Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2133/2023 11.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və “X9 Bankı”na qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi (hazırda- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi)) «ipoteka müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(060)-8/2023 nömrəli qətnaməsindən cavabdeh “X9 Bankı” və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və “X9 Bankı”na (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi (hal hazırda- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi)) “X9 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M- 1382 nömrəli ipoteka müqaviləsinin etibrsız hesab edilməsi və RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(060)-8/2023 nömrəli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia təmin edilərək, “X9 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında verilmiş RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Qətnаmədən nаrаzı qаlаn “X8 Bankı” və CAMİ” MMC ayrı-ayrılıqda аpellyаsiyа şikаyətləri verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(060)- 8/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(105)-2133/2023 nömrəli qərardadı ilə “X8 Bankı” və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri mümkün hesab edilmiş və mülki iş apellyasiya baxışına təyin edilmişdir. Mülki iş apellyasiya icraatında olan zaman sözügedən qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş və həmin apellyasiya şikayəti birbaşa apellyasiya instansiya məhkəməsinə ünvanlanmışdır. Şikayətlər ardıcıl olaraq xx.xx.2023cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər kollegiyanın iclasına gəlməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh "xxxx" MMC tərəfindən təqdim olunmuş apellyasiya şikayətini iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(105)-2133/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli və “X8 Bankı” və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılmaqla, "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(060)-8/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti birinci dəfə kağız daşıyıcıda, sonradan isə elektron kabinet vasitəsilə tərtib olunmaqla birbaşa Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
362. Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda sadalanan normaların tələbindən göründüyü kimi apellyasiya şikayəti elektron qaydada tərtib edilməklə yanaşı, həmçinin işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(105)-2133/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli və “X8 Bankı” və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri də apellyasiya baxışından çıxarılmaqla, "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin AR MPM-in tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Kollegiya qeyd edir ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi qanunda nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 384.06, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı:
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(105)-2133/2023 nömrəli (mümkünlük barədə qərardadı) qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və “X9 Bankı”na qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi (hazırda- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi)) «ipoteka müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(060)-8/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə mülki iş birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.