Məhkəmə qərarları › İş №2(105)-2138/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2138/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2138/2020 11.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-91/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-91/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi iləiddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı QSC-nin arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 11L000000208 saylı kredit xətti müqaviləsinə, kredit xətti müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2012-ci il tarixli, 208 saylı sazişə, xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına, kredit razılaşmasına dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli, 011R**********S saylı və xx.xx.2017ci il tarixli, 011R**********SA saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh və Zamin1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 9.531,54 manat kredit borcu, 1.583,64 manat faiz borcu və 10,00 manat cərimə borcu olmaqla, cəmi 11.125,18 manat qəpik məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, borc ödənilmədikdə, tələbin Quba şəhəri, H.Z.Tağıyev küçəsində Cavabdeh mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 82.1 m2 yaşayış, 56.3 m2 köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 68.000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, cəmi 11.125,18 manat borcun hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, əmlak qiymətləndirilməsi ekspertizasının xərci olan 300 manatın cavabdehlərdən tutularaq “xxxxxxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. (hakimR.Həsənov) Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnaməninqismən-ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində Cavabdeh, Zamin2 və Zamin3 həmin əmlakdan çıxarılmaları və əmlakın boşaldılmasının təmin edilməsi, habelə cərimə borcunun azaldılması hissəsində ləğvedərək iddiatələbininhəmin hissədə də təmin olunmasıbarədəyeniqətnaməqəbuledilməsinixahişetmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi və sazişlərinə xitam verilməsi, həmin razılaşmalar üzrə əsas və faiz borcunun, dövlət rüsumlarının əvəzinin və xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, mübahisəli əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsinin təmin edilməsi və ekspertiza xərcinin ödənilməsi hissələrində qətnamədən apelyasiya şikayəti verilmədiyindən hazırkı mərhələdə bu hissələrdə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti hesab edilmir. İŞİN HALLARİ: İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC-nin arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 11L000000208 saylı kredit xətti müqaviləsinə, kredit xətti müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2012-ci il tarixli, 208 saylı sazişə, xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına, kredit razılaşmasına dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli, 011R**********S saylı, xx.xx.2017-ci il tarixli, 011R**********SA saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh və Zamin1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 01 İRİ533129345 saylı kredit razılaşması üzrə 9.531,54 manat kredit borcu, 1.583,64 manat faiz borcu və 4.334,27 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15.449,45 manat qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Quba şəhəri, H.Z.Tağıyev küçəsində Cavabdeh mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 82.1 kv.metr yaşayış 56.3 kv.metr köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 15.449,45 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsunumun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh və Zamin1 müştərək qaydada tutulması, Quba şəhəri H.Z.Tağıyev küçəsində Cavabdeh mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 82.1 kv.metr yaşayış 56.3 kv.metr köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh, Zamin2 və Zamin3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıtələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı bank ilə bağladığı xx.xx.2008-ci il tarixli, 11L000000208 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 208 saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 172 ay, kredit xəttinin məbləği isə 300.000 ABŞ dolları müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrəCavabdeh İddiaçıilə bağladığı xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35.000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 011R**********S saylı, xx.xx.2017-ci il tarixli, 011R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Onun 9.531,54 manat məbləğində kredit borcu, 1.583,64 manat faiz borcu, 4.334,27 manat cərimə borcu var. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Zamin1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh İddiaçıilə bağladığı xx.xx.2009-cu il tarixli, 11M000000042 saylı ipoteka müqaviləsi əsasında Quba şəhəri, H.Z.Tağıyev küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 82.1 kv.metr yaşayış, 56.3 kv.metr köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmiş, əmlakı İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Daha sonra, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 42 saylı sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX 029723 saylı reyestrdən çıxarışa əsasən Quba şəhəri, H.Z.Tağıyev küçəsindəki 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 82.1 kv.metr yaşayış, 56.3 kv.metr köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklüyünün əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan İddiaçıtərəfindən Cavabdeh ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və xx.xx.2018-ci il tarixdə həmin bildiriş onun tərəfindən qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikasi Əmlak Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2018-ci il tarixdə həmin İdarədə qeydə alınmışdır. Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 3882 saylı arayışa əsasən Quba şəhəri, H.Z.Tağıyev küçəsindəki 0.04 ha sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 82.1 kv.metr yaşayış, 56.3 kv.metr köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evində qeydiyyatda olan cavabdeh Zamin2 həmin torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı oduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda əmlakı qeydşərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçıapelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən razı deyildir. Cavabdeh borcun ödənilməsinin təminat üsulu kimi evi ipotekaya qoyduqda, əmlaka tutma yönəldikdə onu tərk edəcəyinə dair öhdəlik götürmüş, buna dair ipotekasaxlayan qarşısında öhdəliyi yaranmışdır. Bundan başqa, kredit razılaşmalarına görə tətbiq edilən cərimə, uzun müddət ərzində kredit borcu ödənilmədiyindən müəyyən edilmişdir. Həmin hissədə məhkəmə ancaq cavabdehin mənafeyini nəzərə almışdır. Buna görə də, qətnamə qismən ləğv edilməli, iddia tələbinin həmin hissələrdə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. İştirak etdiyi apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 11L000000208 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Yenə iş materiallarında olan xx.xx.2012-ci il tarixli, 208 saylı sazişdən görünür ki, kredit xəttinin müddəti artırılaraq 172 ay, kredit xəttinin məbləği 300.000 ABŞ dolları müəyyən edilmişdir. Yenə də iş materiallarında olan 011R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35.000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 011R**********S saylı, xx.xx.2017-ci il tarixli, 011R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, 11M000000042 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Quba şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 82.1 kv.metr yaşayış, 56.3 kv.metr köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Yenə iş materiallarında olan MH ******* saylı reyestrdən çıxarışdan görünür ki, Quba şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 82.1 kv.metr yaşayış, 56.3 kv.metr köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinin İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, 42 saylı sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. İşə əlavə edilmiş RX ******* reyestrdən çıxarışa əsasən Quba şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 82.1 kv.metr yaşayış, 56.3 kv.metr köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklüyünün əlavə qeydiyyatı aparılmışdır. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikasi Əmlak Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Yenə iş materiallarında olan xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı QSC-yə əsas borcu 9.531,54 manat, faiz borcu 1.583,64 manat, cərimə borcu 4.334,27 manat (cərimə hesablanmış gecikdirirlən günlərin sayı 225 gün olmaqla) cəmi 15.449,45 manat məbləğində borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, tutulacaq cərimə məbləği dəyişdirilməli, mənzilin satıldıqdan sonra bir ay ərzində cavabdehlərin çıxarılması və boşaldılması hissəsində yeni qətnamə qəbul edilərək həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh iddiaçı bankdan xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, xx.xx.2012-ci il tarixli, 208 saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 172 ay, kredit xəttinin məbləği isə 300.000 ABŞ dolları müəyyən edilmiş, xx.xx.2015-ci il tarixli kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35.000 manat məbləğində kredit götürülmüşdür. O, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi mülkiyyətində olan Quba şəhəri, H.Z.Tağıyev küçəsindəki 0.04 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Lakin bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmiş, kredit müqaviləsi və sazişləri üzrə Cavabdeh İddiaçıqarşısında öhdəlikləri yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclunun iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 9.531,54 manat əsas kredit borcu, 1.583,64 manat faiz borcu yaranmışdır və borcun bu məbləğdə olması hazırda mübahisələndirilmir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi 4334,27 manat məbləğində dəbbə pulunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılmasında birinci instansiya məhkəməsi haqlı olsa da, bu məbləğ iddiaçının əmlak mənafeyini pozmuşdur. İddiaçı bankın tələb etdiyi cərimə borcu kredit müqaviləsi üzrə yaranmış borca münasibətdə tənasübsüz olsa da, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi cərimə borcu da adekvat hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cərimə borcunun 430 manat müəyyən edilməsi daha məqsədə müvafiqdir və kredit borcuna mütənasibdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi, cavabdehlərin mənzildən çıxarılmalarını tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır. “İpoteka haqqında” Azərbaycan RespublikasıQanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Daha öncə qeyd olunduğu kimi ipotekaqoyanın arvadı Zamin2 Quba rayon notariat kontoruna ərizə ilə müracıət edərək ərinin xüsusi mülkiyyətində olan Quba şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin fərdi yaşayış evini və torpaq sahəsini qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 59.4cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar(ilkin variantda məhkəmə qərarı tələb olunurdu). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bütün hallarda ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, Zamin2 və Zamin3 fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, ev boşaldılmalıdır. Ona görə də həmin hissədə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apelyasiya şikayətinin əsaslarına dair tələblərini qismən sübut edə bilmişdir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, işin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, nəticədə həmin hissədə maddi hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir və bu da həmin qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1-385.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən isə qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15,40 manat dövlət rüsumu çikayət qismən təmin edildiyindən, Cavabdeh tutulub İddiaçı QSC-yə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrəQuba Rayon Məhkəməsinin 2(027)-91/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh və Zamin1 müştərək qaydada 10 manat dəbbə pulunun İddiaçı QSC-nin xeyrinə tutulması hissəsində dəyişdirilsin, həmin məbləğ 430 manat müəyyən edilsin. Qətnamə cavabdehlər Cavabdeh, Zamin2 və Zamin3 ipoteka predmeti olan evdən çıxarılmaları və evin boşaldılması hissəsində ləğv edisin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. İpoteka predmeti olan Quba şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh, Zamin2 və Zamin3 həmin torpaq sahəsindən və fərdi yaşayş evindən çıxarılsınlar. Həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılıb İddiaçı QSC-yə təhvil verilsin. Qətnamə- Cavabdeh ilə İddiaçı QSC-nin arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 11L000000208 saylı kredit xətti müqaviləsinə, kredit xətti müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2012-ci il tarixli, 208 saylı sazişə, xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına, kredit razılaşmasına dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli, 011R**********S saylı və xx.xx.2017-ci il tarixli, 011R**********SA saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh və Zamin1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 9.531,54 manat kredit borcu, 1.583,64 manat faiz borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, borc ödənilmədikdə, tələbin Quba şəhəri, H.Z.Tağıyev küçəsində Cavabdeh mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 82.1 m2 yaşayış, 56.3 m2 köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 68.000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, cəmi 11.125,18 manat borcun hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, əmlak qiymətləndirilməsi ekspertizasının xərci olan 300 manatın cavabdehlərdən tutularaq “xxxxxxxx” MMC-nin hesabına ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.40 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı QSC-yə verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar