Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2603/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı2, İddiaçı E.N.Bünyadın nümayəndəsi: X3 iştirakları ilə, İddiaçılar X5 və İddiaçı2 cavabdeh "xxxx" MMC-nə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Z.Xıdırov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia tələbinin təmin edilməsi, iddiaçılar X5 və İddiaçı2 hər birindən artıq alınmış 363,50 manat pul və ayrılıqda ödədikləri 20 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçılar X5 və İddiaçı2 qaytarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar X5 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların hər birindən artıq alınmış 365,50 manat pulun istehlakçılara qaytarılması, onların ayrılıqda ödədiyi 20 manat məbləğində dövlət rüsumunu cavabdehdən alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, iddiaçılar E.N.Bünyad və İddiaçı2 hər birindən ayrı-ayrılıqda artıq alınmış 363, 50 manat pulun geri qaytarılması, hər birindən ayrı-ayrılıqda ödədiyi 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, xeyli vaxtdır ki, onlar AAAF yaşayış massivində yaşayırlar. Əksər istehlakçılar kimi, onlar da hüquqları davamlı olaraq cavabdeh tərəfindən pozulur. Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ali Məhkəmənin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair Plenumunda yazılır: "Digər tərəfdən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin siyahısı" təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Həmin Qanunun 11.1.4-cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati, məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfimdən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1,38.2, 140.1-ci maddələri)" AAAF bizə satdığı su, elektrik və qaz sayğaclarından ötrü 798 manat pul almışdır, halbuki Tarif Şurasının müəyyən etdiyi qiymətlər belədir: elektrik enerjisinə görə 163 man, qaz sayğacına görə 260 man, su sayğacına görə isə pulsuzdur. Cəmi 412 manat təşkil edir. Təbii, iddiaçılar bu məbləği öz xoşlarına ödəməmişlər. Ya elektrik enerjisi təchizatını dayandırmaq, ya məişət qazına görə kartı verməkdən imtina etmək və s. hədələrlə iddiaçıları təhdid etdiyinə görə iddiaçılar artıq məbləği ödəmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.2-ci maddəsində göstərilir: "Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Deməli, iddiaçıların müqavilə standart şərt sayılır, çünki müfəssəl deyil. Həmin məcəllənin 419.2-ci maddəsində isə yazılır: "Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir". Cavabdehin bütün qanunsuz hərəkətləri və qanuni tələblərimiz barədə 20.01.2017-ci ildə "xxxx" MMC-yə məktub ünvanlasaq da, indicə kimi heç bir cavab almamışlar. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi Z.Xıdırov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində hansı mənzilə görə ödəniş alındığı göstərilməmişdir. Cavabdeh "xxxx" MMC iddiaçılardan artıq ödəniş almamışdır. Sayğacı onlar quraşdırmır, sayğacları podratçı quraşdırmış və cari xərclər də vardır. Belə işlər üzrə president yoxdur. O, həmçinin iddia ərizəsinə etiraz təqdim edərək, göstərmişdir ki, iddiaçıların iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Mülki Prosessual Məcəlləsinin və digər qanunvericilik aktlarının aşağıda sadalanan maddi və prosessual hüquq normalarına və dəlillərə görə tamamilə əsassız hesab edir. Hazırkı mülki iş üzrə cavabdeh tərəf “AAAF"’ MMC, ünvan isə Xırdalan qəsəbəsi, H.Əliyev küçəsi 167, əlaqə telefonu isə **********, ********** qeyd edilmişdir, ilk öncə naməlum Xırdalan qəsəbəsi, H.Əliyev küçəsi 167 ünvanında “AAAF" MMC adlı hüquqi şəxs mövcud deyildir, hesab ediri ki, iddiaçılar iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl iddia tələbi üzrə cavabdeh ola biləcək şəxsi müəyyən etməlidir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(012)-911/2021 saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı E.N.Bünyadın nümayəndəsi İddiaçı2 və digər İddiaçı2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia tələbinə uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Z.Xıdırovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan A(B)/046 nömrəli, 27 iyun 2013-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında müqavilədən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı E.N.Bünyad arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki A kompleksindəki, inşa edilən (inşa edilmiş), 1 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 89,1 kvadratmetr olan 2 otaqdan ibarət 37 saylı mənzili (gələcəkdə vahid əmlak adlandırılacaq) alıcı E.N.Bünyada satmağı, alıcı E.N.Bünyad isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olan B(B)/047 nömrəli, 12 yanvar 2014-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında müqavilədən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı İddiaçı2 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki 11 saylı küçəsində inşa edilən (inşa edilmiş), 1 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 49,3 kvadratmetr olan 1 otaqdan ibarət 9 saylı mənzili (gələcəkdə vahid əmlak adlandırılacaq) alıcı İddiaçı2 satmağı, alıcı İddiaçı2 isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa mədaxil orderlərindən görünür ki, İddiaçı2 u mənzilə sayğacların quraşdırılması üçün 19 avqust 2019-cu il tarixində 300 manat, 25 avqust 2020-ci il tarixində 498 manat, E.N.Bünyad isə 9 dekabr 2018-ci il tarixində 200 manat, 06 yanvar 2018-ci il tarixində 400 manat, 22 mart 2019-cu il tarixli 198 manat məbləğində ödəmişdir. İşə əlavə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1782/2019 saylı 22 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, "xxxx" MMC-dən 363 manat 50 qəpik alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(105)429/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1782/2019 saylı 22 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Ali Məhkəmənin 2(012)-3605/2020 saylı, 10.08.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-429/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Belə ki, elektrik enerjisinin hüquqi və fiziki şəxslər üçün tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli qərarı il təsdiq edilmiş elektrik enerjisinin ölkədaxili tarifləri əhali sektoru (məişət abonentləri) üçün aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 7,0 (ƏDV) qəpik/kVts, aylıq istehlak həcminin 300 kVts-dən çox olan hissəsi üçün 11 (ƏDV ilə) qəpik/kVts, qeyri-əhali sektoru üçün 9,0 (ƏDV ilə) qəpik/kVts. İş materuiallarından göründüyü kimi iddiaçılar tərəfindən sayğaclara 798 manat cavabdehə ödəniş edilmişdir. Halbuki, elektrik sayğacının qiyməti 167,50 manat, qaz sayğacın qiyməti 267 manatdır, su sayğacları pulsuz quraşdırılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, elektrik sayğacının qiymətinin 167,50 manat, qaz sayğacmn qiymətinin 267 manat, su sayğaclarının pulsuz quraşdırılması nəzərə alınsa, iddiaçılara sayğaclara görə cavabdehə cəmi 434,50 manat ödəməli olduğu halda, 798 manat ödəməklə, 363,50 manat məbləğində cavabdehə artıq ödəniş etmişlər. Odur ki, iddiaçıların hər birinə artıq ödənilmiş 363,50 manat məbləğində pul cavabdehdən alınıb verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi Zaur Xıdırovun apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 15 aprel 2021-ci il tarixli 2(012)-911/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2603/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2603/2021
09.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver