Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2154/2020 20.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-79/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-79/2020 saylı qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 116.LN.2102.150715.00001 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə yaranmış 17406.50 (on yeddi min dörd yüz altı dollar əlli sent) ABŞ dolları əsas, 1523.62 (min beş yüz iyirmi üç dollar altmış iki sent) ABŞ dolları faiz və 66.14 (altmış altı dollar on dörd sent) ABŞ dolları artırılmış faiz (cərimə) borcu olmaqla, cəmi 18996.26 (on səkkiz min doqquz yüz doxsan altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin ipoteka qoyulmuş Cavabdeh məxsus olan Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində mülkiyyətində olan 0.0282 ha torpaq sahəsi və onun üzərində yerləşən 60 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 55000 (əlli beş min) manat məbləğində müəyyən edilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracda satılması, onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh ümumilikdə 18996.26 (on səkkiz min doqquz yüz doxsan altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində borcunun İddiaçı ASC-nin hesabına ödənilməsi, İddiaçı ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması və ya ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun Cavabdeh tutulması, Cavabdeh ən gec bir ay ərzində yaşayış sahəsini tərk etməsi, evin boşaldılması, cavabdehin həmin evə və ipoteka qoyulmuş torpaq sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-79/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli, 116.LN.2102.150715.00001 saylı kredit müqaviləsi üzrə 17406.50 ABŞ dolları əsas, 1523.62 ABŞ dolları faiz və 66.14 ABŞ dolları artırılmış faiz (cərimə borcu) olmaqla, cəmi 18996.26 ABŞ dolları (milli manat ekvivalentində) məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın 116.CL.150715.00001/a saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsindəki 0.0282 ha torpaq sahəsi və onun üzərində yerləşən 60 saylı yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh tutulması, Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsindəki 0,0282 ha torpaq sahəsi və üzərində yerləşən 60 saylı yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan sonra, Cavabdeh ən geci bir ay ərzində yaşayış sahəsini tərk etməsi, evin boşaldılması, həmin şəxsin evə və ipoteka qoyulmuş torpaq sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx xxxx 2015-ci il tarixli, 116.LN.2102.150715.00001 saylı kredit müqaviləsinə əsasən, illik 24 faizlə xx xxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq xx xxxx 2015-ci il tarixli, 116.CL.150715.00001/a saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində mülkiyyətində olan 0.0282 ha torpaq sahəsi və üzərində yerləşən 60 saylı yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Bu səbəbdən xx xxxx 2015-ci il tarixli, 116.LN.2102.150715.00001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh xx xxxxxx 2017-ci il tarixə İddiaçı ASC-yə olan borcu 17406,50 ABŞ dolları əsas borc, 1523,62 ABŞ dolları faiz borcu və 66,14 ABŞ dolları artırılmış faiz (cərimə) borcu olmaqla, cəmi 18996,26 ABŞ dolları təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş göndərilmiş, bildiriş reyestr orqanında ərizə ilə qeydə alınmışdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən, ipoteka müqaviləsinin şərtlərinə görə, İddiaçı ASC-yə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. Qeyd edilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməmişdir. Təkcə mübahisəli evin yerləşdiyi 3 sot torpaq sahəsinin qiyməti 45000 manat təşkil edir. Ekspert evə baxış keçirməmiş, yalnız çöldən nəzər yetirilməklə həqiqətə uyğun olmayan rəy tərtib edilmişdir. Mübahisəli ev tam təmirlidir və təmin yüksək keyfiyyətli materiallardan istifadə olunmaqla aparılmışdır. Bu evin real bazar qiyməti minimum 70000 manatdır. Buna görə də qətnamə ləğv edilməlidir və işə apelyasiya mərhələsində mahiyyəti üzrə yenidən baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxxxxx” ASC-nin nümayəndəsi X2 bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Buna görə də şikayət təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanmalıdır. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 116.LN.2102.150715.00001 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilənin şərtlərinə əsasən, Kreditor Borcalana yalnız təmir-tikinti məqsədləri üçün illik 24 faizlə birinci ödəniş xx xxxxxx 2015-ci il, sonuncu ödəniş xx xxxx 2018-ci il tarix olmaqla, 36 (otuz altı) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit ayırmışdır. Müqavilənin 2.5-ci bəndinə əsasən Kredit, cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənmədiyi halda, Borcalan bu Müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 360 faiz məbləğində artırılmış faizləri Kreditora ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən Borcalan aldığı krediti bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş cədvələ uyğun olaraq, ilk ödənişi xx.xx.2015-ci il tarixdə, son ödənişi isə xx.xx.2018-ci il tarixdən gec olmayaraq həyata keçirməlidir. İşdəki xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən və kredit komissiyasının ödənişi üzrə bildirişdən görünür ki, Cavabdeh 19360 ABŞ dolları məbləğində krediti həmin tarixdə İddiaçı ASC-dən imza edərək qəbul etmiş, 500 ABŞ dolları komissiya ödəmişdir. Yenə işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 116.CL.150715.00001/a saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan və Cavabdeh (Borcalan) arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 116.LN.2102.150715.00001 saylı kredit müqaviləsi və ona edilmiş və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə ipotekaqoyan əmlakı ipoteka qoyur. İpoteka Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində xüsusi mülkiyyətdə olan 60 nömrəli evdə yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 74.7 kv.m, o cümlədən yaşayış sahəsi 46.5 kv.m, köməkçi sahəsi 28.2 kv.m-dən ibarət olan fərdi yaşayış evi ipoteka qoyulmuşdur. İpoteka predmeti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış»a əsasən (seriya RX № 0619710) daşınmaz əmlak dövlət reyestrində 128 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********92-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxx 2015-ci ildir. Tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmeti 42900 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Yenə də işdə olan xx xxxx 2015-ci il tarixli, 116.LN.2102.150715.00001 saylı kredit müqaviləsinə 1 saylı əlavə cədvəldən görünür ki, faiz dərəcəsi 24 faiz olmaqla, ödəmə müddəti 36 ay (xx xxxxxx 2015-ci il-xx xxxx 2018-ci il) müəyyən edilməklə, əsas borc 20000 (iyirmi min) ABŞ dolları, faiz borcu 8247.59 ABŞ dolları müəyyən edilməklə, hər ay 784.66 ABŞ dolları ödəniş olunmaqla, Borcalan tərəfindən ümumilikdə 28247.59 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə tərəflər arasında razılığa gəlinmişdir. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxx 2015-ci il tarixli, 116.LN.2102.150715.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə olan borcu 17406.50 ABŞ dolları əsas, 1523.62 ABŞ dolları faiz və 66.14 ABŞ dolları artırılmış faiz (cərimə) olmaqla, cəmi 18996.26 ABŞ dolları təşkil edir. Yenə işə əlavə edilmiş xx.xx.2015-xx.xx.2019 tarixlərə olan elektron hesabdan çıxarışdan görünür ki, Cavabdeh axırıncı ödənişi xx.xx.2016-cı il tarixdə etmişdir. İşdə olan 19/3655 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən borcalan Cavabdeh xx xxxx 2015-ci il tarixli, 116.LN.2102.150715.00001 saylı kredit müqaviləsindən irəli gələn pul tələblərinin ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmiş və kredit müqaviləsi üzrə ümumilikdə 18996.26 ABŞ dolları məbləğində borcu yarandığı bildirilmiş və borcun 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks halda, bankın öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, xeyrinə hüquq yüklü edilən şəxs İddiaçı ASC-nin «İnşaatçılar» filialı, hüququ yüklü edilən şəxs Cavabdehdur. Onun Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində yerləşən və mülkiyyətində olan 0.0282 ha torpaq sahəsi və üzərində yerləşən 60 saylı fərdi yaşayış evi, xx.xx.2015-ci il tarixdən başlayaraq 36 (otuz altı) ay müddətinə yüklü edilir. Öhdəliyin əsas mahiyyəti və icra müddəti xx xxxx 2015-ci il tarixli, 116.LN.2102.150715.00001 saylı kredit müqaviləsi, kreditin məbləği 20000 (iyirmi min) ABŞ dolları, reyestr nömrəsi **********92-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci ildir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın 128 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə mülki işdə olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 19/3239 saylı, xx.xx.2017-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki İddiaçı ASC Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində mülkiyyətində olan 0.0282 ha torpaq sahəsi və üzərində yerləşən 60 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. İş materiallarına əlavə edilmiş «xxxxxxxxxxxxxxx» MMC tərəfindən tərtib edilmiş Fərdi yaşayış evinin qiymətləndirilməsinə dair xx xxxx 2019-cu il tarixli hesabatdan görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh məxsus olan Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində mülkiyyətində olan 0.0282 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 60 saylı fərdi yaşayış evinin hal-hazırda bazar qiyməti 55.000 (əlli beş min) manat təşkil edir. Yenə işə əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin A-04/397 saylı, xx xxxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Masazır kəndi, Füzuli küşəsində yerləşən 60 saylı fərdi yaşayış sahəsinin bazar qiyməti 55000 manat, likvid dəyəri isə 45000 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh verdiyi apelyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etsə də, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmiş, bu qiymətin daha yuxarı miqdarda təşkil etdiyini göstərmişdir. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini və işdə iştitrak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini əlavə alınmış ekspert rəylərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC-dən xx xxxx 2015-ci il tarixli, 116.LN.2102.150715.00001 saylı kredit müqaviləsinə əsasən, illik 24 faizlə xx xxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq xx xxxx 2015-ci il tarixli, 116.CL.150715.00001/a saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində mülkiyyətində olan 0.0282 ha torpaq sahəsi və üzərində yerləşən 60 saylı yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bu əmlak tərəflərin qarşılığı razılığına əsasən 42900 ABŞ dolları məbləğində qiymətləndirilmiş, birinci instansiya məhkəməsi tərəfindən əmlakın ilkin satış qiyməti 55000 manat müəyyən edilmişdir. İşdən görünür ki, xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Cavabdeh ipotekanın ilkin satış qiymətini mübahisələndirir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 17406.50 ABŞ dolları, faiz borcu üzrə 1523.62 ABŞ dolları, 66.14 ABŞ dolları cərimə borcu olmaqla cəmi 18996.26 ABŞ dolları borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla təsdiq olunur. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələbin ipotekaya qoyulmuş Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Füzuli küşəsində yerləşən 60 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0282 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən, işdən görünür ki, iddia tələblərindən biri də mübahisəli daşınmaz əmlakın boşaldılması barədədir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarıəsasında məcburi qaydada çıxarılırlar. İstinad olunan maddələrin dispozisiyasından aşkar şəkildə görünür ki, yaşayış sahəsinə hüququ olan şəxslər ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş əmlakı həmin əmlaka tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, sözügedən şəxslərin yaşayış sahəsini tərk etməsi üçün hüquqi fakt, əmlaka tutmanın yönəldilməsi və əmlakın hərracda satılmasıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Füzuli küşəsində yerləşən 60 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0282 ha torpaq sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində könüllü olaraq boşaldılmasa, həmin yaşayış evi boşaldılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı bu hissədə də haqlı olaraq təmin etmişdir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından aydın olur ki, məhkəmə ipoteka predmetinin orta bazar qiymətini 55000 manat müəyyən etmiş, lakin əmlakın likvid dəyəri müəyyən edilməmişdir. Hazırda cavabdeh həmin məbləği mübahisələndirir, ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat yox, 70000 manatdan çox olmasını bildirir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin A-04/397 saylı, xx xxxxxxx 2020ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Masazır kəndi, Füzuli küşəsində yerləşən 60 saylı fərdi yaşayış sahəsinin bazar qiyməti 55000 manat, likvid dəyəri isə 45000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əslində mübahisəli yaşayış sahəsi açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq likvid dəyərində, yəni 45000 manat məbləğində müəyyən edilməlidir. Bununla belə, işdən göründüyü kimi iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş ipoteka predmetinin 55000 manat ilkin satış qiymətini mübahisələndirməmiş, başqa sözlə həmin qiymətlə razılaşmış, apelyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Daha öncə qeyd olunduğu kimi cavabdeh apelyasiya şikayətində məhz həmin qiymətlə razılaşmadığını, ona məxsus fərdi yaşayış evinin dəyərinin daha çox olmasını bildirmişdir. Qeyd edildyi kimi ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan yaşayış evinin ilkin satış qiyməti kimi müəyyən edilmiş 55000 manat, ipotekaqoyan cavabdeh tərəfindən az olması səbəbilə mübahisələndirilsə də, iddiaçının həmin məbləğlə razılaşmasını nəzərə alaraq həmin məbləği əmlakın likvid dəyəri kimi qəbul etmək olar. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X3 Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X4rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair tələblərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün, o cümlədən ipoteka predmetinin daha artıq miqdarda qiymətləndirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən,apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)- 79/2020 saylı qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2154/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2154/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver