Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2312/2022 01.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı yaşayış sahələrinin təhvil verilməsi tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ tanınmaqla istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizələri barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(012)-3737/2022 saylı qərardadından Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı yaşayış sahələrinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı tərəfindən alınmış, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində D nömrəli qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində sahəsi 450 kv.m olan sahənin; Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok 1-ci mərtəbəsində, qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində sahəsi 300 kv.m olan sahənin; Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 10cu mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 132 kv.m olan 3A saylı mənzilin; Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 16-cı mərtəbəsində 2,3,3 otaqdan ibarət (ümumi 3 mənzil) ümumi sahəsi 344.41 kv.m olan 2A, 3A, 3B saylı mənzillərin; Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 9-cu mərtəbəsində 3,3 otaqdan ibarət (ümumi 2 mənzil) ümumi sahəsi 263.35 kv.m olan 3A, 3B saylı mənzillərin; Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 13cü mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 132.27 kv.m olan 3B saylı mənzilin; Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 14-cü mərtəbəsində 3,3 otaqdan ibarət (ümumi 2 mənzil) ümumi sahəsi 263.35 kv.m olan 3A, 3B saylı mənzillərin; Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 132.27 kv.m olan 3B saylı mənzilin; Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində E nömrəli qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində sahəsi 120 kv.m olan sahənin; Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının H blok, 10-cu mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 114 kv.m olan mənzilin; Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok, 10-cu mərtəbəsində 2,2,2,2,3 otaqdan ibarət (ümumi 5 mənzil) ümumi sahəsi 434.31 kv.m olan mənzillərin; Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 10-cu mərtəbəsində 2,3,2 otaqdan ibarət (ümumi 3 mənzil), ümumi sahəsi 281.45 kv.m olan mənzillərin; Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının F blok, 10-cu mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 114 kv.m olan mənzilin; Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının H blok, 10-cu mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 87.09 kv.m olan mənzilin təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, iddiaçı tərəfindən alınmış Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ünvanında inşa edilmiş 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok 15-ci mərtəbəsində 3,3 otaqdan ibarət mənzillərin (ümumi 2 mənzil) ümumi sahəsi 263.35 kv.m olan 3A, 3B saylı mənzillərin də təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 08 fevral 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh MTK arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilmiş 2 girişli, çoxmərtəbəli yaşayış binasının A blok 1-ci mərtəbəsində sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2014-cü il tarixdə X2 ilə Cavabdeh MTK arasında sahəsi 300 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin təhvil verilməsi, həmin qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsindən sərbəst istifadə edilməsinə iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş üzrə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(012)-3737/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı yaşayış sahələrinin təhvil verilməsi tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ tanınmaqla istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizələri barədə mülki işin aidiyyəti üzrə göndərilməsinə dair Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Qərardaddan Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(012)-3737/2022 saylı qərardadının ləğv edilməsi, mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(012)-3737/2022 saylı qərardadı ilə şikayətin qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilmdiyindən şikayət geri qaytarılmışdır. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(012)-3737/2022 saylı qərardadından şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(012)-3737/2022 saylı qərardadı ilə ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh MTK-ya qarşı yaşayış sahələrinin təhvil verilməsi tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində cavabdehin ünvanı kimi Abşeron rayonu göstərilmişdir. Halbuki, cavabdeh "xxxx" MTK-nin hüquqi ünvanı ünvan 7n 35.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hazırki iddia tələbləri mənzil və qeyri-yaşayış sahələrinin boşaldılaraq, təhvil verilməsini ehtiva edir. Bu tələb isə MPM-nin 39-cu maddəsinin tələbləri baxımından müstəsna aiddiyət qaydalarına uyğun deyildir. Belə ki, iddiaçı mübahisə predmeti olan əmlakların nə mülkiyyətçisi, nə də qanuni sahibidir. Şərh edilənlərdən də göründüyü kimi iddia ərizəsi icraata qəbul edilərkən aidiyyət qaydaları pozulmuşdur. Hətta iddia ərizəsinin özündə cavabdeh "xxxx" MTK-nin ünvanı səhvən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-ünvan 8r. Məhkəmə isə qəbul etdiyi qərardadda göstərmişdir ki, iddiaçı müqavilə əsasında ona məxsus olduğunu iddia etdiyi və sahiblik etdiyi daşınmaz əmlakların geri qaytarılmasını xahiş etmişdir ki, bu halda da iddiaçının sahiblik hüququ pozulmuşdur. Göstərilən hal mülki prosessual qanunvericiliyin 39-cu maddəsinin təsiri altına düşməklə düzgün şəkildə daşınmaz əmlakın olduğu yer üzrə, yəni Abşeron Rayon Məhkəməsinə təqdim edilmişdir. İddia ərizəsi daşınmaz əmlakın olduğu yer üzrə əsaslı olaraq verildiyindən hazırki iddia ərizəsi Abşeron rayon Məhkəməsinin icraatına düzgün olaraq qəbul edilmişdir. İddia ərizəsində cavabdeh hüquqi şəxsin ünvanı səhvən Abşeron rayonunda qeyd edilmişdir. Halbuki, iş materiallarından da görünür ki, cavabdehin hüquqi ünvanı Nərimanov rayonundadır. Hazırki iddia tələbləri daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasını, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsini, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılmasını ehtiva etmir. Belə ki, iddiaçı mübahisə predmeti olan əmlakların nə mülkiyyətçisi, nə də qanuni sahibidir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(012)-3737/2022 saylı qərardadının ləğv edilməsi, mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(012)-3737/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə əsasında aldığı mənzillərin və qeyri-yaşayış sahələrinin təhvil verilməsini, iddia ərizəsində sadalanan daşınmaz əmlakların ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, başqa sözlə, iddiaçı müqavilə əsasında ona məxsus olduğunu iddia etdiyi və sahiblik etdiyi daşınmaz əmlakların geri qaytarılmasını xahiş etmişdir ki, bu halda da iddiaçının sahiblik hüququ pozulmuşdur. Göstərilən hal mülki prosessual qanunvericiliyin 39-cu maddəsinin təsiri altına düşməklə düzgün şəkildə daşınmaz əmlakın olduğu yer üzrə, yəni Abşeron Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36-cı maddəsi iddiaçının seçiminə görə aidiyyət normalarına müəyyən edir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki prosessual qanunvericiliyin tələblərindən isə göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyriqanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Hazırki iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsində müqavilə əsasında ona satılmış və ona məxsus olduğunu iddia etdiyi və sahiblik etdiyi daşınmaz əmlakların geri qaytarılmasını xahiş etmişdir ki, bu halda da iddiaçının sahiblik hüququ pozulmuşdur. Qeyd edilən hal mülki prosessual qanunvericiliyin 39-cu maddəsinin təsiri altına düşdüyündən hazırki iddiaya daşınmaz əmlakın olduğu yer üzrə, yəni Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi hazırki iddia ərizəsinin hüquqi şəxsin qeydiyyatda olduğu yer üzrə verilməsi barədə dəlillərini əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(012)-3737/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(012)-3737/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2312/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2312/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver