Məhkəmə qərarları › İş №2(105)-2554/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2554/2020

08.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2554/2020 08.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2851/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi dəyəri 12009 manat olan ona məxsus 117 adda əmlakın cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin yaşadığı ünvan 1 ünvanında olan ona məxsus iddia ərizəsində göstərdiyi ümumi dəyəri 12009 manat dəyərindəki əmlakların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2851/2020 saylı qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtaranadək Sumqayıt şəhəri, 3-cü mikrorayon, 1A saylı evin, 40 saylı mənzilin yataq otağında yerləşən 1. Mebel Çarpayı iki adamlıq -1 ədəd, Şkaf (Kupe) – 1 ədəd, Komod - 1 ədəd, Tumba 2 ədəd, cəmi 1674 AZN dəyərində,

2. Tək adamlıq nazik ağ odeyal (bambukdan) - 2 ədəd, 260 AZN dəyərində, 3. iki adamlıq ağ nazik odeyal - 1 ədəd, 20 AZN dəyərində, 4. Bambuk balınclar - 2 ədəd, 70 AZN dəyərində, 5. Yataq dəsti (qəhvəyi) - 1 dəst, 65 AZN dəyərində, 6. Ağ yataq dəsti - 1 dəst, 75 AZN dəyərində, 7. Pokrıval +2 yastıq (gül rəngi) – 1 dəst, 65 AZN dəyərində, 8. Tək adamlıq odeyal (mavi vüllurla) – 2 ədəd, 90 AZN dəyərində, 9. Sintefon yastıqlar - 2 ədəd, 14 AZN dəyərində, 10. Mütəkkə - 2 ədəd, 30 AZN dəyərində, 11. İki adamlıq sintefon odeyal – 1 ədəd, 65 AZN dəyərində, 12. Pərdələr + tül 1 dəst, 220 AZN dəyərində, 13. Pufik -1 ədəd, 15 AZN dəyərində, 14. Çilçıraq – 1 ədəd, 100 AZN dəyərində, 15. Lampalar – 5 ədəd, 15 AZN dəyərində, 16. Döşək və döşəküstü, 230 AZN dəyərində, 17. Pokrıval dəsti (çarpayı üçün iki yastıq) – 1 dəst, 150 AZN dəyərində, mətbəxdə yerləşən 18. Mətbəx mebeli (dəst), 176 AZN dəyərində, 19. Xrustal stakanı – 6 ədəd, 42 AZN dəyərində, 20. Böyük boşqab buludlar 1 dəst – 6 ədəd, 18 AZN dəyərində, 21. Orta bulud boşqablar - 1 dəst – 6 ədəd, 15 AZN dəyərində, 22. Balaca bulud boşqablar – 1 dəst - 6 ədəd, 13 AZN dəyərində, 23. Xrustal limon qabı – 1 dəst, 10 AZN dəyərində, 24. Qaşıq dəsti - 1 dəst, 70 AZN dəyərində, 25. Sini (padnos) – 2 ədəd, 6 AZN dəyərində, 26. Qazanlar – 1 dəst - 5 ədəd, 150 AZN dəyərində, 27. Ədviyyat dəsti - 1 dəst, 80 AZN dəyərində, 28. Qırmızı vaza – 1 ədəd, 25 AZN dəyərində, 29. Meyvə suyu üçün stəkanlar – 6 ədəd, 10 AZN dəyərində, 30. Termos 1 ədəd, 15 AZN dəyərində, 31. Keramik çaynik - 1 ədəd, 8 AZN dəyərində, 32. Şüşə çaynik – 1 ədəd, 10 AZN dəyərində, 33. Duz qabı 5 AZN dəyərində, 34. Mürəbbə qabı dəsti 10 AZN dəyərində, 35. Armudu stəkan – 12 ədəd, 20 AZN dəyərində, 36. Meyvə suyu stəkanları – 6 ədəd, 10 AZN dəyərində, 37. Kofe dəsti – 1 dəst, 20 AZN dəyərində, 38. Tort üçün bulud boşqablar - 6 ədəd, 15 AZN dəyərində,

39. Duz qabı, istiot qabı-nerjaveyka -1 dəst, 20 AZN dəyərində, 40. Fincanlar - 2 ədəd (qırmızı və gül rəngi) – 2 ədəd, 5 AZN dəyərində, 41. Tort qabı - bulud-duz qabı, 20 AZN dəyərində, 42. Çaynik – 2 ədəd, 20 AZN dəyərində, 43. Narezka – 1 dəst, 10 AZN dəyərində, 44. Xrustal meyvə qabı, 25 AZN dəyərində, 45. Qaşıq çəngəl dəsti (mavi) – 1 dəst, 10 AZN dəyərində, 46. Qaşıq çəngəl (qırmızı) - 2 qutu, 12 AZN dəyərində, 47. Elektrik çaynik - 1 ədəd, 25 AZN dəyərində, 48. Konfet qabı tutacaqlı - 1 ədəd, 20 AZN dəyərində, 49. Metal çaynik – 2 ədəd, 20 AZN dəyərində, 50. Konfet qabı (lodoçka), 15 AZN dəyərində, 51. Bıçaq dəsti - 1 dəst, 20 AZN dəyərində, 52. Qrafın, 6 stəkan – 1 dəst, 41 AZN dəyərində, 53. Ləbləbi qabı (2 ədəd), 5 AZN dəyərində, 54. Qırmızı vaza (barxat), 15 AZN dəyərində, 55. Boşqablar (böyük və balaca qaşlı), 25 AZN dəyərində, 56. Ləbləbi qabı xrustal 2 ədəd, 10 AZN dəyərində, 57. Mətbəx taxtası 3 AZN dəyərində, 58. Armudu stəkan və böyük boşqab - 1 dəst 15 AZN dəyərində, 59. Moyka (1 ədəd), kran 1 ədəd, aspirator 1 ədəd cəmi = 170 AZN dəyərində, qonaq otağında yerləşən 60. Xalça – 1 ədəd 300 AZN dəyərində, 61. Stol və 6 stul (dəridən) 420 AZN dəyərində, 62. Tül günlük - 1 dəst, 140 AZN dəyərində, 63. Divan - 1 ədəd, 1050 AZN dəyərində, 64. Dəsmal – 2 ədəd 12 AZN dəyərində, 65. İynə qabı – 1 ədəd = 12 AZN dəyərində, 66. Şəffaf stolüstü (selofan) – 1 ədəd, 5 AZN dəyərində, 67. Taz – 3 ədəd, şpilkalar, paltar qabı – 1 ədəd 33 AZN dəyərində, 68. Polomoyka - 1 ədəd, 17 AZN dəyərində, 69. Boz və qızılı selofan stolüstü süfrələr – 2 ədəd, 20 AZN dəyərində, 70. Çörək qabı 1 ədəd = 2 AZN dəyərində,

71. Qablar - 1 ədəd böyük, 3 kiçik 10 AZN dəyərində, 72. Dəsmal dəsti – 1 dəst (yaşıl rəng) 20 AZN dəyərində, 73 Mixəyi rəng dəsmal (bantlı) – 1 ədəd 15 AZN dəyərində, 74. Gül rəngi dəsmal – 2 ədəd 30 AZN dəyərində, 75. Boz dəsmal (qaşlı) - 2 ədəd 25 AZN dəyərində, 76. Mətbəx dəsmalı (don) – 1 ədəd 5 AZN dəyərində, 77. Baş üçün hamam papaq dəsmalı - 1 ədəd 2 AZN dəyərində, 78. Mətbəx dəsmalı – 8 ədəd 10 AZN dəyərində, 79. Süfrə (yasəmən rəngi) – 1 ədəd - 70 AZN dəyərində, 80. Süfrə (ağ rəng) – 1 ədəd 50 AZN dəyərində, 81. Fujerlər – 12 ədəd 12 AZN dəyərində, 82. Nahar servizi və çay servizi (130 alət) – 1 dəst 500 AZN dəyərində, 83. Podnos – 2 ədəd 6 AZN dəyərində,

84. Başmaq (1 cüt) 10 AZN dəyərində, 85. Ütü (poverful) – 1 ədəd 55 AZN dəyərində, 86. Ütü altlığı - 1 ədəd 35 AZN dəyərində, 87. Lampa -1 ədəd 25 AZN dəyərində, 88. Çamadan – 1 ədəd 45 AZN dəyərində, 89. Kompyüter (noutbuk) -1 ədəd 450 AZN dəyərində, 90. Güzgü - 1 ədəd 35 AZN dəyərində, 91. Foto albom 1 ədəd 50 AZN dəyərində, 92. Namaz xalçası 4 AZN dəyərində, 93. Bijüteriya mücrüsü 50 AZN dəyərində, 94. Fen - 1 ədəd 40 AZN dəyərində 95. Saç ütüsü, 1 ədəd 30 AZN dəyərində

96. Kosmetika 175 AZN dəyərində 97. Çəkmə 1 cüt 50 AZN dəyərində, 98. İdman ayaqqabısı 1 cüt 40 AZN dəyərində, 99. Əl çantası – 1 ədəd 27 AZN dəyərində, 100. Don kəmərlə birlikdə 1 ədəd – 60 AZN dəyərində, 101. Plaş 1 ədəd 40 AZN dəyərində, 102. Çəhrayı kurtka 1 ədəd 120 AZN dəyərində, 103. Qısa qara palto -1 ədəd 50 AZN dəyərində, 104. Toy ayaqqabıları 1 cüt 40 AZN dəyərində, 105. İdman geyimi 20 AZN dəyərində, 106. Sviter (boz) 40 AZN dəyərində, 107. Başmaq – 1 cüt 10 AZN dəyərində,

108. Qırmızı kofta 40 AZN dəyərində, 109. Hamam dəsti 80 AZN dəyərində, 110. Yumşaq Mişka ürəklə 20 AZN dəyərində, 111. Eynək (qara, qutu ilə) 20 AZN dəyərində, 112. Qızıl komplekt (1 ədəd sep, 2 ədəd sırğa, 1 ədəd qolbaq, 1 ədəd-üzük) 1800 AZN dəyərində,

113. Nişan üzüyü - 1 ədəd göy qaşlı 200 AZN, dəyərində 114.Qızıl Nişan üzüyü 1ədəd 800 AZN dəyərində, 115. Qızıl Sırğa - 1 komplekt 100 AZN dəyərində, 117. Qızıl sep - 1 ədəd 100 AZN dəyərində cehiz və qızıl-zinət əşyalarının üzərinə həbsin qoyulması və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Günel Tanrıverdiyeva) Hazırda Cavabdeh qeyd olunan qərardaddan şikayət verərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2851/2020 saylı qərardadının ləğv edilərək, ərizəsində qeyd edilən əmlakların üzrəinə həbsin qoyulması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2851/2020 saylı qərardadı cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətin dəlillərini müdafiə edib göstərdi ki, iddiaçının tələb etdiyi əmlaklar ona məxsus ünvan 2 ünvanındadır. Qərardadda göstərilmişdir ki, ona məxsus mənzildə olan 1 ədəd nişan üzüyü (200 manat), qızıl nişan üzüyü (800 manat), qızıl sırğa (100 manat) qızıl sep (100 manat) qızıl komplekt (1 ədəd sep, 2 ədəd sırğa, 1 ədəd qolbaq, 1 ədəd üzük -1800 manat) qalmışdır. Həmin qızıllardan 100 maat dəyərində olan qızıl sep onun mənzilindədir, qalan qızıllar iddiaçının özündədir. Odur ki, qərardadın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə iddia tələbinin cehiz və qızılk əşyalarının qaytarılması barədə olduğundan, həmin əmlakların cavabdehə məxsus evdə olması səbəbindən qətnamənin gələcəkdə icrasını təmin etmək üçün həmin əşyaların üzərinə həbs qoymuş, eyni zamanda iddia ərizəsində göstərilən 2000 rus rublu və 150 manat, cəmi cəmi 200 manat pul məbləğinin üzərinə həsb qoyulması barədə ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. İş materiallarından görünür ki, iddiaçının iddia tələbində qeyd etdiyi əmlaklar cavabdehihə məxsus mənzildədir və həmin əşyaların çox qisminin mənzildə olmasını cavabdeh tərəf də təsdiq etmişdir.. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, iddianın predmeti cehiz və qızıl əşyaları tələbidir, iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə icrasını təmin etmək üçün iddia ərizəsində qeyd edilən əmlaklar üzərinə həsb qoyulması qanunvericiliyə uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Cavabdeh şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə iddianın təmin tədbiri barədə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2851/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar