Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2409/2021 11.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl zinyət əşyaları tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1190/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlak tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən aşağıdakı cehiz əşyalarının və qızıl-zinət əşyalarının: yataq dəsti - 5 ədəd, taxt, tumba-2 ədəd, paltar dolabı -1 ədəd, trümo güzgülü -1 ədəd, uşaq çarpayısı - 1 ədəd, stol -1 ədəd, stul - 6 ədəd, televizor tv stend -1 ədəd, şüşəli dolab - 1 ədəd, trümo - 1 ədəd, divan- 1 ədəd, kreslo 2 ədəd, lüstur- 4 ədəd, tozsoran- 1 ədəd, ütü -1 ədəd, ütü stolu -1 ədəd, ətçəkən maşın -1 ədəd, aspirator- 1 ədəd, mikser -1 ədəd, boşqablar - 88 ədəd, çəngəl - 12 ədəd, qaşıq-12 ədəd, fincannəlbəki (6) çaynik dəsti -1 dəst, fincan dəst (12 ədəd), su üçün xrustal dolça və 6 fincanı, kofe dəsti - 6 ədəd, mürəbbə qabı -2 ədəd, konfet qabı - 2 ədəd, güldan - 2 ədəd, xrustal stəkan - 12 ədəd, nəlbəki mavi rəngli - 12 ədəd, xrustal armudu stəkan - 6 ədəd, butalı stəkan nəlbəki - 6 ədəd, razetka - 6 ədəd, işləməli çay dəsmalı - 3 ədəd, xrustal mürəbbə qabı - 2 ədəd, su üçün sarı stəkan - 12 ədəd, 4 dəstli qırmızı şüşə qapaqlı qazan, üçlük kapron qab, aşsüzən -3 ədəd, dərin qab-2 ədəd, çörək qabı-1 ədəd, xrustal duz qabı-6 ədəd, xrustal qənd qabı, xrustal qapaqlı qənd qabı-2 ədəd, çay qaşığı-12 ədəd, kapron içi şüşəli duz qabı-2 ədəd, içi şüşəli şəkər tozu qabı və salfetka qabı, balış-10 ədəd, yorğan-7 ədəd, döşək-5 ədəd, balaca döşək-4 ədəd, prostina və yorğan üzü - 5 ədəd, balış üzü -10 ədəd, xalça-2 ədəd, Ədyal - 6 ədəd (4 böyük. 2 kiçik), əl işləmələri, sap və sap qabları, rəngli parçalar, uşaqların geyimləri və uşaqlara aid olan qutu, 6 fincanlı su qabı, Diplom və digər sənədlər, uşaqların və onun fotoları, bir dəst sırğanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək Cavabdeh bir dəst sırğanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1190/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, bir dəst sırğanın Cavabdeh alınaraq İddiaçı qaytarılması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumuna görə pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim H.Y.Əhmədov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1190/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahtş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 ərizə ilə müraciət edərək izahatında göstərdi ki, apelyasiya şikayətindən imtina edir, apelyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu göstərərək apelyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin apelyasiya şikayəti olmadığı üçün qəbul edilməli və Abşeron Rayon Məhkəməsinin 2(012)-1190/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına istinadən icraatına xitam verməklə yanaşı, izah edir ki, apelyasiya şikayətindən imtina edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh nümayəndəsi X1 apelyasiya şikayətindən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1190/2021 saylı, 05.05.2021-ci il tarixli saylı qətnaməsindən Cavabdeh münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2409/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2409/2021
11.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver