Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2132/2023 28.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızına qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilə köçürülmə) X26 Süleymanovanın sədrliyi və məruzəsi, X29 Məmmədov və X6 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Zülfiyyə Səxavət qızı (Haqverdiyeva) Mehralıyevanın iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızına qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Qubadlı rayon İcra Hakimiyyəti və Qaçqınların və X19 üzrə Dövlət Komitəsi cəlb edilməklə "mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi”nə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(060)-3491/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh1 qızına qarşı "mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ev əşyaları və ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 54,9 kv.metr ümumi sahəsi olan 42 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 54,9 kv.metr ümumi sahəsi olan 42 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın MA seriyalı ******* nömrəli Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan göründüyü kimi hazırda həmin mənzildə iddiaçı ilə birlikdə X35, X9, X16, X12, X8, X21, X27, X30 və X13 qeydiyyatdadırlar. Qeyd olunan mənzil 1993-cü ildən Qubadlı rayonundan olan məcburi köçkün Cavabdeh1 ailəsi tərəfindən zəbt edilmiş və onlar 2021-ci ilə kimi həmin mənzildə, 2021-ci ildən isə Abşeron rayonu Saray qəsəbəsində Azadlıq küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşamaqla, iddiaçının mülkiyyətində olan mənzilin açarını ona vermirlər ki, öz mənzilində yaşasın. Müharibə şəraitində yaşamağı, məcburi köçkünlərin problemlərini və Ulu öndər Heydər Əliyevin çağırışlarını nəzərə alaraq, indiyədək məcburi köçkünlərin çıxarılması üçün rəsmi qaydada heç bir orqana müraciət etməmişlər. Lakin möhtərəm Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman ordunun şücaəti sayəsində torpaqlar işğaldan azad edildiyinə və cavabdehin iki ildən artıqdır ki, iddiaçının mülkiyyətində olan mənzili bağlı saxlayaraq özünə məxsus Saray qəsəbəsindəki evdə yaşadığını nəzərə alaraq, iddiaçı bir azərbaycanlı kimi ona müraciət edərək kirayələrdə yaşamaqla bağlı problemləri nəzərə alaraq mənzilin açarının ona verilməsini xahiş etmişdir. Cavabında isə cavabdeh bunun müqabilində iddiaçıdan 10.000 manat pul tələb edərək mənzili boşaltmasını bildirmişdir. Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda iddiaçı, oğlu, onun həyat yoldaşı və iki uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 3/64, mənzil 12-də kirayədə yaşayırlar. Cavabdehin iki ildən artıqdır ki, iddiaçıya məxsus evdə yaşamamasını təsdiq edən kifayət qədər sübutları vardır. Kommunal xərclərin ödənilməsinə dair ödəniş cədvəllərindən də görünür ki, cavabdeh iki ildən artıqdır ki, həmin mənzildə yaşamır. Belə ki, son iki ildə orada yaşamadıqları üçün işıq pulu və su pulu ödənilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 ev əşyaları və ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 54,9 kv.metr ümumi sahəsi olan 42 saylı mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində Cavabdeh1 özünün və ailə üzvlərinin yəni, həyat yoldaşı Cavabdeh2, Cavabdeh3 və X2 mübahisəli mənzildən çıxarılmasını və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh1 iddia ərizəsinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, 1993-cü ilin sentyabr ayından yarımçıq tikili olan binada məskunlaşmışdır. Binanın ümumi vəziyyəti yaşayış üçün əlverişsiz, qapı-pəncərəsi və heç bir təmiri olmamışdır. Bu minvalla binada təmir işləri aparıb övladları və 5 nəvəsi ilə birlikdə orada yaşamışlar. Bunu həmin binada yaşayan qonşuları da təsdiq edə bilər. Bu səbəbdə də, iddianın rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, Səxavət ilə 30 ildir ki, qonşudurlar. Səxavət hal-hazırda qardaşının evində yaşayır. Qızı isə ailəlidir və ünvan 1, 42 saylı mənzildə yaşayır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Səxavət qonşusudur. Səxavət hazırda qardaşıgildə yaşayır. Həmçinin, qonşuluqda yaşayır. Bina tikiləndə, yəni bünövrəsi qoyulandan onlar orada məskunlaşmışlar. Səxavətin qızı arada gəlib həmin ünvanda yaşayır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı № ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A, mənzil 42 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 138 saylı reyestr kitabının 31 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2008-ci ildən etibarən X35, X9, X16, X12, X8, X21, X27, X30, X13 ilə birlikdə Sumqayıt şəhəri, 12ci mikrorayon, ev 7A, 42 saylı mənzildə qeydiyyatdadırlar.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Abşeron rayonu Saray bələdiyyəsinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010cu il tarixdə **********07 reyestr nömrəsi ilə qeydiyyata (xx.xx.2009-cü il tarixli 508 nömrəli torpaq sahəsinin plan və ölçüsü) alınmışdır. Lakin torpaq sahəsi xx.xx.2010-cu il tarixli 55 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********64 reyestr nömrəsi ilə qeydiyyata (DTXK Abşeron rayon şöbəsi, xx.xx.2010-cu il tarixli 791 nömrəli Hərracın yekun protokolu, Abşeron rayon, Saray bələdiyyəsi, xx.xx.2010- cu il tarixli 55 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən) alınmışdır. Torpaq sahəsi Sumqayıt şəhəri 4 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-1183 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********64 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi Sumqayıt “ASAN xidmət” notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-513 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Mehralıyeva Hicran Əmiraslan qızının adına özgəninkiləşdirilmiş, həmin müqaviləyə əsasən torpaq sahəsi üzərində Mehralıyeva Hicran Əmiraslan qızının adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********64 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi Sumqayıt “ASAN xidmət” notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1527 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmiş həmin müqaviləyə əsasən torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********64 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir.
10. Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Qayalı kəndindən məcburi köçkünlər-X10, həyat yoldaşı X18, Cavabdeh3 və X1 məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 7A saylı evin 42 nömrəli mənzilində məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzil təmin edilməmiş və ya onlara mənzil təklif olunmamışdır. Bildirilir ki, ərazilərimiz işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində ölkədə məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır, işğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitinin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcburi köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərdə tutulmuşdur. Odur ki, bölgələrdə, Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Komitənin boş mənzil fondu olmadığından yuxarıda adları göstərilən, sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşan məcburi köçkün ailəsinin yeni yaşayış sahəsi ilə təmin olunması mümkün deyil. Qeyd edilir ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır. Həmin siyahı X10 ailə üzvləri ilə birgə məskunlaşdığı mənzil üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Qayıdışla bağlı Qubadlı rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sözügedən ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcəkdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
11. Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(060)- 3491/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızının Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A ünvanında yerləşən 42 saylı mənzilindən çıxarılmaları, İddiaçı ünvan 4 ünvanında yerləşən 42 saylı mənzilə köçürülməsi, bu qətnamənin Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas olması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsi, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
13. Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(060)-3491/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızının Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A ünvanında yerləşən 42 saylı mənzilindən çıxarılmaları, İddiaçı ünvan 4 ünvanında yerləşən 42 saylı mənzilə köçürülməsi barədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar 1993-cü ilin sentyabr ayından yarımçıq tikili olan binada məskunlaşmışlar. Binanın ümumi vəziyyəti yaşayış üçün əlverişsiz olmuş, qapı-pəncərisi və heç bir təmiri olmamışdır. Binanı təmir edib övladları X14, Cavabdeh3 və azyaşlı beş nəvəsi ilə 30 ildir həmin binada yaşayırlar. Bunu binada yaşayan qonşuları da təsdiq edə bilər. Doğma yurdlarına qayıdacaqları təqdirdə, həmin mənzili təhvil verəcəkdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, məhkəmənin müvafiq qətnaməsi əsassızdır, qanunsuzdur. Belə ki, məhkəmə qətnamə qəbul edərkən qeyd etmişdir ki, onun mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi mövcuddur. Eyni zamanda, şahid ifadələrindən məlum olmuşdur ki, o, ailə üzvləri ilə birlikdə sözügedən (mübahisəli) ünvanda daimi yaşamır. Bu hal ilə bağlı onu bildirir ki, illərdir ki, o, evdə övladları ilə bərabər məskunlaşıb yaşamışdır, iddiaçının özü də bunu çox yaxşı bilir, ən azından belə olmasaydı, düşünür ki, iddianı da yazanda faktiki ünvan kimi bu ünvanı deyil də, hansı ünvanda yaşadığını düşünürsə, həmin ünvanı yaza bilərdi, əgər orada yaşamırsa, həmin məktubu da götürmək imkanı olmayacaqdı. Aydın görünür ki, iddiaçının özü də onun bu mübahisəli mənzildə yaşdığından əmindir. Qət etdi hissədə də qeyd edilmişdir ki, bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır. Məhkəmə necə əmindir ki, bu qətnamə bu gün icra olunarsa o və ailə üzvləri yaşayış sahəsi ilə təmin olunacaqlar.Təmin olunana qədər o, harada qalmalıdır. Ümummilli liderimiz, ulu öndərimiz X3 məcburi köçkünlərlə bağlı 2004-cü il 1 iyul tarixli 298 nömrəli bir sərəncamı var ki, həmin sərəncama əsasən də aidiyyəti dövlət orqanlarına tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana və yaxud da müvəqqəti yaşamaq məqsədilə tikilmiş yeni qəsəbələrə və evlərə köçürülənədək məskunlaşdıqları binalardan, mənzildən və s. yerlərdən çıxarılmalarına yol verməsinlər. Məhkəmənin gəldiyi nəticə ilə bağlı onu qeyd edir ki, o, 30 ildən çoxdur ki, həmin evə sahiblik edir. İddiaçının mənzildə dair aldığı çıxarış əsassızdır. Əsassız çıxarış bəs deyilmiş kimi bir də gedib uşaqlarını bu evə qeydiyyata saldırıblar. Əsassız, qanunsuz çıxarışla bu gün gəlib onu və ailəsini bu mənzildən çıxardırlar. Qeyd edir ki, məhkəmədən əsassız və qanunsuz əldə edilmiş çıxarışın ləğv edilməsini xahiş etsə də, məhkəmə iddiasına məhəl qoymamış, etirazını və iddiasını təmin etməmişdir. Bundan başqa qeyd edir ki, şahidlərin ifadələri də təhrif edilərək qətnaməyə köçürülmüşdür. İfadələr olduğu kimi yazılmamışdır, audio-video yazıya diqqət yetirilsə bütün bu dedikləri aydın olar. Onun tərəfindən gələn şahidlər təsdiq etmişlər ki, mübahisəli mənzil yarımçıq tikili olandan, təmirzsiz yarımçıq vəziyyətindən bu günə kimi o və övladları orada yaşamışlar. Bundan başqa məhkəmə iddianı təmin edərək öz qətnaməsində qanunvericiliyin tələblərini düzgün tətiq etməmişdir. Belə ki, məhkəmə qeyd edir-«Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsindən göründüyü kimi, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız bunun digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadığı hallarda yol verilir və belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Hesab edir ki, məhkəmə əvvəlcə vətəndaşın köçürülməsini, yaşayış sahəsi ilə təmin olunması məsələsini həll etməli, daha sonra iddiaçının mənzildən çıxarılma ilə bağlı iddiasını təmin etməli idi. Çünki məhkəmə özü də qətnamədə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanının balansında mənzil olmadığı üçün bu günə qədər onlar mənzillə təmin oluna bilməmişlər. İndi məhkəmə bilə-bilə ki, onlar bu günə qədər mənzillə təmin oluna bilməmişlər, belə olan halda bəs onlar harda yaşamalıdırlar. Bu qeyd etdiyi hallarla bağlı məhkəmənin qətnamədə qeyd etdiyi bu məsələləri də diqqətə çatdırır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Qayalı kəndindən məcburi köçkünlər-X10, həyat yoldaşı X18, Cavabdeh3 və X1 məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 7A saylı evin 42 nömrəli mənzilində məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzil təmin edilməmiş və ya onlara mənzil təklif olunmamışdır. Bildirilir ki, ərazilərimiz işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində ölkədə məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır, işğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitinin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcburi köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərdə tutulmuşdur. Odur ki, bölgələrdə, Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Komitənin boş mənzil fondu olmadığından yuxarıda adları göstərilən, sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşan məcburi köçkün ailəsinin yeni yaşayış sahəsi ilə təmin olunması mümkün deyil. Qeyd edilir ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır. Həmin siyahı X10 ailə üzvləri ilə birgə məskunlaşdığı mənzil üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Qayıdışla bağlı Qubadlı rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sözügedən ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcəkdir. Məhkəmənin qeyd etdiyi bu hallarla bağlı bir daha onu qeyd edir ki, göründüyü kimi o və onun övladları məcburi köçkün kimi yaşayış sahəsi ilə təmin olunmamışlar. Nə vaxt təmin olunacaqları da bəlli deyil. Hesab edir ki, ən azından bu qətnamə hər şey öz həllini tapdığı vaxta qədər çıxarılmalı deyildi. Məhkəmə belə etməklə tərəflərin hüquq bərabərliyi prinsipini pozmuşdur. İddiaçının gətirdiyi bütün arqumentlərə qiymət vermiş, onların maraqlarını, mənafelərini, gətirdiyi dəlilləri nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, məcburi köçkün ailəsi olaraq mənzillə təmin olunacağı halda mübahisəli mənzili təhvil verməkdən imtina etmir. Hazırda başqa yaşayış yerləri yoxdur. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi qardaşına məxsusdur. Formal olaraq torpaq sahəsi onun adına qeydə aınmışdır.
17. Cavabdeh Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızı apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
19. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A, mənzil 42 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlər Qubadlı rayondan məcburi köçkün olmaqla 1993-cü ildən mübahisəli mənzildə məskunlaşmışlar. Şahid ifadələri ilə məlum olmuşdur ki, cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli ünvanda daimi yaşamır. Cavabdeh1 mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.06ha torpaq sahəsi mövcuddur.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi qət edilmişdir.
30. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Həmçinin, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən mənzil iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə məskunlaşması və mənzildən çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Odur ki, İddiaçı ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdır. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə istinadən məhkəmə hesab etmişdir ki, müvafiq icra haikmiyyəti tərəfindən cavabdehlər məcburi köçkün olduqları üçün başqa yaşayış yeri ilə təmin olunmalıdırlar.
31. Qənamə ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
32. Göründüyü kimi apellyator şikayətin dəlili olaraq ailə üzvləri ilə birlikdə 30 ildən çoxdur mübahisəli mənzildə yaşadıqlarını, məcburi köçkün ailəsi olaraq mənzillə təmin olunmadıqlarını, başqa yaşayış yerləri olmadığını göstərmişdir.
33. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətin göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
34. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlillərinə uyğun olmaqla həmin dəlillərə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müfəssəl qiymət verildiyindən məhkəmə şikayətin dəllilləri üzrə əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(060)-3491/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.