Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2586/2022 19.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahələrindən çıxarılma və qanunsuz tikililərin sökülməsi” tələbinə dair Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(012)-216/2022 nömrəli qərardadından cavabdehlər Cavabdeh6 və Cavabdeh4 tərəfindən verilmiş şikayətlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahələrindən çıxarılma və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmış reyestr nömrəsi **********46, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan 0.08 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan 0.045 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada çıxarılmaları və cavabdehlərin həmin torpaq sahələrində qanunsuz inşa etdikləri tikililərin öz hesablarına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(012)-216/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 030621 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.045 ha torpaq sahəsinin 0.0124 ha hissəsindən cavabdehlər Cavabdeh1, 76 kv.m. hissəsindən Cavabdeh2 və 0,0213 ha hissəsindən Cavabdeh3 çıxarılmaları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 028508 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 82 kv.m. hissəsindən Cavabdeh6 və 78 kv.m. hissəsindən Cavabdeh4 çıxarılmaları, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin 08 manat hissəsi və mütəxəssis rəyinə görə 280 manat, cəmisi 288 manat məbləğində pul hər birindən 57,6 manat olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 40 manat və İddiaçı 10 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). 18 iyul 2022-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hesabına həmin torpaq sahələrində qanunsuz tikililərin sökülməsi hissəsinə dair qətnamədə münasibət bildirilmədiyindən əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(012)-216/2022 nömrəli əlavə qətnaməsi ilə “iddia tələbi özbaşına tikililərin sökülməsi hissəsində təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.045 ha torpaq sahəsinin 0.0124 ha hissəsindən cavabdehlər Cavabdeh1, 76 kv.m. hissəsindən Cavabdeh2 və 0,0213 ha hissəsindən Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 028508 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 82 kv.m. hissəsində Cavabdeh6 və 78 kv.m. hissəsində Cavabdeh4 tərəfindən qanunsuz inşa etdikləri tikililər onların öz hesablarına sökülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh4 apellyasiya şikayəti vermiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-216/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qanunla müəyyən edilmiş forma və məzmunda tərtib edimədiyindən geri qaytarılmışdır. Bundan sonra qətnamədən cavabdehlər Cavabdeh6 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(012)-216/2022 saylı qərardadı ilə yenə eyni əsasla geri qaytarılmışdır. Bundan sonra, qətnamədən narazı qalan cavabdehlər Cavabdeh6 və Cavabdeh4 ayrı-ayrılıqdq apelyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh6 müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-216/2022 saylı, 13 iyun 2022-ci il tarixli qətnaməsinin surətini xx.xx.2022-ci ildə alsa da üzürlü səbəbdən, həm yaşlı, həm də yoidaşı ankoloji xəstə olduğu və müalicəsi ilə əlaqədar ona nəzarət etmək zəruriyyətində qaldığı üçün vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq müddəti bərpa etməklə işi apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh4 müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, qətnamənin surətini xx.xx.2022-ci il tarixdə alsa da, xəstəliyi ilə əlaqədar apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Müddəti bərpa etməklə apellyasiya şikayətinin apellyasiya məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-216/2022 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh6 və Cavabdeh4 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-216/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizələri təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva). Həmin qərardaddan narazı qalan cavabdehlər Cavabdeh6 və Cavabdeh4 şikayət verərək, qərardadın ləğv edilməsini, müddətin bərpa olunmasını və apellyasiya şikayətini apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(012)-216/2022 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh6 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilən şikayətlərin təmin edilməməsi və şikayətlərin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətləri və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayətlər təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(012)-216/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-216/2022 saylı qətnaməsi 13 iyul 2022-ci il tarixdə məktubla poçt vasitəsi ilə tərəflərin ünvanına göndərilmiş, cavabdehlər Cavabdeh6 qətnaməni xx.xx.2022-ci ildə, Cavabdeh4 isə qətnaməni xx.xx.2022-ci ildə almışlar (İ cild, i/v 151, 153-154). İş üzrə qəbul edilmiş 27 iyul 2022-ci il tarixli əlavə qətnaməni cavabdehlər Cavabdeh6 22 avqust 2022-ci ildə, Cavabdeh4 isə qətnaməni 22 avqust 2022-ci ildə almışlar (İ cild, i/v 190, 192,194). Qətnamədən narazı qalan Cavabdeh4 10 oktyabr 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-216/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Bundan başqa qətnamədən cavabdehlər Cavabdeh6 və Cavabdeh4 tərəfindən 14 oktyabr 2022-ci il tarixdə verilmiş apellyasiya şikayətləri Abşeron Rayon Məhkəməsinin 2(012)-216/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Hazırda cavabdehlər Cavabdeh6 və Cavabdeh4 20 oktyabr 2022-ci il tarixdə apelyasiya şikayəti vermişlər, eyni zamanda apelyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Cavabdehlər apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmələrini “xəstə olmaları və bu səbəbdən müalicə olunmaları” ilə əsaslandırsalar da, Cavabdeh4 təqdim etdiyi tibbi müayinəni kserosurətindən onun 2022ci ilin yanvar ayında müayinədən keçdiyi müəyyən edilir(İ cild, i/v 210-214). Digər cavabdeh isə həyat yoldaşının müalicəsi ilə bağlı sübut təqdim etməmişdir. Məhkəmə kollegiya hesab edir ki, cavabdehlər qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiklərindən, eləcə də bununla bağlı sübutlar təqdim edə bilmədiklərindən birinci instansiya məhkəməsinin hazırki iş üzrə buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətlərin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayətlər təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(012)-216/2022 nömrəli qərardadından cavabdehlər Cavabdeh6 və Cavabdeh4 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(012)-216/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2586/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2586/2022
19.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver