Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-229/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(067)-51/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(067)-51/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 24 aprel 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə aid Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisində yerləşən 1,05 ha pay torpaq sahəsinin 0,30 ha hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunsuz istifadələrindən alınaraq İddiaçı istifadəsinə qaytarılmaqla iddiaçının mülkiyyətinə aid 1,05 ha torpaq sahəsinin tamlığı həmin torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilməsi qət edilmişdir. (hakim X.Quliyev) Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(067)-51/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 aprel 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun mülkiyyəti olan, Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisində yerləşən 1,05 ha torpaq sahəsinin 0,30 ha hissəsinin cavabdehlərin qanunsuz istifadələrindən alınaraq istifadəsinə qaytarılması və 1,05 ha torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənəddə göstərilən plan və cizgilər daxilində tamlığının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisindən 1,05 ha pay torpaq sahəsini satın almış, aldığı torpaq sahəsinin mülkiyyət hüququna dair onun adına 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun həmkəndliləri, həm də onun torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin istifadəçiləridirlər. Cavabdehlər hazırda onun mülkiyyətinə verilmiş 1,05 ha torpaq sahəsinin 0,30 ha hissəsini tutaraq özlərinin olduğunu iddia edirlər və öz torpaq sahələrinə qatmaqla qanunsuz olaraq istifadə edirlər. Dəfələrlə cavabdehlərdən torpaq sahəsini boşaltmalarını tələb etsə də, cavabdehlər torpaq sahəsini geri qaytarmaqdan imtina edirlər və iddia edirlər ki, onun tələb etdiyi torpaq sahəsi guya onlara aid ərazidir. Cavabdehlərin hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulduğundan iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından həmin qətnamə qanunsuzdur. Belə ki, məhkəmə iclasında cavabdehlərdən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Hacıəhmədoba kəndində yaşayır. İş üzrə İddiaçı onun həmkəndlisidir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 nömrəli qərarına əsasən onun və dörd nəfər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə yaşadıqları Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisindən cəmi 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə onun və ailə üzvlərinin mülkiyyət hüququları torpağın mülkiyyətə verilməsinə dair JN-117G seriyalı, 30205028 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. 1998-ci ildə islahat zamanı qeyd olunan torpaq sahəsi ona mülkiyyət şəhadətnaməsində göstərilən cizgilər və sərhədlər daxilində təhkim edilmişdir. Həmin vaxtdan ona təhkim edilmiş cizgilər və ölçülər daxilində torpaq sahəsindən istifadə edir. O, İddiaçı torpaq sahəsini hər hansı ölçüdə tutmamışdır. Ona görə də iddianın ona aid hissədə təmin olunmamasını xahiş etmişdir. Digər Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Hacıəhmədoba kəndində yaşayır. İş üzrə İddiaçı onun həmkəndlisidir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 nömrəli qərarına əsasən onun və dörd nəfər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə yaşadıqları Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisindən cəmi 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə onun və ailə üzvlərinin mülkiyyət hüququları torpağın mülkiyyətə verilməsinə dair JN-053B seriyalı, 30205028 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. 1998-ci ildə islahat zamanı qeyd olunan torpaq sahəsi ona və ailə üzvlərinə mülkiyyət şəhadətnaməsində göstərilən cizgilər və sərhədlər daxilində təhkim edilmişdir. Həmin vaxtdan ona təhkim edilmiş cizgilər və ölçülər daxilində torpaq sahəsindən istifadə edir. O da İddiaçı torpaq sahəsini hər hansı ölçüdə tutmamışdır və buna görə də iddianın ona aid hissədə təmin olunmamasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş hüquq müəyyənedici sənədlərdən görünür ki, Cavabdeh2 və 4 nəfər ailə üzvünə Xaçmaz rayonunun Hacıəhmədoba kəndində 0,23 ha, Cavabdeh3 4 nəfər ailə üzvünə 0,25 ha həyətyanı torpaq sahələri verilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatında onlar iştirak etməmiş, ölşmə və tədqiqat işləri onların iştirakı olmadan aparılmışdır. Buna görə də həmin rəy mötəbər sübut növü sayıla bilməz. Mübahisə üzrə yenidən ekspertiza keçirilməli və yalnız bundan sonra mübahisə həll olunmalıdır. Bu hallara düzgün qiymət verilmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, yaranmış mübahisənin əsas səbəbi iddiaçının reyestrdən çıxarışının düzgün tərtib edilməməsi, torpaq sahəsinin sənədə əsasən sürüşdürülməsi olmuşdur. Keçirilmiş ekspertizalar da bunu təsdiq edir. İddiaçı özünə məxsus torpaq sahəsinə dair düzgün sənəd alsa, onda mübahisəyə də son qoyulacaqdır. Digər Cavabdeh3 məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahatını təkrar etdi və şikayətin əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, iddiaçının hazırda hüquqmüəyyənedici sənədi ilə torpağı başqa yerə düşür. Apelyasiya baxışı zamanı Cavabdeh1 qətnamədən şikayət vermədiyini, həmin qətnamə ilə onun maraqlarına toxunulmadığını, lakin onun da yerinin sürüşdürüldüyünü, RX tərəfindən onun torpaq sahəsinin də plan və ölçüsünün düzgün tərtib edilmədiyini, lakin mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. İddiaçı, həmçinin onun vəkili X5 məhkəmə kollegiyasının iclasında şikayətin rədd edilməsini, iş üzrə çıxarılmış qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisində yerləşən 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan 23 may 2018-ci il tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisində yerləşən 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yenə də iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-117G seriyalı, 30205028 kodlu şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 nömrəli qərarına əsasən Cavabdeh2 və 4 nəfər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə yaşadıqları Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisindən cəmi 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-053B seriyalı, 30205028 kodlu şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 nömrəli qərarına əsasən Cavabdeh3 və 4 nəfər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə yaşadıqları Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisindən cəmi 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin(mütəxəssis rəyini Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mütəxəssisi vermişdir) 11 oktyabr 2019-cu il tarixli rəyindən məlum olur ki, 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisində yerləşən 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada yerində mövcud deyildir. Onun naturada istifadə etdiyi torpaq sahəsi ilə sənəddə göstərilən torpaq sahəsinin kordinatları arasında kəskin fərq var. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin («xxxx» MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən) 20 aprel 2020-ci il tarixli, 32007 saylı rəyindən görünür ki, 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinə əsasən İddiaçı məxsus olan, Xaçmaz rayonunun Hacıəhməd-oba kəndi ərazisində yerləşən 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənədində göstərilən cizgilər daxilində naturada mövcuddur. Həmin rəyə əsasən iddiaçıya aid, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 23.04.2018-ci il tarixli, A№260285 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən otuzdurulmuşdur. Eyni zamanda İddiaçı mülkiyyətinə aid 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 torpaq sahələri tam olaraq üst-üstə düşdüyündən onların sənədlərində qeyd olunan ölçü daxilində iddiaçının torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Yenə də işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin (“xxxx” MMC-nin 05 noyabr 2020-ci il tarixli, 07 saylı mütəxəssis rəyinə əsasən tərtib edilib) 29 dekabr 2020-ci il tarixli, 10/2707 saylı rəyindən görünür ki, işdə olan 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə aid, Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisində yerləşən 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan ölçü sənədi torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş əraziyə uyğun işlənmədiyindən bu sənəddə qeyd edilmiş torpaq sahəsi öz yerindən kənarda yerləşir. Lakin torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarının bölgü layihəsinə əsasən həmin RX ******* nömrəli çıxarışın işlənməsinə əsas olmuş 69 nömrəli pay torpağının yerləşmə yerinə uyğundur. 23 may 2018-ci il tarixli, RX ******* qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 mülkiyyətinə aid Hacıəhmədoba kəndi ərazisində yerləşən 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan ölçü sənədi torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş əraziyə uyğun işlənmədiyindən bu sənəddə qeyd edilmiş torpaq sahəsi öz yerindən kənarda yerləşir. Lakin torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarının bölgü layihəsinə əsasən həmin RX ******* nömrəli çıxarışın işlənməsinə əsas olmuş 69 nömrəli pay torpağının yerləşmə yerinə uyğundur. JN-117G seriyalı, 30205028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmin kəndin ərazisində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin yeri ərazinin yerquruluşu planına əsasən dəqiqləşdirilərkən məlum oldu ki, həmin xəritədə JN- 117G seriyalı həyətyanı sahə cəmi 0,05 ha qeyd olunmuşdur. Cavabdeh2 istifadəsində olan yerdə qalan 0,18 ha torpaq sahəsi həmin yerquruluşu planında 227 BB seriya ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeydə alınmışdır. Həmin 0,05 ha torpaq sahəsi öz yerindədir. JN-053B seriyalı, 30205028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmin kəndin ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin yeri ərazinin yerquruluşu planına əsasən dəqiqləşdirilərkən məlum oldu ki, həmin xəritədə JN-053B seriyalı həyətyanı sahə mübahisələndirilən hissədə yoxdur. Cavabdeh3 istifadəsində olan torpaq sahəsi həmin yerquruluşu planında 236 BB seriya ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeydə alınmışdır. Bu səbəbdən də JN-053B seriyalı şəhadətnaməyə əsasən 0,25 ha torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmadı. İddiaçı mülkiyyətinə aid 1,05 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər hansı birinin torpaq sahəsi ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. İddiaçı mülkiyyətinə aid 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh2 tərəfindən 950 kv.metr və Cavabdeh3 tərəfindən 1500 kv.metr hissədə istifadə edilir. İşdə olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02 mart 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 və ailə üzvlərinin adına olan JN-117G saylı, 30205028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında 0,05 ha qeyd olunmuşdur. Bundan əlavə, X1 və ailə üzvlərinin adına olan 0,25 ha torpaq sahəsinə verilmiş JN-053B saylı, 30205028 kodlu torpağın mülkiyyətə vüerilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi aşkar edilməmiş və həmin şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmişdir. Qeyd edilmişdir ki, JN-117G saylı, 30205028 kodlu və JN-053B saylı, 30205028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul olunmalı, iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisindən 1,05 ha pay torpaq sahəsi satın almış, aldığı torpaq sahəsinin mülkiyyət hüququna dair onun adına 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Eləcə də, onunla qonşuluqda Cavabdeh1 xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bundan başqa, həmin ərazidə cavabdehlərdən Cavabdeh2 və 4 nəfər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərində 0,23 ha həyətyanı torpaq sahəsi və Cavabdeh3 və 4 nəfər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərində 0,25 ha həyətyanı torpaq sahəsi vardır. İş üzrə tərəflərin torpaq sahələrinə dair hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia edir. Keçirilmiş ekspertiza və mütəxəssis rəyləri ilə isə onun, ilkin torpaq ayırma sənədlərinə istinad edərək iddia etdiyi torpaq sahəsi ilə hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus torpaq sahəsinin kordinatları arasında kəskin fərq olduğu müəyyən edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, işdən görünür ki, məhkəmə iddianı qismən təmin etsə də, qətnamənin nəticə hissəsində iddianın təmin edilməyən hissəsinin nədən ibarət olduğunu göstərməmiş, prosessual pozuntuya yol vermişdir. Qeyd edildiyi kimi İddiaçı özünə məxsus torpaq sahəsinə dair 24 aprel 2018-ci il tarixli, RX ******* saylı hüquqların dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Lakin iş materiallarından görünür ki, bu reyestrdəki qeydiyyat və onun əlavəsi olan torpaq sahəsinin planı və ölçüsündəki kordinatlarla, əmin qeydiyyatın aparılması üçün əsas olmuş 69 saylı pay torpaq sahəsinə dair dövlət aktındakı kordinatlar arasında uyğunsuzluq vardır. Belə ki, işdəki mütəxəssis və onların əsasında verilmiş ekspert rəylərindən görünür ki, 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə aid, Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisində yerləşən 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan ölçü sənədi torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş əraziyə uyğun işlənmədiyindən bu sənəddə qeyd edilmiş torpaq sahəsi öz yerindən kənarda yerləşir. Lakin torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarının bölgü layihəsinə əsasən həmin RX ******* nömrəli çıxarışın işlənməsinə əsas olmuş 69 nömrəli pay torpağının yerləşmə yerinə uyğundur. Başqa sözlə, qeyd olunan ekspert rəyinə əsasən iddiaçının hazırda mövcud hüquqmüəyyənedici sənədləri ilə faktiki torpaq sahəsinin kordinatları arasında uyğunsuzluq vardır. Qeyd olunan rəydən məlum olur ki, iş üzrə Cavabdeh1 mülkiyyətinə aid Hacıəhmədoba kəndi ərazisində yerləşən 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan ölçü sənədi də torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş əraziyə uyğun işlənmədiyindən bu sənəddə qeyd edilmiş torpaq sahəsi öz yerindən kənarda yerləşir. Məhkəmə kollegiyası xüsusilə qeyd etmək istəyir ki, torpaq islahatı aparılan zaman vətəndaşlara verilmiş pay torpaqlarına dair Dövlət aktları əsasında mülki-hüquqi əqdlər bağlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən tərtib olunan plan və ölçülərin kordinatları ilə ilkin torpaq ayırma sənədlərinin kordinatları arasındakı uyğunsuzluq tez-tez təkrarlanan və məhkəmə mübahisələrinə səbəb olan hallara çevrilmişdir. Məhz bu səbəbdən də “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı ilə (2.5-ci bəndi) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən iddiaçının hazırda mövcud hüquqmüəyyənedici sənədlərə istinad edib cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onun 0,30 ha torpaq sahəsini zəbt etmələrini iddia etməsi əsassızdır. Eləcə də, Cavabdeh1 izahatından, həmçinin ekspert rəyindən göründüyü kimi o, qətnamədən şikayət verməsə də, onun da torpaq sahəsinin yeri sürüşdürülmüş, daha doğrusu hüquqmüəyyənedici sənədlərdəki kordinatlarla faktiki vəziyyət arasında uyğunsuzluq vardır. Digər tərəfdən, ekspert rəyinə görə JN-117G seriyalı, 30205028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmin kəndin ərazisində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin yeri ərazinin yerquruluşu planına əsasən dəqiqləşdirilərkən məlum olub ki, həmin xəritədə JN-117G seriyalı həyətyanı sahə cəmi 0,05 ha qeyd olunmuşdur. Cavabdeh2 istifadəsində olan yerdə qalan 0,18 ha torpaq sahəsi həmin yerquruluşu planında 227 BB seriya ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeydə alınmışdır. Həmin 0,05 ha torpaq sahəsi öz yerindədir. JN-053B seriyalı, 30205028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmin kəndin ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin yeri ərazinin yerquruluşu planına əsasən dəqiqləşdirilərkən məlum olub ki, həmin xəritədə JN-053B seriyalı həyətyanı sahə mübahisələndirilən hissədə yoxdur. Cavabdeh3 istifadəsində olan torpaq sahəsi həmin yerquruluşu planında 236 BB seriya ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeydə alınmışdır. Bu səbəbdən də JN-053B seriyalı şəhadətnaməyə əsasən 0,25 ha torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə bütün tərəflərin istifadə etdikləri torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərində göstərilmiş kordinatlar ilə faktiki vəziyyəti arasında müəyən uyğunsuzluq vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddia təmin oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yenə həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Азярбайъан Республикасы Мцлки Мяъяллясинин 157.2-ъи маддясиня ясасян мцлкиййятчи юзэясинин сащиблийиндян юз ямлакыны эери тяляб едя биляр. İstinad olunan hüquq normalarının ümumi məzmunundan göründüyü kimi qeyd olunan tələb etmək hüququnun gerçəkləşdirilməsi üçün əsas dispozitiv şərt əmlakın mülkiyyətçisi olmasını tələb edir. Hazırki halda iddiaçı cavabdehlərin istifadə etdikləri torpaq sahələrinin onun mülkiyyətində olan torpaq sahəsi olmasını sübut edə bilmir. Yekun olaraq məhkəmə kollegiyası hesab edir ki, AR MPM-in 77.1-ci maddəsinə əsasən sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı ona məxsus 1,05 ha torpaq sahəsinin 0,30 ha hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsinə dair də məhkəməyə əsaslı şübhələrdən kənar heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının 1,05 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən müdaxilə olması hissəsində iş üzrə mütəxəssis və onun təkrarlayan ekspert rəylərinə məhkəmə kollegiyası tənqidi yanaşır. Belə ki, daha öncə qeyd olunduğu kimi iddiaçının torpaq sahəsinin hazırda qüvvədə olan hüquqmüəyyənedici sənədindəki kordinatlarla həmin sənədin verilməsi üçün əsas olmuş sənəddəki kordinatlar arasında uyğunsuzluq vardır. Məhkəmə baxışı zamanı dindirilmiş rəy vermiş mütəxəssis Ayaz Şıxəliyevə də bildirdi ki, yalnız ilkin torpaqayırma sənədi əsas götürüldüyü təqdirdə müdaxilə faktı vardır. Hazırda qüvvədə olan və iddiaçıya tələb hüququ verən plan və ölçüyə əsasən isə zəbt faktı inkar olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yuxarıda qeyd edilmiş normalara əsasən ona məxus 1,05 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 24 aprel 2018-ci il tarixli qeydiyyat və onun tərkib hissəsi olan Torpaq sahəsinin planı və ölçüsündəki texniki uyğunzuluqların aradan qaldırılması və mülkiyyətində olan torpaq sahəsinə dair daha əvvəlki ilkin torpaq ayırma sənədlərindəki koordinatlar nəzərə alınmaqla torpaq sahəsinin yeni planı və ölçüsünün tərtib edilməsilə bağlı müvafiq quruma müraciət etməlidir və yalnız yeni hüquq müəyyənedici sənədi əldə etdikdən sonra, bu torpaq sahəsinin zəbt edilib-edilməməsilə bağlı hər hansı iddia qaldıra bilər. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozuntusu ilə məhkəmə qətnaməsi çıxarmış, mübahisəni düzgün həll etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tamamilə rədd olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh2 və Cavabdeh3 verilməli, aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən cəmi 100 manat (50+50) xərc isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(067)- 51/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh2 verilsin. Mübahisə üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən cəmi 100 manat (50+50) pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-229/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-229/2021
21.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver