Məhkəmə qərarları › İş №2(105)-245/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-245/2025

06.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-245/2025 06.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-1202/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qərardadı ilə (N.İsmayılov) Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən olunması tələbi barədə ərizəsinin baxılmamış saxlanılması, Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi ********** olan) 100 manat rüsum Ərizəçi qaytarılması qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(074)-1202/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 18 noyabr 1990-cı il tarixdə Şamaxı şəhərində yaşadığı evdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Şamaxı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, Ərizəçi ərizəsinin təmin edilməsi, X2 18 noyabr 1990-cı il tarixdə Şamaxı şəhərində yaşadığı evdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi, şəxsin müəyyən zamanda müəyyən yerdə vəfat etməsi faktının təsdiq edilməsi üçün təqdim edilən sübutları kənara qoymaqla ərizənin mahiyyətindən kənara çıxaraq, əsassız mülahizələr irəli sürməklə ərizənin baxılmamış saxlanılması barədə nəticəyə gəlmişdir. Halbuki, ərizənin baxılmamış saxlanılması üçün heç bir hüquqi və faktiki əsas olmamış, ərizəçinin ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ərizəçinin atası X6 1887-ci ildə Şamaxı şəhərində anadan olmuş, yaşlılıqla əlaqədar 18 noyabr 1990-cı ildə həmin şəhərdə vəfat etmişdir. Lakin həmin dövrdə mərhumun vəfatı ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında qeyd aparılmamışdır. Məmmədtağı Dəmirov tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi vəsiyyət edilməsi haqqında 02 noyabr 1989-cu ildə vəsiyyətnamə tərtib olunmuşdur. Lakin mərhumun vəfatı ilə bağlı ölüm haqqında şəhadətnamənin olmaması Tağıyevin miras qalan əmlakla bağlı hüquqlarının dövlət reyestrində qeydə alınmasını mümkünsüz etmişdir. Ərizəçi tərəfindən mərhum atasının vəfat etməsi faktının qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət edilsə də, Şöbənin 22 dekabr 2023-cü il tarixli, 3165/8-15- 1399/23 saylı məktubu ilə müvafiq qeydiyyatın aparılmasından imtina olunmuşdır. Hazırda ərizəçi mərhum atasının 18 noyabr 1990-cı ildə yaşadığı evdə yaşlılıqdan vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə qeyrimüəyyən əsaslardan çıxış edərək ərizəçinin atasının doğulduğu yer və tarixin qeyd edilməməsi səbəbindən ərizənin baxılmamış saxlanılması kimi absurd qənaətə gəlmişdir. Nəzərə almaq lazımdır ki, mərhum 1887-ci ildə anadan olmuşdur. Bu fakt ərizəçinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ev dəftərində müvafiq qeydiyyat orqanının möhürü ilə təsdiq edilmiş qeydlə, mərhumun dəfn olunduğu məzar yerinin foto şəkilləri ilə, habelə iş üzrə şahid qismində dindirilmiş X4 və X1 ifadələri ilə təsdiq olunur. Məhkəmə sadalanan sübutlara ümumiyyətlə qiymət verməmiş, sübutların əhəmiyyətini heçə endirmişdir. Eyni zamanda, şəxsin vəfat etməsi faktının müəyyən olunması barədə ərizəyə mərhum şəxsin doğum haqqında akt qeydinin əlavə edilməsi ilə bağlı tələbin hüquqi əsası müəmmalıdır. Qanunvericilikdə və məhkəmə təcrübəsində belə tələb mövcud deyil. Məhkəmənin şəxsin vəfat etməsi faktını müəyyən etmək yerinə, doğum faktını araşdırmağa çalışması, çoxsaylı sübutlar olduğu halda israrla doğum haqqında akt qeydinin olmamasına istinad etməsi əsaslı, qanuni və məntiqə uyğun hesab edilə bilməz. iquqüH“ əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 9.4-cü bəndində məhkəmələrə izah edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ərizəçinin ərizəsində tələblər aydın ifadə olunmuş, işin məhkəmə araşdırılması zamanı həmin tələbin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar təqdim edilmişdir. Məhkəmənin 149cu, 150.1.2-ci, 150.1.3-cü, 259.0.12-ci maddələrə istinadı işin mahiyyətinə uyğun olmayan, qərardadın əsassızlığına və qanunsuzluğuna dəlalət edən dəlillərdir. Halbuki, məhkəmə xüsusi icraat qaydasında baxılan işlər üzrə iddia icraatına aid olan qanunvericilik normalarının tətbiqinin yalnız müəyyən şərtlər daxilində mümkün olması ilə bağlı Plenumunun 03 saylı qərarına istinad etsə də, həmin qərarın məzmununa zidd mövqedən çıxış etməkdə israrlı olmuşdur. Həmin qərarın 1.1-ci bəndində qeyd edilir ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Beləliklə, iş materiallarına əlavə edilmiş mərhumun dəfn olunduğu məzar yerinin fotoşəkillərində qeyd olunan doğum (1887) və ölüm tarixləri (xx.xx.1990), mərhum şəxsin mülkiyyətində olan fərdi yaşayış evi üzrə ev dəftərində qeyd olunan mərhum X2 1887-ci ildə dünyaya gəlməsi, onun pasportunun mövcud olmasına dair qeydiyyat orqanının müvafiq möhürü ilə təsdiq edilmiş qeydlər, iş üzrə dindirilmiş şahid ifadələri ilə müəyyən olunan faktlar bir-biri ilə tam uyğundur və bu sübutlar vəhdət təşkil etməklə birlikdə qiymətləndirildikdə iş üzrə yekun nəticəyə gəlmək heç də çətin deyil. Ona görə də, Şamaxı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(074)-1202/2024 nömrəli qərardadı əsassız və qanunsuz olduğundan ləğv edilməli, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi ərizəçinin məhkəmə müdafiəsi hüququnu heçə endirən qərardad qəbul etməklə ciddi səhvə yol vermiş, iş üzrə təqdim edilən sübutların qərarda sadalanmasını, onlara hüquqi qiymət verilməsini təmin etməmişdir. Əksinə qanunvericilikdə və məhkəmə təcrübəsində mövcud olmayan əsaslardan çıxış edərək ərizənin baxılmamış saxlanılması üçün süni əsaslar yaratmağa çalışılmışdır. Birinci instansiya məhkəməsi ərizəçi tərəfindən təqdim edilmiş sübutları araşdırmamış, şəxsin müəyyən şəraitdə müəyyən vaxtda vəfat etməsi faktının müəyyən edilməsi üçün zəruri olan dəlillər nəzərə alınmamışdır. Əksinə ərizənin mahiyyəti ilə əlaqədar olmayan hallara istinad edilərək mərhumun doğum haqqında akt qeydinin təqdim olunmamasına görə ərizənin baxılmamış saxlanılması qənaətinə gəlinmişdir. Belə tələbin qanunvericilikdə və məhkəmə təcrübəsində heç bir əsası mövcud deyil. Mərhumun müəyyən şəraitdə və müəyyən vaxtda vəfat etməsi şahid ifadələri ilə, məzar yerinin fotoşəkilləri ilə öz təsdiqini tapır. Ona görə də, təqdim edilmiş sübutlar bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməklə ərizənin təmin olunması qənaətinə gəlinməli idi. Məhkəmə işin hallarına uyğun olmayan, qanunvericilik və məhkəmə təcrübəsindən irəli gəlməyən əsassız və subyektiv xarakterli mülahizələrlə ərizənin baxılmamış saxlanılması qənaətinə gəlmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli və onunla bağlı 10 dekabr 2024-cü il tarixli qərardadları ləğv edilməli, ərizəyə baxılması üçün mülki iş Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianın baxılmamış saxlanılmasını ərizədə ərizəçinin atasının doğulduğu yer və tarixin qeyd edilməməsi, ərizəçinin atasının doğum akt qeydinin ərizəyə əlavə edilməməsi, həmçinin bununla əlaqədar sənədlərin məhkəmə iclası zamanı da təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. İlk öncə qeyd olunmalıdır ki, ərizənin baxılmamış saxlanması mülki işin mahiyyəti üzrə qətnamə qəbul etmədən məhkəmə baxışının başa çatdırılmasının formalarından biridir. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində ərizənin baxılmamış saxlanılmasının əsasları dəqiq müəyyən olunmuş və digər əsaslarla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Ərizənin baxılmamış saxlanılmasını tənzimləyən Mülki Prosessual Məcəllənin XİX fəslində bu əsaslar nəzərdə tutulmuş və bunlardan biri də Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsində göstərilən hallardır. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 259.0.12. maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qanunun mənasından göründüyü kimi ərizə MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərinə riayət etmədən və ya MPM-nin 150.1.2-150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, hakim iddiaçıya ərizədə yol verilmiş və işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanların ardan qaldırılması üçün müddət verir. Hakim tərəfindən müəyyən edilmiş müddətdə həmin nöqsanlar aradan qaldırılmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılsa da, ərizəçidə yol verilmiş və işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanların nədən ibarət olduğu və bu halların mvcud olduğu halda, həmin nöqsanların ardan qaldırılması üçün ərizəçiyə müəyyən müddətin verilməsi işdən görünmür. Məhkəmə tərəfindən ərizənin baxılmamış saxlanması digər əsasını isə ərizəçinin mərhum atasının doğum akt qeydinin ərizəyə əlavə edilməməsi göstərilmişdir. Halbuki, bu hal qeyd olunan ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 9.2. bəndində qeyd edilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Göründüyü kimi ölüm faktı müəyyən olunmalı şəxsin doğum aktının ərizəyə əlavə edilməməsi həmin ərizənin baxılmamış saxlanması üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli və onunla bağlı 10 dekabr 2024-cü il tarixli qərardadları ləğv edilməli, ölüm faktının müəyyən olunması tələbi barədə ərizəyə baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli və onunla bağlı 10 dekabr 2024-cü il tarixli qərardadları ləğv edilsin. Ərizəçi ölüm faktının müəyyən olunması tələbi barədə ərizəyə baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar