Məhkəmə qərarları › İş №2(105)-2604/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2604/2022

21.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2604/2022 21.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(012)-1283/2022 nömrəli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(012)-1283/2022 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) Abşeron Rayon Məhkəməsinin icraatında olan 8(012)-457/2022 nömrəli mülki iş üzrə mübahisəyə baxılıb qurtaranadək iddiaçı "xxxx" MMCnin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbinə dair mülki işin icraatı dayandırılmışdır. İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(012)-1283/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112,9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)-463/2017 nömrəli qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilib, onun mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC, X13 və X14 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC, X13 və X5 hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsinin cavabdehlər "xxxx" MMC, X13 və X8 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər "xxxx" MMC, X12 və X2 müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710 600 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri kimi 100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan və tələb iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 329/2019 nömrəli qətnaməsi ilə cavabdehlər X15 və X6 apellyasiya şikayətlərinin qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC, X13 və X14 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC, X13 və X1 hesabına sökülərək, torpaq sahəsinin cavabdehlər "xxxx" MMC, X13 və X5 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC, X13 və X3 müştərək qaydada 500.000 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu kimi 30 manat pulun cavabdehlər "xxxx" MMC, X13 və X3 müştərək qaydada alınaraq iddiaçıya verilməsi, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərin özlərinə aid edilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq və xətşünaslıq ekspertizalarının dəyəri kimi 200 manat pulun cavabdehlər "xxxx" MMC, X13 və X3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 329/2019 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh X9 münasibətdə təmin edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsi cavabdeh X10 münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsində X14 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh X5 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsinin cavabdeh X7 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh X3 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur. Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə icra icraatının dayandırılması barədə ərizə göndərərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi üzrə icra icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli icra sənədinin icrası “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsi rəhbər tutularaq dayandırılmışdır. Qeyd olunan məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Abşeron Rayon İcra və probasiya şöbəsinə göndərilmiş, Abşeron Rayon İcra və probasiya şöbəsinin 14 oktyabr 2019-cu il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin X16 tərəfindən 500.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənildikdən sonra Cavabdeh xahişi ilə icra sənədi üzrə icraat qanunsuz tikilinin sökülməsi hissəsində dayandırılmışdır. Göründüyü kimi, məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayon Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" MMC və X6 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Beləliklə, tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi, özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" MMC-nin mülkiyyətinə keçməsi ilə nəticələnməlidir. Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsinin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5.973 ha torpaq sahəsində "xxxx" MMC, X13 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi hissəsindən imtina etməsi cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Tərəflər arasında mübahisə yaranmamışdan əvvəl Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində zavod inşa edilməsi ilə bağlı iddiaçı "xxxx" MMC-yə müraciət etmiş və tərəflər arasında şifahi olaraq razılıq əldə olunmuşdur. Məhz bu səbəbdən Cavabdeh tərəfindən "xxxx" MMC təsisçilərindən biri olan X11 500.000 manat məbləğində avans ödənilmişdir. Lakin sonradan məhkəmə qərarına əsasən həmin məbləğ Vahid Xələfovdan geri alınaraq cavabdehə qaytarılmışdır. Nəticədə Cavabdeh heç bir ödəniş etmədən iddiaçı "xxxx" MMC-nin hesabına öz ərazisində zavod əldə edərək əsassız varlanmışdır. Qeyd olunan bu xüsusatlar məhkəmə qərarı ilə öz əksini tapdığından təkrar sübut edilməsinə ehtiyac yoxdur və bu səbəbdən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində inşa edilən tikililər iddiaçının mülkü kimi qiymətləndirilərək ona təhvil verilməlidir. Abşeron Rayon Məhkəməsində olan 2(012)-174/2016 nömrəli mülki iş üzrə "xxxx" Qiymətləndirmə Şirkətindən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsində inşa edilmiş tikilinin (polistirolbeton zavodu) hazırki dövr üçün orta bazar qiyməti nə qədər təşkil etdiyinə dair MB 09/272 nömrəli, 12 noyabr 2016-cı il tarixli ekspert rəyi alınmışdır. Qiymətləndirmənin aparılması üçün mübahisəli polistirolbeton zavoduna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh məxsus torpaq sahəsində iddiaçı şirkət tərəfindən 242 kv.m. sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.m. sahədən ibarət yeməkxana binası, 41.5 kv.m. ibarət WC binası, 1112.9 kv.m. ibarət anbar (istehsalat binası) və 430 kv.m. ibarət köməkçi tikili qanunsuz olaraq inşa edilmişdir. İddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən inşa edilən 242 kv.m. sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.m. sahədən ibarət yeməkxana binası, 41.5 kv.m. sahədən ibarət WC binası, 1112.9 kv.m. sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.m. sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və sökülən bütün material və qurğuların ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 17 oktyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, icra sənədinin icraatının dayandırılması ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından "xxxx" MMC tərəfindən verilmiş şikayət üzrə baxılan Abşeron Rayon Məhkəməsinin icraatında olan 8(012)-457/2022 nömrəli iş hazırki işlə birbaşa bağlılığı yoxdur. Çünki Abşeron Rayon Məhkəməsinin icraatında olan 8(012)-457/2022 nömrəli işin mahiyyəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli icra sənədi üzrə icraatın bərpa edilməsidir. Həmin icra sənədi üzrə icraat iddiaçı CavabdehZəkəriyyə qızının mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində "xxxx" MMC, X13 və X14 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək, torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərdən müştərək qaydada 500.000 (beş yüz) manat tutularaq iddiaçı Cavabdeh verilməsini əhatə edir. Hazırki işin predmeti, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində iddiaçı tərəfindən inşa edilən 242 kv.m sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.m sahədən ibarət yeməkxana binası, 41,5 kv.m sahədən ibarət WC binası, 1112,9 kv.m sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.m sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və sökülən bütün material və qurğuların iddiaçıya təhvil verilməsindən ibarətdir. Göründüyü kimi, icra sənədi üzrə mahiyyət qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsindən ibraətdir, lakin hazırki iş üzrə mahiyyət həmin qanunsuz tikililərin ərazidən çıxarılmasına yaradılan maniələrin aradan qaldırılması və sökülən bütün material və qurğuların "xxxx"MMC-nə təhvil verilməsidir. Xüsusi ilə qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi məhkəmə zalında bildirir ki, icra sənədi üzrə icraat bərpa olunduğu halda, qanunsuz tikililər "xxxx" MMC-yə təhvil verilməsi nəzərdə tutulmur. Belə ki, həmin qanunsuz tikililər Cavabdeh hesabına tikildiyi üçün cavabdehin mülkiyyəti sayılır. Göründüyü kimi, cavabdehin bu mövqeyi bir daha sübut edir ki, hazırki məhkəmə mübahisəsi digər məhkəmə mübahisəsi ilə birbaşa bağlılığı yoxdur. Çünki digər işin nəticəsindən aslı olmayaraq cavabdeh əmlakın çıxarılmasına manelər yaratdığı təqdirdə iddiaçının bu iddia tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olduğunu təsdiq edir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə nəticəyə gələrkən hesab etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi ilə mübahisəli torpaq sahəsində yerləşən tikilililər qanunsuz hesab edilərək "xxxx" MMC və X6 hesabına sökülməsi qət edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə tələbkarın ərizəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli icra sənədinin icrası dayandırılmışdır. İcra məmurunun bu qərarından icra sənədi üzrə borclu "xxxx" MMC şikayət ərizəsi vermişdir və bu ərizə hazırda məhkəmə baxışındadır. Hazırki iş Abşeron Rayon Məhkəməsinin icraatında olan qeyd edilən işlə birbaşa bağlı olduğundan, həmin işə baxılıb qurtaranadək hazırki iş üzrə icraat dayandırılmalıdır. Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mülki iş üzrə icraatın dayandırılması barədə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 155, 156, 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı "xxxx" MMC-nin verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(012)-1283/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar