Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2114/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı İKB (hazırda "xxxx") ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(012)-150/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(012)- 150/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 8092,45 manat əsas borc, 3998,86 manat faiz borcu, 260 manat cərimə, 790,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 13142,16 manat (on üç min yüz qırx iki manat on altı qəpik), habelə məhkəmə xərci üçün 20 manat (iyirmi manat) məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.metr yaşayış, 26.6 kv.metr yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 36000 manat müəyyən edilməsi, tələbin ipoteka predmeti olan olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m yaşayış, 26.6 kv.m yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.metr yaşayış, 26.6 kv.metr yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən pulun borcun ödənməsinə yönəldilməsi, məhkəmə xərci olaraq 100 manat vəsaitin "xxxx" ASC-dən, 100 manat vəsaitin isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bu qətnamədən apelyasiya şikayəti verərək qətnamənin faiz və cərimə borcu hissəsində dəyişdirilməsini, bu hissələrdə də iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı İKB (hazırda "xxxx") ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8092,45 manat əsas borcu, 3998,86 manat faiz borcu və 2617,03 manat cərimə və 14.11.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 790,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 15499,19 manat məbləğində borcun, ödənilmiş dövlət rüsumu üçün 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu üçün 10 manatın və 20 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.metr yaşayış, 26.6 kv.metr yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.metr yaşayış, 26.6 kv.metr yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İKB (hazırda "xxxx") ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin «MXM» filialından illik 25 % olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.metr yaşayış, 26.6 kv.metr yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi 24 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2019-cu il noyabrın 14-dək Cavabdeh1 banka olan borcu 8092,45 manat əsas borcu, 3998,86 manat faiz borcu və 2617,03 manat cərimə və 14.11.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 790,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 15499,19 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcunu ödəməkdən boyun qaçırır. Bu barədə ona bildiriş göndərilsə də, hər hansı bir nəticə əldə olunmamışdır. Qeyd edilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə faiz və cərimə borcuna dair hissədə əsassız və qanunsuzdur. Mübahisə araşdırılarkən məhkəmə iclasında cavabdehlərin hamısının iştirakı təmin edilməmiş, işə onların iştirakı olmadan baxılmışdır. Bundan başqa, ekspert rəyi ilə onlardan cərimə borcu əvəzinə əldən çıxmış fayda kimi 798,02 manat da tələb edilmişdir ki, bu da qanunsuzdur. Digər tərəfdən, ipoteka predmeti olan mübahisəli evin dəyəri, 36000 manat deyil, 120000 manat təşkil edir. Faiz borcuna dair hissədə əlavə məhkəmə-mühasibtalıq ekspertizasının keçirilməsinə zərurət vardır. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə bağlı, onlar bankda olsalar da, yaranmış borcun güzəştli şərtlərlə geri qaytarılmasına İddiaçı İKB ASC tərəfindən cəhd göstərilməmişdir. Göstərilənlərə əsasən qətnamə onlardan faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilməli, bu hissədə də iddiannın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 şikayətlə razılaşmadı və onun əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı İKB ASC-nin «MXM» filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə, illik 25 %-lə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 28.11.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 10000 manat məbləğində pul vəsaitini İddiaçı İKB ASC-dən götürmüşdür. Yenə iş materiallarında olan 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 götürdüyü kredit məbləğini müvafiq qrafikə əsasında aylıq 397,60 manat olaraq ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planına Cavabdeh1 imza etmişdir. Yenə də iş materiallarında olan İddiaçı İKB ASC-nin 14.11.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8092.45 manat əsas borcu, müqavilənin müddətinin bitmə tarixinə 3998.86 manat faiz borcu və 2617.03 manat cərimə və 14.11.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 790.85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 15499.19 manat təşkil edir. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı, 16.10.2008-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.metr yaşayış, 26.6 kv.metr yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir. Yenə işdə olan 24 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.metr yaşayış, 26.6 kv.metr yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri qarşılıqlı razılaşmaya əsasən 25000 manat olaraq müəyyən edilmişdir. Yenə də işdə olan daşınmaz əmlakın dövlət reyestrindən RX 0526598, 02.12.2014-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.metr yaşayış, 26.6 kv.metr yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 145 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından olan 26.11.2014-cü il tarixli arayışdan görünür ki, Hacıyev X3 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli fərdi yaşayış evində ailə üzvləri Cavabdeh3 və Cavabdeh4 ilə birgə daimi qeydiyyatdadır. Yenə iş materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli, 9/4599 saylı rəyindən görünür ki, 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 14.11.2019-cu il tarixinə banka olan borcu əsas borc üzrə 8092.63 manat, faiz borcu üzrə 4002.10 manat və əldən çıxmış fayda üzrə 798,02 manat məbləğində müəyyən edilir, cərimə borcu isə hesablanmamışdır. Yenə də iş materiallarından olan "xxxx" MMC tərəfindən verilən 06 noyabr 2020-ci il tarixli, 218/E saylı rəydən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.metr yaşayış, 26.6 kv.metr yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 36 000 manat olaraq müəyyən edilmişdir. İşə əlavə edilmiş Cavabdeh2 göndərilən 08.10.2019-cu il tarixli bildiriş məktubundan görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli fərdi yaşayış evinə tutmanın yönəliməsi barədə bildiriş verilmişdir. Yenə işə əlavə edilmiş İddiaçı İKB ASC tərəfindən verilən 14.10.2019-cu il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən 08.10.2019-cu il tarixli bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan məktublardan müəyyən edilir ki, Cavabdeh1 öz öhdəliklərinin icrası barədə İddiaçı İKB ASC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının 22.11.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı İKB ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamənin yalnız kredit müqaviləsi üzrə faiz və cərimə borcunun tutulması hissəsi mübahisələndirildiyindən məhkəmə kollegiyası MPM-nin 372.6cı maddəsinə əsasən hesab edir ki, hazırkı mərhələdə digər hissələrdə qətnamə apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(012)-150/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 iddiaçı bankdan 24 noyabr 2014/4-cü il tarixli kredit müqaviləsinə əsasən, istehlak məqsədilə illik 25 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Kredit öhdəliklərinin təminatı kimi, eyni tarixli ipoteka müqaviləsi ilə digər Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.metr yaşayış, 26.6 kv.metr yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq, borc Cavabdeh1 tərəfindən tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 8092,45 manat əsas borc, 3998,86 manat faiz borcu, 260 manat cərimə, 790,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 13142,16 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışla, kredit müqaviləsinə əlavə ilə, habelə maliyyə arayışı və ekspertiza rəyi ilə təsdiq olunur. Doğrudur, cavabdeh müqavilə üzrə əsas borcunun olmasını etiraf edir, bununla belə, faiz borcunun və cərimə borcunun olmaması və ya daha da az olması barədə o, məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, işə baxan məhkəmə isə haqlı olaraq borc hissəsində iddianı göstərilən həcmdə təmin etmişdir. Apelyasiya şikayətinin dəlillərindən biri də (əsaslandırıcı hissədə) ipoteka predmetinin ilkin satış qiymətinin 36000 deyil, 120000 manat məbləğində olması barədədir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Yenə həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) məhkəmənin 21.09.2020-ci il tarixli qərardadına əsasən təyin edilmiş qiymətləndirici tərəfindən müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən verilən 06 noyabr 2020-ci il tarixli, 218/E saylı rəydən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.metr yaşayış, 26.6 kv.metr yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 36 000 manat olaraq müəyyən edilmişdir. İpoteka predmetinin bu məbləğdən də yuxarı dəyərə malik olması barədə isə cavabdehlər məhkəmə kollegiyasına hər hansı sübut (alternativ qiymətləndirici rəyi, DƏDRX-nin arayışı və s.) təqdim etməmişlər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlak açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məhz birinci insatnsiyanın müəyyən etdiyi məbləğdə, yəni 36000 manat olmalıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmiş, lakin cavabdehlər apelyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(012)- 150/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2114/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2114/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver