Məhkəmə qərarları › İş №2(105)-2088/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2088/2021

09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2088/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, Ərizəçi iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)-1346/2021 saylı qərardadından Ərizəçi verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)-1346/2021 saylı qərardadı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Ərizəçi şikayət verib, Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)- 1346/2021 saylı qərardadının ləğv edilməsini və ərizənin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(067)-1346/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1954-cü ildə doğulmuş anası X1 05 mart 2009-cu il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış mülkiyyətində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Ərizəçi verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 26 aprel 2021-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 153.2.1ci maddəsinin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada maraq tərəf Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəni icraata qəbul etməkdən imtina etdikdə hesab etmişdir ki, ölmüş elan edilməsi xahiş edilən 1954-cü ildə doğulmuş X2 05 mart 2009-cu il tarixdə ölmüş və bu barədə Maraqlı şəxs tərəfindən 03 fevral 2021-ci il tarixdə AZ-İİ seriyalı, 159632 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin araşdırılan hallarından göründüyü kimi Ərizəçi tərəfindən ölmüş elan edilməsi xahiş edilən 1954-cü ildə doğulmuş X2 05 mart 2009-cu il tarixdə ölmüş və bu barədə Maraqlı şəxs tərəfindən təkrar olaraq 03 fevral 2021-ci il tarixdə AZ-İİ seriyalı, 159632 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbindən də göründüyü kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan hallardan göründüyü kimi Maraqlı şəxsndə ölüm qeydi aparılmış və bu barədə müvafiq şəhadətnamə aparılmışdır. Ərizəçi həmin şəhadətnamədə əks olunmuş məlumatların dəyişdirilməsi ilə bağlı şəhadətnamənin verildiyi orqana, imtina cavabı alındıqda müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən ərizəçinin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Ərizəçi verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)-1346/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar