Məhkəmə qərarları › İş №2(105)-2254/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2254/2020

17.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2254/2020 17.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X7,İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh, onun nümayəndəsi X4, vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-330/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-330/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Aynur Behbudova) İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında işə baxılarkən Cavabdeh ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-330/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib, apellyasiya şikayətindən imtina barədə ərizəsinin təmin edilərək, apellyasiya şikayətindən imtinasının qəbul edilib ona münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında cavabdehin apellyasiya şikayətindən imtina barədə ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi X5 cavabdehin apellyasiya şikayətindən imtina barədə ərizəsinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-330/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək ona münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-330/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, Cavabdeh apellyasiya şikayətindən imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-330/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası barədə ərizəsi təmin edilsin, onun apellyasiya şikayətindən imtinası qəbul edilsin vəCavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar