Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-214/2022 04.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2451/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2451/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) iddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası təmin edilmiş, 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsi üzrə 4233,38 manat məbləğində əsas borc, 2793,96 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 619,13 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 7646,47 manat məbləğində kredit borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın ipoteka predmeti olan “VAZ-21703” markalı (Tip-sedan, buraxılış ili 2013, Ban 0437665), ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 10000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4233,38 manat məbləğində əsas borc, 2793,96 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 619,13 manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 7646,47 manat məbləğində borcun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “VAZ-21703” markalı (Tip-sedan, buraxılış ili 2013, Ban-0437665), ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Lada” filialı ilə Cavabdeh1 arasında bağlanmış 2254 saylı, 08 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “VAZ-21703” markalı (Tip: sedan, Buraxılış ili-2013, Ban 0437665), ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 8800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “VAZ- 21703” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 2254 saylı, 08 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit verildikdən sonra Cavabdeh2 ilə bank arasında 11 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********278 saylı, xx.xx.2019-cu il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh1 27 may 2019-cu il tarixə kredit üzrə borcu cəmi 7646,47 manat təşkil edir. Bundan 4233,38 manat əsas borc, 2793,96 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 619,13 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 12-ci bəndinə əsasən müqavilə pozulduğu halda, bankın kredit üzrə borcun qaytarılması və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə borcalan bank qarşısında özünün bütün əmlakları ilə kredit borcu, faizlər və cərimələr həddində cavab verir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2451/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin edilmiş, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti 10000 manat məbləğində müəyyən edilmişdir. Qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən həmin hissədə ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin həcmindən kənara çıxmışdır. İpoteka predmetini təşkil edən əmlak avtomobil olduğu üçün iddia tələbində həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbi qoyulmamışdır. Belə ki, daşınar əmlak ipoteka predmeti olduğu halda, qətnamə üzrə həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi düzgün deyildir. Avtomobil hazırda duracaq meydançasında deyildir, gündəlik istifadədədir, kim tərəfindən və harada idarə edildiyi bilinmir, hazırda hansı texniki vəziyyətdə olması barədə məlumat yoxdur. Belə olan halda qətnamə üzrə ilkin satış qiymətinin qoyulması icra mərhələsində əlavə çətinliklər yaradacaqdır. İddia tələbinin həcmindən kənara çıxılmasından əlavə, qətnamədə qeyd edilən qiymət tamamilə əsassızdır. Belə ki, qətnamədə qeyd edilən 10000 manat qiymət heç bir ekspert rəyinə, əmlaka baxışa əsaslanmadan qoyulmuşdur. Həmçinin qanunun tələbinə əsasən tərəflərin razılığı olmadan, ekspertiza təyin etmədən əmlakın ilkin satış qiymətini müəyyən etmək mümkün deyildir. Məhkəmə əsassız olaraq əmlakın ilkin satış qiymətini 10000 manat müəyyən etmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əmlakın ilkin satış qiymətinin təyin olunması hissəsində ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsinə qismən, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin təyin olunmasına aid hissəsində dəyişdirilmədən saxlanılmalıdırdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin təyin olunmasına aid hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" X6 Səhmdar Cəmiyyətinin “Lada” filialı tərəfindən Cavabdeh1 illik 22% dərəcəsi ilə 36 ay müddətinə 8800 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 08 iyul 2013-cü il tarixli, 2254 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" X6 Səhmdar Cəmiyyətinin “Lada” filialı ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus “VAZ-21703” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmiş, ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 10000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin “Lada” filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli, 2254 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" X6 Səhmdar Cəmiyyətinin “Lada” filialı ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərini tam şəkildə icra etməsi üçün Cavabdeh2 məsuliyyəti öz üzərinə götürmüş və bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. İş materiallarında olan AB 964894 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21703” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dur. İş materiallarında olan 08 iyul 2013-cü il tarixli, 092399 saylı ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus “VAZ-21703” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin 30 may 2019-cu il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 məxsus “VAZ-21703” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi barədə bildiriş xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan 10 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinə olan xx.xx.2019-cu il tarixinə 4233,38 manat məbləğində əsas borcu, 2793,96 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 619,13 manat müqavilə müddəti bitəndən sonra 5 faizlə hesablanan faiz borcu olmaqla, cəmi 7646,47 manat məbləğində kredit borcu vardır. İş üzrə keçirilmiş ekspertizanın 10 iyun 2022-ci il tarixli, 9/2945 saylı rəyindən görünür ki, “VAZ-21703” markalı, 2013-cü il buraxılışlı avtomobil normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin likvid dəyəri 9000 manat müəyyən olunur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş üzrə araşdırılmış sübutlardan görünür ki, 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsinə əsasən "xxxx" X6 Səhmdar Cəmiyyətinin “Lada” filialı tərəfindən Cavabdeh1 illik 22% dərəcəsi ilə 36 ay müddətinə 8800 manat məbləğində kredit vermişdir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 7.7-ci bəndinə əsasən ipoteka qoyan əsas öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin təyin olunmasına aid hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qeyd edilən norma imperativ xarakter daşıyır. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş üzrə keçirilmiş ekspertizanın 10 iyun 2022-ci il tarixli, 9/2945 saylı rəyi ilə müəyyən edilmişdir ki, “VAZ-21703” markalı, 2013-cü il buraxılışlı avtomobil normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin likvid dəyəri 9000 manatdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, Cavabdeh1 məxsus, buraxılış ili 2013-cü il olan “VAZ-21703” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 9000 manat müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsinə qismən, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin təyin olunmasına aid hissəsində dəyişdirilmədən saxlanılmalıdırdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat iddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2451/2021 saylı qətnaməsinə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilsin. Cavabdeh1 məxsus, buraxılış ili 2013-cü il olan “VAZ-21703” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda ilkin satış qiyməti 9000 (doqquz min) manat müəyyən edilsin. Qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin təyin olunmasına aid hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-214/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-214/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver