Məhkəmə qərarları › İş №2(105)-2060/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2060/2023

06.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2060/2023 06.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırması, əmlakın təhvil verilməsi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-118/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində "xxxx" MMC, X12 və X13 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlərdən müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500000 manat olmaqla, cəmi ******* manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qalan hissədə əsassız olduğundan və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldildiyindən rədd edilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 3603/2020 saylı qərarından görünür ki, cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)- 329/2019 saylı qətnaməsi qismən, yəni iddianın cavabdeh X7 münasibətdə təmin olunmuş hissəsində ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər X12 və X4 Apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində "xxxx" MMC, X12 və X13 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərdən müştərək qaydada 500000 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-407/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh X4 apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)- 463/2017 saylı qətnaməsi cavabdeh X7 münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində X14 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh X5 hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin cavabdeh X5 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh X1 2013-cü ilin iyun ayında verilmiş 644000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500000 manat olmaqla, cəmi ******* manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq iddiaçıya verilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri təmin edilməmişdir.

4. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı icra sənədi üzrə icra icraatına başlanılmışdır.

5. Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, tələbkar icra sənədi üzrə sökülməsi nəzərdə tutulan tikilinin və üzərində olan əmlakların çox qiymətli və bahalı olması səbəbindən həmin əmlaklar hesabına hətta tələbkarın borcunu belə bağlamağın mümkün olduğunu bildirmiş, bu səbəbdən həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırki müddətdə icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

6. Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbkar Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ərizəsində icra sənədinin “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən, icraatın dayandırılmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinin tələbləri əsasında icrasının dayandırılması qərara alınmışdır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2607/2021 saylı qətnaməsi ilə iddiaçılar "xxxx" MMC-nin və X4 Cavabdeh qarşı cəmi 754213 manat məbləğində olan əmlakın avtomat 1000A 1 ədəd (dəyəri 900 manat), avtomat 800A 2 ədəd (dəyəri 1400 manat), dizel generator Tl 518DM5A 1 ədəd (dəyəri 37500 manat), forklift liuGong CLG2035H 1 ədəd (dəyəri 20000 manat), notebook HP g6 2379 1 ədəd (dəyəri 535 manat), polisterolbeton istehsal edən avadanlıqlar və istehsal xətti 1 komplekt (270348 ABŞ dolları), panno paylayıcı 1 ədəd (dəyəri 950 manat), qızdırıcı fen 2 ədəd (dəyəri 1346.40 manat), sement çəni 1 ədəd 50 tonluq (dəyəri 12500 manat) və digər əmlakların qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin əmlaklar olmadığı halda olmayan əmlakların dəyərinin hazırki bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi təmin edilməmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1822/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2607/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 3949/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1822/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-365/2023 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2607/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.

11. Abşeron Rayon Məhkəməsinin 2(012)-174/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində inşa edilmiş polistirobeton istehsal edən müəssisənin bazar qiymətinin müstəqil mütəxəssis tərəfindən müəyyən edilməsi qərara alınmışdır.

12. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində inşa edilmiş polistirobeton istehsal edən müəssisənin həmin dövrə bazar qiyməti 611000 manat təşkil edir. Hesabatdan görünür ki, tədqiqat aparılmış ərazidə 242 kv.metrlik ofis binası, 92 kv.metrlik yeməkxana binası, 41,5 kv.metrlik WC binası, 1112,9 kv.metrlik anbar (istehsalat binası) və 430 kv.metrlik köməkçi tikili mövcuddur.

13. Abşeron Rayon Məhkəməsinin 8(012)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı icra vərəqəsi üzrə icraatın təzələnməsi, habelə icra hərəkətlərinin müvafiq icra qurumu tərəfindən davam etdirilməsi qərara alınmışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112,9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılaraq iddiaçı "xxxx" MMCyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilmiş, onun mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC, X12 və X13 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC, X12 və X5 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsinin cavabdehlər "xxxx" MMC, X12 və X8 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər "xxxx" MMC, X11 və X2 müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710 600 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri kimi 100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan və tələb iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər X14 və X6 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC, X12 və X13 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC, X12 və X5 hesabına sökülərək, torpaq sahəsinin cavabdehlər "xxxx" MMC, X12 və X5 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC, X12 və X1 müştərək qaydada 500.000 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu kimi 30 manat pulun cavabdehlər "xxxx" MMC, X12 və X1 müştərək qaydada alınaraq iddiaçıya verilməsi, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərin özlərinə aid edilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq və xətşünaslıq ekspertizalarının dəyəri kimi 200 manat pulun cavabdehlər "xxxx" MMC, X12 və X1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur. Qətnamə üzrə icra vərəqəsi xx.xx.2019-cu il tarixdə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019- cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi qismən, yəni iddianın cavabdeh X9 münasibətdə təmin edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsi cavabdeh X7 münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsində X13 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh X5 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsinin cavabdeh X4 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh X1 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur. Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə icra icraatının dayandırılması barədə ərizə göndərərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi üzrə icra icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədinin icrası “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsi rəhbər tutularaq dayandırılmışdır. Qeyd olunan məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 14 oktyabr 2019-cu il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin X15 tərəfindən 500.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənildikdən sonra Cavabdeh xahişi ilə icra sənədi üzrə icraat qanunsuz tikilinin sökülməsi hissəsində dayandırılmışdır. Göründüyü kimi, məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayon Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" MMC və X6 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Beləliklə, tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi, özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" MMC-nin mülkiyyətinə keçməsi ilə nəticələnməlidir. Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 saylı qətnaməsinin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.973 ha torpaq sahəsində "xxxx" MMC, X12 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi hissəsindən imtina etməsi cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Tərəflər arasında mübahisə yaranmamışdan əvvəl Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində zavod inşa edilməsi ilə bağlı iddiaçı "xxxx" MMC-yə müraciət etmiş və tərəflər arasında şifahi olaraq razılıq əldə olunmuşdur. Məhz bu səbəbdən Cavabdeh tərəfindən "xxxx" MMC təsisçilərindən biri olan X10 500.000 manat məbləğində avans ödənilmişdir. Lakin sonradan məhkəmə qərarına əsasən həmin məbləğ Vahid Xələfovdan geri alınaraq cavabdehə qaytarılmışdır. Nəticədə Cavabdeh heç bir ödəniş etmədən iddiaçı "xxxx" MMC-nin hesabına öz ərazisində zavod əldə edərək əsassız varlanmışdır. Qeyd olunan bu xüsusatlar məhkəmə qərarı ilə öz əksini tapdığından təkrar sübut edilməsinə ehtiyac yoxdur və bu səbəbdən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində inşa edilən tikililər iddiaçının mülkü kimi qiymətləndirilərək ona təhvil verilməlidir. Abşeron Rayon Məhkəməsində olan 2(012)- 174/2016 saylı mülki iş üzrə "xxxx" Qiymətləndirmə Şirkətindən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsində inşa edilmiş tikilinin (polistirolbeton zavodu) hazırki dövr üçün orta bazar qiyməti nə qədər təşkil etdiyinə dair MB 09/272 nömrəli, 12 noyabr 2016-cı il tarixli ekspert rəyi alınmışdır. Qiymətləndirmənin aparılması üçün mübahisəli polistirolbeton zavoduna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh məxsus torpaq sahəsində iddiaçı şirkət tərəfindən 242 kv.m. sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.m. sahədən ibarət yeməkxana binası, 41.5 kv.m. ibarət WC binası, 1112.9 kv.m. ibarət anbar (istehsalat binası) və 430 kv.m. ibarət köməkçi tikili qanunsuz olaraq inşa edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

17. Məhkəmə gedişatında iddiaçı ərizə təqdim edərək tələbini dəqiqləşdirmiş, mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən inşa edilən 242 kv.m. sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.m. sahədən ibarət yeməkxana binası, 41.5 kv.m. sahədən ibarət WC binası, 1112.9 kv.m. sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.m. sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və sökülən bütün material və qurğuların iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

18. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-118/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Məlahət Abbasova).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1, 1092.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verib Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-118/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı "xxxx" MMC tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İşin mahiyyəti ondan ibarətdir ki, Cavabdeh ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində zavod inşa edilməsi ilə bağlı iddiaçı "xxxx" MMC-yə müraciət etmiş və tərəflər arasında şifahi olaraq razılıq əldə olunmuşdur. Məhz bu səbəbdən Cavabdeh tərəfindən "xxxx" MMC təsisçilərindən biri olan X10 500.000 manat məbləğində avans ödənilmişdir. Lakin sonradan, Cavabdeh sifarişetdiyi zavodun tikintisi qanunsuz olduğunu iddia edərək "xxxx" MMC-dən və təsisçilərdən pulu geri tələb etmiş və məhkəmə qərarına əsasən həmin məbləğ Vahid Xələfovdan geri alınaraq cavabdehə qaytarılmışdır. Pulu geri aldıqdan sonra, qanunsuz hesab edilmiş zavodun sökülməsinə maniələr yaradaraq (icra vərəqəsinin icrasının dayandırılması ilə bağlı ərizə verərək) Cavabdeh heç bir ödəniş etmədən iddiaçı "xxxx" MMC-nin hesabına öz ərazisində zavod əldə edərək əsassız varlanmışdır. Belə ki, mübahisəli əmlakların iddiaçıya məxsus olmasını əvvəlki məhkəmə qətnaməsi ilə təsdiq edilməsindən əlavə Cavabdeh da, icra vərəqəsi üzrə icraatı dayandırılmasına dair ərizəsində də etiraf etmişdir ki, həmin əmlaklar iddiaçı "xxxx" MMCyə məxsusdur. Lakin əmlakların ərazidən çıxarılmasına Cavabdeh maneələr yaratmaqla həmin əmlakları öz xeyrinə istifadə edərək mənimsəməkdədir. Bu səbəbdən, "xxxx" MMC icra vərəqəsi üzrə borclu olduğu üçün ona məxsus əmlakı geri tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi icra olunması üçün icraya yönəlmiş və həmin icra vərəqəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin onların hesabına sökülərək, torpaq sahəsi ilkin vəziyyətə gətirilərək tələbkarın sahibliyinə və istifadəsinə qaytarılması və cavabdehlərdən pulun tutularaq tələbkara ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, tələbkar icra sənədi üzrə sökülməsi nəzərdə tutulan tikilinin və üzərində olan əmlakların çox qiymətli və bahalı olması səbəbindən həmin əmlaklar hesabına hətta tələbkarın borcunu belə bağlamağın mümkün olduğunu bildirmiş, bu səbəbdən də həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırkı müddətdə icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi İcra haqqında Qanunun 17.1.10-cu maddəsinin tələbləri əsasında icrasının dayandırılması qərara alınmışdır. Həmin icra vərəqi üzrə borclu X12 tərəfindən tələbkara 500.000 manat ödəniş olunmuş, lakin sökülməsi nəzərdə tutulan tikililərin sökülməsi nəticəsində borclunun mülkiyyət hüququ bərpa olunmadığı üçün "xxxx" MMC məhkəməyə müraciət edərək icra işinin dayandırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cı il tarixli qərarının ləğv edilməsi və icra işinin bərpasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)- 1/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, icra işi bərpa olunmuşdur. Lakin, həmin icra vərəqəsi qərardadı ilə ərizə təmin edilmiş, icra işi bərpa olunmuşdur. Lakin, həmin icra vərəqəsi üzrə "xxxx" MMC-nə məxsus əmlaklar ona qaytarılması qeydolunmadığını əsas gətirərək, icra vərəqəsi üzrə tələbkar və hazırkı iş üzrə Cavabdeh bu əmlakların çıxarılmasına maniələr yaradır. Cavabdehin nümayəndəsi və vəkili də, məhkəmə iclasında iddiaçıya məxsus əmlakların ərazidən çıxarılmasına qarşı olaraq bildirmişdir ki, həmin əmlaklar Cavabdeh məxsusdur və bundan əlavəməhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin icrası ilə bağlı icra vərəqəsində həmin əmlakların hazırkı iş üzrə iddiaçıya təhvil verilməsi göstərilmədiyindən "xxxx" MMC qanunsuz tikililəri sökə bilər, lakin ərazidən çıxarda bilməz. Xüsusi ilə qeydolunmalıdır ki, sözü gedən icra vərəqəsi üzrə tələbkar Cavabdeh qanunsuz tikilmiş zavodun söküləməsi hissəsində ərizə ilə icra şöbəsində müraciət edərək, “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsini əsas gətirərəkicra vərəqəsini məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. İcraməmurunun müvafiq qərarı ilə icra vərəqəsi qismən icra olunaraq (borclu tərəfindən 500 000 manat pul ödənilmişdir) məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi, iddiaçıya məxsus əmlakların cavabdehin torpaq sahəsindən çıxarılmasına yuxarıda qeyd olunan maneələrin cavabdeh tərəfindən yaradılması bir daha sübut edir ki, hazırkı iddia tələbi əsaslıdır və bu xüsusatlar kifayət edir ki, iddia tələbi tam təmin olunsun.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə yazılı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-118/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olduğundan kifayət qədər əsaslandırılmamışdır. Bu səbəbdən də, sözügedən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. İddiaçı "xxxx" MMC iddia tələbini mübahisə predmetini təşkil edən əmlakları məhz icra üzrə icraatın dayandırılması ilə əlaqədar əldə edə bilməməsi ilə əsaslandırılmışdır. İş materialları ilə müəyyən edilir ki, icra sənədi üzrə borclu "xxxx" MMC şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icra işi üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra vərəqəsi üzrə icraatın təzələnməsi, habelə icra hərəkətlərinin müvafiq icra qurumu tərəfindən davam etdirilməsi qərara alınmışdır. Bu qərardad apellyasiya instansiyası tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Yəni göründüyü kimi, iddia ərizəsində mübahisənin yaranmasına əsas kimi göstərilən hal artıq aradan qaldırılmışdır. Bundan əlavə, icra məmurunun icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarında icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ vardır. İddiaçı belə olan halda bu hüququndan istifadə etməli idi. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 23.7-ci maddəsinə əsasən, İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

24. Qanunvericiliyin tələbindən aydın olur ki, hərkəs öz iddiasının hüquqi və faktiki əsasını əsaslandırmalı və sübut etməlidir. Hazırkı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı isə öz iddia ərizəsini əsaslandıra və sübut edə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən həmin əmlakların sökülməsi ilə bağlı hansı maneələrin yaradılması barədə iş materiallarında sübut mövcud deyildir. Qətnamədə də qeyd edildiyi kimi hazırki halda mübahisələndirilən əmlakların cavabdehə məxsus torpaq sahəsində qalması, onların çıxarılması barədə məhkəmə qətnaməsinin icra edilməməsi iddiaçıya indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Yəni, iddiaçı ona məxsus olan mübahisəli əmlakların alınmasını qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi prosesində təmin etməlidir. Başqa sözlə desək, iddiaçı "xxxx" MMC tələbin əsası kimi istinad etdiyi halları sübüt edə bilməmişdir.

25. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1 -ci maddəsində (Sübut etmə vəzifəsi) təsbit edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Bundan başqa, iddiaçılar mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, yəni Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus tikinti məhsulu olmayan digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçılar həmin əmlakların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi.

27. Mülki Məcəllənin 1091.1 -ci və 1091.2-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması.

Apellyasiya icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə yazılı etirazına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

30. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

32. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-118/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

46. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən təqdim olunmuş sübutlara və mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

49. İşin hallarından müəyyən edilir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisəli torpaq sahəsində yerləşən tikililərin qanunsuz hesab edilərək "xxxx" MMC və X6 hesabına sökülməli olması qət edilmişdir. Tərəflər arasında mübahisə daha əvvəllər məhkəmədə araşdırılarkən mübahisəli ərazidə mütəxəssis tədqiqatı aparılmış və orada 242 kv.metrlik ofis binası, 92 kv.metrlik yeməkxana binası, 41,5 kv.metrlik WC binası, 1112,9 kv.metrlik anbar (istehsalat binası) və 430 kv.metrlik köməkçi tikilinin olması müəyyən edilmişdir. Hazırda iddiaçı "xxxx" MMC Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsində MMC tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112.9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və sökülən bütün material və qurğuların iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu zaman iddiaçı qeyd etmişdir ki, icra sənədi üzrə tələbkar Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindəki qanunsuz tikililərin cavabdehlər tərəfindən sökülməsi hissəsində icra sənədinin icrasından imtina etməsi onun əsassız varlanmasına səbəb olacaqdır. İddiaçı tələbini Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

50. Kollegiya qeyd edir ki, tərəflər arasında əvvəllər mülki hüquq münasibətlərindən yaranan məhkəmə mübahisələri olmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər X12 və X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində "xxxx" MMC, X12 və X13 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərdən müştərək qaydada 500000 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

51. "xxxx" MMC isə hazırki iddia ərizəsini icra sənədi üzrə icra işinin icraatının dayandırılmasına görə həmin icra sənədinin dəyəri milyon manatdan çox olan çoxsaylı əmlakların götürülməsi hissəsində icrasının mümkün olmaması ilə əsaslandırmış, iddia tələbinin təmin edilməli olduğunu göstərmişdir. Halbuki mülki iş üzrə mübahisə predmeti olan əmlakların cavabdehə məxsus torpaq sahəsindən çıxarılması barəsində məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır.

52. Göründüyü kimi, mübahisəli tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi öz-özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" MMC-nin mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Buna görə də hazırki iddia tələbinin təmin olunması hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdır.

53. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2*11-ci il tarixli Qərarı).

54. Belə olan halda apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-118/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar