Məhkəmə qərarları › İş №2(105)-2090/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2090/2022

30.11.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2090/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X22 Tağızadənin sədrliyi və məruzəsi, X10 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Vəkil3, Cavabdehin nümayəndəsi: X14, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ nə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddianın qismən təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, seriya N ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.189702 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, seriya N ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, seriya N ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, seriya N ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 5.20 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.7761 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 3.335 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.85 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.688 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.54 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.616 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.5522 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-09 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında əldə etdiyi, mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.6161 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.547 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-87 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.631 ha torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən İddiaçı geri qaytarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına köçürülməsi, İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsinə görə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-yə ödənilmiş 3446.68 (üç min dörd yüz qırx altı manat altımış səkkiz qəpik) manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.189702 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 5.20 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.7761 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 3.335 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.85 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.688 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.54 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.616 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.5522 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-09 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyim, mülkiyyətimdə olan ünvan 1i ərazisində yerləşən 0.6161 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyim, mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.547 ha torpaq sahəsinin, 09.03..2020-ci il tarixli, reyestrdə 4Ə-87 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyim, mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.631 ha torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində Şabran rayonu, Dəvəçi kəndi ərazisində 0.189702 ha torpaq sahəm vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində Şabran rayonu, Dəvəçi kəndi ərazisində 2.1386 ha torpaq sahəsi vardır. xx.xx.2016-cı il tarixli, reyestrdə 4Ə-164 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsi əldə etmişdir. Həmin müqavilə əsasında ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, seriya № ******* olan çıxarış verilmişdir. xx.xx.2016-cı il tarixli, reyestrdə 4Ə-162 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 2i ünvanında yerləşən 5.2 ha torpaq sahəsi əldə etmişdir. Həmin müqavilə əsasında ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, seriya № ******* olan çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixli, reyestrdə 4Ə-3908 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X15 Dəvəçi (indiki ünvan 3 kəndi ünvanında yerləşən 0.7761 ha torpaq sahəsi əldə etmişdir. Həmin müqavilə əsasında ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixli, reyestrdə 2V-1312 nömrə ilə qeyd edlən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X6 vərəsəlik qaydasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3.335 ha olan torpaq sahəsi onun adına keçmişdir. Həmin şəhadətnamə əsasında ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, seriya № ******* olan çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixli, reyestrdə 2V-1311 nömrə ilə qeyd edlən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X6 vərəsəlik qaydasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.85 ha olan torpaq sahəsi mənim adına keçmişdir. Həmin şəhadətnamə əsasında ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, seriya № ******* olan çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixli, reyestrdə 2V1298 nömrə ilə qeyd edlən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X6 vərəsəlik qaydasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.688 ha olan torpaq sahəsi onun adına keçmişdir. Həmin şəhadətnamə əsasında ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli, seriya № ******* olan çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixli, reyestrdə 2V-1310 nömrə ilə qeyd edlən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X6 vərəsəlik qaydasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.54 ha olan torpaq sahəsi onun adına keçmişdir. Həmin şəhadətnamə əsasında ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, seriya № ******* olan çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixli, reyestrdə 2V-1299 nömrə ilə qeyd edlən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X6 vərəsəlik qaydasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.616 ha olan torpaq sahəsi onun adına keçmişdir. Həmin şəhadətnamə əsasında ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, seriya № ******* olan çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixli, reyestrdə 4Ə-189 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında X8, X2, X9, X12 Şabran rayonu, Dəvəçi kəndi ünvanında yerləşən 1.55 ha torpaq sahəsi əldə etmişdir. Həmin müqavilə əsasında ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-09 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X3 ünvan 1i ərazisində yerləşən 0.6161 ha torpaq sahəsi əldə etmişdir. xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X4, X1 ünvan 1i ərazisində yerləşən 0.547 ha torpaq sahəsi əldə etmişdir. xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-87 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X13, X19, X5 Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.631 ha torpaq sahəsi əldə etmişdir. Onunla Cavabdeh MMC-də arasında mübahisələr yaranmağa başlayan vaxtdan cavabdeh ona məxsus qeyd olunan torpaq sahəlrini hissəhissə özbaşına olaraq zəbt etmişdir. Belə ki, cavabdeh xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətimdə Şabran rayonu, Dəvəçi kəndi ərazisində 0.189702 ha torpaq sahəsini, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində Şabran rayonu, Dəvəçi kəndi ərazisində 2.1386 ha torpaq sahəsini, xx.xx.2016-cı il tarixli, reyestrdə 4Ə-164 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şabran rayon Dəvəçi bələdiyyəsindən əldə etdiyi Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsini, xx.xx.2016-cı il tarixli, reyestrdə 4Ə-162 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şabran rayon Dəvəçi bələdiyyəsindən əldə etdiyi Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 5.2 ha torpaq sahəsini, xx.xx.2017-ci il tarixli, reyestrdə 4Ə-3908 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X15 əldə etdiyi Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.7761 ha torpaq sahəsini 2018-ci ilin yanvar ayından başlayaraq, iddia ərizəsində sadaladığı sonradan əldə etdiyi digər torpaq sahələrini isə əldə etdiyi andan zəbt etmişdir. O, cavabdehin qanunsuz sahibliyindən dəfələrlə əmlaklarını geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Üstəlik cavabdeh zəbt etdiyi həmin torpaq sahələrinin ona məxsus olduğunu iddia etməkdədir. Göründüyü kimi o, faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. Odur ki, o, cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Xahiş edir, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.189702 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 5.20 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.7761 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 3.335 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.85 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.688 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.54 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.616 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.5522 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-09 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyim, mülkiyyətimdə olan ünvan 1i ərazisində yerləşən 0.6161 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.547 ha torpaq sahəsinin, 09.03..2020-ci il tarixli, reyestrdə 4Ə-87 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyim, mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.631 ha torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılsın. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin vəkili Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahələri uzun müddət Cavabdeh MMC-nin sahibliyində, istifadəsində və sərəncamında olmuş və bu, 2017-ci ilədək Cavabdeh MMC-nin direktoru işləmiş İddiaçı da açıq-aşkar bəlli olmuşdur. İddiaçı mübahisəli torpaq sahələrini Cavabdeh MMC-nin direktoru kimi Cavabdeh MMC-nin vəsaiti hesabına almış, lakin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz adına rəsmiləşdirmişdir. Məhkəmə, mübahisəli torpaq sahələrinin əvvəlki mülkiyyətçilərini dəvət edib dindirməklə İ.N.İbrahimovun satıcılara özünü Cavabdeh MMC-nin direktoru kimi təqdim etməsi və torpaq sahələrini də Cavabdeh MMC üçün aldığını bildirməsi və bununla da faktiki olaraq satıcının nəzərdə tutduğu əqdi deyil, vəzifə salahiyyətlərindən özünün varlanması üçün sui-istifadə yolu ilə saxtakarlıq etməsi ilə bağlı hallar araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Bundan əlavə olaraq, tərəflər hər ikisi sahibkardır, mübahisə kommersiya məhkəməsində baxılmalı oldugu halda, ümumi məhkəmədə baxılmışdır. Apellyasiya şikayətinin təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 25 iyil 2022-ci il tarixli 2(031)-29/2022 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə mülki iş üzrə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi İ.Ə.Əliyev və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, iş üzrə mübahisələndirilən torpaqlar iddiaçının mülkiyyətində olmasına, həmin torpaqdan istifadə olunmasının cavabdeh tərəfindən maneçiliyin törədilməsinin sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən İddiaçı Nemətlla oğlunun mülkiyyətinə Şabran rayonu, Dəvəçi kəndi ərazisindən 0.189702 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən X7 mülkiyyətinə Şabran rayonu, Dəvəçi kəndi ərazisindən 2.1386 ha torpaq sahəsi verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə Şabran rayonu, Dəvəçi kəndi ərazisindən 4 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə Şabran rayonu, Dəvəçi kəndi ərazisindən 5.20 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə Şabran rayonu, Dəvəçi kəndi ərazisindən 0.7761 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə ünvan 1i ünvanından 3.335 ha torpaq sahəsi verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə ünvan 1i ünvanından 1.85 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə ünvan 1i ünvanından 1.688 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə ünvan 1i ünvanından 1.54 ha torpaq sahəsi verlmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə ünvan 1i ünvanından 0.616 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə Şabran rayonu, Dəvəçi kəndi ərazisindən 1.5522 ha torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-09 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, İddiaçı mülkiyyətinə ünvan 1i ərazisindən 0.6161 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, İddiaçı mülkiyyətinə ünvan 1i ərazisindən 0.547 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-87 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, İddiaçı mülkiyyətinə Şabran rayonu, Dəvəçi kəndi ərazisindən 1.631 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli 10/1768 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2021 -ci il tarixli, **********87 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu sxemlərinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********14 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,54 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestrdə 4Ə-09 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi, mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0,6161 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********625 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0,616 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,85 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestrdə 4Ə-87 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi, mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1,631 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********94 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1,5522 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********57 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0,7761 ha torpaq sahəsi bütövlüklə Cavabdeh MMC tərəfindən istifadə olunur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020- ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi, mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0,547 ha torpaq sahəsinin 0,47 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 3,335 ha torpaq sahəsinin 2,96 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********16 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,688 ha torpaq sahəsinin 1,37 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********31 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsinin 0,3150 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********63 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 5,20 ha torpaq sahəsinin 1.85 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 4,0 ha torpaq sahəsinin 3,86 ha hissəsi Cavabdeh MMC tərəfindən istifadə olunur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0,189702 ha torpaq sahəsi Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. İş materiallarına əlavə edilmiş ödəmə qəbzlərindən görünürn ki, iş üzrə İddiaçı tərəfindən ekspertiza xərci üçün "xxxx" MMC-nin hesabına 17 dekabr 2021-ci il tarixdə ayrı-ayrılıqda 542.89 AZN, 957.76 AZN, 1156.48 AZN və 791.55 AZN, cəmi 3446.68 AZN məbləğində pulu "xxxx" ASC-nə ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.2-ci maddəsinə əsasən torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu gür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsaən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə mübahisə edilən işin kommersiya məhkəməsində baxılmalı oldugu halda, ümumi məhkəmədə baxılması barədə dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrində aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndinə əsasən MPM-nin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid oldugu göstərilmişdir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə 25 iyul 2022-ci il tarixli 2(031)-29/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar