Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2411/2021 28.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ünvan 2qayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı ASC-nin nümayəndəsi X3, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(012)-1123/2020 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(012)-1123/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia qismən təmin edilib, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh2 67202,74 (altmış yeddi min iki yüz iki manat yetmiş dörd qəpik) manat əsas borc, 1695,95 (min altı yüz doxsan beş manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 68898,69 (altmış səkkiz min səkki yüz doxsan səkkiz qəpik) manat borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş cəmi 30 (otuz) manat xərc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüünvan 2u olmaqla, ümumilikdə 68958.69 (altmış səkkiz min doqquz yüz əlli səkkiz manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 2qayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8A saylı evin 8 saylı mənzilə (yeni qaydalarla: AZ: 5011, ünvan 2qayıt şəhəri, Çerkassi küçəsində yerləşən, 563 M4 saylı evin 2 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80000 (səksən min) manat məbləğində müəyyən edilməsi, həmin yaşayış sahəsi açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti hesabına iddiaçının xeyrinə ümumilikdə 68958.69 (altmış səkkiz min doqquz yüz əlli səkkiz manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsi, borc məbləği tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqda cavabdehlərin ən geci bir ay ərzində evi tərk etmədikdə evin boşaldılaraq çıxarılması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(012)-1123/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 11.07.2018-ci il tarixli, İSF/163 saylı kredit müqaviləsinə əsasən sonuncuya 300 ay (25 il) müddətinə, illik 7,5 faiz ödəmək şərtilə 68000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə bağlanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvan: AZ 5011, ünvan 2qayıt şəhəri, Çerkassi küçəsində yerləşən, 563, M4 saylı evin 2 saylı mənzili) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 67202,74 manat əsas, 1695,95 manat faiz olmaqla, cəmi 68898,69 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 67202,74 manat əsas, 1695,95 manat faiz olmaqla, cəmi 68898,69 manat borcun, bu iddianın qaldırılması üçün dövlət rüünvan 2u olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüünvan 2u və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 2qayıt şəhəri, 12-ci mikrorayonda yerləşən, 8A saylı evin 8 saylı mənzilinə (yeni ünvan: AZ 5011, ünvan 2qayıt şəhəri, Çerkassi küçəsində yerləşən, 563, M4 saylı evin 2 saylı mənzili) yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh3 ilə Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən ən geci 1 ay ərzində çıxarılmaları və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 24 sentyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, müqavilə şərtlərinin dəyişdirilərək iddiaçıya olan borcun ödənilməsi üçün əlavə müddət və daha ədalətli şərtlər müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və T.M,Quliyeva apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Ş.Q.Yusifli apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «ünvan 2qayıt» filialı və Cavabdeh2 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli, İSF/163 №-li kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh2 300 ay (25 il) müddətinə, illik 7,5 faiz ödəmək şərtilə 68000 manat məbləğində kredit verilmiş, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və ya qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona 300 ay müddətinə illik 7,5 faiz olmaqla verilmiş kredit üzrə əsas və faiz borclarını 01.08.2018-ci il tarixdən başlayaraq 01.07.2043-cü il tarixinədək, 68000 manat əsas, 82614,82 manat faiz borcu olmaqla hər ay banka 52,51 manat (sonuncu ay 506 manat) ödəməklə qaytarmalıdır. 22.11.2019-cu il tarixli maliyyə arayışından və digər iş materiallarından görünür ki, Cavabdeh2 22.11.2019-cu il tarixinə Banka olan əsas borcu 67202,74 manat və faiz borcu 1695,95 manat olmaqla, cəmi 68898,69 manat borc təşkil etmişdir. 12.07.2018-ci il tarixli, İSF/163 №-li alqı-satqı və ipoteka müqaviləsindən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən 16.07.2018-ci il tarixli seriya RX ******* №-li Çıxarışdan, həmçinin, işin digər materiallarından görünür ki, bir tərəfdən iddiaçı - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «ünvan 2qayıt» filialı, ikinci tərəfdən kredit müqaviləsi üzrə ipoteka qoyan borclu – X4 ipoteka müqaviləsi bağlamaqla, Bankla borc alan arasında bağlanmış 11 iyul 2018-ci il tarixli, İSF/163 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi X1 mülkiyyətində olan ünvan 2qayıt şəhəri, 12-ci mikrorayon, ev 8A, mənzil 8, Yeni qaydalarla: AZ: 5011, ünvan 2qayıt şəhəri, Çerkassi küçəsi, 563, M4, m 2 ünvanında yerləşən daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər və bu barədə rəsmi dövlət qeydiyyatı aparılmışdır. Həmin müqavilənin 1.8. bəndinə əsasən ipoteka premeti 85000 (səksən beş min) manat qiymətləndirilir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 2qayıt şəhəri, 12-ci mikrorayon, ev 8A, mənzil 8, Yeni qaydalarla: AZ: 5011, ünvan 2qayıt şəhəri, Çerkassi küçəsi, 563, M4, m 2 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 334 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində 16.07.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş bildirişlərdən, poçt qəbzindən və aktdan göründüyü kimi, Cavabdeh2 borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, həmçinin borcalan Cavabdeh2 tərəfindən kredit və ipoteka müqaviləsinin şərtlərinin pozulması və kreditor tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar Cavabdeh2 xəbərdarlıq göndərilmişdir. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş qeydə alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 18.08.2020-ci il tarixli mənzilin bazar dəyərinin müəyyən edilməsinə dair hesabatdan görünür ki, ünvan 2qayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8A saylı evin 8 saylı mənzilinin (yeni qaydalarla: AZ: 5011, ünvan 2qayıt şəhəri, Çerkassi küçəsində yerləşən, 563 M4 saylı evin 2 saylı mənzili) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar və likvid qiyməti aşağıdakı kimi olmuşdu: mənzilin bazar dəyəri 80000 (səksən min) manat təşkil edir. Mənzilin likvid dəyəri 60000 (altmış min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyanın tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tutmanın həmin əmlaka yönəldilməsi və satışı ilə şərtləndirilir. Qeyd olunan qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və digər şəxslər ipoteka qoyulmuş əmlakdan çıxmadıqda həmin şəxslər əmlakdan məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin etməklə haqlı olmuşdur. Cavabdeh2 iddia tələbinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh S.S.Dadaşov apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(012)-1123/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində ünvan 2qayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2411/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2411/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver