Məhkəmə qərarları › İş №2(105)-2463/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2463/2020

07.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2463/2020 07.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: X3 (Ağayeva), Cavabdeh: X1 iştirakları ilə, İddiaçı XXX (Ağayeva) Aygün İntiqam qızının cavabdehlər Cavabdeh Sabir qızına və X5 qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddianın təmin edilməsi, Cavabdeh Sabir qızı və X2 iddiaçıya məxsus olan cehiz əmlaklar və ya onların dəyərinin alınaraq iddiaçı Ağayeva (Rəhimova) Aygün İntiqam qızına verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı XXX cavabdehlər Cavabdeh Sabir qızı və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1 ədəd komplekt bantik formasında (sırğaları üzüyü), 2 ədəd nişan üzüyü (tək qaş, setka), 1 ədəd üçgünlükdə taxilan üzük tək qaş, 1 ədəd halqa bilərzik italyan qızılı, 1 ədəd toxunma bilərzik, 1 ədəd toxunma boyunbağı, 1 ədəd klon A hərfi və 1 ədəd qaşıq bıçaq dəsti (çamadan), qara güllü servis obedni (2 oval dövrə, 6 dərin, 6 dayaz, 6 zakuska, 6 pendir, 1 supnik, 6 kasa), yaşıl bakal 6 böyük - 6 kiçik, ütü, tok çayniki, soğançəkən, sokçəkən (nayser dayser), qoşa çaynik dəsti, 30 dəst yaşıl boşqab, 6 dövrəsi, 12 xrustal yaşıl güldan, 2 konfet qabı, 1 bagema kuzə, podnos desti nikkeni, asılqanlı çömçə dəsti, 3 ədəd çuğun qazan dəsti, 2 ayaqlı hündür, 4 sadə mürəbbə qabı dəsti, 2 xrustal ayaqli konfet qabı, ətçəkən maşın, 2 böyük, kiçik mürəbbə ləyəni, 6 xrustal stəkan, nəlbəkisi, 12 göy çaşqa nəlbəki, 12 göy tort boşqabı, 12 göy razetka, xrustal meyvə vazı, 1 bıçaq dəsti (taxtada), duz, pesok, düyü, çay qabı, 3 dəst tefal qazan dəsti, 1 ədəd blender, obedni ağ, yataq dəsti 4 ədəd, 1 ədəd qara qış ədyalı, 2 ədəd çəhrayı qış ədyalı, dəsmal dəstləri (çay, qətvə, üzsilən), ütü, Tozsoran (shvaki), Xolodelnik (shvaki), Televizor (sony), Paltaryuyan (regular), Lüstur 2 koridor, 1 mətbəx, 1 artırma, 1 qonaq, 1 mətbəx mebeli, Yataq otağı mebeli (taxt, şifoner, termo, 2 tumbalar), Qonaq otağı mebeli (televizor altlığı, stol 6 ədəd stul, künc divan, servant), Xalça qonaq otağı, yataq otağı, pərdə yataq otağı, mətbəx pərdəsinin və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlər 1 ədəd komplekt bantik formasında (sırğaları üzüyü), 2 ədəd nişan üzüyü (tək qaş, setka), 1 ədəd üçgünlükdə taxılan üzük tək qaş, 1 ədəd halqa bilərzik italyan qızılı, 1 ədəd toxunma bilərzik, 1 ədəd toxunma boyunbağı, 1 ədəd klon A hərfi və 1 ədəd qaşıq - biçaq dəsti (çamadan) - 80 manat, qara güllü servis obedni (2 dövrə yumuru, 2 oval dövrə, 6 dərin, 6 dayaz, 6 zakuska, 6 pendir,1 supnik, 6 kasa) -150 manat, yaşıl bokal 6 böyük, 6 kiçik - 150 manat, ütü - 50 manat, tok çayniki - 30 manat, soğançəkən -15 manat, sokçəkən (nayser dayser) - 30 manat, qoşa çaynik dəsti – 40 manat, 30 dəst yaşıl boşqab, 6 dövrəsi - 70 manat, 12 xrustal – 80 manat, yaşıl güldan, 2 konfetniki - 100 manat, bagema kuzə-150 manat, podnos dəsti nikkeni - 50 manat, asılqanlı çömçə dəsti – 30 manat, 3 ədəd çuğun qazan dəsti - 80 manat, 2 ayaqlı hündür, 4 sadə mürəbbə qabi dəsti - 20 manat, 2 xrustal ayaqlı konfet qabı - 30 manat, ətçəkən maşın - 50 manat, 2 böyük - kiçik mürəbbə ləyəni - 60 manat, 6 xrustal stəkan, nəlbəkisi - 120 manat, 12 göy çaşqa nəlbəki - 15 manat, 12 göy tort boşqabı, 12 göy razetkası - 20 manat, 2 meyvə vazı xrustal - 100 manat, bıçaq dəsti 1 (taxtada) – 20 manat, duz, pesok, düyü, çay qabı - 30 manat, 3 dəst tefal qazan dəsti - 250 manat, 1 blender – 70 manat, obedni ağ – 250 manat, yataq dəsti 4 ədəd – 140 manat, 1 ədəd qara qış ədyalı – 100 manat, 1 ədəd çəhrayı qış ədyalı – 80 manat, dəsmal dəstləri (çay, qətvə, üzsilən), ütü - 80 manat, Tozsoran (shvaki) – 120 manat, Xolodelnik (shvaki) – 500 manat, Televizor (sony) – 400 manat, Paltaryuyan (regular) – 590 manat, Lüstur 2 koridor – 60 manat, mətbəx - 25 manat, artırma 1 – 60 manat, qonaq – 120 manat, Mətbəx mebeli – 500 manat, Yataq otağı mebeli (taxt, şifoner, termo, 2 tumbalar), Qonaq otağı mebeli (televizor altlığı, stol 6 ədəd stul, künc divan, servant) – 3900 manat, Xalça qonaq otağı - 380 manat, yataq otağı – 250 manat, pərdə yataq otağı – 500 manat, mətbəx pərdəsi 150 manat və 30 manat ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxx 2019-cu il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Ailə qurduqları vaxt əmlakı ilə birlikdə cavabdehlərin yaşadığı Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 10/13, mənzil 34-də yerləşən evinə köçmüşdür. Cavabdeh H.Ağayevlə münasibətləri pozulduğu üçün faktiki ayrılmışlar. Yaşadıqları evi tərk edərkən qızıl-zinyət əşyalarını, geyimlərini və cehiz əmlakını götürməmişdir. Əmlakını götürmək istəsə də cavabdehlər əmlakını götürməyinə razılıq verməmişdir. Halbuki, nikaha daxil olanadək ona məxsus olmuş adlarını qeyd etdiyi əmlaklar onun mülkiyyətindədir. Odur ki, göstərdiklərini nəzərə alaraq adlarını qeyd etdiyi əmlakının və ya həmin əmlaklar mövcud olmadığı halda onların dəyərinin, həmçinin, iddia qaldırarkən ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı bildirmişdir ki, xalasının yoldaşı mətbəx mebelini düzəltdirmək cavabdehlərə 500 manat pul vermişdir. Bu səbəbdən mətbəx mebeli də ona məxsusdur. Əlavə olaraq iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin həcmini azaltmış və qızıl-zinət əşyaları tələbindən imtina etmişdir. Yuxarıda qeyd ediklərinə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər XXX və XXX apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Hikmət Ağayev iddiaçı ilə xx xxxx 2019-cu il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Toy mərasimində el adətinə görə nəzərdə tutulmuş 1000 (bir min) manat "başlıq", 1 ədəd sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd "A" hərfli klon, 1 ədəd nişan üzüyü, 1 ədəd təkqaş üzük, 1 ədəd gümüş qolbaq, 1 ədəd gümüş üzük, zinət əşyaları, 1 ədəd qırmızı paltar, 1 ədəd kostyum pencək, şalvar, 1 ədəd ev geyimi (şalvar, köynək, jilet), 1 ədəd ev geyimi (şalvar, köynək), 1 ədəd qəhvəyi paltar, 1 ədəd ağ şalvar, 1 ədəd toy ayaqqabısı, 3 ədəd tufli, qadın alt paltarları alıb indiki iddiaçıya vermişlər. Bu əşyaların hamısı valideynlərinin yaşadığı mənzilin bir otağını onlara verdiyi ayrıca qapısı olan otaqda idi. Bu otağın açarı daima indiki iddiaçıda olmuşdur. Bunlardan başqa, indiki iddiaçı gəlin kimi gələndə cehiz əşyalarını da gətirmişdir. Toydan 2 ay keçəndən sonra iddiaçı o, evdə olmayanda otaqda olan geyim paltarlarını və qızıl-zinət əşyalarını götürərək, evi tərk etmişdir. Aygün onunla ailə qurmaqla ona məlum olmayan məqsəd güdmüşdür. Onunla ailə qurandan sonra iddiaçının ona qədər həyat şəraiti ilə tanış olduqda, məlum olmuşdur ki, Aygün keçmişi haqqında ona lazımi məlumatları verməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya mətbəx mebeli gətirmişdir. Bu kökündən yalandır. Yaşadıqları mənzildəki mətbəx mebeli hələ toyları olmamış, valideynləri tərəfindən sifariş verilmişdir. Sözügedən mebeli düzəldib və onu quraşdıran usta bunu təsdiq edə bilər. İiddiaçının gəlin köçdüyü zaman cehiz əşyaları gətirmişdir. İddiaçı mənzildən ilk dəfə gedərkən iki böyük sumkalarla dolu şəxsi əşyalarını apardagını etiraf etmişdir. Məhkəmə tərəfindən onların şahid qismində dindirilməmişdir. İddiaçı tərəfindən tələb edilən əşyalar hamısı onların mənzilindədir. Sadacə olaraq mübahisə iddiaçı tərəfindən tələb edilən mətbəx mebelindən gedir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)-225/2020 saylı qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh F.S.Ağayeva apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı A.İ.Rəhimova (Ağayeva) apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh H.R.Ağayev məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, iddiaçı tərəfindən tələb olunan, ona məxsus olan əşyaların cavabdehlərə məxsus olan mənzildə olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunu və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər H.R.Ağayev və F.S.Ağayevanıın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan AZ-İİ 296495 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən H.R.Ağayev ilə A.İ.Rəhimova xx xxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 1604 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Ağayeva soyadı verilmişdir. Məhkəmə kollegiyası iclası zamanı cavabdeh F.S.Ağayeva iddiaçı tərəfindən tələb edilən əşyalarının hamısının onların yaşadığı mənzildə olmasını etiraf etmişdir. Lakin 500 manat dəyərində olan mətbəx mebelinin iddiaçı tərəfindən ödənilməməsinin, özü tərəfindən usta tapıb düzəldilməsini və həmin mətbəxin mebel pulunun onun tərəfindən ödənilməsini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Beləliklə, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bildiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Cavabdehlər iddiaçının qeyd etdiyi qiymətlərlə razılaşmasa da, sözügedən cehiz əmlaklarının onlara məxsus mənzildə olduğuna etiraz etməmişlər. Yalnız mətbəx mebelinin onlar tərəfindən toydan əvvəl alındığını bildirmişlər. Məhkəmə bununla bağlı cavabdehlərin etirazını qəbul etmir. Belə ki, cavabdehlər sözügedən mebel dəstini hazırlayan ustanı şahid qismində məhkəmə iclasına dəvət edəcəklərini bildirsələr də, həmin usta məhkəmə iclasına gələrək şahid qimində ifadə verməmişdir. Cavabdehlər yalnız həmin usta tərəfindən yazıldığını iddia etdikləri ərizəni məhkəməyə təqdim etmişlər. Məhkəmə isə həmin ərizəni mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin ərizə notarial qaydada təsdiq edilməmiş, ərizəyə sözügedən şəxsin həqiqətən mebel ustası olması, o cümlədən mübahisəli mebeli hazırlamasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Bundan əlavə olaraq məhkəmə kollegiyası iclası zamanı iddiaçı A.İ.Rəhimova həmin mətbəx mebelinin cavabdeh tərəfindən usta tapıb düzəldilməsini etiraf etmiş, həmin ustaya pulun F.S.Ağayeva tərəfindən ödənilməsinin də düzgün olduğunu bildirmişdir. Lakin həmin pulun cavabdehlərə toydan əvvəl onlar tərəfindən verilməsini bildirmişdir. Belə ki, o, valideynləri ilə birlikdə Göyçay şəhərində yaşaması ilə əlaqədar, Sumqayıt şəhərində mebel ustasını tanımadığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 manat hissəsinin əvəzinin cavabdehdən tutulub iddiaçıya verilməsini, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının öziinə aid edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər X4 və Cavabdeh Sabir qızının apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-225/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar