Məhkəmə qərarları › İş №2(105)-2174/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2174/2020

04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2174/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2353/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X1 Abşeron rayon Masazır qəsəbəsi, Yeni ünvan 1 ünvanında yerləşən 32 saylı mənzildə xx.xx.2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsinə və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2353/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barəsində ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Ərizəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2353/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2353/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2353/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılılaraq baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi şikayəti müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsi onun ərizəsini geri qaytarılmasını belə əsaslandırıb ki, ölüm faktının müəyyən edilməsinə dair bütün sübutları olduğu üçün məhkəmə qaydasında ölüm faktının müəyyən edilməsinə ehtiyac yoxdur və inzibati icraat qaydasında iddia qaldıra biləcəyi izah edilmişdir. O, məhkəməyə müraciət etməmişdən əvvəl Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxstərəfindən ona verilən cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına biləcəyi və həmin sənədlər onda olmadığı üçün məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. Abşeron rayon prokurorluğunun müstəntiqinin 64-C-20 №-li, xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı olduğu halda o, ölüm haqqında şəhadətnaməni ala bilmir. Ərizəçi qeyd etdiklərinə əsasən qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 376.2ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Abşeron rayon prokurorluğunun xx xxxx 2020-ci il tarixli, ******* qeydiyyat nömrəli qərarında xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasında anadan olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni ünvan 2 ünvanda yaşayan X1 yaşadığı həmin mənzilin pəncərəsindən yıxılaraq ölməsinin öz əksini tapdığını,bu səbəbdən həmin faktın yenidən məhkəmə qaydasında müəyyən edilməsinə zərurət olmadığını müəyyən edərək ərizəni geri qaytarmış, gəldiyi nəticəni də Azərbaycan Respublikası MPM-nin 306.1, 308, 152.1.1ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və qanunverciliyə uyğun hesab edir. Belə ki, ərizədən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərək X1 Abşeron rayon Masazır qəsəbəsi, Yeni ünvan 1 ünvanında yerləşən 32 saylı mənzildə xx.xx.2020ci il tarixdə ölüm faktının müəyyən edilməsinə və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinəəsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinəəsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş“İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində“ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinəəsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndinəəsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə“Ölüm haqqında tibbi alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinəəməl edilmədiyinə görəərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinəəsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinəəsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinəəsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Abşeron rayon prokurorluğunun xx xxxx 2020-ci il tarixli, ******* qeydiyyat nömrəli qərarından görünür ki, xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasında anadan olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni ünvan 2 ünvanda yaşayan X1 yaşadığı həmin mənzilin pəncərəsindən yıxılaraq ölməsi öz əksini tapmışdır. İş materiallarında olan Abşeron rayonu Saray Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 182 saylı arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 334 saylı Hərbi hissədə qeydiyyatda olan vətəndaş Ərizəçi oğlu, xx.xx.2013-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə rəhmətə getmiş və Abşeron rayon, Saray qəsəbə qəbristanlığında dəfn edilmişdir. Göründüyü kimi, ərizədə göstərilən şəxsin ölməsi faktı Abşeron rayon prokurorluğunun xx xxxx 2020-ci il tarixli, ******* qeydiyyat nömrəli qərarı ilə təsdiqini tapmışdır və bu səbəbdən şəxsin ölməsi faktının yenidən məhkəmə qaydasında müəyyən edilməsinə zərurət aradan qalxmışdır. Bundan əlavə ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs üzərinə öhdəlik qoyulması barədə tələbə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi ilkin olaraq “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müvafiq tibb müəssisəsinə müraciət etməli, həmin tibbi sənədlər əsasında müvafiq qeydiyyat şöbəsinə müraciət etməli idi. Eyni zamanda məhkəmə kollegiyası ərizəçinin tələbində ölüm haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxs üzərinə öhdəlik qoyulması barədə tələbə qiymət verərək qeyd edir ki, qeyd edilən tələb inzibati orqanın üzərinə konkret vəzifənin qoyulması ilə (öhdəliyin icrası haqqında iddia) bağlıdır. «İnzibati icraat haqqında» AR Qanununun 36.1.1-1.3-cü maddələrinə görə aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Başqa sözlə, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi üçün inzibati orqan kimi Maraqlı şəxsnə müraciət etməli, mübahisə yarandığı halda isə o, bu məsələni müvafiq məhkəmədə mübahisələndirməliydi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və və bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2353/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44, 45, 263-264, 398.0.1, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2353/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Ərizəçi şikayəti təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar