Məhkəmə qərarları › İş №2(105)-205/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-205/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-205/2022 02.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 003R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 4634.35 manat məbləğində kredit borcu, 409.13 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5053.48 manat kredit borcu, 003R********** saylı kredit razılaşması üzrə 4669.14 manat məbləğində kredit borcu, 588.78 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla 5267.92 manat məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin likvid qiymətinin 41.000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına 003R********** saylı kredit razılaşması üzrə 4634.35 manat məbləğində kredit borcu, 409.13 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5053.48 manat kredit borcu, 003R********** saylı kredit razılaşması üzrə 4669.14 manat məbləğində kredit borcu, 588.78 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, 5267.92 manat məbləğində kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377Ç ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Azər İsmayılov). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 003R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 4634.35 manat məbləğində kredit borcu, 409.13 manat məbləğində faiz borcu və 851.95 manat məbləğində cərimə borcu olmaqla, 003R********** saylı kredit razılaşması üzrə 4669.14 manat məbləğində kredit borcu, 588.78 manat məbləğində faiz borcu və 896.75 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12050.10 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması, 12050.10 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377Ç ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasıın iclasında Cavabdeh1 apellyasiya şikayətini müafiə edərək göstərdi ki, qətnamə əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, Bankın tələb etdiyi borc məcləği şişirdilib. Həmçinin ipoteka predmetinin likvid dəyəri də hazırki bazar qiymətindən çox aşağı hesablanıb. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəməni gəldiyi nəticə üçün mühüm əhəmyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, iş üçü əhəmiyyəti olan hallar sübut edilməmişdir. Daha sonra göstərdi ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə mühasibatlıq və əmtəşşünaslıq ekspertizası təyin edilmişdi. Lakin hazırda hesab edir ki, əmtəəşünaslıq ekspertizasıın keçirilməsiə zərurət yoxdur. O, banka olan borcunu yaxın müddətdə ödəyəcəkdir. Ekspertizanın keçirilməsi ona müəyyən müddətdə vaxt əldə etməsi üçün lazım idi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasnın əvvəlki iclasında İddiaçı-nin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, borc məbləği şişirdilməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, banka borcu yaranmışdır, əsas borca görə faiz, cərimə tələb etməkdə bankın qanunvericiliklə nəzərdə tutulmuş hüququdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı-yə, üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir . HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının tərəfin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 münasibətdə Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)- 1342/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2010-cu il tarixli, 03L000004806 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2014-cü il tarixli, 03L000004806S saylı sazişlə kredit xəttinin müddəti 177 ay müddətində, kredit xəttinin məbləği 120.000 ABŞ Dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 manat məbləğində kredit götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka qoyan Cavabdeh4 ilə Bank arasında bağlanılmış xx.xx.2017-ci tarixli ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər müqavilə şərtlərini pozmaları barədə xəbərdarlıq olunmuşlar, müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinin bazar dəyəri 55.000 manat, likvid dəyəri isə 41.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evi Cavabdeh4 məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllnin 448.1. və 448.2. maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması dövlət rüsumu, 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 aid edilməli və onlardan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbindən göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 eyni zamanda 003R********** saylı kredit razılaşması üzrə 851.95 manat, 003R********** saylı kredit razılaşması üzrə isə 896.75 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 003R********** saylı kredit razılaşması üzrə 10 manat, 003R********** saylı kredit razılaşması üzrə 10 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 003R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 4634.35 manat məbləğində kredit borcu, 409.13 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5053.48 manat kredit borcu, 003R********** saylı kredit razılaşması üzrə 4669.14 manat məbləğində kredit borcu, 588.78 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, 5267.92 manat məbləğində kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulmalı, tələb ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin likvid qiyməti 41.000 manat müəyyən edilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, satışdan əldə edilmiş vəsait hesabına 003R********** saylı kredit razılaşması üzrə 4634.35 manat məbləğində kredit borcu, 409.13 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5053.48 manat kredit borcu, 003R********** saylı kredit razılaşması üzrə 4669.14 manat məbləğində kredit borcu, 588.78 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, 5267.92 manat məbləğində kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi qaydada tutulmalı, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377Ç ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmalı, həmin fərdi yaşayış evi boşaldılmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh Səfərov Seymur Sahib oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə borcun müəyyən olunması üçün mühasibatlıq, ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş 9/7852 saylı, xx.xx.2021-ci il tarixli ekspertiza rəyindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən cəmi 531 manat məbləğində ödəniş aparılmışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixə İddiaçı-yə xx.xx.2018-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə əsas borcu 4634,15 manat, faiz borcu 677,84 manat, xx.xx.2019cu il tarixli, 003R********** saylı kredit razılaşması üzrə əsas borcu 4669,14 manat, faiz borcu üzrə 776,36 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddia tələbində göstərilən məbləğdə borcu olması keçirilmiş ekspertiza ilə də təsdiqini tapmışdır. Həmçinin ekspertiza rəyində müəyyən olunan faiz məbləğləri iddia ərizəsində qeyd ediləndən artıq olduğu üçün qəbul edilməməlidir. Bundan başqa məhkəmə kollegiyasi qeyd edir ki, birinci instansiya məhkəməsini tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcunun rüsumların ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377Ç ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması barədə gəldiyi nəticə qanunvericilik normalarına uyğun olmuşdur. Bundan başqa məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qiymətləndirmə işi üçün müvafiq xidmət haqqının bank tərəfindən ödənilməsinə baxmayaraq texniki baxışın keçirilməsi üçün vətəndaş tərəfindən şərait yaradılmadığı üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasnın iclasında Cavabdeh1 əmtəəşünaslıq ekspertizasının keçirilməsinə zərurət olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri ümümi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apelyasiya şikayətləri təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə koldlegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehlərdən tutulmalıdır. Bundan başqa İddiaçı tərəfindən daxil olmuş ərizədən görünür ki, əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün tərəflərindən ödənilmiş müvafiq ekspertiza xərcinin qaytarılması xahiş olunur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün ödənilmiş 240 manat cavadbehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Belə ki, AR İN yanında ƏMDX Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qiməyləndirmə üçün müvafiq xidmət haqqı bank tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apelyasiya şikayətləri təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 250 manatı Cavabdeh1 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. İş üzrə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 240 manat pul Cavabdeh1 alınaraq İddiaçı-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar