Məhkəmə qərarları › İş №2(105)-2472/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2472/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2472/2020 04.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-1764/2019 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 592 AİK N-li kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh2 43767,83 manat məbləğində əsas borcun, 571,14 manat məbləğində faiz borcunun, iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, mülkiyyət və yüklülük çıxarışlarının, kredit, alqı-satqı və ipoteka müqavilələrinin notarial qaydada təsdiqi üçün ödənilmiş 29 manat dövlət rüsumunun, ümumilikdə 44428,97 manat (qırx dörd min dörd yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına hazırki iddia üzrə tələb olunan 44338,97 (qırx dörd min üç yüz otuz səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində kredit borcunun və 90 (doxsan) manat rüsum İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), Ş.Abasov və T.Məmmədov, 2(105)- 3888/2019 saylı mülki iş) hazırki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxx 2019-cı il tarixli, 2(012)-1764/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və M.Əhmədova) İddiaçı ASC-nin kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ipoteka ilə yüklü mənzildən çıxarma iddiasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 592 AİK N-li “Kredit müqaviləsi”-nin vaxtından əvvəl ləğv olunması, Cavabdeh2 43767,83 manat məbləğində əsas borcun, 571,14 manat məbləğində faiz borcun, iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, mülkiyyət və yüklülük çıxarışlarının, kredit, alqısatqı və ipoteka müqavilələrinin notarial qaydada təsdiqi üçün ödənilmiş 29 manat dövlət rüsumunun, ümumilikdə 44428,97 manat (qırx dörd min dörd yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) pul məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li, **********76- 10301 reyestr №-li, ********** qeydiyyat №-li, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1i ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan mərtəbəli fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASCyə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay müddətinə çıxarılması və əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 592 AİK N-li «Kredit müqaviləsi»nə əsasən, cavabdehə mənzil alınması üçün 264 ay müddətinə, illik 4 faiz hesablanmaqla 49300 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 592 AİK N-li «Kredit müqaviləsi»nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li, **********76-10301 reyestr №-li, ********** qeydiyyat №-li, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1i ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuş, bu barədə satıcı X3, X4 və İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli “Alqı-satqı və ipoteka müqaviləsi” bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* N-İi ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.3. bəndinə əsasən, kredit məbləği kreditin «Kredit alan» üçun açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «kredit alan» tərəfindən «kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Qeyd olunan «kredit müqaviləsi»nin 3.4. bəndinə əsasən, «kredit alan» kreditdən istifadəyə görə kredit verənə illik 4 faiz ödəyir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «kredit alan» tərəfindən «kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti «kredit alan» tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir.Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, müqavilənin 3.6-cı bəndində göstərilən vəzifənin icra müddəti «kredit alan» tərəfindən gecikdirildiyi halda o, «kredit verən»ə 3.4-cü bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə ödəyir. Cavabdeh2 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin xx.xx.2019-cu il tarixə banka 43767,83 manat məbləğində əsas borc, 571,14 manat məbləğində faiz borcu, ümumilikdə 44338,97 manat məbləğində kredit borcu vardır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı «bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC Abşeron rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan sübutlara əhəmiyyət verməmiş, tərəflər arasında hüquq münasibətlərini tənzimləyən müqavilə müddəalarına düzgün hüquqi qiymət verməmişdir. Maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətinə etiraz etməyərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşdən göründüyü kimi iddiaçı cavabdehlərə qarşı borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi və mənzilin boşaldılması tələbi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, iddianın qismən, ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay müddətinə çıxarılması və əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh2 tutulması hissəsində rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qüvvədə saxlayan apellyasiya instansiya məhkəməsi ipotekaya qoyulmuş mənzilin satılmamasını, münasibətlərə yeni mülkiyyətçinin daxil olmamasını, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halının baş verməməsi, mülkiyyətçi olmayan kreditorun baş verməməsi və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığını əsas gətirmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin ipoteka ilə yüklü mənzildən çıxarılma hissəsində razılaşmayaraq ipoteka ilə yüklü edilmiş əmlak satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka predmetinin boşaldılması barədə iddia tələbinin rədd edilməsi nəticəsinə gələrkən Mülki Məcəllənin 269, 158.1.1 və “İpoteka haqqında” Qanunun 59-59.4-cü maddələrini düzgün tətbiq etməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İşdən görünür ki, cavabdehlərin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ipoteka predmetinin hesabına cavabdehin öhdəliyi icrasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən ipoteka qoyanın və ailə üzvlərinin mənzildən çıxarılmaları və evin boşaldılması hissəsində mübahisələndirilmiş və iddianı həmin hissədə təmin edilməsini də xahiş etmişdir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3. maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi ipoteka qoyulduğundan, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehlər həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilməsi və o satıldıqda mənzili tərk etməsi barədə yazılı öhdəlik götürdüyündən, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi iddianın ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay müddətinə çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay müddətinə çıxarılması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1i ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evini boşaldaraq, həmin mənzildən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar