Məhkəmə qərarları › İş №2(105)-2052/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2052/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2052/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdehlər Cavabdeh5 nümayəndə və vəkili, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(012)-11/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(012)-11/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı BOKT ASC-nin xeyrinə Cavabdeh1 16781.62 (on altı min yeddi yüz səksən bir dollar altmış iki sent) ABŞ dolları əsas, 6738.75(altı min yeddi yüz otuz səkkiz dollar yetmiş beş sent) ABŞ dolları hesablanmış faiz, 1000 (min) ABŞ dolları dəbbə pulu, cəmi 24520.37 (iyirmi dörd min beş yüz iyirmi dollar otuz yeddi sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi və həmin mənzil açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti hesabına iddiaçının xeyrinə ümumilikdə 24520.37 (iyirmi dörd min beş yüz iyirmi dollar otuz yeddi sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi və tutma ipoteka predmetinə yönəldildikdə və satıldıqda cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 ən geci bir ay ərzində mənzili tərk etmədikdə mənzilin boşaldılaraq çıxarılmaları, ekspertiza tədqiqatına görə ümumilikdə 175 (yüz yetmiş beş) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir (hakim H.Y.Əhmədov). Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(012)-11/2021 saylı qətnaməsinin qismən - 1000 ABŞ dolları cərimə borcu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 ünvan 2 ünvanındakı mənzildən ev satıldıqdan sonra çıxarılması, ekseprtiza tədqiqatına görə ümumilikdə 175 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İ Ş İ N H A L LA R İ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" BQKT ASC-nin arasında bağlanmış 10 fevral 2015-ci il tarixli 011/15/PBN №-li kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 '‘PARA” BQKT ASC-nin xeyrinə 10 fevral 2015-ci il tarixli 011/15/PBN №-li kredit müqaviləsi üzrə 17609.88 ABŞ dolları əsas, 15 483.00 ABŞ dolları hesablanmış faiz, 10 980.10 ABŞ dolları dəbbə pulu, cəmi 44 072.98 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmeti 30000 manat qiymətləndirilməsi və borcun əvəzi bu qiymətlə Abşeron rayonu. Xırdalan şəhərində yerləşən Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətindəki 10 №-li ev. 88.7 kv.m ümumi sahədən ibarət 4 otaqlı 26 nömrəli mənzili açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Abşeron rayonu. Xırdalan şəhərində yerləşən Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətindəki 10 №-li ev. 88.7 kv.m ümumi sahədən ibarət 4 otaqlı 26 nömrəli mənzildən orada yaşayan Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 çıxarılması, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh5 nümayəndə və vəkili, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızsızdır, qətnamə maddi və prosessual hüquq normalarının kifayət qədər pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Məhkəmənin qəbul etmiş olduğu qətnamə cavabdehlərin hüquqlarının pozulması ilə çıxarılmışdır. Belə ki, Cavabdeh2 məhkəmə iclasında iştirak etməsinə baxmayaraq, məhkəmə onun izahat verməsinə, sübutların araşdırılmasında iştirak etməsinə, iddiaya qarşı öz sübutlarını və dəlillərini təqdim etməyinə imkan verməmiş, buna şərait yaratmamışdır. AR Mülki Prossessual Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz İddiaçı BOKT ASC ilə cavabdehlər arasında bağlanmış 10 fevral 2015-ci il tarixli kredit müqaviləsinin müddəti 10 fevral 2017-ci il tarixində bitməyinə baxmayaraq, iddiaçı Cavabdeh1 qarşı iddianı ondan iki il sonra, yəni 2019-cu ildə qaldırmış, 03 iyun 2017-ci ilədək olan dövrə ondan ASC-yə olan kredit, faiz və dəbbə pulu borcu tələb etmiş və beləliklə üzərinə ağır faiz və dəbbə pulu yükü qoymuşdur. Məhkəmə isə ondan həddindən artıq, yəni 1000 ABŞ dolları dəbbə pulunun tutulub İddiaçı BOKT ASC-yə ödənilməsinə qərar vermişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsi qətnamə çıxararkən, kreditlə bağlı ipoteka predmeti olan Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzildən Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 ən geci bir ay ərzində mənzili tərk etmədikdə çıxarılması hissəsində də haqlı olmamışdır və bu onların mülkiyyət və yaşayış hüquqlarının kobud surətdə pozulması deməkdir. Belə ki, 24520.37 ABŞ dolları ABŞ dolları kredit borcuna görə 70.000 manat dəyər qoyulmuş mənzilin satılmasından sonra onların həmin evdən çıxarılması iddiaçının hüququ deyildir və onların həmin evdə qalmağı iddiaçının hüquqlarını pozmur. Belə olduğu təqdirdə məhkəmə qətnaməsi bu hissədə də qanunsuz və əsassızdır. Bundan başqa məhkəmənin qətnaməsi ekspertiza tədqiqatına görə ümumilikdə 175 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi hissəsində də qanunsuz olmuşdur. Belə ki, Cavabdeh1 İddiaçı BOKT ASC arasında bağlanmış 10 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 olmuşdur. Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 kredit müqaviləsinin tərəfi olmamışlar və bank qarşısında borcla bağlı öhdəlik götürməmişlər. Belə olduğu təqdirdə məhkəmə xərclərinin və ekspetiza xərcinin onlardan da tutulması qanunsuz və əsassızdır. Qətnamə bu hissədə ləğv edilməlidir.Abşeron Rayon Məhkəməsinin qətnaməsi 1000 ABŞ dolları cərimə borcu hissəsində həddindən çox olduğundan ləğv edilməli, onunla bağlı iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(012)-11/2021 saylı qətnaməsinin qismən - 1000 ABŞ dolları cərimə borcu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 ünvan 2 ünvanındakı mənzildən ev satıldıqdan sonra çıxarılması, ekseprtiza tədqiqatına görə ümumilikdə 175 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzininhesabına ödənilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə İddiaçı BOKT ASC-nin nümayəndəsinə, Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, cavabdehlər məhkəmənin qətnaməsini qismən -1000 ABŞ dolları cərimə borcu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 ünvan 2 ünvanındakı mənzildən ev satıldıqdan sonra çıxarılması, ekseprtiza tədqiqatına görə ümumilikdə 175 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi hissələrində mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissələrə münasibətdə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehlərin nümayəndə və vəkilinin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(012)-11/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2015-ci il tarixli, 011/015/PBN №-li kredit müqaviləsinin görünür ki, Bank tərəfindən Cavabdeh1 illik 26 faizlə 36 ay müddətinə evin təmiri məqsədilə 38245 ABŞ dolları məbləğində ipoteka krediti verilmişdir. İş materiallarında olan 10.02.2015-ci il tarixli, 011/015/PBN №-li kredit müqaviləsinə qoşma ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 38245 ABŞ dolları məbləğində krediti 11.03.2015-ci il tarixdən 11.02.2028-ci il tarixədək hər ay 1541 (sonuncu ay 1531) ABŞ dolları ödəməklə cəmi 55466 ABŞ dolları ödəməyi qəbul etmişdir. İş materiallarında olan 11.02.2015-ci il tarixli kassa məxaric orderlərindən görünür ki, Cavabdeh1 38245 ABŞ dolları məbləğində krediti İddiaçı BOKT ASC-nin «Nərimanov» filialından imza edərək qəbul etmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2015-ci il tarixli, 011/015/PBN №-li İpoteka (Girov) Müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil ipoteka saxlayan İddiaçı BOKT ASC-nin mülkiyyətinə vermişdir. Həmin müqavilənin 3.1. bəndinə əsasən mənzilin satış qiyməti 30000 (otuz min) manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 06.01.2015-ci il tarixdə və Cavabdeh3 adına 09.09.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* №-li Çıxarışın surətindən görünür ki, hüququ yüklü edilən şəxslər Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətindəki ünvan 3 ünvanını 10.02.2015-ci ildən başlayaraq 36 (otuz altı) ay müddətinə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində Parabank ASC-nin xeyrinə yüklü edilməsi qeydiyyata alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 16.10.2015-ci il tarixdə verilmiş forma 2 arayışından görünür ki, ünvan 1 ünvanında Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qeydiyyatdadır. DİN BDYPİ-nin MAPS şöbəsi tərəfindən 17.05.2017-ci il tarixdə verilmiş arayışlardan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3618/2016 saylı, 31 avqust 2016-cı il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, məcburi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti hüquqi varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilməsi qərara alınmışdır. İş üzrə keçirilmiş 15 noyabr 2019-cu il tarixli, 1694 saylı ekspert rəyinə görə rəyinə tədqiqat hissəsində göstərilənlərə əsasən X1 10.02.2015-ci il tarixli, 011/15/PBN saylı kredit müqaviləsi üzrə 03.06.2017-ci il tarixə (iddia ərizəsində göstərilən tarixə) banka olan borcu 44072,98 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən: 03.06.2017-ci il tarixə əsas borc üzrə17609,88 ABŞ dolları, faiz borcu üzrə 15483,00 ABŞ dolları, dəbbə borcu üzrə 10980,10 ABŞ dolları təşkil edildiyi göstərilmişdir. İş üzrə keçirilmiş 10.03.2020-ci il tarixli, 3926 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh1 tərəfindən "xxxx" BOKT ASC-dən alınmış kredit vəsaiti üzrə 03.06.2017-ci il tarixə (iddia ərizəsində göstərilən tarixə) banka ödənilməli olan borcu ümumilikdə 23520,37 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən: əsas kredit borcu üzrə-16781,62 ABŞ dolları, faiz borcu üzrə 6738,75 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 443.1. maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrinin tələblərinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 "xxxx" BQKT ASC ilə bağladığı 10 fevral 2015-ci il tarixli 011/15/PBN №-li kredit müqaviləsi şərtlərini pozmuşdur və bu öhdəliyi ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Qeyd edilənlərə əsasən məhkəmə 10.02.2015-ci il tarixli, 011/015/PBN №-li kredit müqaviləsi üzrə 17609.88 ABŞ dolları məbləğində əsas borc üzrə hesablanmış 10980.10 ABŞ dolları məbləğində cərimənin azaldılaraq 1000 ABŞ dolları manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab etmişdir. İş materiallarında olan İpoteka müqaviləsinin 3.1. bəndinə görə Borcalanla Bank arasında bağlanmış kredit müqaviləsinə əsasən Borc alan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın tələbləri ipoteka predmetinə yönəltmək hüququ vardır. İş materiallarına əlavə edilmiş bildirişlərdən, poçt qəbzindən və aktdan göründüyü kimi, Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, həmçinin kredit və ipoteka müqaviləsinin şərtlərinin pozulması və kreditor tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi iləəlaqədar Cavabdeh1 xəbərdarlıq göndərilmiş, lakin borclu müqavilə öhdəliyini icra etməmişdir. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4. maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3. maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materialarında olan 10.02.2015-ci il tarixli, 011/015/PBN №-li İpoteka (Girov) Müqaviləsinin 3.1. bəndinə əsasən mənzilin satış qiyməti 30000 (otuz min) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş Fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 23 dekabr 2020-ci il tarixli hesabatdan görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, ipotekaya qoyulmuş mənzilin hal-hazırda bazar qiyməti 70000 (yetmiş min) manat, likvid qiyməti 63000 (altmış üç min) manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinə əsasən, həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti 70000 (yetmiş min) manat müəyyən edilməli, açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra, əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehlərə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. İddia tələbindən görünür ki, iddiaçı borcun ödənilməsi və tutmanın ipotekaya yönəldilməsi tələbi ilə yanaşı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətindəki 10 saylı ev, 88.7 kv.m ümumi sahədən ibarət 4 otaqlı 26 saylı mənzildən orada yaşayan Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 çıxarılması, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1. maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, ipoteka predmeti olan Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanına tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 mənzili boşaldaraq ən geci bir ay ərzində mənzildən çıxarılmalı, mənzil boşaldılmalıdır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bundan başaqa iddiaçı iddia tələbində Cavabdeh1 ilə "xxxx" BQKT ASC-nin arasında bağlanmış 10 fevral 2015-ci il tarixli 011/15/PBN №-li kredit müqaviləsinə xitam verilməsi xahiş olunur. Məhkəmə iddia tələbinin bu hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış 10 fevral 2015-ci il tarixli 011/15/PBN №-li kredit müqavilə 36 ay müddətinə bağlanmış və müqavilənin müddəti 10 fevral 2018-ci ildə bitmişdir. Müqavilənin müddəti bitdiyindən müqavilyə xitam verilməsi zərurəti aradan qalxmışdır. Ona görə iddianın bu hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Eyni zamanda ekspert rəyinə əsasən isə məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspert tədqiqatının dəyəri, birinci keçirilən ekspertiza üzrə 30 (otuz) manat, ikinci keçirilən ekspertiza üzrə 145 (yüz qırx beş) manat, cəmi 175 (yüz yetmiş beş) manat, məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd edilən normasına əsasən iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu, ekspertiza tədqiqatına görə 175 (yüz yetmiş beş) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsində cavabdehlərdən digər tələblərlə yanaşı eyni zamanda hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 500 manat tələb edilmişdir. Lakin iddiaçı tələb verməsinə baxmayaraq həmin məbləğin ödənilməsinin əsası kimi hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə tələbin 500 manat hissəsinin əsassız hesab edərək təmin etmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissələrinəəsasən Azərbaycan Respublikasının pul vahidi manatdır və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmasını, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmasını, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsini müəyyən edərək, iddianı yuxarıda göstərilən qaydada təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin müvafiq maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə cavabdehlər arasında kredit və ipoteka müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Cavabdehlər apelyasiya şikayətində qətnamənin qismən-1000 ABŞ dolları cərimə borcu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 ünvan 2 ünvanındakı mənzildən ev satıldıqdan sonra çıxarılması, ekseprtiza tədqiqatına görə ümumilikdə 175 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi hissələrində mübahisələndirərək həmin hissədə ləğv olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iş üzrə dəbbə borcu 10980,10 ABŞ dolları təşkil edir, məhkəmə tərəfindən isə həmin məbləğ 1000 ABŞ dollarınadək azaldılmışdır. Bundan başqa «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Ona görə də məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, tutma ipoteka predmetinə yönəldildikdə və satıldıqda cavabdehlər- Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 ən geci bir ay ərzində mənzili tərk etmədikdə mənzil boşaldılaraq çıxarılmalıdırlar. Bundan başqa məhkəmə ekspertiza xərcini cavabdehlərdən müştərək qaydada tutmaqda da haqlı olmuşur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri ümimi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlərin apelyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(012)-11/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(012)-11/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar