Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2392/2020 19.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakda payın müəyyən edilməsi və pul tələbinə dair mülki iş üzrə Zəngilan rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(034)-275/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim G.İmanova) İddiaçı Cavabdeh qarşı əmlakda payın müəyyən edilməsi və pul tələbinə dair mülki iş üzrə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı qərardaddan şikayət vermişdir. Zəngilan rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı əmlaka payın müəyyən edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə tikdikləri, ünvan 1 Döngə 1, Dalan 2 ünvanında yerləşən, ümumi sahəsi 120 kv.metr olan 2 mərtəbəli yaşayış evinin inventar dəyəri olan 32400 (otuz iki min dörd yüz) manat pul vəsaitinin 75 faizinə payının müəyyən edilməsi və həmin paya uyğun olaraq 24300 (iyirmi dörd min üç yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, hazırki iddiaya mahiyyəti üzrə baxılıb həll edilənədək iddianın təmin tədbiri kimi, ünvan 1 döngə 1, dalan 2 ünvanında yerləşən, ümumi sahəsi 120 kv.metr olan 2 mərtəbəli yaşayış evinin hər-hansı bir formada özgəninkiləşdirilməsinin Cavabdeh və başqa şəxslərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Həsənova X4 rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayəti qismən təmin edilməli və Zəngilan rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünüdüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən eyni zamanda iddianın təmin tədbiri kimi ünvan 1 döngə 1, dalan 2 ünvanında yerləşən, ümumi sahəsi 120 kv.metr olan 2 mərtəbəli yaşayış evinin hər-hansı bir formada özgəninkiləşdirilməsinin Cavabdeh və başqa şəxslərə qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmini barədə ərizənin təmin edilməməsini mübahisəli yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin əlavə edilməməsi ilə əsaslandırmışdır. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək üçün tədbirlər görə bilər. (Mülki Prosessual Məcəllənin 157.1., 157.2., 158.1.2., 158.1.3 maddəsi). Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək barədə tədbirlər görə bilər. Cavabdehlərə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. İşdən göründüyü kimi hazırkı iddia tələbi cavabdehlə birgə nikah dövründə tikdikləri, ünvan 1 Döngə 1, Dalan 2 ünvanında yerləşən, ümumi sahəsi 120 kv.metr olan 2 mərtəbəli yaşayış evinin inventar dəyəri olan 32400 (otuz iki min dörd yüz) manat pul vəsaitinin 75 faizinə payının müəyyən edilməsi və həmin paya uyğun olaraq 24300 (iyirmi dörd min üç yüz) manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi təşkil edir. Bu mənada məhkəmə kolegiyası ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iddia tələbi üzrə gəlinəcək nəticənin real icrasının təmin edilməsindən ötrü mübahisə obyektinin qoruyub saxlanılması zərurəti yarandığından iddia tələbinə mahiyyəti üzrə baxılana qədər yaşayış evinə dair müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək məqsədəuyğun hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Zəngilan rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı və onunla bağlı xx xxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, ərizə qismən təmin edilməli, ünvan 1 döngə 1, dalan 2 ünvanında yerləşən, ümumi sahəsi 120 kv.metr olan 2 mərtəbəli yaşayış evinə aid müəyyən hərəkətləri etməyi Cavabdeh və başqa şəxslərə qadağan edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti qismən təmin edilsin. Zəngilan rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı və onunla bağlı xx xxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. Ərizə qismən təmin edilsin. ünvan 1 döngə 1, dalan 2 ünvanında yerləşən, ümumi sahəsi 120 kv.metr olan 2 mərtəbəli yaşayış evinə aid olan müəyyən hərəkətləri etməyi Cavabdeh və başqa şəxslərə qadağan edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2392/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2392/2020
19.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver