Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2249/2023 07.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Nəcmətdin oğlu Cavabdeh Nəcməddin oğluna qarşı “əmlak» tələbinə dair iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2955/2012 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Nəcmətdin oğlu Cavabdeh Nəsmətdin oğluna qarşı Sumqayıt Şəhər Məhkəməsinə 02 avqust 2011-ci il tarixli iddia ərizəsi ilə müraciət edərək, əmlak tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2012-ci il tarixli 2(060)-2955/2012 saylı qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. 20 oktyabr 2023-cü il tarixdə Cavabdeh məhkəməyə vəsatət verərək, 05 sentyabr 2012-ci il tarixli qərardaddan şikayətin verilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyündən onun bərpa edilməsini xahiş etmiş, eyni zamanda həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(060)-2955/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2012-ci il tarixli 2(060)- 2955/2012 saylı qərardadından Cavabdeh şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası verdiyi vəsatəti təmin edilməməsi, verdiyi şikayət və ona əlavə olunmuş sənədlərin birlikdə geri qaytarılması qərara alınmışdır (hakim Əfqan Ələkbərov). Cavabdehin nümayəndəsi Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(060)-2955/2012 saylı qəraradından narazı qalaraq, şikayət vermiş və qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışlar ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə Cavabdeh müddətin ötürməsinin səbəblərini göstərməmiş, düzgün qərar qəbul edilməsi məqsədilə müddətin buraxılmasının üzrlü olub-olmaması məsələsinə hüquqi qiymət verməmiş, müddətin üzrlü səbəbdən ötürülməməsi qənaəti barədə nəticəsini əsaslandırmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2955/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2955/2012 saylı, 03 noyabr 2023-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Gülnarə Tağızadə). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2955/2012 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 268-ci maddəsinin tələbinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildiyindən sonra 10 gün müddətində verilə bilər. Məhkəmə kollegiyasında aparılmış araşdırma zamanı iş materialları ilə müəyyən edilir ki, sözügedən qərardad Cavabdeh Nəcməddin oğlu tərəfindən xx.xx.2012-ci il tarixdə məhkəmə qəbzinin kötüyünə imza edilməklə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə qərardada izah verilməsi barədə müraciət edilmiş, eyni zamanda xx.xx.2012-ci il tarixdə Cavabdeh Nəcməddin oğlu qarşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxılmadan qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2012-ci il tarixli qərardadı ilə xx.xx.2012-ci il tarixli barışıq sazişi barədə qərardada düzəlişlər edilmiş və həmin qərardad Cavabdeh Nəcməddin oğlunun nümayəndəsi X2 tərəfindən xx.xx.2012-ci il tarixdə məhkəmə qəbzinin kötüyünə imza edilməklə qəbul edilmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdehin nümayəndəsi qərardaddan şikayəti qanunla nəzərdə tutulmuş müddət ötürməklə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə cavabdeh qərardaddan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən və bununla bağlı dəlilləri formal xarakter olmaqla əsaslandırılmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin şikayət verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin rədd edilməsi barədə qərardadı əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2955/2012 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2249/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2249/2023
07.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver