Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2404/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X9, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili X13, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili X14 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayətləri üzrə işə apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə dilmiş əmlakın bölünməsi tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı əmlak və borc tələbinə dair qarşılıqlı iddialar üzrə ilk iddia qismən təmin edilib, “xxxxx” MTK tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən və 47 saylı xx xxx 2014-cü il tarixli müqavilə ilə əldə edilmiş ümumi sahəsi 54.5 kv.metr təşkil dən mənzilə dair pay hüquqları 3/5 hissədə Cavabdeh, 2/5 hissədə İddiaçı olması müəyyən edilmiş, ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi qaydada evlənmiş və birgə nikahdan xx.xx.2003-cü il tarixdə Lalə adlı bir nəfər uşaqları doğulmuşdur. Cavabdeh nikahın pozulması barədə məhkəmədə iddia qalırmışdır. Cavabdeh ilə birgə nikahda olduqları zaman ərzində, yəni 2014-cü ildə hər ikisinin məsləhətləşməsi və onun Rusiya Federasiyasında işlədiyi dövürdə qazandığı pul vəsaiti hesabına ev almaq qərarına gəlmişlər. Buna görə də, dostu X15 vasitəsi ilə cavabdehə ev almaq üçün xx.xx.2014-cü il tarixdə 300 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 20.000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 5000 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Eyni zamanda xx.xx.2013-cü il tarixdə X16 vasitəsi ilə cavabdehin adına 300 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 300 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 250 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 3000 rubl və xx.xx.2017-ci il tarixdə 2000 rubl pul vəsaitlərini göndərmişdir. Həmçinin xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək onun tərəfindən cavabdehin adına bank vasitəsi ilə 3150 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Cavabdehə göndərdiyi pul vəsaitlərinin hesabına onunla “xxxxx” MTK arasında 47 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh “xxxxx” Mənzil-X6 şəhəri, 9-cu mikrorayonda tikəcəyi kooperativ yaşayış binasından 1 otaqlı mənzil almaq üçün “xxxxx” Koorperativinə müraciət etmiş və tərəflər arasında müqavilə bağlanmışdır. Göstərilən müqavilənin 9-cu bəndinə əsasən “xxxxx” MTK-nın Sumqayıt şəhəri, 9cu mikrorayonda layihə-smeta sənədlərinə uyğun tikəcəyi yaşayış binasında 1 otaqlı mənzilin ümumi sahəsi 54,5 kv.m təşkil edir. Qeyd olunan müqavilənin tələblərinə əsasən alınan mənzilin hər bir kv.m sahəsinin dəyəri 550 manat, həmin mənzilin ümumi dəyəri isə 29,975 manat təşkil edir. Cavabdeh və “xxxxx” MTK arasında bağlanmış 47 saylı, xx xxx 2014-cü il tarixli müqavilə əsasında alınmış mənzil, sonuncunun adına rəsmi nikahda olduqları müddətdə alınmışdır və həmin əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ona görə də, “xxxxx” MTK-nın Sumqayıt şəhəri, 9-cu mikrorayonda layihə-smeta sənədlərinə uyğun tikilmiş yaşayış binasında yerləşən və 47 saylı, xx xxx 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzildən onun 1/2 payının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə verib, “xxxxx” MTK-nın Sumqayıt şəhəri, 9-cu mikrorayonda layihə-smeta sənədlərinə uyğun tikilmiş yaşayış binasında yerləşən və 47 saylı, xx xxx 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzildən onun 1/2 payının müəyyən edilməsi, Cavabdeh ona məxsus Belarusiya istehsalı olan soyuducu və çəkisi 50 qram (bismark modelli kişi qızıl üzük) qiyməti 2500 manat kişi qızıl-üzüyünün alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2005-ci il tarixdə cavabdeh İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və cehiz əmlaklarını cavabdehin ünvan 1 mənzil 37 ünvanında yerləşdirmişdir. O, cavabdehdən əmlaklarını tələb etsə də cavabdeh onları qaytarmamışdır. Ona məxsus olan və hazırda cavabdehin qeyri-qanuni sahibliyində qalan cehiz əmlakları qorka-(açıq-qəhvəyi, tünd qəhvəyi zolaqlı)-800 manat, divan, kreslo (yaşıl xaki, hündür karalevski)-1500 manat, jurnal stolu- 150 manat, 1 stol, 6 stul-700 manat, şfaner 6 qapılı, taxt, güzgülü makiyaj stolu, pufik, 2 tumba- 3500 manat, künc divanı (fıstıqdan düzəlmə)-500 manat, stol, tablet fıstıqdan-4 ədəd-300 manat, Gəncə xalçası qırmızı fonlu-600 manat, Belqia xalçası zoğalı fonlu-200 manat, Cəbrayıl xalçası-əl xalçası qara fonlu, laləli-1000 manat, 3 kilim (qırmızı-qara, sarı, yaşıl-qırmızı zo!aqlı)-300 manat, qonaq otağı üçün teatralnı zakaz ağ aşağısı zolaqlı 3 qatlı pərdə-350 manat, yataq otağı üçün açıq-qəhvəyi rəngli pərdə, yataq örtüyü dəsti-400 manat, uşaq otağı üçün ağ tül, açıq-qəhvəyi rəngli qıraq pərdə-150 manat, balkon üçün ağ aşağısı rəngli işləməli tül pərdə-150 manat, qalın tüklü yataq örtüyü dəsti-250 manat, nazik tüklü yataq örtüyü dəsti-150 manat, nazik yataq örtüyü dəsti-50 manat, zərli çəhrəyı yataq örtüyü dəsti-100 manat, qalın süfrə (TDR istehsalı)-100 manat, ağ xallı süfrə (Rusiya)-25 manat, ağ tikməli ipək süfrə (Türkiyə)-40 manat, qəhvəyi rəngli, xallı divan-kreslo örtüsü-150 manat, taxt döşəyi-19 kq-80 manat, tək döşək-16 kq-150 manat, zoğal rəngli tək döşək-15 kq-48 manat, yorğan-18 kq-180 manat, 6 ədəd 4 kq-dan qaz tükündən yastıq- 120 manat, 2 qaz tükündən yastıq-40 manat, 12 döşəkcə-120 manat, 6 pastel dəsti -180 manat, 4 tək nəfərlik pastel dəsti-80 manat, 10 mələfə-100 manat, 10 yastıq üzü-50 manat, 10 qətvə-120 manat, 12 əl dəsmalı-72 manat, 12 çay dəsmalı-60 manat, Hamam dəsti-150 manat, madonna yemək dəsti (Çexiya)-400 manat, madonna çay dəsti (Çexiya) 300 manat, madonna kofe dəsti (Çexiya)-200 manat, 2 madonna çərəz qabı 3 mərtəbəli-50 manat, 2 böyük, ayaqlı meyvə qabı - 200 manat, 2 böyük güldan -160 manat, 2 orta, altı bucaqlı meyvə qabı-80 manat, 2 orta, oval meyvə qabı-70 manat, 4 tülpan salfet qabı (Rusiya)-80 manat, 2 qayıq formalı konfet qabı (Rusiya)-50 manat, 12 çay stəkanı (Ukrayna)-120 manat, 12 armudu stəkan (Ukrayna)-100 manat, 2 mürəbbə qabı-30 manat, 2 tünd göy bagema konfet qabı-60 manat, 12 yaşıl bagema rumka-60 manat, 12 xrustal fıncan-80 manat, 12 xrustal duz qabı-30 manat, 6 xrustal duz qabı-20 manat, 12 xrustal mürəbbə qabı-30 manat, qırmızı ağ xallı çay dəsti-50 manat, çuğun çaydan-15 manat, 2 çuğun 10 litrlik vedrə-40 manat, 2 xrustal qrafın (Rusiya)-80 manat, Samsung televizor- 250 manat, Panasonic videoplayer-100 manat, LG tozsoran-150 manat, Vitek mikser-40 manat, Philips, Scarlet ütü-40 manat, ətçəkən -100 manat, qızının dəri gödəkcəsi-200 manat, özünün dəri gödəkcəsi-300 manat, dəri gödəkcənin biser mexi-100 manat, Norka şuba qara papaqlı dizdən aşağıya doğru rəngi açılan-2500 manat, 2 qadın çantası -100 manat, böyük, boz rəngli it (Rusiya)- 100 manat, orta, ağ-qara rəngli it (Rusiya)-70 manat, narıncı fil-30 manat, şrek -30 manat, ayı-20 manat, pələng-40 manat, qarğa-20 manat, gəlincik -20 manat, çəhrayı toxunma gəlincik (Rusiya)- 20 manat, göy toxunma gəlincik-30 manat, bundan əlavə qeyd etdiyi kimi, ona və qızına məxsus boyunbağı (750 əyar, 23 qram) - 1840 manat, bilərzik (750 əyar, 17 qram) - 1360 manat, komplekt (585 əyar, 1 5 qram, briliant) -1000 manat, nişan üzüyü (585 əyar, 6 qram, briliant) -800 manat, üzük (583 əyar, 8 qram, qırmızı qaşlı) - 400 manat, üzük (583 əyar, 3 qram, çəhrayı qaşlı) - 150 manat, üzük (583 əyar, 5 qram, yaşıl qaşlı) - 250 manat, sırğa (750 əyar 3 qram) - 240 manat, sırğa (583 əyar, 5 qram) - 250 manat, boyunbağı (583 əyar, 5 qram) -250 manat, klon (585 əyar, 2 qram) - 120 manat, klon (583 əyar, 1 qram) - 50 manat, bilərzik (585 əyar, 3 qram) -180 manat, bilərzik (583 əyar, 1 qram) - 50 manat olan əmlaklardan ibarətdir. Eyni zamanda qeyd edir ki, o, 2010-cu ilin yayında Rusiyada cavabdeh İddiaçı 10000 ABŞ dolları məbləğində borc pul vermişdir. Belə ki, həmin vaxt X11 Başkiriya Respublikasının Ufa şəhərində «reketlərlə» ciddi problemləri var idi və ondan pul tələb olunurdu. Zahid də qorxusundan həmin pulu verməyə məcbur idi. O, Rusiyada kosmetik firmada ətir satışı ilə məşğul olduğundan ordan yığılan pulu İddiaçı vermişdir. Bundan əlavə bildirir ki, Rusiyada Zahidə qarşı çoxsaylı məhkəmə işləri vardır və Zahid həmin işləri uduzmuşdur. Qeyd olunanlara əsaslanaraq, cavabdeh İddiaçı ona məxsus olan yuxarıdakı göstərilmiş 83 adda olan cehiz əmlakının və ya onun dəyərinin, boyunbağı (750 əyar, 23 qram) - 1840 manat, bilərzik (750 əyar, 17 qram) - 1360 manat, komplekt (585 əyar, 15 qram, briliant) - 1000 manat, nişan üzüyü (585 əyar, 6 qram, briliant) -800 manat, üzük (583 əyar, 8 qram, qırmızı qaşlı) - 400 manat, üzük (583 əyar, 3 qram, çəhrayı qaşlı) - 150 manat, üzük (583 əyar, 5 qram, yaşıl qaşlı) - 250 manat, sırğa (750 əyar 3 qram) - 240 manat, sırğa (583 əyar, 5 qram) - 250 manat, boyunbağı (583 əyar, 5 qram) - 250 manat, klon (585 əyar, 2 qram) - 120 manat, klon (583 əyar, 1 qram) - 50 manat, bilərzik (585 əyar, 3 qram) -180 manat, bilərzik (583 əyar, 1 qram) - 50 manat dəyərində olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin, habelə, 10000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin və Azərbaycan Respublikası MPMnin 77.1, 217.1, 218.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1, 37.2-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 77, 357.1, 372.6-cı maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili X13 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili X20 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5305/2019 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Rusiya Federasiyasının Başkırdıstan Respublikası Ufa şəhər Kalinin bələdiyyə təhsili administrasiyasının VVAQ şöbəsində xx.xx.2005-ci il tarixdə bağlanmış, 436 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalması, xx xxx 2019-cu il tarixdən etibarən xx.xx.2003-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat miqdarında alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulduqdan sonra xx.xx.2019-cu il tarixdə akt qeydləri kitabında 365 nömrə ilə qeyd edilmişdir. xx.xx.2014-cü il tarixli, 47 nömrəli müqavilədən görünür ki, Cavabdeh mənzil almaq üçün “xxxxx” MKT-ya müraciət etmiş və “xxxxx” MKT tərəfindən 1 kv.m-nin dəyəri 550 manat olan Sumqayıt şəhəri, 9 mkr., ərazisində yerləşən smeta sənədlərinə uyğun tikiləcəyi binasında 1 otaqlı, sahəsi 54.5 kv.m olan mənzili Cavabdeh 29.975 manata satmışdır. “xxxxx” MKT tərəfindən verilmiş maliyyə arayışından görünür ki, mübahisəli mənzilin pay dəyəri payçı tərəfindən tam ödənilmiş və MTK-ya borc yoxdur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı X8 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, Zahidi və Ruhiyyəni tanıyır. O, 2017-ci ilin sentyabr ayının 11 dən 2019-cu ilin aprel ayının 11-nə kimi iddiaçının valideyinlərinə məxsus Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzildə hər ay 250 manat verməklə kirayədə yaşamışdır. Həmin müddət ərzində o, kirayə pulunun Zahidin anasına, qardaşı Fazilə vermişdir. İddiaçının anasına məxsus 3 otaqlı evin iki otağını ona kirayə vermişlər. Həmin mənzilin 1 otağında isə Ruhiyyəyə məxsun cehiz əmlakları yığılmışdır. Rihiyyə evə gəlib qapını açdıqda o, Ruhiyyənin cehizinin həmin otaqda yığıldığını görmüşdür. Ruhiyyənin istədiyi vaxt öz əmlaklarına baxmaq imkanı olmuşdur. O, bəzi ayların kirayə haqqını Ruhiyyənin özünə vermişdir. X2 ifadəsində göstərmişdir ki, tərəflər onun valideyinləridir. O, hal-hazırda anası ilə birlikdə 1 ilə yaxındır ki, yeni aldıqları mənzildə yaşayırlar. Həmin ev alınanda atası bilirdi ki, ev ona alınıb. Sonradan atası həmin evlə bağlı məhkəmədə iddia qaldıranda o, pis olmuşdur. Sonra o, atasına mobil telefon vasitəsi ilə zəng edərək bildirmişdir ki, həmin ev onundur, lakin atası ona bildirmişdir ki, ona heç nə maraqlı deyil, həmin ev satılıb bölünəcəkdir. X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Ruhiyyə onların evinə gəlin gələndə az miqdarda qab-qaçaq gətirmişdir. Ruhiyyə gəlin gələn zaman cehiz kimi mebel gətirməmişdir. Onların evində olan mebeli toydan 2 il qabaq o, anası ilə birlikdə Bakı şəhəri, 8 mkr., ərazisində yerləşən mebel mağazalarının birindən almışdır. Bundan başqa onun valideyinlərinə məxsus Qaradağ rayonundakı evin kirayə pulunu 2-3 il Ruhiyyə almışdır. Sumqayıt şəhərində yeni alınmış evin pulunun çox hissəsini qardaşı X10 işləyən zaman göndərmişdir. X5 ifadəsində göstərmişdir ki, o, Ruhiyyənin anasıdır. Tərəflər ailə qurarkən o, qızına çoxlu cehiz vermiş və həmin cehizləri Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 3 otaqlı mənzilə aparmışlar. Mübahisəli mənzili o, öz hesabına almışdır. Evin alınmasında o, qardaşından 15.000 manat borc pul almışdır. Zahid həmin evin alınmasında pul verməmişdir. Həmin evi də o, öz hesabına təmir etdirmişdir. Qızı Ruhiyyə ailə qurmamışdan qabaq onun həyat yoldaşı ona 6000 manat vermişdir ki, qızına mebel alsın. O, da həmin pula qızı Ruhiyyə üçün cehiz kimi mebel almışdır. Birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddia tələblərini qismən təmin etdikdə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmuş daşınar və daşınmaz əşyalar ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 36.3-cü və 36.4-cü maddələrinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir və məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına catmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. İş materialları və işin araşdırılan hallarına əsasən müəyyən olur ki, tərəflər xx.xx.2005-ci il tarixdə rəsmi nikaha girərək, ailə həyatı qurmuşlar və “xxxxx” MTK tərəfindən Sumqayıt şəhəri, 9cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil onların birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin mövqeyini və mənafeyini, mübahisələndirilən birgə nikah dövründə əldə edilmiş əmlakın alınmasında tərəflərin rolunu, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini rəhbər tutub, tərəflərin birgə nikahdan anadan olmuş iddiaçının yanında qalan uşağın mənafeyini və mənzilin mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri həmin mənzilə dair pay hüquqları 3/5 hissədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, 2/5 hissədə isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı olmaqla müəyyən edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı Belarusiya istehsalı olan soyuducunun və çəkisi 50 qram olan (bismark modelli kişi qızıl üzük) qiyməti 2500 manat kişi qızıl üzük hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Belarusiya istehsalı olan soyuducunun və çəkisi 50 qram olan (bismark modelli kişi qızıl üzük) qiyməti 2500 manat kişi qızıl üzüyün mövcud olması, onların dəyəri və həmin əmlakların cavabdehdə olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, Cavabdeh İddiaçıa qarşı əmlak və borc tələbinə dair qarşılıqlı iddia tələbini rədd etdikdə işin araşdırılan hallarından və iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı Musatafayev Zahid 2018-ci ilin avqust ayında Azərbaycan Respublikasına qayıtmış və həmin vaxta kimi qarşılıqlı iddia üzrə tələb edilən cehiz əmlakları və qızıl-zinət əşyaları Cavabdeh sahibliyində və istifadəsində olmuşdur. Bundan başqa Cavabdeh İddiaçı müxtəlif adlarda və qiymətlərdə olan qızıl-zinət əşyalarını, cehiz əmlaklarını və 10.000 ABŞ dolları məbləğində pulu tələb etsə də, həmin qızıl-zinət əşyalarınn və cehiz əmlaklarının mövcud olması və hazırda da İddiaçı olması və İddiaçı 10.000 ABŞ dolları məbləğində pulu borc verməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarına və tərəflərin arasında mövcud olan mübahisəyə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticə işin həqəqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətlərinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2404/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2404/2020
14.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver