Məhkəmə qərarları › İş №2(105)-2230/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2230/2021

17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2230/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, Ərizəçi1 qohumluq faktının və vərəsəlik hüququnun müəyyən edilməsi barədə ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2239/2018 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2239/2018 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi1 mərhum X9 onun əmisi olmaqla, qohumluq faktının müəyyən edilməsi və onun mərhum X9 vərəsəsi kimi tanınmasının müəyyən edilməsi barədə ərizəsi təmin edilməmişdir. (hakim E.Məmmədov) Qətnamədən Ərizəçi1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2239/2018 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizəsinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X9 onun əmisi olmaqla, qohumluq faktının müəyyən edilməsi və onun mərhum X9 vərəsəsi kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X17 onun doğma əmisi olmuşdur. Həmçinin X5 ilə mərhum X9 ataları eyni-X11, anaları isə fərqlidir. Əmisi X3 rayonunda gedən döyüşlərdə 26 fevral 1994-cü ildə həlak olaraq şəhidlik zirvəsinə ucalmışdır. 10 may 1994-cü ildə isə ölüm haqqında 438858 nömrəli şəhadətnamə verilmişdir. X1 valideynlərinin hər ikisi vəfat etmişdir. Şəhid ailələrinə birdəfəlik ödəniş 11000 manat sığorta ödənişinin verilməsi məsələsi ilə bağlı müraciət üçün qohumluq faktının təsdiq edilməsi zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Qətnamədən Ərizəçi1 apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunan sübutlardan və tərəflərin izahatlarından kifayət qədər aydın şəkildə məlum olur ki, Ərizəçi1 əmisi mərhum X9 tək vərəsəsidir və buna görə də məhkəmə tərəfindən Ərizəçi1 mərhum X9 onun əmisi olmaqla qohumluq faktının müəyyən edilməsi və onun mərhum X9 vərəsəsi kimi tanınması barədə ərizəsi təmin edilməlidir. Lakin kifayət qədər sübutların olmasına baxmayaraq, Abşeron Rayon Məhkəməsi tərəfindən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxılmamış, iş üzrə sübutlar kifayət qədər əsaslı şəkildə qiymətləndirilməmiş, tərəflərin izahatları işə baxan hakim tərəfindən dinlənilməmişdir. Apelyasiya şikayətində Abşeron Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2(012)- 2239/2021 saylı qətnaməsinin ləğv edilməsi, mərhum X17 ilə Ərizəçi1 əmisi olmaqla, qohumluq faktının müəyyən edilməsi və mərhum X9 vərəsəsi kimi Ərizəçi1 tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Ərizəçi1 şikayətini müdafiə edib ona uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iş üzrə maraqlı şəxslər Maraqlı şəxs1 qızı, X12 və Maraqlı şəxs3 iştirak etdikləri məhkəmə iclasında ərizəçi ilə eyni məzmunlu izahat verərək mərhum X9 əmiləri olduğunu və ərizəçinin onun vərəsəsi olduğunu bildirdilər. İş üzrə maraqlı şəxslər sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklərinə baxmayaraq səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmişlər. Ərizəçi isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə kollegiyası prosessual müddəti nəzərə alaraq vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfində verilmiş 11 aprel 2021-ci il tarixli, **********565 saylı ərizədən görünür ki, X13 qonşusu Ərizəçi1 babası X6 tərəfindən 1974-cü ildə övladlığa götürüldüyünü və onun himayəsində böyüdüyünü bildirmişdir. Yenə iş materiallarında olan 13.05.1994-cü il tarixində verilmiş arayışından görünür ki, mərhum X17 26.02.1994-cü il tarixdə həlak olarkən ailəsindən anası X7 qalmışdır. Yenə də iş materiallarında olan Ağdam Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 05.03.1994-cü il tarixli, 293\k saylı arayışdan görünür ki, mərhum X17 26.02.1994-cü il tarixdə vəzifə borcunu yerinə yetirərkən həlak olmuşdur. İş materiallarına əlavə edilmiş Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İİİ-JQ 402527 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X8 ilə 31 avqust 1984-cü il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Yenə iş materiallarına əlavə edilmiş Ağdam rayon VVADQ şöbəsi tərəfindən 07.08.1967-ci ildə verilmiş AZ ******* №-li doğum haqqında şəhadətnamədən görünür ki, X18 02 yanvar 1949-cu ildə Ağdam rayonunda anadan olmuşdur. X2r. Şəhadətnamədə ata qrafası boşdur. İş materiallarında olan Ağdam rayon VVADQ şöbəsi tərəfindən 21.08.1974— cü ildə verilmiş İİ- JQ 482521 №-li Ərizəçi1 xx.xx.1974-cü il tarixdə Ağdam rayonunda anadan olmuşdur. X5, anası isə X10r. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini, işdə olan və əlavə təqdim edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2239/2018 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, hazırki ərizənin predmeti Ərizəçi1 mərhum X9 onun əmisi olması və onun yeganə vərəsəsi olması faktının müəyyən edilməsidir. Ərizəçi mərhum X9 onun X5 ilə qardaş olmasını bildirərək Rövşən İbadinin onun əmisi olması faktının müəyyən edilməsini xahiş edir. Yuxarıda qeyd olunduğu kimi ərizəçinin X5 02 yanvar 1949-cu ildə Ağdam rayonunda anadan olmuşdur. X2r. Şəhadətnamədə ata qrafası boşdur. Yəni onun atalığı müəyyən edilməmişdir. Başqa sözlə rəsmi sənəd üzrə Yusif Əliyevin atasının məhz Rövşən İbadinin atası ilə eyni şəxs olmasını demək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1 və 307.2.11-ci maddələrinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, ərizəçi tərəfindən dəlillərinin təsdiqi üçün tutarlı əsas gətirilməmiş və hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası, sadalanan hüquq normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, AR MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2239/2018 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar