Məhkəmə qərarları › İş №2(105)-2183/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2183/2022

08.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2183/2022 08.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə öz vəzifəsinə bərpa edilməsi və mənəvi ziyan» tələbinə dair Abşeron Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2(012)-3284/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə öz vəzifəsinə bərpa edilməsi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli KÇ 153 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının öz vəzifəsinə bərpa edilməsi, habelə cavabdehdən 25 manat mediasiya xərcinin əvəzinin, həmçinin 215 manat dövlət rüsumunun əvəzinin, o cümlədən ona dəymiş mənəvi zərərə görə 50.000 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixli KQ-69 nömrəli əmr və həmin tarixli əmək müqaviləsi əsasında Cavabdeh MMC-də Hüquq Şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Əmək fəaliyyəti dövründə əmək funksiyalarını vicdanla icra etmiş, icra intizamına həmişə riayət etmiş, barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Buna baxmayaraq, cavabdeh müəssisəyə yeni direktor təyin edildikdən sonra o, iddiaçıya tam məlum olmayan səbəblərdən Hüquq Şöbəsinə qarşı qərəzli münasibət həyata keçirməyə başlamışdır. Hüquq Şöbəsinin əməkdaşları olaraq rəhbərə çoxsaylı müraciətlər göndərsələr də, bu yazılı müraciətlərə baxılmamışdır. Bu şəxsi qərəzlik xx.xx.2022-ci il tarixində əmək fəaliyyətini həyata keçirdiyi məkanda tabeliyində olan əməkdaşa qarşı zor tətbiq edilməsi ilə nəticələnmişdir. Bu faktla bağlı hazırda hüquq mühafizə orqanında araşdırılma aparılmaqdadır. Nəticədə xx.xx.2022-ci il tarixli KÇ 153 nömrəli əmr əsasında şirkətin Hüquq Şöbəsi ləğv edilmiş və Şöbənin əməkdaşı Ceyhun Hətəmov və iddiaçı işdən azad edilmişlər. Bəhs edilən əmr şəxsi düşmənçilik əsasında tamamilə qanunsuz olaraq qəbul edilmiş və onların məlumatı olmadan əmək müqavilələrinə xitam verilmişdir. İşəgötürənə ərizə ilə müraciət etdikdən sonra xx.xx.2022ci il tarixində iddiaçıya əmək kitabçası təqdim edilmişdir. Ərizədə bütün sənədləri tələb etməyinə baxmayaraq əmək münasibətlərinə dair digər sənədlər ona qərəzli olaraq təqdim edilməmişdir. Medasiya haqqında qanunvericilik aktının tələbinə uyğun olaraq tərəfindən cavabdehə təklif göndərilsə də, bu təklifə dair münasibət bildirməmişdir. Daha sonra, cavabdeh ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Nəticədə mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/6 nömrəli arayış ona təqdim edilmişdir. Beləliklə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilməmiş və əmək müqaviləsinə şəxsi qərəzlilik əsasında xitam verilmişdir. İddiaçı elektron sistem vasitəsi ilə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, Əmək Məcəlləsinin maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq dedikdə, kağız üzərində yazılı formada tərtib edilən və işçinin tanış olmaq üçün imza etdiyi və ya poçt vasitəsilə aldığı yazılı sənəd başa düşülür. Cavabdehin təqdim etdiyi sənədlərə əsasən guya onun tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 15 nörməli xəbərdarlığın tərtib edildiyi, habelə bu xəbərdarığın poçt vasitəsilə ona göndərildiyi, eyni zamanda şifahi qaydada bu xəbərdarlığın alınmasından onun imtina etməsi barədə xx.xx.2022-ci il tarixli 18 nömrəli aktın tərtib edildiyi və o cümlədən elektron poçt vasitəsilə ona xəbərdarlıq barədə məlumatın verildiyi iddia edilir. Onun bu xəbərdarlığın tərtib edilməsindən və əmək müqaviləsinə bu əsasla xitam verilməsindən ümumiyyətlə məlumatı olmamış və xəbərdarlıq sadəcə "görünüş" naminə hazırlanmışdır. Bununla yanaşı Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Kollegiyasının 2015-ci il 21 sentyabr tarixli Q35-001-15 nömrəli qərarı ilə yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın forması təsdiq edilmişdir. Yazılı izahatına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışa əsasən onun xx.xx.2022-ci il tarixindən etibarən ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmaqla yaşadığı təsdiq edilir. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzindən aydın göründüyü kimi 15 nömrəli xəbərdarlıq xx.xx.2022-ci il tarixində onun yaşamadığı və qeydiyyatda olmadığı ünvan 7 ünvanına göndərilmişdir. Onun yaşadığı və qeydiyyatda olduğu ünvana cavabdeh tərəfindən hər hansı rəsmi xəbərdarlıq göndərilməmiş və bu baxımdan da onun işdən çıxarılması barədə məlumatı olmamışdır. Halbuki iş üzrə digər sənədlər - xx.xx.2022-ci il tarixli 80 nömrəli məktub və əmək müqaviləsinə xitam əmri onun məhz rəsmi qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına göndərilmişdir. Bu səbəbdən rəsmi xəbərdarlığın poçt vasitəsilə çatdırılması barədə cavabdehin dəlilləri tamamilə əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli xxxxxxx0000115 nömrəli "Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi" də təqdim edilmişdir. Bu bildirişin cavabdeh tərəfindən təqdim edilməsində məqsəd ədalət mühakiməsinin istiqamətinə çaşdırıcı təsir etmək və məhkəməni onun ünvanı barədə məlumatın bu bildiriş vasitəsilə əldə edilməsinə inandırmaqdır. Lakin bu sənəddəki ünvan rəsmi xəbərdarlığın göndərilməsi üçün əsas ola bilməz. Bu ilk növbədə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbinə uyğun deyil və bu bildiriş yaşayış yeri barədə məlumatı təsdiq edən sənəd kimi çıxış edə və ya belə sənədi əvəz edə bilməz. İkincisi, bu bildirişdə işəgötürənin səlahiyyətlərini icra edən şəxs olaraq Günay Xəlilzadənin adının və rekvizitlərinin qeyd edildiyini, habelə işçi barədə məlumat bölməsində şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi hissəsində AA qeydinin ardıcıl olaraq iki dəfə əks etdirildiyini açıq görmək mümkündür ki, bu da sistemdə xətanın olduğunu və bu bildirişin səhv məlumatları özündə əks etdirdiyini təsdiq edir. Rəsmi xəbərdarlığın poçtla göndərildiyi iddia edilən tarixin xx.xx.2022-ci il olmasına baxmayaraq bu bildiriş xx.xx.2022-ci il tarixində çap edilmişdir. Müddət baxımından da bu bildirişə sübut qismində istinad edilməsi mümkün deyildir. Bununla yanaşı həm də qeyd edir ki, "Alib Express” MMC-nin xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzinin özü saxta olaraq hazırlanmışdır. Belə ki, sənədlərin saxtalaşdırılması barədə hüquq mühafizə orqanlarına etdiyi şikayət nəticəsində poçt qəbzində kuryer 1 olaraq qeyd edilmiş poçt əməkdaşı X4 polis orqanı tərəfindən saxlanılmış və izahatı alınmışdır. İzahatda o, kuryer 1 olaraq yalnız məktubu götürmək vəzifəsini icra etdiyini və məktubun çatdırılmasının isə kuryer 2 tərəfindən icra edilməli olduğunu bildirmişdir. Aparılan araşdırma zamanı bu poçtun ümumiyyətlə çatdırılmadığı müəyyən edilmişdir. Poçt qəbzinin üzərində "imtina etdi" qeydinin ümumiyyətlə kimə məxsus olması isə istintaqla araşdırılır. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "Alib Express” MMC-nin xx.xx.2022-ci il tarixli aktı imzalamış Ruslan Məmmədov həmin şirkətin qanuni təmsilçisi deyil və onun akt vermək üçün hər hansı səlahiyyətə malik olması barədə sənədi yoxdur. Digər tərəfdən həmin aktda məhz onun məktubun qəbulundan imtina etməsi halı qeyd edilir ki, bu da öz növbəsində onun qeydiyyat (yaşayış) ünvanının məktubda qeyd edilən ünvandan fərqli olması səbəbindən belə bir imtinanın məhz onun tərəfindən edilməsi fiziki olaraq da mümkün deyildir. Bununla yanaşı məktubun çatdırıldığı və ondan imtina edildiyi tarix və saat barədə nə poçt qəbzində, nə də xx.xx.2022-ci il tarixli aktda hər hansı məlumat qeyd edilməmişdir ki, bu da bu saxta sənədlərin görünüş naminə tərtib edildiyini bir daha sübut edir. Bu baxımdan xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzi və xx.xx.2022-ci il tarixli akt MPM-nin 76.3-cü maddəsi baxımından sübut qismində qəbul edilə bilməz. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 18 nömrəli akta əsasən şirkətin direktoru Murat Korkmaz, X9 müdiri Xəyal Məmmədov və şirkətin əməkdaşı Günay Xəlilzadə tərəfindən ona xəbərdarlığın edildiyi, lakin onun bu xəbərdarlığı almaqdan imtina etdiyi öz əksini tapır. Bu akt tamamilə əsassız sübutdur və ona əmək qanunvericiliyinin tələbinə uyğun şəkildə rəsmi xəbərdarlıq edildiyini təsdiq edə bilməz. Belə ki, ilk öncə aktın məzmununda da qeyd edildiyi kimi bu akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. Bu akt hüquqi baxımdan sübuti əhəmiyyəti olmayan qeyrimüəyyən sənəddir. Aktda ona xəbərdarlıq edildiyi və onun üçün bu xəbərdarlığın hüquqi nəticələr yaratdığı əks etdirilsə də, onun belə bir aktın tərtibindən ümumiyyətlə məlumatı olmamış, akt onun iştirakı olmadan tərtib edilmiş, aktın məzmununda onun adı qeyd edilsə də, imzalayan şəxslər sırasında onun adı əlavə edilməmiş, bu aktı imzalamaq üçün ona aktda müvafiq sahə ayrılmamış, bu aktla o, heç sonradan da tanış edilməmiş və aktın surəti ona rəsmi qaydada təqdim edilməmişdir. Belə olan halda bu akt xx.xx.2022-ci il tarixdə deyil, istənilən tarixdə və istənilən yerdə tərtib edilə bilərdi. Bu qaydada hazırlanmış sənədin onun üçün hər hansı hüquqi nəticəsinin olması və bu aktın ona rəsmi xəbərdarlıq edilməsi kimi qiymətləndirilməsi nəinki hüquqi təməl prinsiplərinə, hətta sağlam məntiqə də uyğun deyildir. Bu aktın ümumiyyətlə sübut qismində qiymətləndirilməsi mümkün deyildir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş e-mail yazışmasına münasibətdə qeyd etmişdir ki, ona ümumiyyətlə belə elektron poçt göndərilməmişdir. Bu elektron poçt yazışması cavabdeh tərəfindən saxtalaşdırılmaqla məhkəməyə təqdim edilmişdir. Belə ki, Hüquq Şöbəsinin e-mail ünvanlarına qoyulmuş qanunsuz məhdudiyyətlərlə bağlı cavabdehə rəsmi qaydada dəfələrlə yazılı məktub göndərilmişdir. Faktiki olaraq ona məxsus e-mail adresləri cavabdeh tərəfindən bloklanmışdır. Elekron poçt ünvanlarının idarə edilməsi və bu ünvanlara nəzarət edilməsi bilavasitə cavabdehin nəzarətində və səlahiyyətində idi. Bu diskresion imkanından istifadə edərək bu mail yazısını saxta tərtib etməklə məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən biri də məşğulluq orqanına ünvanlanmış xx.xx.2022-ci il tarixli 19 nömrəli məktubdur. Cavabdeh işdən çıxarılma barədə əmrin qanuni olduğunu pərdələmək üçün onun ixtisar olmağı barədə xx.xx.2022-ci il tarixli 19 nömrəli məktub hazırlamış və bu məktub xx.xx.2022-ci il tarixində 3 saylı Ərazi Məşğulluq Mərkəzinə təqdim edilmiş, habelə bu məktublar Nizami rayon Məşğulluq İdarəsinin Məşğulluq tədbirləri Şöbəsinin mütəxəssisi X8 tərəfindən şəxsən qəbul edilmişdir. İlk növbədə qeyd edir ki, ixtisar ilə bağlı məktub cavabdehə münasibətdə ərazi aidiyyəti olmadan 3 saylı Ərazi Məşğulluq Mərkəzi tərəfindən qəbul edilmişdir. Belə ki, Cavabdeh MMC (VÖEN **********) 2016-cı ildən etibarən Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsində, o cümlədən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində fəaliyyət göstərmiş və hüquqi ünvanı da Nəsimi rayonu olmuşdur. 2022-ci ilin aprel ayından etibarən isə hüquqi ünvanı Abşeron rayonu, Hökməli qəsəbəsi olaraq dəyişdirilmiş və hazırda faktiki olaraq Xətai rayonu, 8 Noyabr prospekti ünvanında fəaliyyət göstərməkdədir. Hətta xx.xx.2022-ci il tarixli 19 nömrəli məktubda şirkətin faktiki fəaliyyət göstərdiyi ərazinin Xətai rayonu olduğu da qeyd edilmişdir. Belə olan halda, ixtisar ilə bağlı rəsmi məktub xx.xx.2022-ci il tarixinə şirkətin hüquqi ünvanı və faktiki fəaliyyət göstərdiyi ərazi aidiyyəti üzrə səlahiyyətli qurum hesab edilən 5 saylı Ərazi Məşğulluq Mərkəzinə təqdim edilməli idi. Lakin cavabdeh bu məktubu qanunvericiliyin tələbinə zidd olaraq ərazi aidiyyəti olmayan məşğulluq qurumuna təqdim edildiyini iddia etməklə işdən çıxarılma ilə bağlı sənədləşmənin qanunvericiliyə uyğun aparılmadığını bir daha təsdiq etmiş oldu. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin siyahısına şirkətin X9 müdiri Xəyal Məmmədovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimat və şirkət rəhbərinin xx.xx.2022-ci il tarixli nömrəli 10 nömrəli "Engin LTD” MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı əmri də daxil edilmişdir. Xəyal Məmmədovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimatın məzmunu qeyri-müəyyən və abstrakt ifadələrlə sadəcə görünüş naminə formalaşdırılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 10 nömrəli Cavabdeh MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı əmrinin qəbul edilməsinə əsas olaraq Xəyal Məmmədovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimat göstərilmişdir. Təqdimat isə əsassız olduğuna görə onun əsasında qəbul edilmiş əmrin qanunsuzluğu da tam təsdiq edilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli nömrəli 10 nömrəli "xxxx" LTD MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı əmri ona təqdim edilməmiş və onun belə bir əmrin qəbulundan məlumatı olmamışdır. Bəhs edilən əmr onun əmək hüquqlarına və qanuni mənafelərinə toxuduğu üçün mütləq qaydada ona təqdim edilməli idi. Ona qarşı cavabdeh tərəfindən həyata keçirilən qərəzlilik və mobbinq fəaliyyətinə cavab olaraq onun tərəfindən cavabdehə çoxsaylı yazılı müraciətlər göndərilmişdir. Lakin bu müraciətlərin heç birinə cavabdeh tərəfindən baxılmamış, onlara cavab verilməmiş və qərəzlilik fəaliyyətinə son qoyulmamışdır. xx.xx.2022-ci il tarixində Hüquq Şöbəsinə qarşı göstərilən qərəzlilik və qanunsuzluq münasibəti ən ifrat dərəcəyə yüksəlmiş və Şöbənin əməkdaşı X1 əlindən iradəsinin ziddinə alınmışdır. Bu hadisədən sonra qanunvericiliklə müəyyən edilmiş hüquqdan istifadə edilərək onun tərəfindən Azərbaycan Respublikası ƏƏSMN-nə də müraciət ünvanlanmışdır. Müraciət zamanı cavabdeh tərəfindən Hüquq Şöbəsinə qarşı qərəzlilik və mobbinq fəaliyyətinin keçirildiyi araşdırma aparan vəzifəli şəxslərin diqqətinə çatdırılmışdır. Müraciəti ilə bağlı dəvət əsasında xx.xx.2022-ci il tarixində X6 Bakı şəhər İdarəsində qəbul edilmiş və həmin tarixdə yazılı izahat təqdim edilmişdir. Lakin xx.xx.2022-ci il tarixində qanunsuz işdən çıxarılma ilə bağlı əmr verildiyi üçün öz əhəmiyyətini itirən bu şikayəti üzrə icraata xitam verilmiş və qanunsuz işdən çıxarılma ilə bağlı məsələnin araşdırılmasına başlanılmışdır. Bununla yanaşı Hüquq Şöbəsinə qarşı cavabdeh tərəfindən həyata keçirilən qərəzlilik fəaliyyətinə son qoyulması məqsədilə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təkbaşına tətil etmək hüququndan da istifadə etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2(012)-3284/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə öz vəzifəsinə bərpa edilməsi və mənəvi ziyan» tələbinə dair iddia tələbi təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2(012)-3284/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianın rədd edilməli olduğu qənaətinə gəlmək üçün öz qətnaməsini “onun məhz 2022-ci ilin fevral ayından başlayaraq cavabdehə ünvanlanan onun fəaliyyəti ilə bağlı narazılıq məktublarını, xüsusi ilə xx.xx.2022-ci il tarixli qərəzliliyə son qoyulması barədə təqdimatını qeyd etmək olar, hansı ki, o, yuxarıda qeyd edilən həmin təqdimatda cavabdeh tərəfindən şirkətin hüquq şöbəsinin ləğv edilməsindən məlumatlı olmasını etiraf edirdi” ilə əsaslandırmış və belə bir nəticəyə gəlmişdir ki, işin yuxarıda qeyd edilən müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli 10 nömrəli Cavabdeh MMCdə bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı əmri ilə onun məlumatının olmaması barədə dəlili işin müəyyən edilən halları ilə təsdiq olunmadığından əsassızdır. Məhz bu hal özü də, MMC-nin hüquq şöbəsinin ixtisar olunması barədə iddiaçının məlumatlı olmasını təsdiq etdiyindən iddiaçının əmrin ləğvi barədə dəlilləri əsassız hesab edilib təmin edilməməlidir. Buna qarşı, işin faktiki hallarından da aydın göründüyü kimi əslində o, cavabdehə etdiyi müraciətlərlə sadəcə ona qarşı qərəzlilik və mobbinq fəaliyyətinə son qoyulmasını istəmişdir. Ümumiyyətlə məhkəmə onun qanunsuz və qərəzli hərəkətlərə son qoyulması barədə cavabdehə ünvanlamış olduğu təqdimatlarını araşdırmamış, bunlara hüquqi qiymət verməmişdir (nəinki xx.xx.2022-ci il tarixli təqdimatda, eləcədə onun cavabdehə ünvanladığı heç bir məktubunda o, cavabdeh tərəfindən şirkətin hüquq şöbəsinin ləğv edilməsindən məlumatlı olmasını açıq və ya örtülü şəkildə etiraf etməmişdir) və bunun nəticəsində də onun ixtisar əmri ilə bağlı məlumatdan xəbərdar olmasına dair əsassız mülahizə irəli sürmüşdür. Məhkəmə xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimatın məzmununu qeyri-müəyyən və abstrakt ifadələrlə, sadəcə görünüş naminə formalaşdırılmışdırılmasına dair faktiki halı araşdırmamışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 10 nömrəli "xxxx" LTD MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı əmrinin qəbul edilməsinə əsas olaraq Xəyal Məmmədovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimatı göstərilmişdir. O, məhkəməyə verdiyi yazılı izahatında işin faktiki hallarına istinad edərək qeyd olunan təqdimatın əsassız, görünüş naminə hazırlandığını dəlillərlə sübuta yetirmişdir. Bununla belə, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli 10 nömrəli əmrin əsassızlığını pərdələmək xatrinə təqdimatla bağlı onun sübutlarını araşdırmamışdır. İşin materiallarında olan onun xx.xx.2022-ci il tarixindən ünvan 1 ünvanında qeydiyyatda olduğuna dair mülki iş materiallarına əlavə olunan Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışı vardır. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyətli sayılan bu dəlilə hüquqi qiymət vermək məcburiyyətində qalmamaq üçün qətnaməsində işə iddiaçı tərəfindən əlavə olunan bu dəlilə sadəcə formal şəkildə toxunmuşdur. Məhkəmənin “xx.xx.2022-ci il tarixində iddiaçıya göndərilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıqdan görünür ki” ifadəsi işin materiallarında olan dəlillərlə uyğunluq göstərmir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 18 nömrəli akta əsasən şirkətin direktoru Murat Korkmaz, X9 müdiri Xəyal Məmmədov və şirkətin əməkdaşı Günay Xəlilzadə tərəfindən ona xəbərdarlığın edildiyi, lakin onun bu xəbərdarlığı almaqdan imtina etdiyi öz əksini tapır. Bu akt tamamilə əsassız sübutdur və ona əmək qanunvericiliyinin tələbinə uyğun şəkildə rəsmi xəbərdarlıq edildiyini təsdiq edə bilməz. Aktın məzmununda da qeyd edildiyi kimi bu akt onun iştirakı olmadan tərtib edilmişdir. Bu akt hüquqi baxımdan sübut əhəmiyyəti olmayan qeyrimüəyyən sənəddir. Aktda onun xəbərdarlıq edildiyi və onun üçün bu xəbərdarlığın hüquqi nəticələr yaratdığı əks etdirilsə də, onun belə bir aktın tərtibindən ümumiyyətlə məlumatı olmamış, akt onun iştirakı olmadan tərtib edilmiş, aktın məzmununda onun adı qeyd edilsə də, imzalayan şəxslər sırasında onun adı əlavə edilməmiş, bu aktı imzalamaq üçün ona aktda müvafiq sahə ayrılmamış, bu aktla o, heç sonradan da tanış edilməmiş və aktın surəti ona rəsmi qaydada təqdim edilməmişdir. Bu aktın ümumiyyətlə sübut qismində qiymətləndirilməsi mümkün olmadığı halda məhkəmə tərəfindən iddiaçının bu dəlilinə hüquqi qiymət verilməmişdir. Məhkəmənin “"xxxx" MMC-nin verdiyi 131412 saylı qaimə və xx.xx.2022-ci il tarixli aktına istinadən cavabdeh onun qeydiyyatda olduğu ünvan 7 ünvanına xəbərdarlıq məktubunu göndərmiş, o, qeyd olunan məktubu qəbul etməkdən imtina etmişdir” mülahizəsi işin materiallarında olan sübutlarla təkzib olunur. Hüquq şöbəsinin fəaliyyətinin qanunsuz məhdudlaşdırılması və qərəzli fəaliyyətinə son qoyulması məqsədilə xx.xx.2022-ci il tarixindən etibarən 10 iş günü müddətində təkbaşına tətil keçiriləcəyi barədə onun cavabdehə rəsmi ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq ümumiyyətlə məhkəmə tərəfindən araşdırılmamaqla belə əhəmiyyətli faktiki hala hüquqi qiymət verilməmişdir. Ona qarşı cavabdeh tərəfindən həyata keçirilən qərəzlilik və mobbinq fəaliyyətinə cavab olaraq onun tərəfindən cavabdehə çoxsaylı yazılı müraciətlər göndərilmişdir. Lakin bu müraciətlərin heç birinə cavabdeh tərəfindən baxılmamış, onlara cavab verilməmiş və qərəzlilik fəaliyyətinə son qoyulmamışdır. Bu baxımdan qeyd edir ki, Azərbaycan Respublikası ƏM-nin 12-ci maddəsinin e bəndinə əsasən işçilərin müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq işəgötürənin əsas vəzifələrindən biridir. Buna baxmayaraq cavabdeh öz vəzifəsini icra etməmiş və onun tərəfindən göndərilmiş yazılı müraciətlərin heç birinə yazılı qaydada cavab verməmişdir. Əksinə, xx.xx.2022-ci il tarixində Hüquq Şöbəsinə qarşı göstərilən qərəzlilik və qanunsuzluq münasibəti ən ifrat dərəcəyə yüksəlmiş və Şöbənin əməkdaşı X2 əlindən iradəsinin ziddinə alınmışdır. Hadisə ilə bağlı hər ikisi qanunsuz hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası ƏM-nin 62-ci maddəsinə uyğun olaraq işdən kənar edilməsi, təhlükəsiz iş şəraitinin təmin edilməsi və zorla alınmış komputerin işçiyə qaytarılması tələbi ilə bağlı cavabdehə göndərilmiş yazılı müraciətlər də cavabsız və nəticəsiz qalmışdır. Bu hadisədən sonra qanunvericiliklə müəyyən edilmiş hüquqdan istifadə edilərək iddiaçı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN-nə də müraciət ünvanlanmışdır. Müraciət zamanı cavabdeh tərəfindən Hüquq Şöbəsinə qarşı qərəzlilik və mobbinq fəaliyyətinin keçirildiyi araşdırma aparan vəzifəli şəxslərin diqqətinə çatdırılmışdır. Müraciəti ilə bağlı dəvət əsasında xx.xx.2022-ci il tarixində X6 Bakı şəhər İdarəsində qəbul edilmiş və həmin tarixdə yazılı izahat təqdim edilmişdir. Lakin xx.xx.2022-ci il tarixində qanunsuz işdən çıxarılma ilə bağlı əmr verildiyi üçün öz əhəmiyyətini itirən bu şikayəti üzrə icraata xitam verilmiş və qanunsuz işdən çıxarılma ilə bağlı məsələnin araşdırılmasına başlanılmışdır. Bununla yanaşı Hüquq Şöbəsinə qarşı cavabdeh tərəfindən həyata keçirilən qərəzlilik fəaliyyətinə son qoyulması məqsədilə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təkbaşına tətil etmək hüququndan da istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 288-ci maddəsinə əsasən sadalanan müvafiq hallar (xüsusilə əməyin mühafizəsinin təşkili və təmin edilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlər) fərdi əmək mübahisələri dairəsinə daxil edilmişdir. Həmin Məcəllənin 292.1-ci və 292.2-ci maddələrinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə məhkəməyə, yaxud əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 295.1-ci maddəsinə əsasən pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 295.3-cü maddəsinə əsasən işçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul və vasitə ilə işəgötürən, işçinin iş yerinin rəhbəri və ya digər şəxslər tərəfindən məhdudlaşdırmasına, habelə belə tətilin keçirilməsinə mane olmasına yol verilmir. Həmin Məcəllənin 295.4-cü maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 295.5-ci maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz. Qeyd edilənlərə uyğun olaraq Hüquq Şöbəsinə qarşı qərəzli, əsassız və qanunsuz hərəkətlər törədildikdən sonra (Azərbaycan Respublikası ƏM-nin 207.1-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır) iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixində poçt vasitəsilə təkbaşına tətil keçirəcəyi barədə yazılı xəbərdarlıq göndərilmiş və xx.xx.2022-ci il tarixindən etibarən 10 iş günü ərzində tətil keçiriləcəyi barədə cavabdehə məlumat verilmişdir. Cavabdeh isə yaranmış əmək mübahisəsinin həll edilməsinə cəhd etməmiş, bu tətilin dayandırılması üçün danışıqlar aparmamış , bunun əksinə iddiaçı tətildə olduğu zaman AR ƏM-nin 295.5-ci maddəsinin tələbini pozaraq xx.xx.2022-ci il tarixində onun əmək müqaviləsinə qanunsuz xitam vermişdi. Bu baxımdan qeyd edim ki, AR ƏM-nin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cımaddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Bununla belə, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli e-2(012)-3284/2022 saylı qətnaməsində işi hərtərəfli araşdırdığını qeyd etsə də, Azərbaycan Respublikası ƏM-nin 76.2-ci və 295.5-ci maddələrinin tələblərini açıq şəkildə pozmuş, sadəcə cavabdehin özünümüdafiə xarakterli proses ardıcıllığını qətnaməsində təkrarlayaraq ixtisar prosedurunun qanuni tələblərə əməl edilməklə icra edildiyi fikrini yaratmağa çalışmışdır. Halbuki, cavabdehin ixtisarla bağlı əmrinin qanunsuz və əsassız olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq müddətlərdə rəsmi xəbərdar edilməlidir. Qeyd edək ki, maddənin tələbinə əsasən rəsmi xəbərdarlıq dedikdə, kağız üzərində yazılı formada tərtib edilən və işçinin tanış olmaq üçün imza etdiyi və ya poçt vasitəsilə aldığı yazılı sənəd başa düşülür. Məhkəmənin mövqeyinə görə cavabdehin təqdim etdiyi sənədlərə əsasən onun tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 15 nörməli xəbərdarlıq tərtib edilmiş, habelə bu xəbərdarıq poçt vasitəsilə ona göndərilmiş, eyni zamanda şifahi qaydada bu xəbərdarlığın alınmasından iddiaçının imtina etməsi barədə xx.xx.2022-ci il tarixli 18 nömrəli akt tərtib edilmişdir. Qeyd edilməlidir ki, bu sənədlərin tamamilə əsassız və qanunsuz olmasını sübut edən dəlillər onun tərəfindən yazılı izahatında göstərilməsinə baxmayaraq birinci instansiya məhkəməsi bu dəlillərə hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının bu xəbərdarlığın tərtib edilməsindən və əmək müqaviləsinə bu əsasla xitam verilməsindən ümumiyyətlə məlumatı olmamış və xəbərdarlıq sadəcə “görünüş” naminə hazırlanmışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Eyni zamanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma (çıxarılma) daxili işlər orqanları tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Qanunvericilik aktlarının tələbinə əsasən vətəndaşın yaşayış yerini müəyyən edən sənəd şəxsiyyət vəsiqəsidir. Yeni nəsil şəxsiyyət vəsiqəsi üzrə şəxsin yaşayış (qeydiyyat) ünvanı barədə Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X3 üzrə məlumat şöbəsindən (MAPS) arayış əldə edilir. Bununla yanaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2015-ci il 21 sentyabr tarixli Q35-001-15 nömrəli qərarı ilə yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın forması təsdiq edilmişdir. Hazırki yazılı izahata əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışa əsasən iddiaçının xx.xx.2022-ci il tarixindən etibarən ünvan 6 ünvanında rəsmi qeydiyyatda olmaqla yaşadığı təsdiq edilir. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzindən aydın göründüyü kimi 15 nömrəli xəbərdarlıq xx.xx.2022-ci il tarixində iddiaçının yaşamadığı və qeydiyyatda olmadığı ünvan 7 ünvanına göndərilmişdir. Başqa sözlə desək, iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvana cavabdeh tərəfindən hər hansı rəsmi xəbərdarlıq göndərilməmiş və bu baxımdan da iddiçının işdən çıxarılması barədə məlumatı olmamışdır. Halbuki iş üzrə digər sənədlər – xx.xx.2022-ci il tarixli 80 nömrəli məktub və əmək müqaviləsinə xitam əmri iddiaçının məhz rəsmi qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına göndərilmişdir. Bu səbəbdən rəsmi xəbərdarlığın poçt vasitəsilə çatdırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir. Xüsusilə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli xxxxxxx0000115 nömrəli "Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi" də təqdim edilmişdir. Bu bildirişin cavabdeh tərəfindən təqdim edilməsində məqsəd ədalət mühakiməsinin istiqamətinə çaşdırıcı təsir etmək və məhkəməni iddiaçının ünvanı barədə məlumatın bu bildiriş vasitəsi ilə əldə edilməsinə inandırmaqdır. Lakin bu sənəddəki ünvan rəsmi xəbərdarlığın göndərilməsi üçün əsas ola bilməz. Bu ilk növbədə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbinə uyğun deyil və bu bildiriş yaşayış yeri barədə məlumatı təsdiq edən sənəd kimi çıxış edə və ya belə sənədi əvəz edə bilməz. Eyni zamanda MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni zamanda ƏM-nin 48.1-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. Bununla da iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin cavabdehdə olduğu öz təsdiqini tapmaqdadır. Xüsusilə də qeyd edir ki, rəsmi xəbərdarlığın poçtla göndərildiyi iddia edilən tarixin xx.xx.2022-ci il olmasına baxmayaraq bu bildiriş xx.xx.2022-ci il tarixində çap edilmişdir. Müddət baxımından da bu bildirişə sübut qismində istinad edilməsi mümkün deyildir. Bununla yanaşı həm də qeyd edir ki, "Alib Express” MMC-nin xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzinin özü saxta olaraq hazırlanmışdır. Belə ki, sənədlərin saxtalaşdırılması barədə hüquq mühafizə orqanlarına etdiyi şikayət nəticəsində poçt qəbzində kuryer 1 olaraq qeyd edilmiş poçt əməkdaşı X4 polis orqanı tərəfindən saxlanılmış və izahatı alınmışdır. İzahatda o, “kuryer 1” olaraq yalnız məktubu götürmək vəzifəsini icra etdiyini və məktubun çatdırılmasının isə “kuryer 2” tərəfindən icra edilməli olduğunu bildirmişdir. Aparılan araşdırma zamanı bu poçtun ümumiyyətlə çatdırılmadığı müəyyən edilmişdir. Poçt qəbzinin üzərində "imtina etdi" qeydinin ümumiyyətlə kimə məxsus olması isə istintaqla araşdırılır. Belə ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş "Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.60-cı bəndinə əsasən Alıcı onun ünvanına daxil olmuş poçt göndərişini, pul köçürməsini almaqdan imtina etmək hüququna malikdir. Bu halda poçt göndərişinin üzərində, pul köçürməsi blankında və ya poçt göndərişinin, pul köçürməsinin daxil olması haqqında bildirişdə müvafiq imtina barədə qeyd edilir və qeyd Alıcının imzası ilə təsdiqlənir. Tərtib edilmiş bəhs edilən saxta qəbzin üzərində "imtina etdi" qeydi iddiaçı və kuryer 1 olan X4 tərəfindən yazılmamışdır və əlavə olaraq Alıcının imtina barədə imzası poçt qəbzində mövcud deyildir. Eyni zamanda poçt qəbzində göndərişin çatdırıldığı və imtina edildiyi tarix və saat da qeyd edilməmişdir. Xüsusilə qeyd edək ki, "Alib Express” MMC-nin vəzifəli şəxsləri cavabdehlə cinayət əlaqəsinə girərək onun qanunsuz sifarişi əsasında saxta poçt qəbzləri tərtib etmişdir. Bu poçt xidmətini həyata keçirən şirkətin nə öz hüquqi ünvanında, habelə lisenziyada və poçt qəbzlərində qeyd edilən ünvanlarında fəaliyyət göstərmədiyi və saxta qəbzlər tərtib etməklə məşğul olduğu da müəyyən edilmişdir. Bu poçtun qanunsuz əməlləri törədən vəzifəli şəxsləri hüquq mühafizə orqanlarından yayınmağa cəhd edir. Bütün bu hallar poçt qəbzlərinin qanunsuz olaraq tərtib edilməsi ilə bağlı dəlilləri tam sübuta yetirir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "Alib Express” MMC-nin xx.xx.2022-ci il tarixli aktına münasibətdə qeyd edir ki, aktı imzalamış Ruslan Məmmədov həmin şirkətin qanuni təmsilçisi deyil və onun akt vermək üçün hər hansı səlahiyyətə malik olması barədə sənədi yoxdur. Digər tərəfdən həmin aktda məhz iddiaçının məktubun qəbulundan imtina etməsi halı qeyd edilir ki, bu da öz növbəsində iddiaçının qeydiyyat (yaşayış) ünvanının məktubda qeyd edilən ünvandan fərqli olması səbəbindən belə bir imtinanın məhz onun tərəfindən edilməsi fiziki olaraq da mümkün deyildir. Bununla yanaşı məktubun çatdırıldığı və ondan imtina edildiyi tarix və saat barədə nə poçt qəbzində, nə də xx.xx.2022-ci il tarixli aktda hər hansı məlumat qeyd edilməmişdir ki, bu da bu saxta sənədlərin görünüş naminə tərtib edildiyini bir daha sübut edir. Bu baxımdan xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzi və xx.xx.2022-ci il tarixli akt Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsi baxımından sübut qismində qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi cavabdehin məhkəməyə təqdim etdiyi "Alib Express” MMC-nin xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzini rəhbər tutaraq, 15 nömrəli xəbərdarlığın xx.xx.2022-ci il tarixdə onun yaşamadığı və qeydiyyatda olmadığı ünvan 7 ünvanına göndərildiyini görməməzlikdən gəlmişdir. Başqa sözlə, onun yaşadığı və qeydiyyatda olduğu ünvana cavabdeh tərəfindən hər hansı rəsmi xəbərdarlıq göndərilməmiş və bu baxımdan da onun işdən çıxarılması barədə məlumatı olmamışdır. Halbuki iş üzrə digər sənədlər xx.xx.2022-ci il tarixli 80 nömrəli məktub və əmək müqaviləsinə xitam əmri onun məhz rəsmi qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına göndərilmişdir. Bu səbəbdən rəsmi xəbərdarlığın poçt vasitəsilə çatdırılması barədə cavabdehin dəlilləri tamamilə əsassızdır. Xüsusilə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli xxxxxxx0000115 nömrəli "Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi" də təqdim edilmişdir. Bu bildirişin cavabdeh tərəfindən təqdim edilməsində məqsəd ədalət mühakiməsinin istiqamətinə çaşdırıcı təsir etmək və məhkəməni iddiaçının ünvanı barədə məlumatın bu bildiriş vasitəsilə əldə edilməsinə inandırmaqdır. Lakin bu sənəddəki ünvan rəsmi xəbərdarlığın göndərilməsi üçün əsas ola bilməz. Bu ilk növbədə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbinə uyğun deyil və bu bildiriş yaşayış yeri barədə məlumatı təsdiq edən sənəd kimi çıxış edə və ya belə sənədi əvəz edə bilməz. Eyni zamanda MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "Alib Express” MMC-nin xx.xx.2022-ci il tarixli aktının qanunsuzluğu barədə iddiaçının məhkəməyə təqdim etmiş olduğu dəlillərə birinci instansiya məhkəməsi münasibət bildirməyərək, MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, aktı imzalamış Ruslan Məmmədov həmin şirkətin qanuni təmsilçisi deyil və onun akt vermək üçün hər hansı səlahiyyətə malik olması barədə sənədi yoxdur. Digər tərəfdən həmin aktda məhz iddiaçının məktubun qəbulundan imtina etməsi halı qeyd edilir ki, bu da öz növbəsində iddiaçının qeydiyyat (yaşayış) ünvanının məktubda qeyd edilən ünvandan fərqli olması səbəbindən belə bir imtinanın məhz iddiaçı tərəfindən edilməsi fiziki olaraq da mümkün deyildir. Bununla yanaşı məktubun çatdırıldığı və ondan imtina edildiyi tarix və saat barədə nə poçt qəbzində, nə də xx.xx.2022-ci il tarixli aktında hər hansı məlumat qeyd edilməmişdir ki, bu da saxta sənədlərin görünüş naminə tərtib edildiyini bir daha sübut edir. Bu baxımdan xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzi və xx.xx.2022-ci il tarixli akt Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsi baxımından sübut qismində qəbul edilə bilməz. Birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 18 nömrəli akta əsasən şirkətin direktoru Murat Korkmaz, X9 müdiri Xəyal Məmmədov və şirkətin əməkdaşı Günay Xəlilzadə tərəfindən iddiaçıya xəbərdarlığın edildiyi, lakin onun bu xəbərdarlığı almaqdan imtina etdiyi öz əksini tapır. Bu akt tamamilə əsassız sübutdur və iddiaçıya əmək qanunvericiliyinin tələbinə uyğun şəkildə rəsmi xəbərdarlıq edildiyini təsdiq edə bilməz. Belə ki, ilk öncə qeyd edir ki, aktın məzmununda da qeyd edildiyi kimi bu akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. Bu akt hüquqi baxımdan sübuti əhəmiyyəti olmayan qeyri-müəyyən sənəddir. Aktda onun xəbərdarlıq edildiyi və onun üçün bu xəbərdarlığın hüquqi nəticələr yaratdığı əks etdirilsə də, iddaçının belə bir aktın tərtibindən ümumiyyətlə məlumatı olmamış, akt onun iştirakı olmadan tərtib edilmiş, aktın məzmununda onun adı qeyd edilsə də, imzalayan şəxslər sırasında onun adı əlavə edilməmiş, bu aktı imzalamaq üçün ona aktda müvafiq sahə ayrılmamış, bu aktla o, heç sonradan da tanış edilməmiş və aktın surəti ona rəsmi qaydada təqdim edilməmişdir. Belə olan halda bu akt xx.xx.2022-ci il tarixdə deyil, istənilən tarixdə və istənilən yerdə tərtib edilə bilərdi. Bu qaydada hazırlanmış sənədin iddiaçı üçün hər hansı hüquqi nəticəsinin olması və bu aktın ona rəsmi xəbərdarlıq edilməsi kimi qiymətləndirilməsi nəinki hüquqi təməl prinsiplərinə, hətta sağlam məntiqə də uyğun deyildir. Bu aktın ümumiyyətlə sübut qismində qiymətləndirilməsi mümkün deyildir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş e-mail yazışmasına münasibətdə qeyd edir ki, iddiaçıya ümumiyyətlə belə elektron poçt göndərilməmişdir. Bu elektron poçt yazışması cavabdeh tərəfindən saxtalaşdırılmaqla hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Belə ki, Hüquq Şöbəsinin e-mail ünvanlarına qoyulmuş qanunsuz məhdudiyyətlərlə bağlı cavabdehə rəsmi qaydada dəfələrlə yazılı məktub göndərilmişdir. Faktiki olaraq ona məxsus mail adresləri cavabdeh tərəfindən bloklanmışdır. Elekron poçt ünvanlarının idarə edilməsi və bu ünvanlara nəzarət edilməsi bilavasitə cavabdehin nəzarətində və səlahiyyətində idi. Bu diskresion imkanından istifadə edərək bu mail yazısını saxta tərtib etməklə məhkəməyə təqdim etmişdir. Əgər cavabdeh bu mailin iddiaçıya göndərildiyini iddia edirsə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə uyğun olaraq o zaman bu mailin işçi tərəfindən alınmasını və işçi tərəfindən həmin məktuba cavab verildiyini təsdiq edən sənədi də məhkəməyə təqdim etməlidir. Əlavə olaraq həm də qeyd edir ki, elektron poçt vasitəsilə rəsmi xəbərdarlıq verilməsi qanunvericilik aktları baxımından da mümkün deyildir. Bu mail iddiaçıya məxsus olan və onun elektron imzası (ASAN imza) ilə yaradılan elektron informasiya kabineti deyil, sadəcə cavabdehin nəzarətində olan elektron sistemdir. Belə olan halda bu saxta mail yazışmasının məhz iddiaçı tərəfindən qəbul və təsdiq edilməsi sübut olunmur. Birinci instansiya məhkəməsi qətnaməsində cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin siyahısına şirkətin X9 müdiri Xəyal Məmmədovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimat və şirkət rəhbərinin xx.xx.2022-ci il tarixli 10 nömrəli "xxxx" LTD MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı əmri ilə bağlı mövqeyini bildirməmişdir. Bu sənədlərə münasibətdə qeyd edir ki, Xəyal Məmmədovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimatın məzmunu qeyrimüəyyən və abstrakt ifadələrlə sadəcə görünüş naminə formalaşdırılmışdır. Onun xx.xx.2022-ci il tarixli təqdimatını birinci instansiya məhkəməsi əsas göstərərək, ştatların ixtisarını bildiyinin etiraf mahiyyətində olması ilə bağlı qeyd edilməlidir ki, işin faktiki hallarından da aydın göründüyü kimi, əslində o, cavabdehə etdiyi müraciətlərlə sadəcə ona qarşı qərəzlilik və mobbinq fəaliyyətinə son qoyulmasını istəmişdir. Ümumiyyətlə məhkəmə onun qanunsuz və qərəzli hərəkətlərə son qoyulması barədə cavabdehə ünvanlamış olduğu təqdimatlarını araşdırmamış, bunlara hüquqi qiymət verməmişdir (nəinki xx.xx.2022-ci il tarixli təqdimatda, eləcədə onun cavabdehə ünvanladığı heç bir məktubunda o, cavabdeh tərəfindən şirkətin hüquq şöbəsinin ləğv edilməsindən məlumatlı olmasını açıq və ya örtülü şəkildə etiraf etməmişdir) və bunun nəticəsində də onun ixtisar əmri ilə bağlı məlumatdan xəbərdar olmasına dair əsassız mülahizə irəli sürmüşdür. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində işin faktiki hallarına istinad etməyərək, onun ixtisarla bağlı məsələdən xəbərdar olduğunu etiraf etməsi dəlilini uydurması anlaşılandır. Əks halda məhkəmənin iddianı rədd etməsi üçün hər hansı əsası olmamışdır. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZ Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazı onunla əsaslandırmışdır ki, İddiaçı onun Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işdən azad edilməsi ilə bağlı 07 fevral 2022-ci il tarixində xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 131412 saylı poçt qaiməsindən və 09 fevral 2022-ci il tarixli aktdan görünür ki, 07 fevral 2022-ci il tarixində 131412 saylı qaimə ilə xəbərdarlıq məktubu İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan 7 ünvanına çatdırılmış, lakin o, məktubu almaqdan imtina etmişdir. Belə ki, İddiaçı ona şifahi qaydada təqdim olunan ştatların ixtisarı barədə əmri almaqdan imtina etmiş və bununla bağlı məktubun onun ev ünvanına göndərilməsini bildirmişdir. Hətta bununla bağlı akt tərtib olunmuş, həmin materillar iş materiallarında vardır. Bundan sonra ştatların ixtisarı barədə əmr onun ev ünvanına göndərilmiş, lakin 137032, 137033 saylı poçt qəbzlərindən görünür ki, qapı bağlı olmuş və İddiaçı ilə əlaqə qurmaq mümkün olmamışdır. Bundan əlavə, iddiaçı 08 yanvar 2022-ci il tarixində yaşadığı və qeydiyyatda olduğu ünvanı dəyişdirməyinə baxmayaraq iş yerinə bu barədə bilərəkdən məlumat verməmişdir. Hətta iş materiallarına əlavə olunmuş əmək bildirişi çıxarışından da onun 01 fevral 2022-ci il tarixində rəsmi ünvanının ünvan 7 ünvanı olduğu görünür. Lakin sonradan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə göndərmiş olduğu və onlara yönləndirdiyi şikayətdə İddiaçı qeydiyyat ünvanının ünvan 1 olduğu müəyyən olunmuşdur. Buna görə də 04 aprel 2022-ci il tarixində ştatların ixtisarı barədə əmr 137032, 137033 saylı nömrəli poçt qəbzləri ilə onun hər iki ünvanına göndərilmişdir. Lakin hər iki ünvan bağlı olmuş, faktiki olaraq məktubu almaqdan yayınmışdır. İş materiallarına əlavə olunmuş videoyazıdan da görünür ki, 2022-ci ilin aprel ayında şirkətin əməkdaşı X10 tərəfindən video yazı aparılaraq İddiaçı bildirilir ki, ştatların ixtisarı barədə əmr videogörüntüyə alınaraq göstərilmiş, lakin İddiaçı elə bir əmrin olmadığını, yalan danışıldığını bidirmiş və «son gülen iyi güler» deyə türk dilində bir ifadə işlətmişdir. Buradan da aydın olur ki, İddiaçı ştatların ixtisarı barədə xəbərdar olunmuşdur. Əlavə olaraq bildirir ki, 07 fevral 2022-ci il və 04 aprel 2022-ci il tarixləri arasındakı dövr üzrə birinci instansiya məhkəməsinə təqdim etdikləri işçilərin davamiyyət cədvəlindən də görünür ki, İddiaçı 9 saatlıq iş rejiminə əməl etməmişdir. Ştatların ixtisarı barəsində xəbərdar edildikdən sonra şirkət barəsində müxtəlif qurumlara əsassız olaraq çoxsaylı şikayətlər etməklə bərabər əmək funksiyalarının icrasından yayınsa belə, Cavabdeh MMC tərəfindən humanistlik göstərilərək, onun barəsində hər hansı bir məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbir görülməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, İddiaçı 07 fevral 2022-ci il tarixində ştatların ixtisarı barəsində xəbərdar edilməklə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 3 saylı Məşğulluq İdarəsinə də məlumat verilmişdir. Bütün bunlar bir daha sübut edir ki, Cavabdeh MMC hüquqşünas kimi önəmli bir vəzifə daşıyan şəxsi məlumatlandırmadan ştatların ixtisarını etməzdi və edə də bilməzdi. Çünki bunun hüquqi nəticələrinin öncədə proqnoz edilməsi elə də çətin məsələ deyil. Həmçinin dövlət orqanını məlumatlandırılıb İddiaçı məlumatlandırılmaması məntiqə sığan bir hal deyil. Digər tərəfdən birinci instansiya məhkəməsində iş materiallarına əlavə olunan, eləcə də yenidən apellyasllya instansiya məhkəməsində əlavə edilən sənədlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan ilk ərizənin göndərilmə tarixinin 01 fevral 2022-ci il kimi qeyd olunsa belə, “Azərpoçt" MMC-nin qarşı tərəfə təqdim olunan məktubun çatdırılması barədə qəbzdən və iş materiallarına əlavə etdikləri məktubun üzərindəki möhürdən görunur ki, ilk məktub 08 fevral 2022-ci il tarixində göndərilmişdir. Yəni ştatların ixtisarı barəsində məlumat alındıqdan bir gün sonra... Bu da öz növbəsində İddiaçı ştatların ixtisarı barəsində məlumatlandırıldıqdan sonra şirkətə fərqli məktublar göndərdiyini təsdiq edir. Bundan sonra Cavabdeh MMC tərəfindən 11 fevral 2022-ci il tarixində yenidən İddiaçı məxsus mailto:afqan_mamedov@engin.azElektron ünvan mail adresinə ştatların ixtisarı barədə məlumat göndərilmişdir. Eyni zamanda İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsində işin birinci baxışında bildirir ki, guya o, ştatların ixtisarı barədə sənədlərin surətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətindən əldə etdikdən sonra bu barədə məlumatı olmuşdur. Habuki birinci instansiya məhkəməsində qarşı tərəf müraciət edərək X13 Xidmətindən tələb etdiyi sənədlərin eynisini Cavabdeh MMC-dən tələb etmişdir və birinci instansiya məhkəməsində əsaslandırma kimi həmin sənədlərdən məlumatsız olduğunu qeyd etmişdir. Bu hal İddiaçı birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində bildirdikləri arasında ziddiyət təşkil etdiyini göstərir. Bundan əlavə İddiaçı Cavabdeh MMC barəsindəki çoxsaylı şikayətlərinin heç bir nəticə vermədiyini görüb. "xxxx" MMC barəsində çoxsaylı qurumlara tamamilə əsassız və formal xarakterli şikayətlər göndərmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli Əmək Müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də Hüquq şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmiş, həmin əmək müqaviləsi əsasında iddiaçı müqaviləsi üzrə öhdəliklərini icra etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-də struktur dəyişiklikləri ilə bağlı təqdimata əsasən Cavabdehndə idarəetmənin təkmilləşdirilməsi, əmək funksiyaları bölgüsünün restrukturizasiyası, daha çevik və rəqabətə davamlı komandanın formalaşdırılması, iş prosesində meydana çıxan məsələlərə peşəkar yanaşmanın tətbiq edilməsi və maliyyə xərclərinə qənaət istiqamətində hüquq xidmətinin peşəkar qaydada müqavilə əsasında üçüncü tərəflərdən əldə edilməsi struktur dəyişikliklərini labüd edərək müəyyən işçilərin sayı və ştatlarının ixtisar edilməsi zəruri hesab edilmiş, bununla əlaqədar şirkətdə mövcud olan Hüquq şöbəsinin rəhbəri və hüquqşunas ştat vahidlərinin 28 mart 2022-ci il tarixdən ləğv edilməsi məqsədəuyğun hesab edilmiş və bu səbəbdən Cavabdeh MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 10 nömrəli əmrlə Cavabdeh MMC-də Hüquq şöbəsinin rəhbəri və hüquqşunas ştatlarının ixtisar edilməsi ilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulan prosedur hərəkətlərə başlanılması, xəbərdarlıq müddəti ərzində əmək haqları saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə, habelə iş ahəngini pozmamaq şərti ilə hər iş həftəsinin fərqli iş günləri olmaqla iki iş günü ərzində X11 və İddiaçı əmək funksiyalarının icrasından azad edilməsi əmr edilmişdir. Bundan sonra, cavabdeh tərəfindən İddiaçı Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıq göndərilərək razı olduğu halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və 77-ci maddəsinin 4-cü bəndinin tələblərinə uyğun olaraq, xəbərdarlıq müddəti əvəzinə istinad edilmiş qanunvericiliklə nəzərdə tutulmuş ödənişi bir dəfəyə ödəməklə, onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xəbərdarlıq aldığı və razılıq verdiyi gün ləğv edilməsi bildirilmiş, bildiriş ünvan 7 ünvanına göndərilmiş, lakin bildiriş iddiaçıya təqdim edilmədən geri qaytarılmışdır. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmişdir. İddiaçı hazırda onun işdən azad edilməsinin qanunsuzluğunu mübahisələndirir və barəsində olan əmrin ləğvini, əvvəlki işinə bərpa edilməsini və s. tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəlləsinin 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Birinci instansiya məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, xx.xx.2022ci il tarixli 10 nömrəli "Engin” LTD MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı əmrdən iddiaçının məlumatının olmaması barədə dəlili işin müəyyən edilən halları ilə təsdiq olunmadığından əsassızdır. Belə ki, iddiaçının məhz 2022-ci ilin fevral ayından başlayaraq cavabdehə ünvanlanan onun fəaliyyəti ilə bağlı narazılıq məktublarını, xüsusi ilə xx.xx.2022-ci il tarixli qərəzliliyə son qoyulması barədə təqdimatını qeyd etmək olar, hansı ki, iddiaçı yuxarıda qeyd edilən həmin təqdimatda cavabdeh tərəfindən şirkətin hüquq şöbəsinin ləğv edilməsindən məlumatlı olmasını etiraf edirdi. Məhz bu hal özü də, MMC-nin hüquq şöbəsinin ixtisar olunması barədə iddiaçının məlumatlı olmasını təsdiq etdiyindən iddiaçının əmrin ləğvi barədə dəlilləri əsassız hesab edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki iş materiallarına əlavə olunan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli “qərəzliliyə son qoyulması” barədə təqdimatda qeyd etmişdir ki, “Məlumat üçün qeyd edək ki, Sizin direktor olduğunuz müddətdən etibarən Hüquq Şöbəsinin funksiyaları əsassız olaraq tədricən məhdudlaşdırılmağa başlanılmışdır. Xüsusilə keçmiş direktorun zamanında şirkət kassasından nağd qaydada alınan ödənişlər Hüquq Şöbəsinin məlumatı və razılığı olmadan hər hansı şirkət əməkdaşına təhvil verilmirdi. Şirkətin maliyyə intizamının möhkəmləşdirilməsinə xidmət edən bu nəzarət funksiyası Siz direktor olduğunuz vaxtdan etibarən aradan qaldırılmışdı. Bu funksiya korrupsiya və mənimsəmə hallarına yol verən şirkət əməkdaşlarının mənafeyinə zidd idi. Bu səbəbdən onların təkidi və Sizin tapşırığınız ilə bu nəzarət sistemi ləğv edildi. Təəccüb doğuran məsələ bu nəzarət funskiyasının məhz Sizin tərəfinizdən ləğv edilməsi idi. Çünki digər əməkdaşların bu nəzarətdən yayınmağa cəhd etməsi başa düşülən idi, amma Siz şirkətin mənafeyini düşünməli olan şəxs kimi bu nəzarət sisteminin saxlanılmasında maraqlı olmalı idiniz. Bu səbəbdən bu mexanizmin Sizin tərəfinizdən ləğv edilmə səbəbi barədə müəyyən əsaslı ehtimallara sahib olmuşuq...Nəticədə 2022-ci ilin yanvar ayından etibarən Hüquq Şöbəsinə qarşı Sizin şəxsi düşmənçilik və qərəzlilik fəaliyyətiniz ən yüksək dərəcəyə çatmışdır. Belə ki, bütün şirkət əməkdaşlarına Hüquq Şöbəsi ilə əlaqələrin dayandırılması barədə şifahi tapşırıq vermisiniz. Belə fəaliyyətin tamamilə qanunsuz olduğunu bəyan edir və diskriminasiya hərəkətlərinə son qoyulmasını Sizdən xahiş edirik”. Məhkəmə kollegiyasının araşdırması zamanı, eləcə də xx.xx.2022-ci il tarixli təqdimatdan da müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən şirkətin hüquq şöbəsinin ləğv edilməsindən məlumatlı olmasını etiraf etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, 07 fevral 2022-ci il tarixində İddiaçı Şirkətdə Hüquq şöbəsinin rəhbəri ştatının ləğv edilməsi barədə əmr verildiyi bildirilmiş, daha sonra Şirkətdə Hüquq şöbəsinin rəhbəri vəzifəsinin 28 mart 2022-ci il tarixindən ləğvi barədə Xəbərdarlıq təqdim edilmiş, ancaq İddiaçı Xəbərdarlıq ilə tanış olmaqdan imtina etmiş və sənədin onun qeydiyyat ünvanına göndərilməsini qeyd etmişdir. Qeyd olunan xəbərdarlıq ünvan 7 ünvanına göndərilsə də, məktub qəbul etməkdən imtina səbəbindən geri qaytarılmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəifindən xəbərdarlıq məktubu şddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanına deyil, ünvan 10 ünvanda yaşamadığından qeyd olunan məktub iddiaçıya təqdim olunmadan geri qaytarılmışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Mülki iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixində pozuntular barədə, xx.xx.2022-ci il tarixində əmək haqqının yüksəldilməsi barədə, xx.xx.2022-ci il tarixində əmək funksiyalarının icrası barədə, xx.xx.2022-ci il tarixində qərəzsizliyə son qoyulması barədə, xx.xx.2022-ci il tarixində əmək funksiyalarının həyata keçirilməsinə şərait yaradılması barədə, xx.xx.2022-ci il tarixində müəsissə idarəetməsinin qanuna uyğunlaşdırılması barədə, xx.xx.2022-ci il tarixində qərəzlilik fəaliyyətinə son qoyulması barədə təqdimatlarla cavabdeh hüquqi şəxsin direktoruna müraciətlər etmişdir (i/v 140-155). Lakin həmin müraciətlər nəticəsiz qaldığından və onlara cavab verilmədiyindən xx.xx.2022-ci ildə cavabdehə poçt vasitəsilə rəsmi xəbərdarlıq göndərərək, xx.xx.2022-ci ildən 10 (on) iş günü müddətində təkbaşına tətil keçirəcəyini bildirmişdir (i/v 116, 156).Bundan əlavə birinci instansiya məhkəməsinin iclas protokolundan da görünür ki,iddiaçı öz izahatlnda 14 mart tarixində cavabdehə bildiriş göndərərək tətil edəcəyi barədə cavabdehi əvvəlcədən xəbərdar etdiyini göstərmişdir. Mülki iş materiallarına əlavə olunan İddiaçı tərəfindən "xxxx" MMC-yə edilmiş tətil keçiriləcəyi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Hüquq Şöbəsinin fəaliyyətinin qanunsuz olaraq məhdudlaşdırılması və qərəzlilik fəaliyyətinə son qoyulması barədə Şöbə tərəfindən Sizə çoxsaylı yazılı müraciətlər göndərilmişdir. Lakin bu müraciətlərin heç birinə yazılı cavab verilməmiş və məhdudiyyətlər aradan qaldırılmamışdır. Elektron poçt yazışmalarının məhdudlaşdırılması, tərəfindən təqdim edilmiş sənədlərin imzalanmaması, əmək funksiyalarının icrasına qanunsuz müdaxilə, diskriminasiya və digər hallar fərdi əmək mübahisəsinin yaranmasına gətirib çıxarmışdır. Bu qanunsuz halların aradan qaldırılması məqsədilə əmək qanunvericiliyinə uyğun olaraq tətil keçirmək hüququndan istifadə etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən yaranmış əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2022-ci il tarixindən etibarən 10 iş günü müddətində təkbaşına tətil edəcəyi və əmək funksiyamın icrasını dayandıracağı barədə "xxxx" MMC-yə xəbərdarlıq edir və əmək mübahisəsinin həlli məqsədilə pozuntuların aradan qaldırılmasını yenidən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən əməyin mühafizəsinin təşkili və təmin edilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi və əmək qanunvericiliyinin pozulması və digər məsələlər fərdi əmək mübahisələri dairəsinə daxil edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci bəndinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 295-ci maddəsinin 1-ci bəndinə əsasən pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər. Həmin Məcəlləsinin 295-ci maddəsinin 4-cü bəndinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər. Həmin Məcəlləsinin 295-ci maddəsinin 5-ci bəndinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz. Göründüyü kimi Cavabdeh MMC təkbaşına tətil edən iddiaçının hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmədən onunla bağlanmış əmək müqaviləsinə onun tətil etdiyi müddətdə yəni xx.xx.2022-ci il tarixdə ƏMnin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam vermişdir. Məhkəmə kollegiyasının 01 dekabr 2022-ci il tarixdə keçirilmiş iclasında cavabdehin nümayəndəsi iddiaçının tətil keçirəcəyi barədə xəbərdarlıq məktubunun alındığını təsdiq etmiş və bildirmişdir ki, bununla əlaqədar cavabdeh qanunla ona verilmiş məhkəməyə müraciət etmək hüququndan ona görə istifadə etməmişdir ki, bu əmək mübahisəsinin əsassız uzanmasına səbəb olacaqdır. Lakin buna baxmayaraq cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasında yəni xx.xx.2022-ci il tarixli məhkəmə iclasında heç bir əsas olmadan iddiaçının tətil keçirməsi ilə əlaqədar cavabdehə müraciət etmədiyini bildirmişdir. Lakin bu iş materiallarında olan xx.xx.2022-ci il tarixli Tranzaksiya/Göndəriş SS783012312AZ nömrəli sifarişli məktuba əsasən təkzib olunur. Azərbaycan Respublikası MPM-nin 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tətil etdiyi müddətdə onun qanuna zidd olaraq işdən çıxarıldığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə hesab edir ki, Cavabdeh MMC-nin 04 aprel 2022-ci il tarixli, KÇ 153 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də tutduğu vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanmaqla ona ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğin ödənilməsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası, iddiaçının iddia tələbinin “25 (iyirmi beş) manat mediasiya xərcinin və 215 (iki yüz on beş) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 06 may 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi ilə bağlı 25 (iyirmi beş) manat xidmət haqqı, həmçinin 06 may 2022-ci il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi ilə bağlı 215 (iki yüz on beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, mediasiya haqqı olaraq ödənilmiş 25 manat, iddia ərizəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 215 manat və apellyasiya şikayəti üçün dövlət rüsumu olaraq ödənilmiş 120 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e- 2(012)-3284/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin 04 aprel 2022-ci il tarixli, KÇ 153 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də tutduğu vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı, eləcə də, mediasiya haqqı olaraq ödənilmiş 25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 215 manat və apellyasiya şikayəti üçün dövlət rüsumu olaraq ödənilmiş 120 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2(012)-3284/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə 04 aprel 2022-ci il tarixli, KÇ 153 nömrəli əmri ləğv edilsin, İddiaçı Cavabdeh MMC-də tutduğu vəzifəsinə bərpa edilsin və cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanmaqla iddiaçıya ödənilsin. İddiaçı tərəfindən mediasiya xidməti haqqı olaraq ödənilmiş 25 (iyirmi beş) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 215 (iki yüz on beş) manat və apellyasiya şikayəti üçün dövlət rüsumu olaraq ödənilmiş 120 (yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi mənəvi zərərə dair hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar