Məhkəmə qərarları › İş №2(105)-2466/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2466/2020

28.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2466/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, X1, cavabdeh X6 iştirakı ilə, X1 cavabdeh X9 qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2353/2020 saylı qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın rədd edilməsi qət edilmişdir. X3 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri tamamilə anası tərəfdən ödənilərək onun üçün hədiyyə alınan (Chevrolet Cruze 2013, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə sənədləşməsi vəzifəsi cavabdeh şəxs atası Cavabdeh üzərinə qoyulması və onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Atası Cavabdeh, anası X16r. 1993-cü ildən Ağdam şəhərinin işğalı ilə bağlı qaçqın düşmüşlər və həmin vaxtdan Sumqayıt şəhərində məskunlaşmışlar. 2002-ci ildən ailəlikcə Sumqayıt şəh, 2-ci mikrorayon, ev 23/59, mənzil 54-də yaşayırlar. 2013-cü ildə Sumqayıt Dövlət Universitetini bitirmişdir. 2019-cu ildən Təhsil Nazirliyinin təşkil etdiyi X23 imtahanı ilə Xaçmaz rayon Xudat şəhəri Seyidlər kənd ümumi orta məktəbinə müddətsiz olaraq müəllim işinə qəbul olunmuş və hal-hazırda həmən məktəbdə biologiya müəllimi işləyir. İş yeri çox uzaqdır (rayon mərkəzindən 20 km uzaq-H2). Kəndə avtobus işləmir, gedib-gəlmək ona çox çətin olur. Bu səbəbdən anası X4 şəhər TTTYS-Təcili və X12 Stansiyasında həkim işləyir) pul toplayıb (7000 AZN) və düzəlməyən hissəsini 27.12.19-cu il tarixində Bank of Baku-dan nəğd pul krediti (7000 AZN) götürüb ki, ona hədiyyə olaraq maşın alsın. Avtomobil alınmazdan əvvəl hansı məbləğdə, hansı marka və modeldə maşın seçmək onun öz öhdəsinə verilmişdir. İnternet vasitəsilə müxtəlif avtomobillərə baxıb istədiyi maşını və hansı rəng bəyəndiyini müəyyənləşdirmiş və seçimini (Chevrolet Cruze- tünd mavi) ailəsinə bildirmişdir. Hətta bəyəndiyi bir maşının sahibi ilə telefonla əlaqə saxlayaraq maraqlanmışdır. Lakin, atası maşınların internetdə daha yüksək qiymətə qoyulduğunu deyərəkeynisini maşın bazarından daha aşağı qiymətə ala biləcəyini demişdir. Nə onun, nə anasının avtomobil satışı bazarına getməyini məqbul saymadığı üçün isə anası NV-in təxmini dəyəri civarında olan 14000 manat pulu atasına vermişdir. 29.12.19 tarixində atası maşın bazarında onun istədiyi Chevrolet Cruze avtomobilindən tapıb, onunla telefon danışığı əsasında maşının görünüşü, rəngi (tünd mavi) və parametrləri haqda ona məlumat vermişdir. Ardınca da bacısının qaynı tərəfindən çəkilərək whatsapp vasitəsilə ona göndərdiyi şəkillərə baxıb bəyənmiş və beləliklə, mülkiyyətçinin nümayəndəsinin atasına etibarnamə verməsi onun maşını bəyənməyindən sonra baş tutmuşdur. O, artıq bir ildən çox idi ki, sürücülük vəsiqəsi üçün imtahanın birinci, yəni nəzəri mərhələsindən müvəffəqiyyətlə keçmiş (xx xxxxxx 2018-ci il tarixində) və imtahanın ikinci, yəni, təcrübi mərhələsinə hazırlaşırdı. Mövcud vəziyyətdə hələ ki, onun sürücülük vəsiqəsi olmadığı üçün maşına baş etibarnamə alınmışdır ki, daha sonra onun adına sənədləşdirilsin. Bu məqsədlə mülkiyyətçi şəxsin adından atasına baş etibarnamə verilmişdir. Maşının alınması prosesində maşının əsas sahibi kimi özünü təqdim etmiş mülkiyyət hüquqlu şəxs X7 bacısının qaynı X20 və atası Cavabdeh iştirak ediblər. Atasının adına maşının mülkiyyətçisi X11 tərəfindən baş etibarnamə verilib və atası tərəfdən həmin şəxsə 12500 manat pul ödənmişdir. Həmin vaxt maşının onun üçün alındığını təstiq edən şəkillər, yazışmalar və videolar var. Maşın alınan gündən o, anasından hədiyyəni qəbul etmişdir. Həmin gündən etibarən və hal-hazırda da maşın və sənədləri (həm də atasının adına verilən etibarnamə) ondadır. Bir ay keçdikdən sonra xx.xx.2020 tarixində atası evdə münaqişə yaratmış və anası ilə onu sağlamlıqlarına zərər verməklə təhdid edərək evdən qovmuş və cavabdehin adına verilən baş etibarnaməni də ona təhvil verməklə maşını onun mülkiyyət hüququna verməkdən boyun qaçırmışdır. Faktiki olaraq maşın və bütün sənədləri onda olduğu halda, anası maşın üçün götürdüyü nəğd pul kreditinin ödənişlərini etdiyi halda atası mülkiyyət hüququnu təmin etmir, əksinə maşını dəyər-dəyməzə satacağıyla onları hədələyir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı X2 şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən X3 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X13 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasıya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasıya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarında olan AD N-591631 saylı “X5 Şəhadətnaməsi”nin surətindən görünür ki, “Chevrolet Cruze” minik markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X10r. İş materiallarında olan ƏN-Vİİ N-126849 saylı, xx.xx.2019-cu il tarixli etibarnamənin surətinə əsasən X14 mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 1 il müddətinə Cavabdeh etibar etmişdir. İşdən görünür ki, Ləman Məmmədova “Chevrolet Cruze 2013” ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinintamamilə anası tərəfdən ödənilərək onun üçün hədiyyə alındığını əsas gətirərək, onun mülkiyyətinə sənədləşməsi vəzifəsinin cavabdeh şəxs atası Cavabdeh üzərinə qoyulması və avtomobil üzərində onun mülkiyyət hüququnun tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli avtomobilin ona hədiyyə verilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu isə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmasını istisna edir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar