya şikayətində şikayəti verən şəxs qismində Nümayəndə adı qeyd olunmuş, habelə şikayət onun tərəfindən tərtib edilmiş, imzalanmışdır. Yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri hazırkı şikayətə tətbiq edildikdə aydın olur ki, apellyasiya şikayəti MPM-in daha öncə sadalanan forma və məzmunla bağlı göstərişlərinə əməl edilmədən tərtib edilmişdir. Belə ki, apellyasiya kollegiyası şikayətin cavabdehin nümayəndəsi kimi Nümayəndə adından tərtib edilməsi halını istisna etmir. Lakin bu halda belə apellyasiya şikayəti daha öncə sadalanan prosessual formaya ( MPM-ə 2 saylı Əlavə) əməl edilməli, şikayəti verən şəxs qrafasında cavabdehin özünün adı yazılmalı, növbəti qrafalarda nümayəndəsinin adı soyadı göstərilməli, habelə onun şikayət vermək səlahiyyətini təstiq edən sənəd (etibarnamə) şikayətə əlavə edilməli idi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2030/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-4218/2022 nömrəli qətnaməsindən Nümayəndə tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarılması məsələsinin həll edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, apellyasiya şikayəti vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada apellyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin, 263-264, 361, 365, 366, 384, 384.0.6, 386 və 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2030/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-4218/2022 nömrəli qətnaməsindən Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İddiaçı cavabdeh Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş, Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-4218/2022 nömrəli qətnaməsindən Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması məsələsinin həll edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2030/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2030/2022
04.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver