Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2056/2021 29.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə öhdəliklərini icra etmədiklərinə görə maddi ziyanın və əldən çıxsmış faydanın ödənilməsi, qəsdən əmlakı məhv etdiklərinə görə vurduqları maddi ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı müqavilənin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-1737/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 tərəfindən verilmiş apelyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) ilkin iddia ərizəsi qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı xeyrinə vurulmuş zərərə görə 220 (iki yüz iyirmi) manat məbləğində maddi ziyan tutularaq ödənilməsi, ıddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməsi və iddia qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə müqavilə üzrə 600 (altı yüz) manat icarə haqqı tutularaq ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İlkin iddiaçı Kərəm Babayev qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli məktubuna əsasən, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-1737/2020 saylı mülki iş üzrə əlavə qətnamənin çıxarılmasına zərurət yarandığını, bu səbəbdən mülki işin Abşeron Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş apellyasiya icraatından çıxarılaraq, Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 365-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə öhdəliklərini icra etmədiklərinə görə maddi ziyanın və əldən çıxsmış faydanın ödənilməsi, qəsdən əmlakı məhv etdiklərinə görə vurduqları maddi ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı müqavilənin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş apellyasiya icraatından çıxarılaraq, Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2056/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2056/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver