Məhkəmə qərarları › İş №2(105)-2168/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2168/2020

15.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2168/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X18, X7, cavabdeh X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1628/2020 saylı qətnaməsindən iddiaçı S.K.Cumartovanın verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1628/2020 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) X2 cavabdehlər X5 və X9 qarşı əmlak tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı S.K.Cumartova apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1628/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X11 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X16 adlı iki övladı olmuşdur. Evləndikləri gün o, cehiz əmlaklarını gəlin köçdüyü Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 4 saylı mənzilinə aparmışdır. 2010-cu il tarixdən Sumqayıt şəhəri X32 yaşayış massivi məhəllə 6 ərazisində fərdi evi tikib 2015-ci il tarixdən cavabdeh, o, uşaqları ilə birlikdə həmin yeni tikilən evə köçmüşlər. Cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Bir müddət sonra ailədə baş verən bəzi xoşagəlməz söhbətlər nəticəsində onun iddiası əsasında Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və onların yetkinlik yaşınadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-682/2018 saylı qətnaməsi ilə o, azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, X32 yaşayış massivi, 6-cı məhəllə ərazsində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Həmin məhkəmə prosesləri zamanı hakimin iştirakı ilə evə baxış keçirilmiş, ona aid bütün cehiz əmlaklarının Yaşıl dərədə yerləşən fərdi evdə olması müəyyənləşdirilmişdir. Evlə bağlı məhkəmə mübahisələri Sumqayıt Apelyasiya, Ali Məhkəmə instansiyalarında davam etdiyinə görə onun köçürülməsi ilə bağlı təmin olunan Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin icrası gecikmişdir. Daha sonra cavabdeh X11 ona qarşı Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 4 saylı mənzilindən ona məxsus cehiz əmlaklarının çıxarılması iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayit Şəhər Məhkəməsinin müvafiq qətnaməsi ilə cavabdehin iddası təmin edilsə də, Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3144/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməyərək yeni qətnamə qəbul edilmişdir. Məhkəmə prosesləri zamanı aydın olmuşdur ki, həmin cehiz əmlaklarını Sumqayıt şəhəri, X32 yaşayış massivi, 6-cı məhəllə ərazsində yerləşən fərdi yaşayış evindən cavabdehlər tərəfindən yenidən Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 4 saylı mənzilinə aparılmışdır. Sözü gedən cehiz əmlakları 1)Şifoner, 2)Paltaryuyan maşın, 3)Termo, 4)Dolab -2 ədəd, 5)Çarpayı, 6)Xalça-2 ədəd 7)Boş çemodan -2 ədəd, 8)Qazan dəsti 9)Saxsı yemək qabları-bir neçə ədəd 10) yorğan -döşək -2 dəst 11 .Masaüstü gecə lampası-2 ədəd, 12) Masaüstü güzgü, 13) Vedrə -1 ədəd, 14) Vanna-1 ədəd, 15) Soba-1 ədəd, 16) Çilçıraq-1 ədəd, 17) Güldan-1 ədəd, 18) Meyvəqabı -1 ədəd, 19)Ütü (tefal) -1 ədəd 20) Ətçəkən maşın -1 ədəd 21) Tozsoran -1 ədəd 22) Padnos- 3 ədəd əşyalarından ibarətdir. Hazırda o, X31 idarəsinin icra məmuru tərəfindən Sumqayıt şəhəri, “Yaşıl Dərə” yeni yaşayış massivi, 6-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə yerləşdirilmişdir. Lakin yuxarıda qeyd etdiyi ona məxsus cehiz əmlakaları xəbəri olmadan cavabdehlər tərəfindən götürülərək Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 4 saylı mənzilinə yerləşdirilmişdir. Cehiz əmlakları orda olduğuna görə hal-hazırda yaşadığı evdə onların heç birindən istifadə edə bilmir. Dəfələrlə cavabdehlərə müraciət etməsinə baxmayaraq əşyalarının həmin evdən çıxarılıb yaşadığı evə aparmağına şərait yaratmamışlar. Ona görə də ərizəsində qeyd etdiyi 22 adda əmlaklarının cavabdehlərin hesabına Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 04 saylı mənzilindən çıxarılaraq hazırda yaşadığı Sumqayıt şəhəri, X32 yaşayış massivi, məhəllə 6 ərazisindəki fərdi evə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı S.K.Cumartova verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında X7 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh X9 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh R.Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbinə istinad edib, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli, 2(105)-3144/2019 saylı qətnaməsinin məzmunundan müəyyən edilir ki, iddiaçılar Cavabdeh və X8 cavabdeh X19 qarşı cehiz əşyalarının onlara məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 4-cü mənzilindən çıxarılması tələbinə dair iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3972/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Cavabdeh X22 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 4 saylı mənzilində ona məxsus cehiz əmlaklarının olmadığını bildirmişdir. Hazırda cehiz əmlakın çıxarılması ilə bağlı cavabdehlər tərəfindən iddia qaldırılsa da, iddiaçı Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iclasında Sumqayıt şəhəri 42-ci məhəllə, 16 saylı evin 04 saylı mənzilində heç bir cehiz əşyalarının olmadığını bildirmişdir. Bu hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdən imtina etdikdə maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilməklə həmin normaların tələbləri pozulmuşdur. Belə ki, X22 və X11 xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Yunus və xx.xx.2012-ci il təvəllüdlü Məryəm adlı iki nəfər uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-682/2018 saylı qətnaməsi ilə iddiaçı X10 cavabdeh X9 qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddia təmin edilib, iddiaçı X10 azyaşlı uşaqları – xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəlüdlü X16 ilə birlikdə Sumqayıt şəhəri, “Yaşıl Dərə” Yeni Yaşayış massivi, 6-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olur ki, iddiaçı X10 cavabdeh X9 qarşı yaşayış evinə köçürülmə tələbinə dair mülki işə baxılan zaman məhkəmə tərəfindən iddiaçı S.K.Müzəffərovanın köçmək istədiyi Sumqayıt şəhəri, “Yaşıl Dərə” Yeni Yaşayış massivi, 6-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin 3 otaqdan ibarət olması, 3 otaqdan ikisinin yaşayış evi üçün tam hazır olması, yalnız bir otağın təmirinin natamam olması, iddiaçı S.K.Müzəffərovaya məxsus cehiz və şəxsi əmlakların sözügedən fərdi evin iki otağında yerləşməsi və həmin otaqların yaşayış üçün yararlı olması müəyyən edilmişdir. Baxış zamanı cavabdehlər iddiaçının mübahisəli evdə yaşamasını və həmin evdə yerləşən stol-stul, divan-kreslo, saat, tavanda lüstra (çilçıraq), şkafın içərisində yerləşdirimiş qab-qacaqlar, servis, soyuducu və paltaryuyan maşından ibarət əmlakların sonuncuya məxsus olmasını inkar etməmişlər. Eyni zamanda həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisə tərəflərinin birgə nikaından iki azyaşlı uşaqları vardır və uşaqlar hal-hazırda anası ilə birgə yaşayırlar. X4 cavabdeh X11 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan onların xx.xx.2010-cu il tarixdə Yunus, xx.xx.2012-ci il tarixdə isə Məryəm adlı iki uşaqları doğulmuşdur. Tərəflər xx.xx.2010-cu il tarixdə ailə həyatı qurduqdan sonra əmlakları ilə birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllə 16 saylı evin 4 saylı mənzilinə gəlin köçmüş, 2010-cu ildən Sumqayıt şəhəri, “Yaşıl Dərə” Yeni Yaşayış massivi, 6-cı məhəllə ərazisində fərdi yaşayış evi tikilməyə başlanmış, 2015-ci ilin oktyabr ayında S.K.Müzəffərova, əri R.Cavabdeh və iki uşağı ilə birlikdə qaynatasının Sumqayıt şəhəri, “Yaşıl Dərə” Yeni Yaşayış massivi, 6-cı məhəllə ərazisində məskunlaşdığı torpaq sahəsində olan sənədsiz 3 otaqlı evə köçmüş, cehiz əmlakını da həmin evə yerləşdirmiş və həmin evdə ailə üzvü kimi qəbul edilərək yaşamağa başlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh və X8 cavabdeh X19 qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia tələbi təmin edilərək, X19 məxsus cehiz əşyaların - şifoner, paltaryuyan bir ədəd, termo, iki ədəd dolab, çarpayı, iki ədəd xalça, iki ədəd boş çemodan, qazan dəsti, bir neçə ədəd saxsı yemək qabları, iki dəst yorğan döşək, iki ədəd masaüstü gecə lampası, masaüstü güzgü, bir ədəd vedrə, bir ədəd vanna, bir ədəd soba, bir ədəd çilçıraq, bir ədəd güldan, bir ədəd meyvəqabı, ütü bir ədəd tefal, bir ədəd ətçəkən maşın, tozsoran bir ədəd, üç ədəd padnos- Sumqayıt şəhəri 42-ci məhəllə, 16 saylı evin 4 saylı mənzilindən çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat X12 alınaraq Cavabdeh və X9 ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)- 3144/2019 saylı qətnaməsi ilə cavabdeh X15 apelyasiya şikayəti təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3972/2019 saylı qətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Cavabdeh və X8 cavabdeh X19 qarşı cehiz əşyalarının çıxarılması barədə iddia tələbi təmin edilməmişdir. Tərəflərin izahatı və işin faktiki halları ilə müəyyən olur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi icra olunaraq iddiaçı S.K.Müzəffərova Sumqayıt şəhəri, “Yaşıl Dərə” Yeni Yaşayış massivi, 6-cı məhəllə ərazisində fərdi yaşayış evinə köçürülmüş və sonradan cavabdeh tərəfindən iddiaçıya müəyyən məbləğdə kompensasiya ödənilməklə icra işinin icraatına xitam verilmişdir. Həmçinin məhkəmə kollegiyasını iclasında müəyyən olur ki, iddiaçılar Cavabdeh və X17 cavabdeh X19 qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X19 məxsus cehiz əşyalarının Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 4 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edən zaman S.K.Cumartovaya məxsus cehiz əşyaları Sumqayıt şəhəri, “Yaşıl Dərə” Yeni Yaşayış massivi, 6cı məhəllə ərazisində fərdi yaşayış evində olduğu üçün o, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasına ərizə ilə müraciət edərək cehiz əşyalarının Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 4 saylı mənzilində olmadığını göstərmiş və bu səbəbdən də apelyasiya instansiya məhkəməsi iddia tələbini rədd etmişdir. Hazırki vəziyyətdə isə iddiaçı S.K.Müzəffərova başa bir yaşayış evi alıb, həmin ünvana kökmək istəyərkən Sumqayıt şəhəri, “Yaşıl Dərə” Yeni Yaşayış massivi, 6-cı məhəllə ərazisində fərdi yaşayış evində mübahisələndirdiyi cehiz əşyalarının olmadığı və cavabdehlər tərəfindən həmin əmlakların başqa ünvana aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin tədqiq edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tələb edilən özünə məxsus cehiz əşyaların mövcud olması işin mübahisəsiz halıdır və həmin əmlaklar cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmalıdır. İddia tələbindən görünür ki, iddiaçı ona məxsus iddia ərizəsində qeyd etdiyi 22 adda əmlaklarının cavabdehlərin hesabına Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 04 saylı mənzilindən çıxarılaraq hazırda yaşadığı Sumqayıt şəhəri, “Yaşıl Dərə” Yeni Yaşayış massivi, məhəllə 6 ərazisindəki fərdi evə qaytarılmasını xahiş etmişdir. İddia tələbinə qeyd olunan hissədə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olub, təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd edilən qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübut¬¬¬ları obyektiv araşdırılmasına əsaslanmaqla qiymət¬¬lən¬¬¬dirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia cehiz əmlakları 1)Şifoner, 2)Paltaryuyan maşın, 3)Termo, 4)Dolab -2 ədəd, 5)Çarpayı, 6)Xalça-2 ədəd 7)Boş çemodan -2 ədəd, 8)Qazan dəsti 9)Saxsı yemək qabları-bir neçə ədəd 10) yorğan -döşək -2 dəst 11 .Masaüstü gecə lampası-2 ədəd, 12) Masaüstü güzgü, 13) Vedrə -1 ədəd, 14) Vanna-1 ədəd, 15) Soba-1 ədəd, 16) Çilçıraq-1 ədəd, 17) Güldan-1 ədəd, 18) Meyvəqabı -1 ədəd, 19) Ütü (tefal) -1 ədəd 20) Ətçəkən maşın -1 ədəd 21) Tozsoran -1 ədəd 22) Padnos- 3 ədəd əşyalarının qaytarılması tələbinə dair hissədə təmin edilib, həmin əmlaklar cavabdehlər X5 və X6 alınaraq X3 qaytarılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehlər X5 və X6 müştərək qaydada alınaraq X3 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı S.K.Cumartovanın apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1628/2020 saylı qətnaməsi S.K.Cumartovaya münasibətdə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. X2 cavabdehlər X5 və X9 qarşı əmlak tələbinə dair iddia qismən təmin edilsin. X3 məxsus 1)Şifoner, 2)Paltaryuyan maşın, 3)Termo, 4)Dolab -2 ədəd, 5)Çarpayı, 6)Xalça- 2 ədəd 7)Boş çemodan -2 ədəd, 8)Qazan dəsti 9)Saxsı yemək qabları 10) yorğan -döşək -2 dəst 11 .Masaüstü gecə lampası-2 ədəd, 12) Masaüstü güzgü, 13) Vedrə -1 ədəd, 14) Vanna-1 ədəd, 15) Soba-1 ədəd, 16) Çilçıraq-1 ədəd, 17) Güldan-1 ədəd, 18) Meyvəqabı -1 ədəd, 19) Ütü (tefal) -1 ədəd 20) Ətçəkən maşın -1 ədəd 21) Tozsoran -1 ədəd 22) Padnos- 3 ədəd cavabdehlər X5 və X6 alınaraq ona qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehlər X5 və X6 müştərək qaydada alınaraq X3 verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar